Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Tənqidçi, ədəbiyyatşünas Məmmədəli Əsgərovun anadan olmasının 95 illiyi



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə116/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   113   114   115   116   117   118   119   120   121

315 
 
 
18.Tənqidçi, ədəbiyyatşünas Məmmədəli Əsgərovun anadan olmasının 95 illiyi  
     (1921-1991) 
 
Əsgərov Məmmədəli Səlimxan oğlu- tənqidçi, ədəbiyyatşünas, 
1956- cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
1921- ci il dekabrın 18 - də Bakı Ģəhəri yaxınlığında olan Suraxanı 
qəsəbəsində  buruq  ustası  ailəsində  anadan  olmuĢdur.  Suraxanıda 
orta  məktəbi  bitirdikdən  sonra  M.  F.  Axundov  adına  Müəllimlər 
Ġnstitutunun  ədəbiyyat  fakultəsində  (1940-1943),  eyni  zamanda 
ADU-  nun  filologiya  fakultəsinin  qiyabi  Ģöbəsində  təhsil  almıĢdır 
(1940-1945).    Ġkinci  Dünya  müharibəsi  dövrü  üç  ay  ön  cəbhədə 
siravi  əsgər  kimi  alman-faĢist  iĢğalçılarına  qarĢı  vuruĢmuĢ,  ağır 
yaralandığına görə tərxis olunmuĢdur ( 1942).  Bakıda 101 saylı məktəbdə Azərbaycan 
dili  və  ədəbiyyatı  müəllimi  (1943-1964),  ―Azərbaycan  gəncləri‖  qəzeti  redaksiyasında 
ədəbiyyat  və  incəsənət  Ģöbəsinin  müdiri  (1953-1955),  Azərbaycan  Müəllimləri 
TəkmilləĢdirmə Ġnstitutunda Azərbaycan dili və ədəbiyyatı kabinetinin metodisti (1964-
1969),  M.  A.  Əliyev  adına  Azərbaycan  Dövlət  Ġncəsənət  Ġnstitutu  səhnə  nitqi 
kafedrasının  baĢ  müəllimi,  müdiri  və  professor  əvəzi  (1969-1974)  olmuĢdur.  Həmin 
institutda  səhnə  nitqi  kafedrasının  dossenti  iĢləmiĢdir  (1977-  ci  ildən).  1991  -  ci  ildə 
vəfat etmiĢdir.  
Əsərləri:  ―Cəlil  Məmmədquluzadənin tədrisi‖  (1954),  ―Füzulini  məktəbdə necə tədris 
etməli‖  (1965),  ―Bədii  qiraət‖  (1973),  ―Səhnə  nitqi‖  (1974),  ―Natiqlik  sənətinin 
əsasları‖ (1975) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


316 
 
 
21.Akademik, Sovet İttifaqı Qəhrəmanı, şərqşünas Ziya Bünyadovun  
     anadan olmasının 95 illiyi (21.12.1921-21.02.1997) 
Ziya Bünyadov – şərqşunas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı 
Laureatı, əməkdar elm xadimi 
 
 
Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük 
xidmətlərindən biri də ondan ibarətdir ki, 80-ci illərin 
axırlarında - 90-cı illərin əvvəllərində o, bir daha böyük 
alim kimi, tədqiqatçı kimi Azərbaycanın açılmamış 
arxivlərindən Azərbaycan tarixinin XX əsrə aid 
səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri 
mətbuatda yazılar verdi və beləliklə də, Azərbaycan 
tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi 
əsərlərində işıqlandırdı. İlk Azərbaycan Demokratik 
Respublikasının yaranması ərəfəsində gedən prosesləri də
o dövrü də doğru-düzgün tədqiq edənlərdən biri də Ziya 
Bünyadovdur”.                                                                          
                                                         
Ulu öndər Heydər Əliyev
 
 
Ziya  Bünyadov 1923-cü  il dekabr  ayının  21-də Astara  Ģəhərində  hərbi  tərcüməçi 
ailəsində  anadan  olmuĢ,  1941-ci  ilin  mayında  hərbi  məktəbi  leytenant  rütbəsində  əlaçı 
diplomu  ilə  bitirmiĢdir.  Ziya  Bünyadov  Ġkinci  dünya  müharibəsində  cəbhədən 
Berlinədək  vuruĢaraq  Ģərəfli  döyüĢ  yolu  keçirmiĢdir.  Visla-Oder  əməliyyatı zamanı 
kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 
80 metrlik minalanmıĢ körpünü ələ keçirmiĢ və əsas qüvvələr gəlib çıxıncaya qədər bir 
neçə saat  ərzində onu düĢmənin aramsız hücumlarından qoruyub saxlaya bilmiĢdi. Bu 
müddət ərzində 670 nəfər döyüĢçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmıĢdı. 1945-
ci  il  27  fevralda  Ziya  Bünyadova Sovet  Ġttifaqı  Qəhrəmanı adı  verilmiĢdir.  Bünyadov 
ordudan  tərxis  olduqdan  sonra 1946-cı  ildə  Moskva  ġərqĢünaslıq  Ġnstitutuna  daxil 
olmuĢ, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmiĢdir. 1965-ci ildə SSRĠ 
Ali  və  Orta  təhsil  Nazirliyi  yanında  Ali  Attestasiya  Komissiyasının  qərarı  ilə  ona 
professor  dərəcəsi  verilmiĢdir.  1990-cı  ildə  Azərbaycan  EA-nın  vitse-prezidenti 
seçilmiĢdir. 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan 
dilinə tərcüməsini baĢa çatdırmıĢdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu iĢə görə 
o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüĢdür. 1992-ci ildə o, ümumi 
səsvermə  yolu  ilə  yenidən  ġərqĢünaslıq  Ġnstitutunun  direktoru  seçilmiĢdir. 
Bünyadov 1991-ci  ildə  ―Gülüstani-Ġrəm‖  əsərini  ön  söz  və  Ģərhlərlə  çap  etdirmiĢ  və 
1993-cü  ildə  bu  iĢinə  görə  Abbasqulu  ağa  Bakıxanov  adına  mükafata  layiq 
görülmüĢdür.  
Əsərləri: ―Azərbaycan Atabəylər dövləti‖ (1136-1225-ci illər) (1985), ―Azərbaycan 
VII-IX əsrlərdə‖ (2007), ―Dinlər, təriqətlər, məzhəblər‖ (ensiklopedik soraq kitabı) 
(2007), ―Qırmızı terror‖ (1993), ―XarəzmĢahlar-AnuĢtəkinilər dövləti‖ və s. 


317 
 
21.Xalq yazıçısı Süleyman Vəliyevin anadan olmasının 100 illiyi (1916-1996) 
 
Vəliyev Süleyman Vəli oğlu — müasir nəsrimizdə 
müharibə mövzusunun görkəmli nümayəndəsidir. Onun 
yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, 
azərbaycanlı döyüşçülərin Avropa müqavimət 
hərəkatında iştirakı mövzuları əsas yer tutur. 1939-cu 
ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR 
Əməkdar mədəniyyət işçisi (04.01.1977),  əmək veteranı 
(1976),  Əməkdar incəsənət xadimi (1987),  Müharibə 
veteranı (1981). 
Vəliyev  Süleyman  1916-cı  il  dekabrın  21-də  Bakı 
yaxınlığındakı  Ramana  qəsəbəsində  fəhlə  ailəsində  anadan 
olmuĢdur.  Süleyman  Vəliyevin  ―Əmanət  kassası‖  adlı  ilk 
hekayəsi 1932-ci ildə  ―Hücum‖  jurnalında çap olunmuĢdur. 
Yazıçının 21 yaĢında – 1937-ci ildə yazıb çap etdirdiyi ―Bığlı ağa‖ povesti həmin ildə 
―AzərnəĢr‖də ayrıca kitabça Ģəklində çapdan çıxdı. Bu Süleymanı həmiĢəlik ədəbiyyata 
bağladı,  ədəbi  mühitdə  tanıtdı.  S.Vəliyev  Azərbaycan  Yazıçılar  Ġttifaqında  nəsr  üzrə 
məsləhətçi  iĢləmiĢdir.  Yazıçı    nəsrində  Sibiri,  müharibə  dövrünü  və  partizanları  təsvir 
edirdi. 80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini ―Qanadı qırıq quĢ da uçarmıĢ‖ adı 
ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə 
böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmıĢdı. Əsərdə əksini tapan həyat faktları 
bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi 
ədəbi  əhəmiyyət  kəsb  edirdi.  Bu  romanda  yazıçının  Ģəxsi  faciəsi  öz  inandırıcılığı  ilə 
uydurma  və  bəzəkli  müharibə  nəsrinin  Ģablonlarını  təkzib  edirdi.  1994-cü  ildən 
Azərbaycanın  Günahsız  Siyasi  Qurbanlar  Assosiasiyasının  rəyasət  heyətin  üzvü  idi. 
Onun əsərləri keçmiĢ SSRĠ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunmuĢdur. 
Yazıçının    bədii  yaradıcılığında  tərcümə  də  mühüm  yer  tutur.  Süleyman  Vəliyev 
Azərbaycan  Rəyasət  heyətinin  fəxri  fərmanı  (1967-1986),  "Xalqlar  dostluğu"  ordeni 
(1984) və medallarla təltif olunmuĢdur. Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı 
Ģəhərində 80 yaĢında vəfat etmiĢdir. Məzarı Ġkinci Fəxri Xiyabandadır. 
Əsərləri: ―Bığlı ağa‖ (1937), ―ġor cüllutu‖ (hekayə) (1939), ―Molla MəmiĢ və sandıq‖ 
(1939), ―Səadət yollarinda‖ (povest, hekayə və oçerklər) (1957), ―ġor cüllutu (hekayə)‖ 
(1957), ―Əncir ağacı‖ (hekayələr, xatirələr) (1959), ―Mübahisəli Ģəhər (roman)‖ (1962), 
―Bir  səhənk  su‖  (1963),  ―Məhəbbət  buzu  əridir‖  (1964),  ―Düyünlər‖  (roman)(1970), 
―Gül  dəstəsi‖  (1972),  ―Mübahisəli  Ģəhər‖  (roman  və  povest)  (1974),  ―Düyünlər‖ 
(hekayələr,  povestlər,  roman)  (1978),  ―Həyatın  dadı‖  (povest  və  hekayələr) 
(1980),‖DaĢlı  bulaq‖  (roman)  (1987),  ―SeçilmiĢ  əsərlər‖  (iki  cilddə)  (1983),  ‖Qanadı 
sınmıĢ quĢ" da uçarmıĢ‖ (1989) və s.  
Filmoqrafiya: Məhəmməd Füzuli (film, 1958), Ġlk müjdələr (film, 1960), Yeddiilliyin 
adamları və illəri (film, 1960), Bizim mayaklar (film, 1961) Neft Akademiyası (film, 
1974), Qara gölün cəngavərləri (film, 1984). 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə