Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ CƏFƏr cabbarli adina respublika gənclər kitabxanasinin informasiya-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix28.06.2018
ölçüsü0,72 Mb.
#52087
1   2   3   4   5   6   7

 

Abdulla 

Şaiq-135 

 

~ 8 ~ 


 

 

 



 

 

    



             sisanın çağırılması münasibətilə yazdığı “Xanım əfəndilər!” məqaləsi çıxır. 

1918 -  İlk dəfə olaraq Şərq realni məktəbin  nəzdində milli siniflər yaradır.  

            “Əsrimizin qəhrəmanları” romanını tamamlayır. 

1919 -  “Ülkər”, “O sən idin”, “Həyat sevməkdir” və s. şeirlərini yazır. ”Milli qiraət”,  

             “Müntəxəbat”, “Türk çələngi”, “Ədəbiyyat  dərsləri” dərslikləri buraxılır. 

1920 may- Şahzadə xanım  Mirzəbəyova ilə evlənir. Altıaylıq kurslarda və birillik  

            Şərq fakültələrində dərs deməyə başlayır. “Türk ədəbiyyatı” dərsliyi çap olunur. 

1921-  Rayonlarda mədəni-maarif işlərinin təşkilinə kömək üçün Göyçay, Qaramər- 

            yəm, İncə, Diyallı kəndlərinə gedir. Ali Pedaqoji İnstitutun yaradılmasında  

            fəal iştirak edir. Burada Şərq ədəbiyyatından dərs aparır.”Gənclik marşı”,  

            “Üsyan et”, “Şərq gözəlinə” şeirlərini , “Həqiqətə dair”, “Yazıya pozu yoxdur”  

            pyeslərini yazır. Bu əsərlər “Tənqid-təbliğ” teatrında oynanılır. “İkinci il”   

            dərsliyi çap olunur. 

1922-  Qızı Altunsaç vəfat edir.”Qızım Altunsaça”, Bizimlədir” şeirlərini qələmə alır.  

            “Milli qiraət” kitabı çap edilir. 

1923,  dekabr – Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20 illik yubileyi keçirilir.   

            Pedaqoji İnstitutun nəzdindəki məktəbə “Şaiq nümunə məktəbi” adı verilir.    

            Burada və 18 №-li məktəbdə dərs deyir.   

1924-  Ali Pedaqoji İnstitutun üç illiyi münasibətilə “İnstitut və Azərbaycan” məqalə-   

            sini, “Azadlıq pərisinə”, “Bir az da atəş qat”, və s. əsərlərini yazır. “Qiraət  

            kitabı”, “İkinci il” təkmilləşmiş şəkildə çap olunur. 

1925-  Yeni türk əlifbası komissiyası “Ubhfən kitabı”nı buraxır. “ Maarif  və  

           mədəniyyət”  jurnalında  M.F. Axundovun  “Aldanmış kəvakib”,  H.Cavidin   

           “İblis” əsərləri haqqında məqalələri çıxır. 

1926-  H.Zeynallı, İ.Hikmət,  A.Musaxanlı və Mustafazadə ilə birlikdə “Türk dili və  

            ədəbiyyatı proqramı”nı hazırlayır. “Sənət nəğməsi”, “Gözlər”, “Əməkçi   

            qadınlara” şeirlərini yazır. “Ədəbi parçalar məcmuəsi”ndə “Molla Pənah   

            Vaqif” məqaləsi çıxır. 

 1927– “Qaragilis xatirəsi”ni yazır. “Maarif işçisi” jurnalında “1905-ci il inqilabından  

            sonra yetişmiş ədəbiyyatımıza bir nəzər” adlı məqaləsi çıxır. “İldırım” pyesi     

            kitab halında çap olunur.  

1928- “Əsəbi adam”, “Əzim dayı” hekayələrini, silsilə uşaq şeirlərini yazır. H. Zey- 

            nallı, A. Musaxanlı, C. Əfəndizadə ilə hazırladığı “Ədəbiyyatdan iş kitabı”nın           

            I hissəsi çap olunur. 

1929 – Zaqafqaziya yazıçılarının dostluq səfərlərində iştirak edir. Pedaqoji texni- 

 



 

Abdulla 

Şaiq-135 

 

~ 9 ~ 


 

 

 



 

         

            kumun 10 illiyi münasibətilə “Gənc müəllimlərə”, “Üç lövhə”, “Gənclərə”     

            şeirlərini yazır. 

1930- 1927-ci ildə Bünyadov, Şamilov, Beysovla buraxdığı “Dördüncü il”in   

            dördüncü nəşri çap olunur. 

1932- 1931-ci il Maarif  Nazirliyinin məsləhəti ilə Şuşa Pedaqoji texnikumunda                                                                       

             müəllim işləyir.”Oktyabr”, “İlham qaynağım”, “O baxışlar” və s. əsərlərini  

             yazır. Anası vəfat edir. S.Vurğunla qohum olur. 

1933 -  Xəstəliyinə görə Bakıya qayıdır. Firdovsinin “Şahnaməsi”ndən “Məzdək və  

            Qubad” hissəsini tərcüməyə başlayır.”Eşşək üstə səyahət” kitabçası çıxır. 

1934 -  İki il işlədikdən sonra Azərbaycan Sənaye İnstitutundakı dərsləri buraxır.  

            “Cocuq şeirləri” və “Oyunçu bağalar” kitabları çap olunur. Xəstəliyinə görə 

            pedaqoji fəaliyyətdən uzaqlaşır. Şekspirin “Maqbet” əsərini tərcümə edir. 

1934 -1939 - Azərnəşrin uşaq ədəbiyyatı şöbəsində çalışır. 

1935 -  Gürcüstanda poeziya bayramında iştirak edir. “Pravda” qəzetinin çağırışına  

            cavab olaraq yazılan ”Xasay” povesti Azərbaycanda sovet hakimiyyətinin qurul-  

            masının 15 illiyi ilə  əlaqədar keçirilən müsabiqədə mükafat alır. 

1936 – APİ-də Şərq ədəbiyyatından saat hesabı ilə dərslərini davam etdirir. Nizami- 

            nin “İsgəndərnamə”sinin tərcüməsi ilə məşğul olur. “Tapdıq dədə” poemasını  

            yazır. İlk dəfə “Seçilmiş əsərləri” çapdan çıxır. Rus dilində “Hekayələr” kitabı  

            çap olunur. 

1937 – “Araz” romanını tamamlayır. “Xasay” pyesi GTT-da oynanılır. ”Qoçpolad”  

            poemasını yazır. 

1938 – “Ovçu məstan” poemasını yazır. Nizaminin yubiley komissiyasına üzv seçilir. 

1939 –  Gənc Tamaşaçılar Teatrının 10 illiyi münasibətilə keçirilən müsabiqədə  

           “Xasay” pyesi ilin ən yaxşı tamaşası hesab edilir. Şaiq teatra ədəbi hissə   

            müdiri dəvət edilir. Teatrla bərabər Moskvaya qastrol səfərinə gedir. “Eloğlu”    

            pyesini bitirir. 

1940 -Yeni əlifba komissiyasına üzv seçilir. Moskvaya Azərbaycan ədəbiyyatı və  

           incəsənəti ongünlüyünə gedir. Çaykovski  adına Dövlət konservatoriyasında,  

           Yazıçılar İttifaqında görüşlərdə olur.. “Eloğlu”nun tamaşası keçirilir. “Araz”  

           romanı çapdan çıxır. Əməkdar İncəsənət xadimi adı alır. 

1941-1943-“Vətən” pyesini yazır və tamaşaya qoyulur. “Ana yurdum”, “Zəfər  

           bizimlədir”, “Vətən nəğməsi” və s. şeirlərini qələmə alır. 

1944–İ.A.Krılovun anadan olmasının 100 illik yubileyi münasibətilə şair silsilə tər- 

          cümələr edir. “Yarpaqlar və köklər”, “Cırcırama və qarışqa” təmsillərinin  

          tərcüməsi mükafata layiq görülür. 

1945 – “Zəfər nəğməsi”,  “Zəfər müjdəsi”,  “Ata öyüdü” , “Ana öyüdü”, 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə