Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə115/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   111   112   113   114   115   116   117   118   ...   121

312 
 
Yubilyar yazıçı və şairlər 
5.Şair Əflatun Cəfərlinin anadan olmasının 80 illiyi (05.12.1936) 
 
Ağa qara deyib tərsinə yozma, 
Düz yeri yolunu, izini azma. 
Qanun keşikçisi, qanunu pozma, 
El güclü, sel güclü elə arxalan. 
 
 
 
Əflatun  Cəfərli  1936-cı  ildə  dekabrın  5-də  Gədəbəy  rayonunun  Böyük  Qaramurad 
kəndində  anadan  olub.  API-nin  tarix-filologiya  fakültəsini  bitirib.  ―GəlmiĢəm‖  adlı  ilk 
Ģeiri ―Kirovabad kommunisti‖ qəzetində dərc olunub. Müəllim kimi fəaliyyətə baĢlayıb. 
Bakıdakı 120 saylı məktəbdə direktor müavini, 241  və 119 saylı məktəblərdə direktor 
vəzifələrində  çalıĢmıĢdır.  ―Əmək  veteranı‖  medalı  ilə  təltif  olunmuĢdur.  ―Xatirələr‖, 
―Bizdən əvvəl doğulanlar‖, ―Ürək həmiĢə ürəkdir‖, ―Səni çağırıram‖, ―Ġkiyasəmən‖ və 
s.  kitabların  müəllifidir.  Gənc  yazarlara  dəyərli  məsləhətlər  verir.  Jurnalist  kimi 
fəaliyyət göstərir. 1984-cü ildən Azərbaycan Yazıçılar birliyinin üzvüdür, yaradıcılığını 
davam etdirir. 
 
Kitablar: ―Xatirələr‖, ―Bizdən əvvəl doğulanlar‖, ―Ürək həmiĢə ürəkdir‖, ―Səni  
 
çağırıram‖, ―Ġki yasəmən‖, ―Dünya çiynindədir xeyirxahların‖ və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


313 
 
13.Şair, publisist, dramaturq Abdulla Qurbaninin anadan olmasının 60 illiyi 
(1956) 
 
    
 
 
 
 
 
 
 
 
 
Qurbani Abdulla Novruz oğlu – şair, publisist, dramaturq, nasir, Əməkdar 
incəsənət xadimi (2003) 
1956- cı il dekabrın 13- də Azərbaycanda Naxçıvan MR ġərur rayonunun Mahmudkənd 
kəndində  anadan  olmuĢdur.  Ġbtidai  təhsilini  burada  almıĢ,  sonra  Culfa  rayonunun 
Əbrəqunus  kənd  internat  orta  məktəbini  bitirmiĢdir.  Əmək  fəaliyyətinə  Mədəniyyət 
Nazirliyinin  nəzdində  olan  mədəniyyət  iĢçilərinin  respublika  hazırlıq  və  ixtisasartırma 
kursunda baĢlamıĢ, burada bədii rəhbər vəzifəsində çalıĢmıĢdır (1973-1975). Uzaq ġərq 
hərbi  dairəsində  ordu  sıralarında  xidmət  etmiĢdir  (1975-1977).  Bakıda  AĢıq  Ələsgər 
adına  Xalq  yaradıcılıq  evində  kütləvi-tamaĢalar  üzrə  metodist  (1977-1978)  iĢləmiĢdir. 
M.  Əliyev  adına  Azərbaycan  Dövlət  Ġncəsənət  Ġnstitutunun  teatrĢünaslıq  fakultəsində 
təhsil  almıĢdır  (1978-1983).  Naxçıvan  MR  ġərur  rayonunda  tarix  diyarĢünaslıq 
muzeyində  direktor  (1983-1989),  mədəniyyətĢünaslıq  Ģöbəsinin  müdiri  (1989-1993) 
olmuĢdur. Ermənistan daĢnak qoĢunlarının ölkəmizə təcavüzü dövründə könüllü olaraq 
milli ordu sıralarında əlində silah Murov dağı döyüĢlərində iĢtirak etmiĢdir (1993-1995). 
Hazırda  Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyində  zabit  kimi  çalıĢır.  Bədii 
yaradıcılığa kiçik yaĢlarından baĢlamıĢdır. Ġlk qələm təcrübələri rayon qəzetlərində dərc 
olunmuĢdur. Sonralar dövri mətbuatda Ģeir, hekayə və publisistik məqalələrlə müntəzəm 
çıxıĢ  etmiĢdir.  50-dən  artıq  Ģeirinə  mahnı  bəstələnmiĢdir.  ―DaĢaltı‖  pyesi  Bakı 
Bələdiyyə teatrında tamaĢaya qoyulmuĢdur.  
Əsərləri: ―ġəhidlər dastanı‖ (1992),  ―Kərki həsrəti‖ (1992), ―Gültəkin qayası‖ (1993), 
Gedin deyin Xançobana‖ (1993), ―Murov dağ karvanı‖ (1994), ―Millətin oyaq gecəsi‖ 
(1994),  ―Ana, Murovdan gəlirəm‖ (1994), ―Koroğlunun Ağdərə səfəri‖ (1995), ‖Vətən 
bizə arxalanır‖ (1995), ―Ömrün qırxıncı son baharında‖ (1996),  ―Heydər Əliyev 
məktəbi‖ (1996), ―General ömrü‖ (1996), ―Mətinlik məktəbi‖ (19960, ―MeĢəli od 
içində‖ (1996),  ―ġəhidlər danıĢır‖(1996),  ―ÇağırıĢa hazıram‖(1997), ―Çilov adası da 
səngərdir‖ (1997), ―Ağlı-qaralı dünyam‖ (1997), ―Yurdumuzun ziyası‖ (1997), 
―Murovdağ qartallarına‖ (1998), ―Bu kənd sənin kəndindir‖ (1998), ―DaĢ andı‖(1999), 
―Ölmək istəyirəm‖ (1999), ―Ömrün davamı‖ (2000) və s.  
 
 


314 
 
15.Şair Ramiz Rövşənin anadan olmasının 70 illiyi (1946) 
 
Rövşən Ramiz Məmmədəli oğlu — şair, yazıçı, esseist, 
kino-dramaturq, tərcüməçi, 1981-ci ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü. 
Ramiz  RövĢən 1946-cı  il dekabrın  15-də Bakının  Əmircan 
kəndində  anadan  olub.    Əslən  Qubadlı  rayonunun Teymur 
Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 №-li Ģəhər 
orta 
məktəbində 
təhsil 
alıb. Azərbaycan 
Dövlət 
Universitetinin  Filologiya  fakültəsini (1964-1969),    Moskva 
Ali  Ssenari  kurslarını  bitirib  (1976-1978). Cəfər  Cabbarlı 
adına 
"Azərbaycanfilm" 
kinostudiyasında, "Mozalan" 
satirik 
kinojurnal 
studiyasında  redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-
1975),  ssenari  redaksiya  heyətinin  üzvü  (1979-1987),  kinostudiyanın  baĢ  redaktoru 
(1987-1992)  iĢləyib. 1992-ci  ildən Azərbaycan  Tərcümə  Mərkəzinin baĢ  redaktorudur. 
Bir  neçə  Ģeir  kitabının  müəllifidir.  Ramiz  RövĢənin  ssenariləri  əsasında  çoxlu  sayda 
bədii  və  sənədli  film  çəkilib.  ġeir  və  hekayələri  tərcümə  edilərək  bir  sıra 
keçmiĢ   SSRĠ   respublikalarında,  eləcə  də   ABġ-da,   Almaniyada,   Böyük 
Britaniyada, Fransada, PolĢada,  Bolqarıstanda, Türkiyədə  və Ġranda çap  olunub.  Ramiz 
RövĢən  1997-ci  ildə  qəbul  olunmuĢ Müsavat  partiyasının  himninin  sözlərinin 
müəllifidir.  Azərbaycan  Yazıçılar  Birliyi   Ġdarə  Heyətinin  üzvüdür.  ‖Babamızın 
babasının babası‖ (1981) və ―ġəhərli biçinçilər‖(1985) filmləri onun ssenarisi əsasında 
çəkilmiĢdir. 
Əsərləri: ‖YağıĢlı nəğmə‖ (1970), ―Göy üzü daĢ saxlamaz‖ (1985) 
Tərcümələri: Sergey Yesenin. Qara adam (poema) (2004), Vladimir Mayakovski. 
ġalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Qulaq asın; 
Sergey Yeseninə (2005), Aleksandr Blok. ġeirlər. (2005),  Marina Svetayeva. Sənin 
adın; Yatır yollar yorğunu (Blok haqqında Ģeirlərdən). (2005) 
Haqqında olan televiziya verilişləri :Üç çinar yarpağı (film, 1985),  Burax gedim, ay 
iĢığı (film, 1987), Ağrı (film, 1993)  
Mətnlərinin müəllifi olduğu mahnılar : 
―BağıĢla‖, ―Pıspısa xanım və Siçan bəy‖, ―Ayrılıq‖,   ―Yalquzaq‖, ―Bu ağac öləcək...‖,   
―Bilirəm gələn deyilsən‖, ―Səni sevdim sevilmədən‖  
Filmlərdə səslənən şeirləri : ―YağıĢ yuyur, gün qurudur‖  
Cizgi filmləri: Pıspısa xanım və Siçan bəy, Bulud niyə ağlayır, Kitabi Dədə Qorqud 
Basat və Təpəgöz, Lovğa fil balası, Humayın yuxusu və s. 
 Filmoqrafiya: Yol əhvalatı (1981), Nizami (1982),  Evlənmək istəyirəm (1983), Tənha 
narın nağılı (1984),  Bəyin oğurlanması (1986), Süd diĢinin ağrısı (1987), KiĢi sözü 
(1987), Qətl günü (1990), Bəxt üzüyü (1991), Ömür ağacı (2002), Cavid ömrü (2007) 
və s.  


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə