Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə120/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   113   114   115   116   117   118   119   120   121

327 
 
5.  Aktyor Həsənağa Salayevin anadan olmasının 95 illiyi (05.12.1921-02.09.1981) 
 Həsənağa  Salayev  çılğın  ehtirası,  vüqarlı  görünüşü,  sərbəst 
səhnə davranışı, əzəmətli boybuxunu, tamaşada yöndaşlarına 
diqqəti  ilə  seçilirdi.  Gurultulu  və  cingiltili  səsini  məharətlə 
tənzimləyən  aktyor  romantik  rollarla  realist  personajları, 
mürəkkəb  psixoloji  dönüşlü  dramatik  obrazları  eyni 
məharətlə oynaya bilirdi. O, klassik və tərcümə əsərlərində ifa 
etdiyi  obrazları  çağdaş  dövrün  ictimai-sosial,  mənəvi-əxlaqi 
problemləri  ilə  ustalıqla  əlaqələndirirdi.  Həsənağa  Salayev 
ruhən,  emosiya  coşğunluğu,  səs  diapazonu,  ehtiraslarının 
çılğınlığı ilə romantik aktyor idi. 
Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli 
ahəngdarlıqla  ehtiva edən  Həsənağa  Dərya  oğlu  Salayev  5  dekabr 1921-ci ildə  Bakıda 
qulluqçu  ailəsində  doğulub.  Həsənağa  1937-ci  ildə  oranın  doqquzuncu  sinfini  yüksək 
qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-
ci  ildə  Akademik  Milli  Dram  Teatrının  aktyor  heyətinə  qəbul  edilib.  Qısa  müddətdə 
Həsənağa  Salayev  teatrın  repertuarında  yer  tutan  və  təzə  hazırlanan  tamaĢalarında 
maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad 
və  ġirin"  (Fərhad),  "Vaqif"  (Eldar,  Qacar  və  Vaqif),  Zeynal  Xəlilin  "Qatır  Məmməd" 
(Əziz),  Ənvər  Məmmədxanlının  "ġərqin  səhəri"  (Mustafa),  Bəxtiyar  Vahabzadənin 
"Ġkinci  səs"  (RəĢad), 
 
ġıxəli  Qurbanovun  "Sənsiz"  (Fərhad),  Süleyman  Rüstəmin 
"Qaçaq  Nəbi"  (Vəli),  Cəfər  Cabbarlının  "Solğun  çiçəklər"  (Bəhram),  "Od  gəlini" 
(Qorxmaz),  "Almaz"  (Ġbad),  "Oqtay  Eloğlu"  (Oqtay),  Pavel  Malyarevskinin  "DaĢ 
qartal"  (MaksĠm),  Yuri  Osnos  və  Vladimir  Vinnikovun  "Hind  gözəli"  (Çarudatta), 
Mirzə  Fətəli  Axundzadənin  "Hacı  Qara"  (Heydər  bəy),  Bernard  ġounun  "ġeytanın 
Ģagirdi" (Riçard Daycen), Bəxtiyar Vahabzadənin "Ġkinci səs" (RəĢad), Nazim Hikmətin 
"ġöhrət və ya unudulan adam" (Doktor), Fridrix ġillerin "Orlean qızı" (Dünua), Hüseyn 
Cavidin  "SəyavuĢ"  (Keykavus)   və  s.  əsərlərinin  tamaĢalarında  xarakterik  səhnə 
surətləri  yaradıb.  Aktyor  eyni  zamanda  "Azərbaycanfilm"  kinostudiyasının  istehsal 
etdiyi  "Fətəli  xan",  "GörüĢ",  "O  olmasın,  bu  olsun",  "Onu  bağıĢlamaq  olarını?", 
"Koroğlu",  "Ġstintaq  davam  edir"  bədii  və  "Aygün"  televiziya  filmlərində  Süleyman, 
Musa,  Əzim  Əzimzadə,  Qüdrət,  Eyvaz,  Mayor  Rüstəmov,  Əmirxan  rollarına  çəkilib. 
Həsənağa  Salayev  aktyorluq  sənətində qazandığı qələbələrə  görə  10 iyun  1959-cu  ildə 
Azərbaycan Respublikasının əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adları ilə 
təltif  edilib.  H.  Salayev  yaradıcılığının  ən  müdrik  çağında  2  oktyabr  1981-ci  ildə 
dünyasını dəyiĢib.  
Filmoqrafiya: Aygün (film, 1960), Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax), 
Doğma xalqıma (film, 1954), Fətəli xan (film, 1947), GörüĢ (film, 1955), Ġstintaq 
davam edir (film, 1966), Körpə (film, 1962), Qara daĢlar (film, 1956), O olmasın, bu 
olsun (film, 1956), Onu bağıĢlamaq olarmı? (film, 1959), Onun böyük ürəyi (film, 
1958), Səhər (film, 1960), Üzeyir ömrü (film, 1981) və s.  
 


328 
 
8. Xalq artisti, baletmeystr Tamilla Şirəliyevanın anadan olmasının 70 illiyi 
(08.12.1946) 
 
 
Tamilla Xudadat qızı Şirəliyeva — Azərbaycanın balet artisti, Azərbaycan SSR 
xalq artisti (10.01.1978),  SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət 
Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri. 
ġirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı Ģəhərində anadan olmuĢdur. 
Bakı Xoreoqrafiya Məktəbini bitirmiĢdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera 
və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", ƏĢrəf Abbasov), Gülyanaq ("Qız 
qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), 
AyiĢə, Fiyetta ("Yeddi gözəl", "Ġldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu 
gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), ġəhrizad ("Min bir gecə", 
Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstəmiĢdir. 
Quruluş verdiyi baletlər: Xeyir və ġər (1992), Xəzər balladası (balet) – (2001), 
Qafqaza səyahət (2002), Rast (2004) 
Filmoqrafiya: Muğam (film, 1976) 
 
 
 
 
 
 
 
 
 


329 
 
19.Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 95 illiyi  
(19.12.1921-21.08.2002) 
 
Abdullayev Mikayıl Hüseyn oğlu — Azərbaycanlı boyakar, 
qrafik və teatr rəssamı, professor, SSRİ Rəssamlıq 
Akademiyasının akademiki, Cəvahirləl Nehru adına 
beynəlxalq mükafatı və Azərbaycan SSR dövlət 
mükafatı laureatı 
 
 
 
 
Mikayıl  Abdullayev 19  dekabr 1921-ci  ildə Bakıda doğulmuĢdur. 1939-cu  ildə Əzim 
Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət 
Rəssamlıq  məktəbini  bitirmiĢ,  S.  Gerasimovun  emalatxanasında  rəssamlıq  sənətinin 
incəliklərini  öyrənmiĢdir.  Əsərləri  dünyanın  bir  sıra  muzeylərində  saxlanılır. 
Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və 
dünyanın 
bir 
sıra 
baĢqa 
Ģəhərlərində fərdi sərgiləri keçirilmiĢdir. Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili 
həyəcan,  obrazların  psixologiyasının  poetik  ümumiləĢdirilməsi  xarakterikdir.  Onun 
əsərləri  koloritin  zənginliyi  ilə  cəlbedicidir.  Bu  xüsusiyyətlər  onun  "Mingəçevir 
iĢıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, 
"Çəltik  əkən  qızlar"  əsərində  daha  aydın  görünür.  Milli  ənənələrin,  kənd  yerində 
yaĢayan  insanların  əməyi,  məiĢəti,  tipik  mənəvi  çalarların  üzvi  Ģəkildə  müasirliklə 
vəhdətdə  verilməsi  Mikayıl  Abdullayev  yaradıcılığına  xas  xüsusiyyətdir.  "Qırx  birin 
iyunu"  triptixinin  mərkəzi  hissəsi  xüsusilə  diqqəti  cəlb  edir.  1941-  45-ci  illərdə  kənd 
əməkçilərinin  payına  düĢən,  ağır,  narahat,  keĢməkeĢli  həyatını  əks  etdirən  əsər  canlı 
povestdir.  "Çəltikçi  qızlar"  monumental  lövhəsi  XX  əsrin  qadınının  zəngin  mənəvi 
cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. ĠĢlədiyi bir 
sıra  tablolarda  müasir  qadın  obrazı  əks  olunmuĢdur.  "Qarabağlı  qızlar",  "Lənkəranlı 
kolxozçu  qadın",  "AbĢeronlu  qadın",  "Ananın  gəncliyi"  kimi  əsərləri  bu  qəbildəndir. 
Xalq  Ģairi Səməd  Vurğun,  yüz  yaĢlı  naxıĢçı  usta  Babayev,  Ģair,  mütəfəkkir Nəsimi və 
baĢqa  portretlər  qalereyası, AbĢeron peyzajları,  natürmortlar, Əfqanıstan və  baĢqa 
ölkələrə  həsr  etdiyi  əsərlər  Mikayıl  Abdullayev  yaradıcılıq  diapazonunun  geniĢliyinə 
Ģəhadət verir. 2002-ci il avqustun 21-də 80 yaĢında vəfat etmiĢdir. 
Filmoqrafiya: Bizim Azərbaycan (film, 1959), Mikayıl Abdullayev (film, 1972), 
GünəĢlə dolu dünya (film, 1973), Qələbənin yolları (film, 1976),  Salam, Zeynəb! (film, 
1982), ġeirin xəzrisi (film, 2000),  Mətbuat fədaisi (film, 2007), Rənglə yazılmıĢ tarix 
(film, 2012) 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə