Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu


Müəlliflik hüququnun obyekti olan əsərlər



Yüklə 411,93 Kb.
səhifə5/6
tarix14.05.2018
ölçüsü411,93 Kb.
#44120
növüReferat
1   2   3   4   5   6
Müəlliflik hüququnun obyekti olan əsərlər

1. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:

- ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, kompüter proqramları və s.);

- dram, musiqili-dram və başqa səhnə əsərləri;

- xoreoqrafiya əsərləri və pantomimalar;

- mətnli və ya mətnsiz musiqi əsərləri;

- audiovizual əsərlər (kino, tele- və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);

- heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;

- dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri;

- arxitektura, şəhərsalma və bağ-park sənəti əsərləri;

- fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;

- coğrafiya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;

- törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);

- toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazarları və materialın seçilməsinə və ya düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr);

Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin, müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur;

- digər əsərlər;

2. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.

Müəlliflik hüququnun obyekti olmayan əsərlər

Aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir:



a) rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi tərcümələri;

b) dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanlar);

c) xalq yaradıcılığı əsərləri;

ç) hadisələr və faktlar haqqında informasiya xarakterli məlumatlar.
Müəlliflik hüququnun yaranması

Müəlliflik prezumpsiyası



1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında acıqlanmış şəxsə məxsusdur.

2. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır:

- dairəyə alınmış C latın hərfi- ©;

- müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüququ şəxslər);

- əsərin ilk dəfə dərc edildiyi il.



3. Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoymadığı hallar müstəsna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu müddəa müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır.

4. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər.

5. Əsərini qeydiyyatdan keçirən şəxsə müəyyənləşdirilmiş nümunədə şəhadətnamə verilir. Bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
Şəxsi (qeyri-əmlak) hüquqlar

1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır:

a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ);

b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ);

c) əsərinin mənasının dəyişdirilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);

ç) istifadədən götürmək də daxil olmaqla əsərini istənilən formada açıqlamaq və ya acıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ).

2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.

3. Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə, əsərin acıqlanması haqqında əvvəllər qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər acıqlanmışdırsa, müəllif imtina barədə acıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.

Xidməti əsərlər yaradılarkən bu bəndin müddəaları tətbiq olunmur.



Əmlak (iqtisadi) hüquqları

1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyi bildirir:

əsərin surətini çıxarmaq (surətçıxarma hüququ);

əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayəyə vermək və s. (yaymaq hüququ);

əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);

əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);

əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);

kütləyə çatdırılması məqsədilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ);

əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə bildiriş hüququ);

kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş hüququ);

əsəri tərcümə etmək (tərcümə hüququ);

dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).

Arxitektura, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır.



3. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyəyə buraxılmamışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı verilmədən yayılmasına yol verilir.

Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüquqi müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır.



4. Əsərlərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və hesablanması qaydası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

5. Əmlak hüquqları üçün bu maddənin ikinci bəndində nəzərdə tutulan məhdudiyyətlər bu Qanunun 17-25-ci maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə əsassız ziyan vurmasın və müəllifin qanuni maraqlarını lüzumsuz məhdudlaşdırmasın.
Müəlliflik hüququnun qüvvədə olma müddəti

1. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 50 il müddətində qalır.

Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.



2. Bu maddənin birinci bəndi və 26-cı maddə ilə nəzərdə tutulmuş müddətlərin hesablanması göstərilən müddətin əvvəlki üçün əsas götürülən hüquqi faktın baş verdiyi ildən sonra gələn ilin əvvəlindən hesablanır.
Müəlliflik hüququnun xüsusi müddətləri

1. Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 50 il müddətində qüvvədə qalır.

Əgər göstərilən müddətdə anonim və təxəllüslə dərc edilmiş əsərin müəllifi öz şəxsiyyətini acarsa və ya onun şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona 25-ci maddənin birinci bəndinin müddəaları tətbiq edilir.



2. Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 50 il müddətində qüvvədə qalır.

3. Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 50 il müddətində qüvvədə qalır.

4. Kollektiv əsərə bu qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqlar belə əsərin dərc edildiyi, əgər dərc edilməmişdirsə, yaradıldığı tarixdən 50 il müddətində qüvvədə qalır.

İctimai varidat

1. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.

Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.

İctimai varidata keçmiş əsərlərdən, bu maddənin üçüncü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları gözlənilməlidir.

2. Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və müəlliflik hüquqları sahəsində siyasətin həyata keçirilməsi məqsədi ilə istifadə olunur.
Müəllif hüquqlarının verilməsi və keçməsi

Müəlliflik hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir.


Vərəsəlik qaydasında müəlliflik hüququnun keçməsi

1. Müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir.

Müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır.



2. Müəllif vəsiyyətnamənin icrasını təyin etdiyi qaydada şəxsi göstərə bilər. Belə şəxs öz səlahiyyətlərini ömürlük həyata keçirir.

Müəllifin şəxsi hüquqlarının qorunması haqqında belə göstərişi olmadıqda o, vəfat edəndən sonra şəxsi hüquqlarının qorunmasını onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunmasını həyata keçirən Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.


Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasəti və idarəçiliyi

1) elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərin artırılması sahəsində fəaliyyətin həvəsləndirilməsi;

2) mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq müəlliflik hüquqlarını müəyyən edən və qoruyan qanunvericilik bazasının yaradılması;

3) müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət idarəçiliyinin təşkili;

4) beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəlliflərin digər dövlətlərin ərazilərində hüquqlarının qorunması.

Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı səlahiyyətləri daxilində:

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətini və idarəçiliyini həyata keçirir;

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət edir;

müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və bu sahədə əməkdaşlığı təşkil edir;

elm, ədəbiyyat və incəsənət əsərlərinin dövlət qeydiyyatını aparır;

əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə dövlət qeydiyyatına alınmış təşkilatları qeydiyyata alır və onların fəaliyyətinə nəzarət edir;

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsindən ayırmalar, fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ödədiyi haqlar və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.
Müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması vasitələri (üsulları)

Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının qorunması üçün məhkəməyə müraciət edə bilərlər.

Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa; iddiaçının tələbi ilə aşağıdakıları da tətbiq edə bilər:

a) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

b) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi.
Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı

1. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi üçün iddia ərizəsi verdiyi hallarda dövlət rüsumu ödəmir.

2. Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər və orqanlar Azərbaycan Respublikasının mülki-prosessual və cinayət prosessual məcəllələrinə və digər qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər.
Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.


9. Mübahisələrin həlli mexanizmi və qanunvericilik Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Ədalət mühakiməsi hakimlərin müstəqilliyi tə'min edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.



Məhkəmələrin vəzifələri

Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.


Məhkəmələrdə işlərə baxılması

Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə, yaxud andlı iclasçılardan ibarət tərkibdə; apellyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır. Məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət.

Ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

Şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət.

Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən: onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər; təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılması üçün tədbirlər görməlidir.



Vətəndaşların qəbul edilmə qaydası

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.


Müraciətə baxılması qaydası

Vətəndaşlar təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətinə aid olmadıqda, bunları beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların müraciətlərini aiddiyyəti üzrə baxılması üçün göndərdikdə və həmin müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar, idarələr, təşkilatlar müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış və bu Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır. Müraciəti qəbul etməkdən imtina qadağandır. Məlumatın verilməsi barədə müraciət baxılmağa qəbul olunarkən müraciət edəndən həmin məlumatın əldə edilməsinin zəruriliyini əsaslandırmağı tələb etmək qadağandır. Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır. Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.



Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası

Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi ilə təklifin, ərizənin və şikayətin qeydə alınma nömrəsi və tarixi ona bildirilir. Vətəndaşların müraciətləri ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir. Kargüzarlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydada aparılır.



Yüklə 411,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə