Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə119/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   113   114   115   116   117   118   119   120   121

324 
 
Xarici ədəbiyyat 
12.Rus yazıçısı, tənqidçi, jurnalist Nikolay Karamzinin anadan olmasının 250 illiyi 
(12.12.1766-1825) 
 
 
 
Rus tarixçisi, nasiri, Ģairi və publisisti Nikolay Mixayloviç Karamzin 1 dekabr 1766-cı 
ildə  Rusiya  imperiyasının  Simbirsk  quberniyasında  anadan  olmuĢdur.  Ġbtidai  təhsilini 
Simbirskdə  xüsusi  pansionda  almıĢdır.  1778-ci  ildə  Moskva  universitetinin  professoru 
Ġ.M.ġadenin  pansionuna  göndərilmiĢdir.  Bir  müddət  atasının  təkidi  ilə  hərbi  qulluqda 
olan Karamzin tezliklə onu tərk etmiĢdir. Onun ilk ədəbi təcrübələri də məhz bu zamana 
təsadüf  edir.  Tezliklə  Moskvaya  köçən  N.Karamzin  burada  N.Ġ.Novikov,  A.Kutuzov, 
A.A.Petrov  kimi  yazıçı  və  ədəbiyyatĢünaslarla  tanıĢ  olur.  1789-1790-cı  illərdə 
Karamzin  Avropaya  səfər  edir,  məĢhur  filosof  Ġmmanuil  Kantla  tanıĢ  olur,  Böyük 
Fransa  inqilabı  vaxtı  Parisdə  olur.  Bu  səfərin  nəticəsində  məĢhur  ―Rus  səyyahının 
məktubu‖  əsəri  yazılır  və  müəllifinə  dərhal  Ģöhrət  gətirir. Moskvaya  qayıdandan sonra 
yazıçılıq  fəaliyyətini  davam  etdirən  N.Karamzin  ―Bədbəxt  Liza‖  povestini, 
―Aonidlər‖ və s. toplu və almanaxları nəĢr etdirir. XIX əsrin əvvəllərində ədəbiyyatdan 
uzaqlaĢan N.Karamzin 1804-cü ildə I Aleksandr tərəfindən tarixçi rütbəsi alır və özünü 
bütünlükə tarixə həsr edir. O, 1811-ci ildə ―Qədim və yeni Rusiyanın siyasi və mülki 
münasibətləri  haqqında  qeydlər‖  kitabını  yazır.  1818-ci  ilin  fevralında  Karamzin 
―Rusiya  dövlətinin  tarixi‖  əsərinin  ilk  səkkiz  cildini  satıĢa  buraxır.  Sonrakı  illərdə  bu 
əsərin üç cildi də çap olunur. Yarımçıq olan 12-ci cild Karamzinin ölümündən sonra çap 
olunur. N.Karamzin 22 may 1826-cı ildə Sankt-Peterburqda vəfat etmiĢdir. 
 
 
 
 
 


325 
 
Folklor 
12.Aşıq Pənahın anadan olmasının 90 illiyi (12.12.1926-26.08.1978) 
 
Pənahov  Əlipənah  Ələsgər  oğlu (1  dekabr  1926  –  26  avqust 
1978)  —  aşıq-şair,  Azərbaycanın  əməkdar  mədəniyyət  işçisi 
(1967).  Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). 
 
 
 
 
 
 
 
AĢıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuĢdur. 1948-ci ildən aĢıqlıq edib. 
AĢıq  Pənah  sazda  32  ənənəvi  aĢıq  havasını  ustalıqla  ifa  edirdi.  O,  18  aĢıq  havası 
("Dilbər",  "Yeddi  qardaĢ",  "Azərbaycan"  və  s.),  eyni  zamanda  mahnılar  da 
bəstələmiĢdir.  "Nə qəĢəng bəzənmisən!" mahnısını xüsusi qeyd etmək olar. "Qəhrəman 
Ģah Nəcəf", "Əsli və Kərəm", "AĢıq Qərib" və s. Dastanlarını  məclislərdə məharətlə ifa 
edərdi.  AĢıq  Pənah  2  dastanın  ("Sülh",  "Pambıqçılar")  və  128-ə  qədər  qoĢmanın 
müəllifidir. 
26  avqust  1978-ci  ildə  vəfat  etmiĢdir.  Salyanda  adına  bir  küçə  və  bir  məktəb  var.  Ev 
muzeyi fəaliyyət göstərir. 
 
Əsərləri: ―Saz və söz‖ (1963), ―Məhəbbətdən danıĢaq‖ (1966), ―Təzə söz, təzə mahnı‖ 
(1971), ―Mənim sazım‖ (Ģeirlər) (1978) 
Filmoqrafiya: Böyük dayaq (film, 1962),  AĢıq Pənah (film, 2007)  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


326 
 
İncəsənət 
5. Amerika rəssamı, kinorejissor, ssenarist, cizgi filmləri ustası Uolt Disneyin 
anadan olmasının 115 illiyi (1901-1966).  
 
 
Amerika  rəssam-multipikatoru,  kinorejissoru,  aktyoru,  ssenaristi  və  prodyuseri,  ―Walt 
Disney  Productions‖  multimediya  imperiyasının  qurucusu    Uolter  Elayas  Disney,  5 
dekabr  1901-ci  ildə  Çikaqoda  anadan  olmuĢdur.  U.Disney  kinematoqrafiya  tarixində 
səsli  və  musiqili  cizgi  filmlərinin  ilk  yaradıcısıdır.  O,  özünün  qeyri-adi  Ģəkildə  gərgin 
həyatında  rejissor  kimi  111  film  çəkmiĢ  və  576-dan  çox  filmin  prodüseri  olmuĢdur. 
Disneyin  sənəti  sahəsindəki  böyük  xidmətləri  26  ―Oskar‖  heykəlciyi  ilə  qeyd 
olunmuĢdur və bu rekordu heç kim üstələyə bilməmiĢdir. O, həmçinin ―Oskar‖ statuslu 
Ġrvinq  Talberq  adına  mükafatla  və  bir  çox  baĢqa  mükafatlarla  təltif  olunmuĢdur. 
Çikaqoda  dünyaya  göz  açan  U.Disneyin  əcdadları  arasında  ingilislər,  irlandlar  və 
almanlar  olmuĢdur.  O,  14  yaĢında  qəzet  paylayıcısı  kimi  pul  qazanırdı.  1920-ci  ildə 
kinoreklam studiyasına rəssam iĢinə qəbul olunan Disney özünün ilk reklam filmlərini 
çəkir.  Burada  iĢlədiyi  zaman  onda  öz  təcrübələrini  Ģəkilli  animasiya  sahəsində  davam 
etdirmək  arzusu  yaranır.  Lakin  bu  firma  müflis  olur.  O,  1922-1937-ci  illərdə  sırf 
yaradıcı  iĢçi  kimi  çıxıĢ  edir,  müharibədən  sonra  isə  kino  istehsalı  ilə  məĢğul  olur. 
Disney  1923-cü  ildə  Los-Ancelesə  köçür  və  qardaĢı  Royla  birlikdə  Hollivudda  The 
Walt Disney Company Ģirkətini kiçik animasiya studiyasını qurur. 1924-cü ildə ilk filmi 
olan  ―Alisanın  dənizdə  bir  günü‖  filmini  təqdim  edir.  Bu  film  Lyuis  Kerollun  ―Alisa 
möcüzələr ölkəsində‖ əsəri əsasında çəkmiĢdir. 1926-1927-ci illərdə o, bu əsər əsasında 
56 film çəkir. Onun məĢhur cizgi filmləri sırasında ―Pinokkio‖, ―Bembi‖, ―Dambo‖, 
―Yatmış gözəl‖, ―Mikki Maus‖, ―Balaca gəmi Villi‖, ―Uç donuz balası‖, ―Ağca və 
yeddi  cırtdan‖,    ―Küllücə‖  və  s.  vardır.    Uolt  Disney  15  dekabr  1966-cı  ildə  Los-
Ancelesdə vəfat etmiĢdir. 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə