|
Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİNeft və qaz quyularının istismarı. Quyuların mənimsənilməsiNeft qaz yangin tehlukesizlik3.3 Neft və qaz quyularının istismarı. Quyuların mənimsənilməsi
3.3.1
İstismar kəmərinin perforasiyasına qədər fontan quyusunun quyu ağzı avadanlığı və quyu
kommunikasiyaları quyu məhsulunun qəbuluna hazır olmalıdır. Neftin ümumi anbara və
tutuculara açıq qanovla axıdılmasına yol verilməməlidir.
3.3.2
Quyuda kəmərin partlayış üsulu ilə deşmə əməliyyatı barədə FHN-nin yanğın təhlükə-
sizliyi xidmətlərinə yazılı şəkildə məlumat verilməli, əməliyyat qazma və ya neftqazçıxarma
idarəsinin geoloqunun iştirakı ilə aparılmalıdır.
Quyularda atma-partlayış işləri mütləq yanğınsöndürmə avtomobillərinin növbətçiliyi ilə
aparılmalıdır.
3.3.3
Fontan armaturlarının işçi təzyiqi quyunun istismarı zamanı quyu ağzında gözlənilən
maksimal təzyiqə uyğun olmalıdır.
3.3.4
Fontan armaturu, armaturların təchizat normasına müvafiq olaraq, araqat və sancaqların
tam komplekti vasitəsi ilə yığılmalıdır. Armaturların quraşdırılması müvafiq sənədlərə uyğun
rəsmiləşdirilməli və neftqazçıxarma müəssisəsinin baş mühəndisi tərəfin-dən təsdiq edilməli-dir.
3.3.5
Fontan quyusunun mənimsənilməsi prosesində nasos-kompressor borularının endiril-
məsinə və qaldırılmasına yalnız quyu ağzında gözlənilən maksimal təzyiqə uyğun keçirici ka-
tuşka və qol borusu olan siyirtmə olduqda icazə verilir.
Boruların endirilməsi və ya qaldırılması əməliyyatları zamanı neft və qaz təzahürü və yaxud
günün qaranlıq vaxtlarında işıqlandırmanın qəza sönməsi baş verərsə, yuxarıda göstərilən
siyirtmə dərhal quyu ağzında quraşdırılmalı və sonrakı işlər dayandırılmalıdır. Əgər quyu uzun
müddətə saxlanılıbsa quyu ağzı germetikləşdirilməlidir.
3.3.6
Quyunun mənimsənilməsi səyyar kompressorun köməyi ilə aparılırsa, o quyu ağzından
25m-dən az olmayan məsafədə, küləyin üstünlük təşkil edən istiqamətində quraşdırılmalıdır.
3.3.7
Fontan quyusunun svablanma üsulu ilə mənimsənilməsindən əvvəl:
- aqreqatla idarəetmə pultunda işləyən işçinin qorunması məqsədi ilə qurulmuş talvarın yanar
konstruksiyaları odadavamlı tərkiblə işlənilməli;
- yuxarı siyirtmənin istiqamətləndirici qıfı qığılcım verməyən materialdan olmalı;
- səyyar qaldırıcı bucurqad quyu ağzından 25m-dən az olmayan məsafədə quraşdırılmalıdır.
Dostları ilə paylaş: |
|
|