Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


 ―Qızıl qələmlər‖ ədəbi cəmiyyətinin yarandığı gün



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə114/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   110   111   112   113   114   115   116   117   ...   121

309 
 
20. ―Qızıl qələmlər‖ ədəbi cəmiyyətinin yarandığı gün.  
 
 
 
Azərbaycan  Yazıçılar  Birliyi  Azərbaycan  yazıçı  və  Ģairlərinin,  tərcüməçilərinin  ən 
böyük ictimai təĢkilatıdır. Birliyin əsas vəzifəsi gənc yazarların ədəbi-bədii fəaliyyətinə 
əməli  dəstək vermək,  dünyanın  müxtəlif  ölkələrində  yaĢayan  yaradıcı  azərbaycanlıları 
milli  ədəbiyyat  ətrafında  birləĢdirmək,  sənətkar-oxucu   əlaqələrini  geniĢləndirmək, 
Azərbaycan ədəbiyyatını xaricdə təbliğ  etməkdir. 1923-cü ildə Azərbaycan yazıçılarını 
bir  təĢkilatda  birləĢdirmək  zərurəti  meydana  çıxarkən  bir  neçə  yazıçı  çap  etdirdikləri 
müraciətdə  "Türk  ədib  və  Ģairlər  ittifaqı  dərnəyi"  təsis  etdiklərini  bildirmiĢlər.  Həmin 
ədəbi  birlik  "Ġldırım"  adlanırdı.  "Qızıl  qələmlər"  ədəbi  cəmiyyəti  də  təxminən  bu 
dövrlərdə formalaĢmıĢ, öz ətrafına gənc ədəbi qüvvələri toplamıĢdı. Bu cəmiyyət əsaslı 
və ədəbi təĢkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradılmıĢ, ədəbi dərnəkləri öz 
ətrafında  birləĢdirmiĢdir. 1927-ci  il  iyul  ayının  əvvəllərində  Azərbaycan  yazıçılarının 
birinci  ümumi  yığıncağında  bütün  ədəbi  qüvvələri  bir  təĢkilat  ətrafında  birləĢdirmək 
qərara  alınıb.  Beləliklə,  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  müvəqqəti  idarə  heyəti 
yaranıb.  1932-ci  ilin  aprel  ayından  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  yenidən 
qurulması  haqqında  təĢkilati  tədbirlər  həyata  keçirilməyə  baĢlayıb  və  iki  ildən  sonra 
1934-cü  il  iyunun  13-də  Bakıda  Azərbaycan  yazıçılarının  I  qurultayında  Azərbaycan 
Yazıçılar Ġttifaqı yaradılmıĢdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


310 
 
31. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü 
 
“Bizim  hamımızın  bir  vətəni  var.  Bu  Azərbaycan  dövlətidir.  Azərbaycanlı  hər  yerdə 
yaşaya  bilər,  ancaq  azərbaycanlılığını,  öz  dilini,  dinini,  milli  ənənələrini 
unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”
                                                                                                                                      
 
                                                                                                       
Ulu öndər Heydər Əliyev
                                           
 
31 
Dekabr 

Dünya  Azərbaycanlılarının 
Həmrəyliyi  Günü  - Azərbaycan  millətinin birlik 
Ģüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı 
ölkələrdə  yaĢayan   azərbaycanlılarla   əlaqələr 
qurmaq,  onlar  arasında  birlik  və  həmrəylik 
yaratmaq  iĢində  mühüm  rol  oynayır.    Dünya 
Azərbaycanlılarının  Həmrəylik  gününün  qeyd 
edilməsi bütün dünya azərbaycanlıları tərəfindən 
artıq  bir  zərurətə  və  mənəvi  ehtiyaca 
çevrilmiĢdir.  Azərbaycanlıların  yaĢadıqları,  fəaliyyət  göstərdikləri  və  çoxluq  təĢkil 
etdikləri Avropa ölkələrində  bu  tendensiya  özünü  yüksək  səviyyədə  göstərir.  Bu  da 
ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təĢkilatları öz qüvvələrini səfərbər 
etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət 
və  qurumlar  halında  birləĢmək  baxımından  dünyanın  sivil  nöqtələrindən  biri  olan 
Avropada  mühüm  əhəmiyyət  kəsb  edir.  31  dekabr -  Dünya  Azərbaycanlılarının 
Həmrəylik  Günü  bayramı  dünyanın  70-dən  çox  ölkəsində  azərbaycanlılar  tərəfindən 
qeyd  olunur.  Azərbaycanlılar  minilliklər  boyu  özlərinin  doğma  torpağı  olan 
tarixi Azərbaycan ərazisində 
yaĢayaraq  dünya  sivilizasiyasına  böyük  töhfələr 
vermiĢlər. Müharibələr, inqilablar, hərbi  münaqiĢələr,  dünyada  gedən  müxtəlif  ictimai-
siyasi  proseslər  nəticəsində  Azərbaycan  parçalanmıĢ,  azərbaycanlıların  bir  qismi  öz 
yurd-yuvalarından  didərgin  salınmıĢ,  deportasiyalara  məruz  qalmıĢ,  bir-birindən  ayrı 
düĢmüĢdür.  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Gününün  əsası 1989-cu  il  dekabrın 
axırlarında Naxçıvanda sərhədlərin  (SSRĠ-Ġran sərhədləri)  dağılması  zamanı  qoyuldu. 
ġimali  və  Cənubi  Azərbaycan  arasındakı  sərhəd  dirəkləri  dağıdıldı.  Bu 
vaxt   Ġstanbulda türk  dilli  xalqların  Konfransı  keçirilirdi.  Konfransda  dünya 
azərbaycanlılarının  həmrəyliyinin  qeyd  olunmasına  qərar  verildi.  1991-ci  ilin 16 
dekabrında Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisinin  sədri Heydər  Əliyev dünya 
azərbaycanlılarının  birliyini  yaratmağın  əhəmiyyətini  nəzərə  alaraq  dekabrın  31-ni 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar 
üçün  əziz  olan  31  dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  bayram  edilir. 
Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. 
 
 
 


311 
 
Bu tarixi unutmayaq 
26. Xankəndinin işğalı günü 
Xankəndi 
Azərbaycan 
Respublikasının  ən  gənc 
Ģəhərlərindən biridir. Arxiv sənədlərində məlumat var ki, 
Ģəhər  XVIII  əsrin  sonunda  hökmdarların  –  Qarabağ 
xanlığının  xanları  üçün  istirahət  yeri  kimi  salınmıĢdır. 
YaĢayıĢ  yeri  Pənahabaddan  (ġuĢa  Ģəhərindən)  10  km 
məsafədə,  yalnız  bir  məqsədlə  –  Qarabağ  xanlarının 
fəaliyyəti  üçün  maksimum  rahatlığın  təmin  edilməsi 
məqsədilə  nisbətən  yamac  yerdə  ucaldılmıĢdır.  ġəhərin 
yeri  müəyyən  edilərkən  onun  digər  strateji  cəhətdən 
vacib Ģəhərlərə – Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxınlığı 
nəzərə  alınmıĢdır.  Digərlərində  olduğu  kimi,  bu  gənc  yaĢayıĢ  məntəqəsində  də 
azərbaycanlılar məskunlaĢmıĢdır. ġəhərin yaranmasının ilk illərində Ģəhərdə yalnız Xan 
öz  ailəsi  ilə  və  dəstəsi  yaĢayırdı.  Xankəndi  adı  da  burdan  götürülmüĢdür  –  ―Xanın 
kəndi‖. Sonradan qəsəbə rəsmi olaraq Xankəndi adını almıĢdır. Xankəndi respublikanın 
inkiĢaf  etmiĢ  sənaye  mərkəzi  idi.  Yüngül  və  yeyinti  sənayeləri  inkiĢaf  etmiĢdi. 
Elektrotexnika, avtotəmir və asfalt-beton zavodları, mebel fabrikləri, tikinti materialları, 
istehsalat 
və 
maarifləndirici-istehsalat 
kombinatları 
fəaliyyət 
göstərirdi. 
Xankəndi  Ģəhəri 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası 
Silahlı  Qüvvələri  tərəfindən  iĢğal  edilmiĢdir.  Ġnzibati  cəhətdən  Xankəndi  Ģəhər  əhatə 
dairəsinə Xankəndi Ģəhəri və Kərkicahan Ģəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. 
Paytaxt Bakıdan 329 km aralıda yerləĢir. Azərbaycan Respublikasının Dövlət Statistika 
Komitəsinin  1  yanvar  2012-ci  il  tarixinə  olan  rəsmi  məlumatına  əsasən  Xankəndi 
Ģəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi var idi. Hazırda 
erməni silahlı qüvvələrinin nəzarəti altındadır. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiĢ 
erməni  millətçi  emissarlarının  təĢkilatçılığı  ilə  Xankəndində  ermənilər  Dağlıq 
Qarabağın  Azərbaycandan  qoparılaraq  Ermənistana  verilməsi  tələbi  ilə  icazəsiz 
mitinqlərə  baĢladılar.  Ġlk  mitinq  13  fevral  1988-ci  ildə  Xankəndinin  mərkəzi 
meydanında  təĢkil  olundu.  Bundan  bir  həftə  sonra,  20  fevralda  Dağlıq  Qarabağ  Ali 
Sovetindəki  erməni  deputatlar  qanunsuz  olaraq  vilayətin  Azərbaycanın  tərkibindən 
ayrılaraq  Ermənistan  SSR-ə  birləĢdirilməsi  məsələsini  qaldırdı.  Bu,  Dağlıq  Qarabağın 
azərbaycanlı  icmasının  haqlı  narazılığına  səbəb  oldu.  Bundan  sonra  Sovet  rəhbərliyi 
vəziyyəti  stabilləĢdirmək  üçün  Xankəndinə  Daxili  QoĢunların  batalyonunu  göndərdi. 
Həmin  aylardan  etibarən  ermənilərin  azərbaycanlılara  qarĢı  terror  hərəkatı  baĢlandı. 
May  ayının  25-dən  etibarən  isə  Vilayət  Partiya  Komitəsində  məsul  vəzifədə  çalıĢan 
azərbaycanlılar  iĢdən  çıxarıldı.  Ġlk  olaraq  ermənilər  1988-ci  ilin  18  sentyabrında 
Xocalıya  hücum  etdilər.  Güclü  müqavimətlə  rastlaĢdıqdan  sonra  onlar  Xankəndində 
olan  azərbaycanlıların  evlərinə  basqınlar  təĢkil  etdilər.  26  dekabr  1991-ci  ildən  rayon 
erməni iĢğalı altındadır. 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə