Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Partlayışdan mühafizəli əl çıraqlarının gərginliyi 12 V-dan çox olmamalıdır.Onlar



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə32/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   28   29   30   31   32   33   34   35   ...   244
Neft qaz yangin tehlukesizlik


Partlayışdan mühafizəli əl çıraqlarının gərginliyi 12 V-dan çox olmamalıdır.Onlar 
avtonom mənbədən və ya gövdəsi və sarğının 12 V gərginlikli çıxışının biri yerlə birləşdirilən 
iki sarıqlı transformatordan qidalandırılmalıdır.
2.8.6 
Mobil çıraqların şüşə qapağı metal tor ilə mühafizə olunmalıdır. 
2.8.7 
Konstruksiyasında nəzərdə tutulmuş qalpağı, şüşəsi və toru olmayan stasionar və əl 
çıraqlarının istifadəsi qadağandır.
2.8.8 
İşıqlandırma şəbəkəsi elə quraşdırılmalıdır ki, çıraqlar binanın yanan materiallardan 
hazırlanmış konstruksiyaları ilə təmasda olmasın. 


13 
2.8.9 
Metal örtüklü borulu naqillərdən, metal gövdəli izolyasiya borucuqlarından, həmçinin 
paylayıcı işıqlandırma şəbəkələr qrupunda naqilin qurğuşun örtüyündən yerlə birləşdirici kimi 
istifadə edilməsi qadağandır. 
2.8.10
Partlayış təhlükəli binalar və xarici qurğuların (maşın zalları, kompressor stansiyaları, 
neft nasosxanaları, qazpaylayıcı batareyaları, çən parkları) elektrik işıqlandırılması partlayışdan 
mühafizəli çıraqlarla yeürinə yetirilməlidir. 
2.8.11 
Kipgəci olmayan çıraqlar rütubətli və partlayış-yanğın təhlükəli otaqlarda quraşdırıldıq-
da, çıraqların girişləri doldurucu kütlə ilə doldurulmalıdır. 
2.8.12 
İşıqlandırıcı armaturların dəyişdirilməsi, başqa yerə keçirilməsi və ya yeni çıraqların 
quraşdırılması zamanı, işıqlandırıcı armaturlardan və ya patronlardan çıxan naqillər onların 
birləşdiyi yerdən başlayaraq izolə edilməlidir. 
Naqillər çırağa giriş yerində dartılmaya və ya sürtünməyə, patronların kontaktları isə mexaniki 
təsirə məruz qalmamalıdır.
2.8.13
Bütün hallarda çıraqların armaturlarının etibarlı birləşdirilməsi təmin olunmalıdır. 
Asma armaturlar onlar üçün xüsusi müəyyən olunmuş qarmaqlardan asılmalı və ya yiv birləşmə-
lərinin köməyi ilə polad boruya bərkidilməlidir. İşıqlandırıcı armaturların naqillərdən asılmasına 
yol verilmir. 
Armaturların bərkidildiyi kronşteyn və ya boruların içərisində naqillərin birləşdirilməsi 
qadağandır. 
Armaturlar tavana sıx quraşdırıldıqda (plafon) izolə materialları ilə rozetkaya bərkidilməli-dir. 
2.8.14
Yanğın təhlükəli anbar otaqlarında yalnız şüşə qalpaq ilə təchiz olunmuş mühafizə 
çıraqların quraşdırılmasına və istismarına yol verilir.
Paylaşdırıcı şitlər və elektrik açarları anbar otaqlarının xaricində quraşdırılmalıdır.
2.8.15
Partlayış təhlükəli binalarda və xarici qurğularda təmir və baxış zamanı yerli işıqlan-
dırma məqsədi ilə yalnız partlayışdan mühafizə səviyyəsi partlayış təhlükəli zonanın sinfinə, 
mühafizə növü isə partlayış təhlükəli qarışığın qrup və kateqoriyasına uyğun gələn, gərginliyi 12 
V-dan yüksək olmayan partlayışdan mühafizəli çıraqlardan istifadə edilməlidir. 
Partlayışdan qorunmayan mənbələrdən (trasformatorlardan, akkumlyatorlardan və s.) qida-
lanma zamanı, bu mənbələr partlayış təhlükəli zonanın hüdudundan kənarda yerləşdirilməlidir. 
2.8.16 
Partlayışdan qorunma nişanı, plombu və ya konstruksiyasında nəzərdə tutulmuş bir sıra 
detalları olmayan partlayışdan mühafizəli çıraqların partlayış təhlükəli otaqlarda istismarı 
qadağandır. 
2.8.17 
Partlayışdan mühafizəli əl çıraqları sənədləşdirilməklə (şəxsi imza atmaqla) saz halda 
və ancaq iş yerinə yetirilmə müddətinə istifadəyə verilir.
İşin sonunda təmizlənməli və müvafiq qaydada sənədləşdirilməklə qaytarılmalıdır.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə