3.2.1.4
Geofizika partiyasında yanğın təhlükəsizliyinə üzrə cavabdeh şəxs partiyanın rəisi
hesab edilir.
3.2.1.5
Mədən-geofizika işlərində gərginliyi 380V-dan yüksək olan elektrik şəbəkəsindən
istifadə etmək qadağandır.
3.2.1.6
Tufan zamanı qaz təzahürlü quyularda mədən-geofizika işlərinin aparılması qadağan-
dır.
3.2.1.7
Mədən-geofizika avadanlıqlarının elektrik güc və ya işıqlandırma şəbəkəsinə qoşul-
ması üçün buruqda yerləbirləşmə kontaktlı ştepsel razetkası quraşdırılmalıdır.
3.2.1.8
Neft və qaz təzahürü mümkün olan quyularda və yaxud qaz təzahürünə görə ağzı kip-
ləşdirilmiş quyularda karotaj qaldırıcıları və laboratoriya küləkdöyən tərəfdə yerləşdirilməlidir.
3.2.1.9
İşçi meydançada quraşdırıldıqdan laboratoriya və karotaj qaldırıcısının metal
gövdələri yerlə birləşdirilməlidir.
3.2.1.10
Geofizika aparatları dəstinə daxil olan elektrotexniki qurğuların istismarı bu
Qaydanın “Elektrotexniki qurğular” bölməsinin tələblərinə uyğun aparılmalıdır.
3.2.1.11
İşin sonunda bütün elektrik qida mənbələri söndürülməlidir.
3.2.1.12
Karotaj və qazkarotaj stansiyalarında primus, qalay lampalarından və digər açıq odla
işləyən qurğulardan isifadə etmək qadağandır.
3.2.1.13
İş yerlərinin qızdırılması və işıqlandırılması üçün yalnız karotaj, qazkarotaj stansiya,
laboratoriyanın layihələrində nəzərdə tutulmuş qızdırıcı cihazdan istifadə edilməlidir.
3.2.1.14
Karotaj stansiya avtomobillərinin qaz-atqı boruları qığılcımsöndürənlərlə təchiz
olun-malıdır.
3.2.1.15
Karotaj və digər stansiya və laboratoriyalar avtomobillərin istismarı üzrə təlimata
əsa-sən, lazımi yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
3.2.1.16
Fəaliyyətdə olan neft quyularında mədən-geofizika işlərinin aparılması zamanı quyu
ağzı armaturların, siyirtmələrin, boruların, flans və digər detal və avadanlıqların qızdırılması
üçün açıq alovdan istifadə etmək qadağandır.
3.2.1.17
Blok-balansın diyircəyi, ötürücü xətti və digər avadanlıqları donduqda onların qızdı-
rılması üçün yalnız buxar və ya isti su ilə icazə verilir.
3.2.1.18
Qaz karotaj işləri vaxtı cihazda yüksək qaz göstəricisi qeyd olunarsa, növbətçi opera-
tor dərhal qazma briqadasına qaz tullanışının mümkünlüyü barədə xəbər verməli, tullanış baş
verdikdə isə stansiyanın təhlükəsiz yerə köçürülməsini təşkil etməlidir.
Dostları ilə paylaş: |