Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Fontanın əlamətləri müşahidə olunduqda, svab dərhal quyudan çıxarılmalıdır.  3.3.9



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə42/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   38   39   40   41   42   43   44   45   ...   244
Neft qaz yangin tehlukesizlik

3.3.8 
Fontanın əlamətləri müşahidə olunduqda, svab dərhal quyudan çıxarılmalıdır. 
3.3.9 
Fontan quyularının mənimsənilməsi zamanı məcburi dayanma və ya fasilə olduqda
fontan armaturunun mərkəzi siyirtməsi üçboğaz və ya xaçvaridə (krestoviki) olan siyirtmələr 
bağlanmalıdır. 
3.3.10 
Quyuya sıxılmış havanın vurulması və yaxud mayenin hava ilə aerasiyası vasitəsilə 
quyudan axının əmələ gətirilməsi prosesində fasiləyə yol verilməməlidir. 
3.3.11 
AYTL quyularının mənimsənilməsi işlərini aparan müəssisədə neft-qaz təzahürü və 
açıq fontanların qarşısının alınması üzrə daimi fəaliyyət göstərən komissiya yaradılmalıdır. 
3.3.12 
AYTL quyularının mənimsənilməsi zamanı buruqda yanğınsöndürmə maşını növbə 
çəkməlidir. 
3.3.13 
Quyular səyyar qurğularla mənimsənildikdə, bu qurğular quyu ağzından 25m-dən az 
olmayan məsafədə yerləşdirilməlidir. 
3.3.14 
Quyuların köpüklə mənimsənilməsində oddan təhlükəsiz və zərərsiz səthi aktiv 
maddə-lərin (SAM) sulu məhlulundan istifadə edilməlidir. 
3.3.15 
Quyuların mənimsənilməsi günün qaranlıq vaxtı aparılarsa, iş yerləri müva-fiq 
normala-ra uyğun isıqlandırılmalıdır. 
3.3.16 
Quyunun ağzında quraşdırılmış çıraqlar partlayışdan mühafizəli icrada olmalıdır.
Quyuların fontan və kompressor üsulu ilə istismarı 
3.3.17 
İstismara verilən quyunun müvafiq standartlara uyğun armaturlarla təchiz olunmuş 
germetik quyu ağzı olmalıdır. 
3.3.18 
Quyudan kompressor xəttinə neft və qazın düşməsinin qarşısını almaq üçün quyunun 
yanında qaz-hava paylaşdırıcı batareyadan gələn xətdə əks klapanlar quraşdırılmalıdır. 
3.3.19 
Səyyar kompressorların daxili yanma mühərriklərinin işlənmiş qaz atqı boruları 
səsboğan və qığılcımsöndürənlə təchiz edilməlidir. 
3.3.20 
Qaz və hava kollektorlarının qaz-hava paylayıcı butkasında ucu butkadan 10m-dən az 
olmayan məsafəyə çıxarılmış boru xətti nəzərdə tutulmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə