Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Şair Müzəffər Şükür Məchulun  anadan olmasının 75 illiyi (1941)



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə117/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   113   114   115   116   117   118   119   120   121

318 
 
 
23.Şair Müzəffər Şükür Məchulun  anadan olmasının 75 illiyi (1941) 
  
Müzəffər ġükür Məchul 1941-ci ildə dekabrın 23- də Azərbaycanın Ağstafa rayonunun 
Eynallı  kəndində    anadan  olmuĢdur.  Azərbaycan  Kənd  Təsərrüfatı  Ġnstitutunu  və 
Azərbaycan  Dövlət  Universitetini  bitirib.  ―AzərnəĢr‖də  korrektor,  baĢ  redaktor  (1978-
1992)  vəzifəsində  iĢləyib.  Azərbaycan  Bəstəkarlar  Ġttifaqının  ―ġur‖  nəĢriyyatında 
məsləhətçi  redaktor,  ―Doğru  yol‖  qəzetində  mədəniyyət  Ģöbəsinin  müdiri,  ―Qafqaz‖ 
qəzetində  ədəbi  redaktor,  ―Ġncəsənət‖  qəzetində  redaktor  müavini  olmuĢdur  (1992-
2000).  Ədəbi  fəaliyyətə  1964-  cü  ildə  ―Azərbaycan  gəncləri  ‖  qəzetində  çıxan 
―Ulduzlar‖ Ģeiri ilə baĢlamıĢdır. Dövri mətbuatda vaxtaĢırı çıxıĢ etmiĢdir.  Əsərləri SSRĠ 
xalqlarının  dillərinə  tərcümə  olunmuĢdur.  Bədii  tərcümə  ilə  də  ardıcıl  məĢğul 
olmuĢdur.  O, 20 ildən artıq Azərbaycan NəĢriyyatında redaktor vəzifəsində çalıĢıb. Ġlk 
dəfə Yunis Ġmrənin əsərlərini dilimizə tərcümə edib. XX əsr Azərbaycan ədəbiyyatının 
ilk türk divanı da məhz onun adı ilə bağlıdır. ġair Müzəffər ġükür Məchul sentyabrın 
28-də  Ağstafa  rayonunda  dünyasını  dəyiĢib,  ata  yurdunda  -  Eynallı  kəndində  dəfn 
olunub.  Müzəffər  ġükür  Məchul  1974-cü  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü 
olub. 17 kitabın müəllifidir.   
Əsərləri: ―Yelkənlər açılır‖ (1969), ―Bu torpağın nəğmələri‖ (1971), ―Yenə yaz gələr‖ 
(1978),  ―KiĢilərə arxalanın‖ (1980), ―Araz  dalğaları‖ (1983), ―Bir kökdən ayrıldıq‖ 
(1987), ―Üfüqlərdə bir murazım qalıbdı‖ (1990), ―Göl üstə sonam ağlar‖ (1993), 
―Divan‖ (1996), ―Bülbülnamə‖ (2001) və s. 
 
 
 
 
 


319 
 
23.Tənqidçi, ədəbiyyatşünas Əbülfət Misiroğlunun anadan olmasının 70 illiyi 
(23.12.1946-10.12.1998) 
Əhmədov Əbülfət Misir oğlu (Əbülfət Misiroğlu) — nasir, 1988-ci ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
Əbülfət  Misiroğlu 1946-cı  il dekabrın  23-də Ağcabədi  rayonunda kolxozçu  ailəsində 
anadan  olmuĢdur.  Burada  kənd  orta  məktəbini  bitirmiĢdir  (1963).  Əmək  fəaliyyətinə 
Bakı  zavodlarında  armaturçu,  quraĢdırıcı  fəhlə  kimi  baĢlamıĢdır  (1964-1965). 
Azərbaycan  LKGĠ  Ağcabədi  rayon  komitəsində  Ģöbə  müdiri,  sonra  ikinci  katib 
olmuĢdur  (1965-1968).  Əmək  müqaviləsi  ilə  "Azərbaycan  gəncləri"  qəzeti 
redaksiyasında xüsusi müxbir iĢləmiĢdir (1968-1969).  Moskvada Maksim Qorki adına 
Ədəbiyyat Ġnstitutunun nəsr Ģöbəsində təhsilini qiyabi davam  etdirmiĢdir (1969-1976). 
Eyni  zamanda  Bakı  Ģəhər  Ġcraiyyə  Komitəsi  idarələrində  müxtəlif  vəzifələrdə 
çalıĢmıĢdır.  "YüksəliĢ"  rayon  qəzeti  redaksiyasının  (1975-1977),  Ç.Ġldırım  adına 
Azərbaycan  Dövlət  Politexnik  Ġnstitutu  "Politexnik"  qəzeti  redaksiyasının  əməkdaĢı 
(1977-1984)  olmuĢdur.  Sonra  Azərbaycan  Dövlət  Televiziya  və  Radio  VeriliĢləri 
Komitəsində "Gənclik" baĢ redaksiyasının redaktoru iĢləmiĢdir.  Bədii yaradıcılığa 60-cı 
illərdən baĢlamıĢdır. Dövri mətbuatda vaxtaĢırı çıxıĢ etmiĢdir. Əbülfət Misiroğlu 1998-
ci il dekabrın 10-da vəfat etmiĢdir. 
Əsərləri: ―Ġki səs‖ (hekayələr) (1971),‖Gecələr olmayaydı‖ (hekayələr və povestlər) 
(1980), ―Havadan asılmıĢ dünya‖ (povestlər və hekayələr) (1985), ―Ağ daĢlar‖ (povest 
və hekayələr) (1986) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


320 
 
25.Ədəbiyyatşünas, tərcüməçi Əli Sultanlının anadan olmasının 110 illiyi 
(25.12.1906-18.07.1960) 
Ötən əsrdə dünya klassikasını xalqımızın milli-mənəvi sərvətləri xəzinəsinə çevirməkdə 
bənzərsiz xidməti olan görkəmli pedaqoq, ədəbiyyatşünas alim, filologiya elmləri 
doktoru, professor Əli Sultanlı sağlığında özünə əbədi heykəl qoymuş unudulmaz bir 
şəxsiyyətdir.
 
 
Əli 
Sultanlı–filologiya 
elmləri 
doktoru, 
professor. 
 
1906-cı  ildə  Naxçıvanda  bənna  ailəsində  anadan  olmuĢdur. Ġlk 
təhsilini  Naxçıvanda  alan  Ə.Sultanlı  1923-cü  ildə  Naxçıvan 
Müəllimlər  Seminariyasına  qəbul  olunur  və  1928-ci  ildə  oranı 
bitirir.  O,  bir  müddət  ―ġərq  qapısı‖  qəzetində  ədəbi  iĢçi 
vəzifəsində  çalıĢır.   Ə.Sultanlı  1929-cu  ildə  Bakıya  gəlib,  ADU-
nun  xarici  ölkələr  ədəbiyyatı  tarixi  kafedrasında  assistent  və 
ömrünün  sonuna  kimi  respublikanın  ali  məktəblərində,  elmi-
tədqiqat  institutunda  dünya  və  Azərbaycan  ədəbiyyatından  dərs  deyir  və  geniĢ  elmi-
tədqiqat  iĢi  aparır.  Ə.Sultanlı  1934-39-cu  illərdə  xarici  ölkələr  ədəbiyyatın  tarixi 
kafedrasına  rəhbərlik  etmiĢ,  1939-1941-ci  illərdə  ADU-nun  prorektoru  vəzifəsində 
çalıĢmıĢdır. 
O, 
bir 
sıra 
dərsliklər, 
müntəxəbatlar, 
tədqiqat 
əsərləri 
yaratmıĢdır.   Ə.Sultanlı  ―Antik  ədəbiyyat  tarixi‖,  ―Roma  ədəbiyyatı  müntəxəbatı‖, 
―Antik  ədəbiyyatı  müntəxəbatı‖  kimi  dərsliklərin,  ―Azərbaycana  dramaturgiyasının 
inkiĢaf yolları‖, ―Nizami və Qərbi Avropa ədəbiyyatı‖ və s. görkəmli əsərlərin müəllifi 
kimi  Ģöhrət  qazanmıĢdır. O,  Azərbaycan  alimləri  arasında  birinci  dəfə  1939-cu  ildə 
xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı 
ildə  isə  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almıĢdır. Dövlətimiz  Ə.Sultanlının 
xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRĠ Ali Sovetinin fərmanı ilə, 
Əmək  igidliyinə  görə  medalı  ilə  təltif  etmiĢdir. Ə.Sultanlı  1960-cı  ildə  Bakıda  vəfat 
etmiĢdir.  
Əsərləri  :  ―V.Hötenin  yaradıcılıq  yolu‖  (1932),  ―M.F.Axundovun  dramaturgiyası‖ 
(1938),  ―Mopassanın  hərbi  novellaları‖  (1942),  ―Azərbaycanda  xalq  draması‖  (1945), 
―Roma və Yunanıstanda ədəbiyyatĢünaslıq və estetika məsələləri‖ (1945), ―ġekspir və 
onun  on  ikinci  gecəsi‖  (1946),  ―Antik  dövrdə  ədəbiyyat  və  ədəbiyyatĢünaslıq 
məsələləri‖  (1946),  ―RəĢidbəy  Əfəndiyevin  dramaturgiyası‖  (1946),  ―Dədə  Qorqud  və 
yunan  eposları‖  (1946),  ―Nizami  və  Qərbi  Avropa  ədəbiyyatı‖  (1947),  ―Ostrovski  və 
Azərbaycan  dramaturgiyası‖  (1948),  ―Antik  ədəbiyyat  tarixi.  Bakı:  ADU-nun  nəĢri‖ 
(1958), ―Azərbaycan dramaturgiyasının inkiĢaf tarixindən‖ (1964), ―Məqalələr‖ (1971) 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə