Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə111/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   107   108   109   110   111   112   113   114   ...   121

302 
 
DEKABR
 
Əlamətdar tarixi günlər və bayramlar 
1. Beynəlxalq AİDS-lə (QİÇS) mübarizə günü 
Hər il dekabr ayının 1-də Ümumdünya AĠDS günü 
qeyd  edilir.  AĠDS  xəstəliyinin  inkiĢafı  70-ci  illərin 
sonlarına  təsadüf  edir.  Bəzi  mənbələrdə  isə  onun 
tarixi 1959-cu ilə gedib çıxır. Azərbaycanda isə ilk 
AĠDS-ə  yoluxma  1987-ci  ildə  Uqanda  və 
Keniyadan  olan  xarici  vətəndaĢlarda  qeydə 
alınmıĢdır.  Bu  xəstəliyin  yaranması  ilə  əlaqədar 
bəzi alimlər belə bir fərziyyə irəli sürürlər ki, HĠV virusunun təhlükəli formaları bioloji 
silahın təsadüfi və yaxud qəsdən sızması nəticəsində yaranmıĢdır. Bu fərziyyəyə əsasən, 
virus xüsusi hərbi laboratoriyada gen mühəndisliyi metodu ilə alınmıĢdır. Ġki virusun – 
Visna və insan onkoloji viruslarından birinin birləĢməsi nəticəsində HĠV virusu əmələ 
gəlmiĢdir.  Bu  virus  ömürlük  həbs  cəzası  və  yaxud  ölüm  cəzasına  məhkum  olmuĢ 
könüllü  dustaqların  üzərində  sınaqdan  keçirilmiĢdir.  Belə  ki,  onlara  sınaqdan  sonra 
azadlıq  vəd  edilmiĢdir.  Bu  yolla  da  virus  laboratoriya  divarlarından  kənara  çıxaraq 
yayılmıĢdır.  Bir  çox  virusoloq,  epidemioloqlar  hesab  edirlər  ki,  AĠDS  epidemiyası 
Afrikada  baĢlayıb  və  bu  xəstəliyi  törədən  virus  çox  güman  ki,  ―meymun‖  mənĢəlidir. 
Afrika  cəngavərliklərində  yaĢıl  əntərlərdə  və  makakalarda  AĠDS-ə  oxĢar  xəstəliklər 
aĢkar  edilmiĢdir.  Belə  fərz  edilir  ki,  insanlar  bu  meymunları  ovladıqda  və  onlarla 
təmasda  olduqda  xəstəlik  insanlara  keçmiĢdir.  Yəqin  ki,  bu  səbəbdən  AĠDS  ən  çox 
Afrika qitəsində yayılmıĢdır. 
Statistika 
Dünyada təxminən 39,5 milyon insan HĠV virusuna yoluxub. Onların da əksəriyyəti 15-
24  yaĢ  arasında  olan  yeniyetmə  və  gənclərdir.  Yer  üzündə  hər  gün  HĠV/AĠDS 
xəstəliyindən 15 yaĢına qədər 1.400 uĢaq və 15-24  yaĢ arasında 6.000 gənc insan vəfat 
edir.  2006-cı  ildə  bütün  dünyada  AĠDS  pandemiyası  nəticəsində  2,9  milyon  nəfər,  o 
cümlədən 380.000 uĢaq həlak olmuĢdur. Hər il 15 yaĢına qədər 640.000 uĢaq və 15-24 
yaĢ arasında 2 milyon gənc HĠV virusuna yoluxur. 15 yaĢına qədər uĢaqların 15%-nə bu 
xəstəlik öz anaları vasitəsilə ötürülür.  
AIDS (Acquired  Immune  deficit  Symptoms) xəstəliyini yaradan virus HĠV (Human 
Immune deficit Virus) adlanır. HĠV (ĠĠV) – Ġnsanın ĠmmunçatıĢmazlığı Virusu, AĠDS 
(QĠÇS) - QazanılmıĢ Ġmmun ÇatıĢmazlığı Sindromu deməkdir. HĠV virusuna yoluxan 
insanın orqanizmi bu infeksiya ilə mübarizə edir və mübarizə aparan xüsusi ―antibodis‖ 
adlı  molekullar  yaranır.  Əgər  qan  yoxlanıldıqda  ―antibodis‖  molekulları  aĢkarlanarsa, 
bu  həmin  insanda  HĠV  virusunun  olduğunu  təsdiqləyir.  HĠV  antibodisi  olan  insanlar 
―HĠV  daĢıyıcısı‖  adlanırlar.  HĠV-daĢıyıcısı  və  ya  HĠV  viruslu  insanın  AĠDS  xəstəsi 
olduğunu  demək  düzgün  deyil.  Çox  insanlar  var  ki,  onlar  HĠV-daĢıyıcısıdırlar,  lakin 
uzun  illər  xəstələnmirlər.  HĠV  virusu  orqanizmdə  daha  çox  qaldıqca  immun  sistemi 
yavaĢ-yavaĢ zəifləyir və nəticədə AĠDS xəstəliyi yaranır. 


303 
 
3. Beynəlxalq Əlillər günü 
 
3 dekabr Beynəlxalq Əlillər günüdür. Əlillər günü 1992-ci 
ildə  BMT-nin  baĢ  məclisində  qəbul  edilib.  Ümumdünya 
Səhiyyə  TəĢkilatnın  məlumatına  görə  dünya  üzrə  fiziki 
qüsurlu  insanların  faiz  göstəricisi  10%-dir.  Bu  göstərici 
Azərbaycan  üzrə  4,4%  təĢkil  edir  ki,  bu  da  MDB 
məkanında  ən  aĢağı  göstərici  hesab  edilir.  Azərbaycanda 
dörd yüz mindən artıq əlil insan var. Onların bir hissəsi 2-
ci  dünya  müharibəsi,  bir  hissəsi  erməni  təcavüzü 
nəticəsində 
əmək  qabiliyyətlərini  itirən  Ģəxslərdir. 
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi haqqında dövlət proqramına uyğun olaraq 
artıq  10  ildir  ki,  onların  xaricdə  müalicəsi  təĢkil  olunur.  Əlil  insan  dedikdə  hər  kəsin 
ağlına  müəyyən  orqanlarını  itirmiĢ  insanlar  gəlir.  Unudulmamalıdır  ki,  bu  onların 
iĢləməyinə,  həyat  fəaliyyətlərinə  və  ya  insani  keyfiyyətlərinə  əngəl  deyil  və 
olmamalıdır.  Fiziki  deyil,  mənəvi  cəhətdən  qüsurlu  olmamaq  gərəklidir.  Ġnsanların 
hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaĢı, əlillər və Ģikəstlər də vardır. 
Əlillik və Ģikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, 
istehsalat  qəzaları,  xəstəliklər  nəticəsində  qazanılmıĢ  əlillik  və  Ģikəstlik  vardır.  Əlillər 
əhalinin  baĢqa  təbəqələri  ilə  müqayisədə  daha  çox  sosial  müdafiəyə,  mənəvi  dəstəyə, 
humanist  münasibətə  möhtacdırlar.  Bu  insanlar  hətta  maddi  cəhətdən  təmin  olunsalar 
belə,  isti  münasibət,  doğmalardan  və  yadlardan  qayğı,  mərhəmət  və  diqqət  umurlar. 
Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət 
əhəmiyyətli  proqramlar  həyata  keçirilmiĢdir.  Əlillər  mənzil,  maĢın,  əlil  arabaları  ilə 
təmin  olunur,  müxtəlif  ölkələrdə  dövlət  vəsaiti  hesabına  müalicə  və  bərpa  kursları 
keçirlər. Beynəlxalq aləmdə əlillərin hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər 
həyata  keçirilib.  Onlardan  ən  mühümü  BMT  tərəfindən  1983-1992-ci  illərdə  həyata 
keçirilmiĢ  Əlillər  Onilliyidir.  1992-ci  il  oktyabrın  14-də  Onilliyin  baĢa  çatması 
münasibətilə  BMT  BaĢ  Məclisi  dekabrın  3-nü  "Əlilliyi  olan  insanların  Beynəlxalq 
günü"  kimi  qeyd  olunması  haqqında  Bəyannamə  qəbul  etmiĢdir.  Bu  günün  məqsədi 
cəmiyyəti  əlillik  problemlərinin  həllinə  cəlb  etmək,  əlilliyi  olan  bütün  insanların 
hüquqlarını qorumaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə