17
3.3.25
Qaz kompressorlarının qəbul və atqı boru xətlərinin təmirindən
sonra onlar müvafiq
tikinti normalarına uyğun metodika üzrə işçi agentlə germetikliyə yoxlanmalıdır. Qaz sızması
aşkar edilərsə, kompressor dayandırılmalı və qüsurlar aradan qaldırılmalıdır.
Qaz sızması aşkar edilərsə, kompressor dayandırılmalı və qüsurlar aradan qaldırılmalıdır.
3.3.26
Kompressor stansiyaları avtomatik xəbərverici qazanalizator qurğuları
ilə təmin olun-
malıdır.
Qaz kompressor stansiyasında kompressor qurğusu ilə əlaqəsi olmayan aparat və avadanlıqla-
rın yerləşdirilməsinə icazə verilmir.
3.3.27
Ehtiyyatda olan kompressorların qəbul və vurma xətləri bağlı vəziyyətdə saxlanılmalı-
dır.
3.3.28
Hava kompressorları üçün hava binanın xaricindən götürülməlidir.
Buxar və yanar
qazların yığılması etimal olunan yerlərdən havanın götürülməsinə icazə verilmir. Kompressora
buxar və yanar qazın daxil olması aşkar edilərsə, kompressorun işi dərhal dayandırılmalıdır.
3.3.29
Partlayış təhlükəli qazların bir yerdə yığılmasının qarşısını
almaq üçün kompressor
stansiyası
ərazisində zirzəmilərin, kanal və çuxurların yerləşdirilməsinə icazə verilməməlidir.
Əgər bu qurğuların olması vacibdirsə, onlar ventilyasiya sistemi ilə təchiz olunmalıdır.
3.3.30
Kompressor yerləşən otaqda yanğın baş verdikdə, yanan hissələrin açılması üzrə tədbir-
lər görülməli və həmin yerə qazın verilməsi dayandırılmalıdır.
Metal konstruksiyaların, boru xətlərinin dağılmasının qarşısını almaq üçün onlar su axını ilə
soyudulmalıdır.
Dostları ilə paylaş: