Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu


Turizm fəaliyyətilə məşğul olmaq üçün aşağıdakı sənədlər təqdim edilir



Yüklə 411,93 Kb.
səhifə4/6
tarix14.05.2018
ölçüsü411,93 Kb.
#44120
növüReferat
1   2   3   4   5   6

Turizm fəaliyyətilə məşğul olmaq üçün aşağıdakı sənədlər təqdim edilir:
1. Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- hüquqi şəxslər üçün -adı, təşkilatı -hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

- fiziki şəxslər üçün- adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin sürəti;

3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin sürəti;

4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin sürəti;

5. Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

6. Azərbayjan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.


6. Turizm normalarının pozulmasına görə məsuliyyət – Turizm fəaliyyətində dövlət tənzimləməsinin əhəmiyyətini başa düşmək üçün ona idarə olunan bir sistem kimi yanaşılması məqsədəuyğundur.

Turizm bir-birini qarşılıqlı olaraq tamamlayan elementlərin məcmusu şəklində fəaliyyət göstərən bir sistemdir. Bu sistemdəki münasibətlərin iştirakçıları turist, turizm müəssisələri, təşkilatlar, regionlar və dövlət bir-birinə qarşılıqlı olaraq təsir edir. Sistemdəki münasibətlərin iştirakçıları ətraf mühitə də sıx olaraq bağlıdırlar.


Turistin hüquqları

Turist səyahətə hazırlaşarkən, habelə, tranzit də daxil olmaqla, bütün səyahət müddətində aşağıdakı hüquqlara malikdir:

1. nəzərdə tutulan proqrama müvafiq getdiyi ölkəyə (yerə) daxil olma, orada qalma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizədə olan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri, ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst informasiya almaq;

2. getdiyi ölkədə (yerdə) mövcud olan məhdudiyyət tələbləri nəzərə alınmaqla, hərəkət-yerdəyişmə hüququndan, turizm ehtiyatlarından sərbəst istifadə etmək;

3. həyatının və sağlamlığının qorunması ücün təxirəsalınmaz tibbi yardım alınması hüququna malik olmaq;

4. turizm məhsulunun pərakəndə alqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turagent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi ziyanın qanunvericilikdə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək;

5. getdiyi ölkənin (yerin) hakimiyyət və yerli özünüidarə orqanlarından hüquqi və digər təxirəsalınmaz yardım növləri göstərilməsində kömək almaq;
Turistin vəzifələri

1. Azərbaycan Respublikasından xarici ölkəyə gedən turistin tranzit də daxil olmaqla, səyahət vaxtı aşağıdakı vəzifələri var:

1.1. getdiyi ölkənin (yerin) qanunlarına riayət etmək, onun sosial quruluşuna, adətlərinə, ənənələrinə, dini etiqadlarına hörmət etmək;

1.2. müvəqqəti olduğu ölkədə (yerdə) ətraf mühiti mühafizə qaydalarına riayət etmək, təbiət, tarix və mədəniyyət abidələrinə qayğı ilə yanaşmaq;

1.3. müvəqqəti getdiyi ölkədə (yerdə), habelə yolboyu keçdiyi ölkələrdə gəlmə, getmə qaydalarına riayət etmək;

1.4 səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına riayət etmək.

2. Azərbaycan Respublikasına gəlmiş turist yuxarıdakı müddəalara əməl etməklə bərabər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkəyə (müvəqqəti olduğu yerə) gəlmə və ölkədən (müvəqqəti olduğu yerdən) getmə, habelə orada qalma qaydaların riayət etməlidir.
Turistlərin təhlükəsizliyinin təmin edilməsi

Turistlərin təhlükəsizliyi – səyahət müddətində turistlərin şəxsi təhlükəsizliyi və onların əmlakının qorunmasıdır.

Turistlərin sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Turizm sahəsində müvafiq icra hakimiyyəti orqanı turistlərin getdikləri ölkədə (müvəqqəti olacaqları yerdə) onların həyatını təhlükə altında qoya biləcək hər bir amil haqqında turoperatorlara, turagentlərə və turistlərə məlumat və təlimat verir.

Təsisçiləri dövlət orqanları olan kütləvi informasiya vasitələri turizm sahəsində müvafiq icra hakimiyyəti orqanına turistlərin həyatı ücün təhlükə qorxusu barədə təcili məlumat verməyə imkan yaradırlar.

Turoperatorlar, turagentlər turistlərə səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların rast gələ biləcəkləri təhlükələr barədə müfəssəl məlumat verməyə, qabaqcadan turistlərin təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər görməyə borcludurlar.

Turoperatorlar, turagentlər səyahət zamanı turistlərin qatlaşdığı (üzləşdiyi) fövqəladə hadisələr, həmçinin səyahətdən qayıtmamış turistlər barədə müvafiq icra hakimiyyəti orqanına və turizm fəaliyyəti ilə bilavasitə bağlı olan şəxslərə təxirəsalmadan məlumat verməlidirlər.

Yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) göndərilən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar.

Turist qruplarını müşayiət edən şəxslərin proqram əsasında minimum tibbi hazırlığı, tibbi ləvazimatı və ilkin yardım üçün tibb çantası olmalıdır. Sayı 100 nəfərdən artıq olan turist qrupları ixtisaslaşdırılmış həkim tərəfindən müşayiət olunmalıdır.
Turistlərin sığortalanması

Turistlərin getdiyi, müvəqqəti olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin ölkədə müvəqqəti olan şəxslərə göstərilən tibbi yardım üçün xərcin ödənilməsinə zəmanət verilməsi tələbi müəyyən edilmişdirsə, turoperator (turagent) belə zəmanətləri verməlidir. Turistlərin qəflətən xəstələnməkdən və bədbəxt hadisələrdən sığortalanması belə zəmanətlərin əsas formasıdır.

Sığorta şəhadətnaməsində turistlərin getdiyi, müvəqqəti olacağı ölkədə (yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım xərclərinin və bu hadisə ilə bağlı digər xərclərin ödənilməsi nəzərdə tutulmalıdır.

Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur.

Turistlərin tələbi ilə turoperator (turagent) səyahətin keçirilməsi ilə bağlı digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi əmlakın itirilməsi, izafi xərclər və s) üzrə sığorta xidmətləri göstərilməsinə kömək edir.
Turistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşdırılmış xidmətlər

Azərbaycan Respublikasının ərazisində bədbəxt hadisələrə uğramış turistlərə axtarış-xilasetmə xidməti lazımi yardım göstərir və onların təhlükəsizliyini təmin edir. Axtarış-xilasetmə xidməti yerli icra hakimiyyəti, səhiyyə, rabitə, daxili işlər orqanları və s. xidmət idarələri ilə müvafiq qaydada qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.


Azərbaycan Respublikasının hüdudlarından kənarda fövqəladə vəziyyət yarandığı hallarda Azərbaycan turistlərinin maraqlarının müdafiəsi

Fövqəladə vəziyyət yarandığı hallarda dövlət Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan turistlərinin maraqlarının müdafiəsi üzrə, o cümlədən onların müvəqqəti olduqları ölkədən köçürülməsi üzrə tədbirlər görür.


Turizm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Turizm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətlə nəticələnir.


Azərbaycan Respublikasının turizm sahəsində bağ­la­dı­ğı iki­tə­rəf­li sa­ziş­lər, müqavilə­lər, bəyənat, bə­yən­na­mə­lər öl­kə­mi­zin turizm im­kan və eh­ti­yat­la­rı ba­rə­də informasiyanın da­ha dol­ğun şə­kil­də ya­yıl­ma­sı, tu­riz­min di­gər as­pektlə­ri ilə bağ­lı prob­lem­lə­rin mü­za­ki­rə və həll olun­ma­sı­nın əsas bey­nəl­xalq-hü­qu­qi ba­za­la­rın­dan bi­ri­dir.

Aparılan təhlillər nəticəsində turizm sahəsində ikitərəfli çərçivədə bey­nəl­xalq əmək­daş­lı­ğın əsas istiqamətlərini və xüsusiyyətlərini belə müəy­yən et­mək olar:

1) sə­ya­hət­lər və turizm za­ma­nı in­san hü­quq və azad­lıq­la­rı­nın hər­tə­rəf­li qo­run­ma­sı;

2) tu­ristlə­rin qə­bu­lu, on­la­rın yer­ləş­di­ril­mə­si, tur­la­rın təş­ki­li za­ma­nı diskriminasiyaya yol ver­mə­mək. La­kin sə­ya­hət edi­lən döv­lə­tin mü­ha­ri­bə vəziyyətin­də ol­du­ğu öl­kə­nin və­tən­daş­la­rı­na mü­na­si­bət­də bu prin­sip is­tis­na təş­kil edir. Məsələn, Er­mə­nis­tan-Azər­bay­can-Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si za­ma­nı Azərbay­can döv­lə­ti­nin qar­şı tə­rə­fin və­tən­daş­la­rı­na bu qa­da­ğa və məh­du­diy­yət­lə­ri tət­biq et­mə­si diskri­mi­na­si­ya ki­mi qiy­mət­lən­di­ri­lə bil­məz;

3) turizm sahəsində döv­lət­lə­ra­ra­sı əmək­daş­lı­ğın qar­şı­lıq­lı an­laş­ma və bey­nəl­xalq-hü­qu­qi ba­za üzə­rin­də qu­rul­ma­sı. Bu, xü­su­si­lə, re­gi­on döv­lət­lə­ri üçün xa­rak­te­rik­dir. Çün­ki re­gi­on­da bey­nəl­xalq sül­hün və təh­lü­kə­siz­li­yin qo­run­ma­sı, sa­bit­li­yin tə­min olun­ma­sı, iq­ti­sa­di in­ki­şaf xa­ri­ci tu­riz­min tə­rəq­qi­si­nə, tu­rist axı­nının gücləndirilməsi­nə gə­ti­rib çı­xa­rar. Döv­lət­lə­rin qar­şı­lıq­lı fə­a­liy­yə­ti bu mə­sə­lə­də çox şe­yi müəy­yən edir;

4) turizm sahəsində əmək­daş­lıq­da döv­lət­lə­rin bə­ra­bər əsas­lar­la iş­ti­ra­kı­nın tə­min olun­ma­sı. Yə­ni, döv­lət­lə­rin bö­yük və ki­çik­li­yin­dən, iq­ti­sa­di cə­hət­dən güc­lü olub-ol­ma­ma­sın­dan ası­lı ol­ma­ya­raq, hər bir öl­kə bu əmək­daş­lıq­da iş­ti­rak et­mək hüququnu özün­də eh­ti­va edir;

5) tu­riz­min in­ki­şaf et­di­ril­mə­si za­ma­nı döv­lə­tin ma­ra­ğı­nın, ümum­bə­şə­ri ide­ya­la­rın, mə­nə­vi də­yər­lə­rin qo­run­ma­sı;

6) turist səyahətləri zamanı hər bir öl­kə­nin si­ya­si, iq­ti­sa­di, mə­də­ni hə­ya­tı­na, ta­ri­xi keç­mi­şi­nə, mil­li adət-ənə­nə­si­nə, tə­biə­ti­nə və in­sa­ni re­surslar­na hör­mət­lə ya­naş­maq.

Azərbaycan Respublikasında turizm fəaliyyətinin qanunvericilik potensialının Mülki Məcəllə və “İstehlakçı hüquqlarının müdafiəsi haqqında Qanunla uyğunlaşdırılmasına ehtiyac duyulur. “Turizm haqqında” Qanunda “Turistlərin təhlükəsizliyinin təmin edilməsi” maddəsinin olmasına baxmayaraq ona əməl edilmir. İcra hakimiyyəti orqanı vaxtlı-vaxtında turistlərin təhlükəsizliyi haqqında məlumat almır, bu səbəbdən də o, turoperatorları, turizm agentliklərini turistlərin getdiyi ölkələrin təhlükəsizliyi haqqında məlumatlandıra bilmir. Özfəaliyyət turistlərin təhlükəsizliyi haqqında da məlumat yoxdur. Ölkə səviyyəsində turizm haqqında dolğun statistik hesabat sistemi hələ də yaradılmayıb. Bu səbəbdən turizm bazarı subyektlərinin fəaliyyətinin tənzimləməsini təmin edən və qeyri-ciddi turizm təşkilatlarının əməllərindən turistləri müdafiə edən hüquqi normalara ehtiyac var.

Gəlmə və sosial turizmin inkişafını əngəlləyən amillər də mövcuddur. Bunlara milli turizm məhsulunun xarici turizm bazarlarına çıxışının zəif marketinq strategiyası, turizm məhsulunun bəsit çeşidi, yüksək qiymət və nəqliyyat xidmətlərinin vəziyyəti, dövlət tərəfindən nəzarət olunmayan qiymətlər və tariflər, turizm fəaliyyətinin prioritet istqamətinin (uşaq və tələbə-gənclər turizmi, gəlmə turizm) dövlət tərəfindən tənzimlənməsinin zəifləməsi, daxili və sosial turizmlə məşğul olan firmalar üçün güzəştli kreditlərin və vergi güzəştlərin yoxluğu, işçilərin istirahətinin stimullaşdırılması üçün sahibkarların vəsaitinin cəlb edilməsi mexanizminin olmaması daxildir.

Turizm müəsisələrinin səmərəli fəaliyyətini inkişaf etdirmək üçün aşağıdakı şərtlərin həyata keçirilməsi vacibdir:

a) istifadə olunan nəqliyyat növündəni asılı olmayaraq fərdi və kollektiv qaydada həyata keçirilən turizm səyahətlərini sadələşdirmək.

b) pasport, viza, tibbi və valyutar yoxlamaları və xaricdəki turizm təmsilçiliyi statusu üzrə rəsmiyyətçiliklərin sadələşdirilməsi üzrə müvafiq qəraların qəbul edilməsi ilə turizm səfərlərinin, səyahətlərinin genişləndirlməsinə səmərəli töhfə vermək.

c) turistlərə tətbiq olunan hüquqi müddəaların liberallaşmasına imkan verən və turistlərə xidmət edən turizm müəssisələri, turizm agentliklər və digər təşkilatların fəaliyyətinə aid olan texniki normalara uyğun olaraq turizm səyahətlərinin sadələşdirilməsi məqsədilə qəbul edilmiş və icra olunan Budapeşt Konvensiyası ilə birgə əməkdaşlıq edilir.

Turistlərin təhlükəsizliyi, müdafiə olunması və onların şəxsiyyətinə hörmət olunması turizmin dəyişilməz şərtlərindəndir. Buna görə də:

a) turizm səyahətləri, səfərlərinin sadəlşdirilməsi üzrə tədbirlər turistlərin, onların ləyaqətinin və turizm obyektlərinin təhlükəsizliyi, müdafiəsi ilə müşaiyət olunmalıdır.

b) bu məqsədlə turistlərin və turizm obyektlərinin təhlükəsiliyi və mühafizəsi, həçinin turistlərin ləyaqətinə hörmət istiqamətində səmərəli siyasət formalaşdırılmalıdır.

c) turistlər tərəfindən istifadə olunan turizm malları, obyektləri və avadanlıqları dəqiq müəyyən olunmalıdır.

d) turizm obyektlərinə və ya turizm ehtiyatlarına qarşı təhlükə yarandıqda müvafiq sənədləşmə və informasiya hazırlanması və ondan istifalə olunması təmin olunmalıdır.

e) turistlərə və onların əmlakına zərər vuran bir sıra hadisələr, xüsusən terrorizm kimi təhlükəli hallar zamanı turistlərin milli məhkəmələrdə səmərəli müdafiəsi hüquqi təminatı hər bir ölkənin qanunvericilk sisteminin spesifikası prosedurasına uyğun olmalıdır.

ə) dövlətlər turistlərin təhlükəsizliyi və müdafiəsi məsələlərinin tənzimlənməsi üzrə tövsiyyə olunan tədbirlər proqramları zamanı ÜTT ilə əməkdaşlıq etməlidirlər.
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə məsuliyyət

Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama - şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

7. İstehlakçı hüquqları – İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və bu qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:

malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;

istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;

malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;

malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;

qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;

öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;

ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.



İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ

1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.

2. İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.

3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin)lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.

4. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.

İstehlakçıların malların (işlərin, xidmətlərin) təhlükəsiz olmasına hüquqları

1. İstehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir. Əgər istifadə edilməsi vətəndaşların həyatına, sağlamlığına və əmlakına, habelə, ətraf mühitə zərər vura bilən mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları belə normativ sənədlərin təxirəsalınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, icraçı tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal dayandırmalıdır.

2. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi, istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara (işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir. İstehsalçı (icraçı) bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini göstərməyə borcludur.

3. Malın (işin, xidmətin) təhlükəsiz istifadə edilməsi və ya daşınması, saxlanılması üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, onda istehsalçı (icraçı) belə qaydaları müəyyənləşdirməli, satıcı (icraçı) isə bunları istehlakçının nəzərinə çatdırmalıdır.

4. Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər), qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən,müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir. Bu bənddə nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təhlükəsiz olması barədə tələblərin pozulmasına görə məsuliyyət, bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir.

5. İstehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir. Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər. Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam həcmdə ödəməlidir.

6. Bu maddənin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş tələblər pozulduqda, malların keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqanların qərarı ilə istehsalçı (icraçı) həmin qaydalar pozulmaqla satılmış mallardan əldə etdiyi gəliri Dövlət büdcəsinə köçürür.

7. Yeni (modernləşdirilmiş) mal (iş, xidmət) hazırlanarkən istehsalçı, vətəndaşların həyatının, sağlamlığının, əmlakının, həmçinin ətraf mühitin təhlükəsizliyi tələblərinə cavab verməsini təsdiq etmək və dövlət ekspertizasından keçirmək üçün, həmin malın normativ sənədlərini müvafiq orqana təqdim etməlidir.

8. İstehsalçı (icraçı) malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər (risk) və təhlükəsiz istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsi ilə istehlakçıya məlumat verməyə borcludur.

İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ

1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri ( ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı ( icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır.

3. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir.

4. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

5. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun reklamı qadağandır.

6. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir.

7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir.

8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

Qüsuru olan mal satılarkən istehlakçının hüquqları

1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: 

lazımi keyfiyyətli mala dəyişdirməyi;

satış qiymətini uyğun məbləğdə azaltmağı;

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;  

müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.

3. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.

4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.

5. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada aparılır.

6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.

7. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.

8. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir.

9. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir.

10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr)malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir.



İstehlakçının tələblərini ödəməyən malın lazımi keyfiyyətli mala dəyişdirmək hüququ

1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2. Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

Lazımi keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu zərərə görə əmlak məsuliyyəti

Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir.



Mənəvi ziyanın ödənilməsi

İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.



İstehlakçıların hüquqlarının dövlət müdafiəsi

1. Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir, malların (işlərin, xidmətlərin) azad seçilməsinə imkan yaradır, insanların sağlamlığını və həyat tərzini lazımi səviyyədə təmin etmək məqsədi ilə malların alınmasına və ya digər qanuni yolla təmin edilməsinə zəmanət verir.

2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.



İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi

İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.

8. Ticarət hüququ, ticarət markası, müəllif hüquqlarıTicarət hüququ ilə sahibkarlıq hüququ, mülkiyyət hüququ, əmək hüququ, alqı-satqı əməliyyatları, icarə, lizinq və digər kommersiya əməliyyatları, inhisarçılığa qarşı mübarizə, azad rəqabət, istehlakçıların düzgün məlumatlandırılması, reklam, menecment, marketinq, servis xidməti və s. əlaqəlidir.

Bazar iqtisadiyyatı şəraitində hər bir müəssisənin, firmanın əsəs məqsədi mənfəət əldə etməkdir. Mənfəət əldə etmək üçün əsas şərt satış həcminin artırılmasıdır. Bunun üçün daxili təsərrüfat fəaliyyətindən fərqli olaraq, xarici bazara çıxmaq, beynəlxalq kommersiya işləri haqqında rəy yaratmaq və işlər görmək tələb olunur. İdxal və ixrac əməliyyatlarının aparılması xarici iqtisadi fəaliyyətin əsasını təşkil edir. Müasir dövrdə dünyada ümumi əmtəə dövriyyəsi dolayı yolla, yəni ticarət-vasitəçilərinin iştirakı ilə reallaşdırılır. Elə buna görə də elə bir firma tapmaq çətindir ki, alqı-satqı əməliyyatları, icarə, lizinq və digər kommersiya əməliyyatlarının həyata keçirilməsində ticarət-vasitəçilərinin xidmətindən istifadə etməsin və ya özü vasitəçi rolunda çıxış etməsin.

Ticarət-vasitəçilərinin xidmətlərindən istifadə edən istənilən sahibkarlıq subyektinin yeni xarici bazarlarda əmtəənin irəlilədilməsində müvəffəqiyyəti ticarət-vasitəçisinin düzgün seçilməsindən asılıdır. Ticarət-vasitəçinin düzgün seçilməməsi nəinki bazarda möhkəmlənməmək, hətta gələcəkdə həmin bazara daxil olmaq imkanının itirilməsi deməkdir. Bütün bunlarla yanaşı həm də satışa hüquq verilən vasitəçilərin hansı formasından istifadə edilməsinin firma üçün əlverişli olması əsas məsələlərdəndir.

Ticarət-vasitəçi firmalar tam müstəqil olurlar və ticarət-vasitəçilik əməliyyatları aparmaq üçün bütün iqtisadi göstəricilərə malikdirlər. Onların məqsədi ya ixracatçıdan satın aldığı malın qiymətilə idxalatçıya satacağı malın qiyməti arasındakı fərqi, yaxud da malları xarici bazara yetirdiyi üçün alacağı mükafat formalarında mənfəəti götürməkdir.


Ticarət firmaları

Ticarət firmaları alış-veriş əməliyyatlarını öz adından və öz hesabına həyata keçirirlər. Ticarət firmaları aşağıdakı tiplərə ayrılır:

Ticarət evləri - Öz ölkəsindəki istehsal müəssisələrinin məhsulunu alır və xaricə satır. Onlar həm də xaricdən mallar alıb, yerli topdan satışçılara, pərakəndə satış müəssisələrinə, xammal kimi sənaye istehlakçılarına satırlar. Ticarət evləri qarışıq və ixtisaslaşmış olurlar.

İxracat firması - Bu daxili bazardan öz hesabına hazır məhsul (mal ) alır və xaricə satır. Ayrı-ayrı hallarda onlar komission tapşırığları da yerinə yetirirlər. Yerinə yetirdikləri funksiyaların xarakterinə və malların nomenklaturuna görə ixracat firmaları ixtisaslaşmış, univarsal və kənd təsərrüfatı məhsullarını tədarük edən firmalara ayrılırlar.

İdxalat firması - Öz hesabına xaricdən mallar alır və onları öz ölkəsində sənayeçilərə, topdansatışçılara və pərakəndə satış müəssələrinə satır. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə idxalatçı firmaların çoxu eyni tipli xammal və ərzaq mallarının alqı-satqısı üzrə ixtisaslaşırlar. Bu firmalar təkcə idxalatla deyil, eyni zamanda daxili bazarın tələbinə uyğun qəhvə, çay, tütün, parça məmulatlarının xammalı və s. üzrə çeşidlənməsi və qablaşdırırlması ilə də məşğul olurlar. Maşın və avadanlıq ticarətində bu firmaların əhəmiyyəti getdikcə artır.

Topdansatış firmalar - Bu firmalar sənaye müəssisələri, yaxud da tədarükçü firmalarla pərakəndə satış firmaları arasında vasitəçi kimi çıxış edirlər.

Pərakəndə satış firmaları - Onlar çox vaxt özləri topdansatışın xidmətindən istifadə etməyərək idxalat və ixracat üzrə ticarət əməliyyatları həyata keçirirlər. Əksər hallarda isə topdansatış firmalarından mallar alıb pərakəndə satış qaydası ilə öz ölkəsinin əhalisinə satırlar.
Ticarət markası

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:

əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır);

coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə (coğrafi obyektlə) bağlı olduğunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks etdirən göstəricidir;

kollektiv nişan - ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyasıdır;

transliterasiya - bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir.

Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər:

sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması.

Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:

a) bu Qanunun 1-ci maddəsində verilmiş «əmtəə nişanı» anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar;

b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar;

c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar;

ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları;

d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar;

e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;

ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adı dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;

f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;

g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra - «Paris Konvensiyası» adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları;

ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları.
Bu Qanun qüvvəyə minənədək yuxarıda göstərilən nişanlar qeydə alınmışdırsa, onların qeydiyyatı ləğv olunur. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin «b», «c», «ç» bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin «f» bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır.

Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:

a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları;

b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;

c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları;

ç) eyni və ya oxşar əmtəələr və ya xidmətlər üçün əmtəə nişanına dair iddia sənədinin daxil olduğu tarixdən əvvəl Azərbaycan Respublikasında firma adlarından istifadə hüququ əldə etmiş başqa şəxslərə məxsus firma adları barəsində nişanlar (rəsmi bülletendə dərc olunmaq şərti ilə);

d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər;

e) qeydə alınmış sertifikat nişanları.

Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:

a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri;

b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri;

c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır.



Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz:

a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi;

b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri;

c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları.


Coğrafi göstərici kimi qeydə alınan nişanlar

Bu Qanunun 1-ci maddəsində verilmiş «coğrafi göstərici» anlayışına uyğun gələn nişanlar coğrafi göstərici kimi qeydə alınır. Adı coğrafi göstərici olan ölkənin, şəhərin, bölgənin və ya ərazinin coğrafi adı ilə yanaşı coğrafi göstəricinin qrafik və ya təsviri ifadəsi də mühafizə edilir. Coğrafi ad saxta və yanıldıcı mənşəyi ifadə etmirsə, ondan əmtəənin və ya xidmətin xarakterik elementi kimi istifadə oluna bilər.

Coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Coğrafi obyektin rəsmi adı, tarixi adı və ya onlardan törəmə adlar coğrafi göstərici kimi istifadə oluna bilər. Bu maddədə müəyyənləşdirilmiş tələblər yerinə yetirilmədikdə nişan coğrafi göstərici kimi qeydə alınmır. Coğrafi obyektin adı olan və ya bu adı özündə əks etdirən, lakin Azərbaycan Respublikasında coğrafi obyektə aid olmayan nişan coğrafi göstərici kimi qeydə alınmır. Mənşə ölkəsində mühafizə olunmayan coğrafi göstərici Azərbaycan Respublikasında qeydə alınmır.
Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının qüvvədə olma müddəti

Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən dövlət rüsumu ödənilməklə hər dəfə 10 il uzadıla bilər.

Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün əmtəə nişanının sahibinə və coğrafi göstərici barədə şəhadətnamənin sahibinə əlavə dövlət rüsumu ödəmək şərti ilə 6 ay möhlət verilir. Qeydiyyat müddətinin uzadılmasına dair məlumat reyestrə və şəhadətnaməyə daxil edilir və rəsmi bülletendə dərc olunur.
Əmtəə nişanı üzərində müstəsna hüquq

Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır.

Əmtəə nişanı sahibinin icazəsi olmadan onun əmtəə nişanı ilə eyni və ya oxşar olan əmtəə nişanından eyni və ya oxşar olan əmtəə və xidmətlərdə başqa şəxslərin istifadəsi qadağandır. Eyni və ya oxşar olan əmtəə nişanları istehlakçılarda yanlış təsəvvür yaratdıqda da bu şərt nəzərə alınır.

Geniş tanınmış əmtəə nişanına aid olan əmtəə və xidmətlər barəsində yanlış təsəvvür yarada bilən eyni və ya oxşar əmtəə nişanının istifadəsi tanınmış əmtəə nişanı sahibinin maraqlarına toxunmaq hesab olunur. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.

Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir.
Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə

Əmtəə nişanının və coğrafi göstəricinin bir qayda olaraq onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədi ilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.

Əmtəə nişanından nişan sahibi ilə bağlanmış müqavilə əsasında başqa şəxslər də istifadə edə bilər.

Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər.

Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər.
Müəllif hüquqları

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.


Qanunun tətbiq edilməsi

Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir:



1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar;

2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;

3) Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin ikinci bəndinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin dördüncü bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar;

4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri;

5) Azərbaycan Respublikası ərazisində olan arxitektura əsərləri;

6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.


Yüklə 411,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə