|
Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ
Exolotun şlanqlı kabeli elektrik şəbəkəsinə bilavasitə ştepselli birləşmə vasitəsilə
qoşulmalıdır.
3.3.40Neft qaz yangin tehlukesizlik3.3.39
Exolotun şlanqlı kabeli elektrik şəbəkəsinə bilavasitə ştepselli birləşmə vasitəsilə
qoşulmalıdır.
3.3.40
Exolotun qeydedici qurğusu yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə ötürücüsü kimi
en kəsiyi 1,5mm2-dən az olmayan, yerləbirləşdirici qurğuya birləşdirilmiş kabelin ayrıca elastik
mis naqilindən istifadə edilməlidir.
3.4 Neftin çıxarılmasının intensivləşdirmə üsulları
3.4.1 Ümumi tələblər
3.4.1.1
Termoinjektor vasitəsilə quyudibi zonanın işlənməsi üçün bütün partlayış işləri,
həmçinin laydaxili yanma üsulu ilə layın işlənməsi «Edinıye pravila bezopasnosti pri provedenii
vzrıvnıx rabot» qaydalarının tələblərinə uyğun aparılmalıdır.
3.4.1.2
Kimyəvi reagentlər saxlanılan yerlər çəpərlənməli, qırmızı bayraqlarla nişanlanmalı
və təhlükəsizlik nişanları ilə təchiz olunmalıdır.
3.4.1.3
Tutumlarda, aqreqat və avtosisternlərdə qalmış neft, maye və kimyəvi reagentlərin
qalığı sənaye kanalizasiyasına axıdılmalıdır.
Qazın yüksək təzyiq altında vurulması
3.4.1.4
Quyuağzı avadanlıqların germetikliy pozulduqda basqı quyusu maye ilə doldurulmalı
və avadanlıq dəyişdirilməlidir.
3.4.1.5
Qaz vurulan obyektlərdə qazkompressor stansiyalarının istismarı əməyin
təhlükəsizliyi üzrə müvafiq sahə təlimatının tələblərinə uyğun aparılmalıdır.
3.4.1.6
Seperatorların bufer tutumlarının üfürülməsi avtomatlaşdırılmalıdır.
Məşəldə qazı yandıran qurğu məsafədən idarə edilməlidir.
3.4.1.7
Məşəlin ətraf ərazisi 50m-dən az olmayan radiusda hasarlanmalıdır. Əraziyə girişdə
«Kənar şəxslərə giriş qadağandır» sözləri yazılmış plakat asılmalıdır.
3.4.1.8
Hasarlanmış məşəl ətrafı sahədə quyuların, çuxurların və digər oyuqların qazılması
qadağandır.
Quyuların quyudibi zonasının isti buxarla işlənməsi
3.4.1.9
Odluqda yanma tam başa çatmamış, yanacağın qalığı tam təmizlənməmiş, təzyiq
atmo-sfer təzyiqinə endirilməyənə qədər buxar generator qurğusunu nəzarətsiz qoymaq
qadağandır.
3.4.1.10
Buxar generator qurğuunun yerli işıqlandırılması üçün gərginliyi 12V-dan çox olma-
yan partlayışdan mühafizəli daşınma çıraqlardan istifadə edilməlidir.
3.4.1.11
Qazanların odluqlarında və qaz yollarında qoruyucu klapanlar quraşdırılmalıdır.
Onlar odluğun və qaz yollarınınyuxarı hissəsində quraşdırılmalıdırlar.
Dostları ilə paylaş: |
|
|