Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə118/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   113   114   115   116   117   118   119   120   121

321 
 
28.Şair, publisist Şahmar Əkbərzadənin anadan olmasının 75 illiyi  
(28.12.1941-30. 07.2000) 
“Şahmar Əkbərzadənin adı çəkiləndə qüssələnən könlümüzə bir təsəlli də üz tutur. 
Sanki ondan yadigar qalmış misralar nikbinliyə çıraq tutan aynaya dönür. Hər 
kəlməsində, sözündə, misrasında vətən məhəbbətinin ülviliyi duyulur. Ürəyinin 
alovlarından libas geyinmiş poeziyasında külli Qarabağın özünü görürük. Sanki 
xiffətimizə od vurulur, dərdimiz damla-damla süzülərək eləcə külə dönür. Dünənimiz 
dirilir, yeddi arxa dönənimizlə üz-üzə gəlirik. Zəngəzura, Göyçəyə, Kəlbəcərə
Cəbrayıla qayıdırıq. Duyğularımız necə də ülviləşir, könlümüz bir az da Şuşalaşır, 
Ağdamlaşır”. 
                                                                                                                                   Flora Xəlilzadə 
 
Şahmar Əkbər oğlu Əkbərzadə — şair, jurnalist 
 
 
 
 
 
 
ġahmar  Əkbər  oğlu  Əkbərzadə  1941-ci  il  28  dekabrda  Ağdam  rayonunun  Çəmənli 
kəndində  ziyalı  ailəsində  anadan  olmuĢdur.  1958-ci  ildə  Mahrızlı  kənd  orta  məktəbini 
bitirdikdən  sonra  həmin  il  ġuĢa  Pedaqoji  Texnikomuna  daxil  olub  və  1960-cı  ildə 
texnikomu bitirmiĢdir.  Elə həmin il M.F.Axundov adına Dillər Ġnstitutunun Rus dili və 
ədəbiyyatı Ģöbəsinə daxil olmuĢ, 1960-cı ildə Rus dili müəllimi ixtisasına yiyələnmiĢdir.  
Bir  neçə  il Çəmənli kənd  orta  məktəbində  müəllim  iĢləmiĢ,  1968-ci  ildə Bakı Ģəhərinə 
köçüb  "Azərbaycan  gəncləri"  qəzetində  jurnalist  kimi  fəaliyyətə  baĢlamıĢdır.  Sonralar 
həmin qəzetdə Ģöbə müdiri vəzifəsində çalıĢmıĢdır. "Kommunist" qəzetində müxbir və 
Ģöbə  müdiri  olmuĢdur.  1990-cı  ildə  "Mədəniyyət"  qəzetini  təsis  etmiĢ  və  ömrünün 
sonunadək qəzetin baĢ redaktoru olmuĢdur. ġahmar Əkbərzadə 2000-ci il avqust ayının 
30-da Bakı Ģəhərində  dünyasını  dəyiĢmiĢdir.  10  fevral 2014-cü  ildə  adını  daĢıyan 
"ġahmar Ədəbi Məclisi" (ġƏM) təsis olunmuĢdur. 
Kitabları: ―YüksəliĢdə‖, ―Mil üzümçüləri‖, ―Anama layla‖ (1978),  ―Sevgi borc 
verilməz‖ (1982), ―Ona yanıram ki‖ (1988), ―Haqqa pəncərə‖ (1998), 
Filmoqrafiya: Qaragülün nağılı (film, 2007) 
 
      
 
 


322 
 
28.Şair Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyi (1946-2003) 
 
Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) – şair, 
publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır 
Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı 
laureatı (1982). 
 
Nüsrət Kəsəmənli 1946-cı ildə Qazax rayonunda anadan olmuĢdur. Azərbaycan Dövlət 
Universitetinin jurnalistika fakültəsinə daxil olmuĢdur (1966). Universitetin II kursunda 
ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi iĢçi vəzifələrinə qəbul edildiyinə görə 
qiyabi  Ģöbəyə  keçirilmiĢdir  (1969-cu  ildə).  Universiteti  bitirdikdən  sonra  Azərbaycan 
Yazıçılar  Ġttifaqında  referent  və  ədəbi  məsləhətçi  olmuĢdur  (1978-1985).  60-cı  illərin 
əvvəllərindən  bədii  yaradıcılığa  baĢlamıĢdır.  150-dək  Ģerinə  musiqi  bəstələnmiĢdir. 
"BoĢ  kəndlərin  harayı",  "Mövzu  üzrə  improvizasiya",  "Ənbizlərin  keĢiyində",  "Sovet 
Azərbaycanına  səyahət"  və  s.  sənədli  filmlərin,  "Afroditanın  qolları",  "Qarabağ 
əhvalatı"  bədii  filmlərin  ssenari  müəllifıdir.  Moskvada  gənc  yazıçıların  VI,VII 
Ümumittifaq müĢavirələrində iĢtirak etmiĢdir. Fəal ictimaiyyətçi olmuĢdur: Azərbaycan 
Yazıçılar  Ġttifaqında  Həmkarlar  Komitəsinin  sədri  (1981-1984),  mədəniyyət  iĢçiləri 
həmkarlar  ittifaqı  respublika  komitəsi  rəyasət  heyətinin  üzvlüyünə  namizəd, 
Azərbaycan  Tarix və  Mədəniyyət  Abidələri  Mühafizə  Cəmiyyətinin üzvü, Azərbaycan 
Yazıçılar  Ġttifaqının  VI,VII  qurultayında  idarə  heyətinin  üzvü,  poeziya  Ģurasının  sədri 
seçilmiĢdir.  C.Cabbarlı  adına  "Azərbaycanfilm"  kinostudiyasında  baĢ  redaktor 
iĢləmiĢdir  (1985-ci  ildən).  "Dünyaya  pəncərə"  sənədli  televiziya  veriliĢinin  ssenari 
müəllifi və aparıcısı olmuĢdur (1985-ci ildən). 17 oktyabr 2003-cü ildə Təbrizdə vəfat 
etmiĢdir. 
Filmoqrafiya: Afroditanın qolları (film, 1987)(qısametrajlı bədii film), Azərbaycana 
səyahət (film, 1988),  Doğma sahillər (film, 1989),  Dünyada yeganə (film, 1989), 
Əmbizlərin keĢiyində (film, 1988), Goranboy – oğuz eli (film, 1989),  Kəndlərin harayı 
(film, 1987), Qurultaydan qurultaya (film, 1985),  Lətifə (film, 1989),  Monoloq (film, 
1987), Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987), "Neftçi"-87 (film, 1987), 
ġeytan göz qabağında (film, 1987) 
Əsərləri: ―Sevirsənsə‖ (1971), ―Gözlərimin qarası‖ (1975), ―Özümə bənzədiyim 
günlər‖ (1979), ‖GümüĢ yuxular‖ (1981), ‖Təklikdə danıĢaq‖ (1983), ―Daha nağıllara 
inanmıram mən‖, ―Biri vardı, biri yox...‖, ―Səni unutsam...‖,  ‖Vətən alov etsin odunu 
sənin‖, ―Mənsiz qalacaqdır bu dünya bir gün‖, ―Oğru olmaq istəyirəm‖, ―Ağacın altında 
kölgə‖, ―Qoyunlar yeyəcək canavarları...‖, ―Məhəbbətdən küsəndə‖, ―Yoxdusa‖, 
―Mənim o ağaca yazığım gəlir...‖, ―Mənə inanmırsan bir yuxu kimi‖, ―Ġnanma əzizim, 
inan əzizim‖ 
 
     
 


323 
 
29.Yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anadan olmasının 95 illiyi 
(29.12.1921-04.09.2003) 
Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və 
yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz 
nümunəsinə çevirmişdir. 
Cəfərzadə Əzizə Məmməd qızı  - yazıçı, ədəbiyyatşünas, ictimai 
xadim, filologiya elmləri doktoru, professor, 1946-cı 
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
―Xalqlar dostluğu‖ və ―Şöhrət‖ordeni ilə təltif olunmuşdur. 
 
1921-ci  il dekabrın  29-da Bakı Ģəhərində  anadan  olmuĢdur.  1946-
1947-ci  illərdə  ekstern  yolu  ilə Azərbaycan  Dövlət  Universitetinin 
filologiya  fakültəsini   bitirmiĢdir. 1944-1946-ci  illərdə   Cəfər 
Cabbarlı 
adına 
"Azərbaycanfilm" 
kinostudiyasında ssenari 
Ģöbəsinin  rəisi, 1947-1949-cu  illərdə  teatr  texniki  məktəbinin  müdiri, 1950-1955-cı 
illərdə  pedaqoji  institutda dosent,  kafedra  müdiri, 1956-cı  ildə  Kamçatka  pedaqoji 
institutunda  dosent, 1957-74-ci  illərdə  Azərbaycan  Elmlər  Akademiyasının  əlyazmalar 
Ġnstitutunda  baĢ  elmi  iĢçi,  Ģöbə  müdiri, 1974-ci  ildən  isə   Bakı  Dövlət 
Universitetinin   professoru  vəzifələrində  çalıĢmıĢdır.  Əzizə  Cəfərzadə  XIX  əsr 
Azərbaycan  ədəbiyyatı  tarixinin  bilicisi  kimi  tanınırdı  və  bu  sahədə 1950-ci  ildə  ―XIX 
əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri‖ mövzusunda namizədlik, 1970-
ci  ildə  ―XIX  əsr  Azərbaycan  poeziyasında  xalq  Ģeiri    üslubu‖  mövzusunda  doktorluq 
dissertasiyaları müdafiə etmiĢdir.  Ədəbi  fəaliyyətə 16 yaĢında baĢlamıĢ və ―Əzrayıl‖ 
adlı ilk hekayəsini  1937-ci ildə ―Ədəbiyyat‖ qəzetində çap etdirmiĢdir. Əzizə xanımın 
nəsr əsərləri əsasən tarixi roman janrında yazılmıĢdır. Elmi tədqiqatçı kimi bir sıra aĢıq 
və  Ģairlərin  əsərlərini  toplayib  çap  etdirmiĢdir  ki,  bunlara  ―Fatma  xanım  Kəminə‖ 
(1971),  ―Könül  çırpıntıları‖  (1972),  ―Azərbaycanın  Ģair  və  aĢıq  qadınları‖  (2003), 
―ġirvanın  üç  Ģairi‖  (1971),  ―Mücrüm  Kərim  Vardani.  Sünbülstan‖  (1978),  ―Abdulla 
Padarlı.  SeçilmiĢ  əsərləri‖  (1979),  ―Hər  budaqdan  bir  yarpaq‖  (1983)  daxildir.  Əzizə 
Cəfərzadə 2001-ci ildə ―Azərbaycan Anası‖ və s. kimi yüksək adlara layiq görülmüĢdür. 
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat etmiĢdir.  
Əsərləri: ‖Natavan haqqında hekayələr‖ (1963), ―Aləmdə səsim var mənim‖ (1973-
1978), ―Yad et məni‖ (1980) , ―Bakı-1501‖ (1981) , ―Cəlaliyyə‖ (1983) , ―Sabir‖ 
(1989),  ―Eldən elə‖ (1992) , ―Bir səsin faciəsi‖ (1995) ,‖Gülüstan"dan öncə‖ (1996) , 
―Zərrintac-Tahirə‖ (1996) , ―ĠĢığa doğru‖ (1998), ―Bəla‖ (2001), ―Rübabə-sultanım‖ 
(2001), ―Xəzərin göz yaĢları‖ (2003) , ―EĢq Sultanı‖ , ―Sahibsiz ev‖ (1966), ―Əllərini 
mənə ver‖ (1970), ―Sənsən ümidim‖ (1984), ―Xəyalım mənim‖ (2002) , ―Eldən-elə‖ 
―Vətənə qayıt‖ və s. 
Uşaqlar üçün yazdığı hekayə və nağıllar: "Qızımın hekayələri" (1964), "Anamın 
nağılları" (1982), "Çiçəklərim" (1988), "PiĢik dili" (2001) və sair 
Filmoqrafiya: Ġstiqlal yollarında (film, 1990), Ağ saçların iĢığında (film, 1993), Əzizə 
Cəfərzadə (film, 1999) Düma ömrünün qırx günü (film, 2002) və s.  


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə