Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə33/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   29   30   31   32   33   34   35   36   ...   244
Neft qaz yangin tehlukesizlik

 
2.8.18 
Partlayışdan mühafizəli çıraqların daxilində quraşdırılmış qidalanma mənbələrinin 
(akkumlyatorların, batareyaların) lampalarının dəyişdirilməsi ancaq elektrik sexinin rəisi və ya 
baş energetikin sərəncamı ilə bu çıraqlara xidmət edən şəxs tərəfindən aparılmalıdır. 
Yuxarıda göstərilən bütün əməliyyatlar, həmçinin çıraqlar bütün akkumlyatorların yüklənməsi 
partlayışdan təhlükəsiz yerdə quraşdırılmalıdır. 
2.9 İldırımdan və statik elektrikləşmədən mühafizə 
2.9.1 
Obyektdə istehsalat qurğu və avadanlıqlarının statik elektrikləşmədən qorunması qüv-
vədə olan norma və qaydalara əsasən aparılmalıdır.
2.9.2
Müəssisədə ildırımdan və statik elektrikləşmədən mühafizə qurğularının vəziyyətinə 
cavabdehlik müəssisənin baş energetikinə və ya elektrik təsərrüfatına cavabdeh şəxsə həvalə 
edilir.
2.9.3
İldırımın təkrar təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq 
üçün bütün metal aparatlar, çənlər, qazqolderlər, qaz kəmərləri, neft kəmərləri, boşaltma-
doldurma qurğuları, içərisində AAM və YM olan qurğular, binaların daxili və xaricində 
yerləşməsindən asılı olmayaraq yerlə birləşdirilməlidir. 
2.9.4 
Heyətin sənaye tezlikli elektrik cərəyanı zədələnməsindən və ya ildırımdan mühafizə 
üçün nəzərdə tutulmuş yerlə birləşdirici qurğulardan statik elektrikləşmənin ötürülməsi üçün 
istifadə edilə bilər.
2.9.5
Yalnız statik elektriləşmə yüklərinin ötürülməsi üçün nəzərdə tutulmuş yerləbirləşdirici 
qurğuların müqaviməti 100 OM-dan çox olmamalıdır.
2.9.6
Ayrılıqda quraşdırılmış tutum, aparat və aqreqatların fərdi yerləbirləşdiricisi olmalı və
ya onlar ayrı-ayrılıqda aparatın yaxınlığından keçən ümumi yerəbirləşdirmə xəttinə 
qoşulmalıdır. 
Bir neçə yerləbirləşdiricinin aparat, aqreqat və boru kəmərlərinin yerləbirləşdirmə xəttinə 
ardıcıl qoşulması qadağandır. 
2.9.7
AAM və YM doldurub-boşaltma əməliyyatı altında olan avtosisternlər, vaqon-
sisternlər, həmçinin yanacaq daşıyan gəmilər doldurma-boşaltma əməliyyatından əvvəl və 
əməliyyat zamanı yerəbirləşdirici qurğusuna qoşulmalıdır. Yerləbirləşdirici keçirici (naqil) kimi 
en kəsiyi 16 mm

-dən az olmayan elastik (çox damarlı) mis məftildən istifadə edilməlidir.
Keçiricilər avtosisternlərin və vaqon-sisternlərin gövdələrinə bolt vasitəsi ilə etibarlı 
birləşdirilməlidir. Yerləbirləşdirici pozularsa qüsur aradan qaldırılana qədər doldurma-boşaltma 
əməliyyatı dayandırılmalıdır. 
2.9.8
Mühafizə qurğularına baxış və onların cari təmiri texnoloji avadanlıqlara baxış və 
təmirlə eyni zamanda aparılmalıdır. 
Avadanlıqların yerlə birləşməsi xüsusi cihazlarla, ildə bir dəfədən az olmayaraq, hər təmirdən 
sonra yoxlanılmalıdır. 
2.9.9 
İstehsalat binalarda və xarici qurğularda, estakadalarda və s. yerləşdirilmiş avadanlıq və 
boru kəmərləri bütün uzunluqları boyunca arası kəsilməyən zəncirvarı şəkildə yerləbirləşdirici 
qurğuya qoşulmalıdır. 
2.9.10
AAM və YM çənlərə, sisternlərə və taralara sərbəst axan şırnaqla doldurulması qəti 
qadağandır. 
Tutumlara mayenin vurulması və doldurulması yalnız tutumdakı mayenin səviyyəsinin altına 
verilməklə yerinə yetirilməlidir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə