16
3.2.1.20
Qazma quyularında qazma bucurğadı və intiqalı nasaz vəziyyətdə olduqda bu quyu-
larda geofiziki tədqiqatların
aparılması qadağandır.
3.2.1.21
Radiaktiv maddələrin partlayış təhlükəli, yanar və digər materiallarla bir yerdə (mü-
vəqqəti olaraq) saxlanılması qadağandır.
Borulu lay sınayıcıları ilə işlər
3.2.1.22
Layların borulu sınayıcılarla sınağı işi, geofizika idarəsinin baş mühəndisi, qazma iş-
ləri və ya neftqazçıxarma idarəsinin baş mühəndisi tərəfindən razılaşdırılmış, qazma işləri və ya
neftqazçıxarma idarəsinin baş mühəndisi və baş geoloqu tərəfindən təsdiqlənmiş plan üzrə apa-
rılmalıdır.
3.2.1.23
Quyunun sınaq işlərinə hazırlığı sınaq planına uyğun, müvafiq aktla sənədləşdirilmə-
lidir.
3.2.1.24
Quyunun sınağı zamanı qazma avadanlıqlarının təmiri, həmçinin elektrik qaynağı və
digər odlu işlərin aparılması qadağandır.
3.2.1.25
Quyudan intensiv neft axını və qaz tullanışı etimalı olan
buruqda qaz-xilasetmə və
yanğın xidməti dəstələri çağırılmalı və preventor xətlərinin birinə qoşulmuş sementləyici aqreqat
olmalıdır.
3.2.1.26
Debit ölçülən zaman lay flüidinin yığılması üçün quyu ağzından 100m-dən az olma-
yan məsafədə xüsusi anbar və ya tutum quraşdırılmalıdır.
3.2.1.27
Sınaq nümunələrinin daşınması zamanı onların dağılmasına və yanğının baş vermə-
sinə yol verilməməlidir.
Dostları ilə paylaş: