Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ CƏFƏr cabbarli adina respublika gənclər kitabxanasinin informasiya-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix28.06.2018
ölçüsü0,72 Mb.
#52087
1   2   3   4   5   6   7

 

Abdulla 

Şaiq-135 

 

~ 10 ~ 


 

             

 

 

           şeirlərini yazır. “Ana” pyesi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulur. 



1946 - SSRİ Ali Sovetinin deputatı seçilir. Anadan olmasının 65 illiyi münasibətilə  

           Lenin ordeni ilə təltif olunur. “Literaturnaya qazeta”da qocaman deputatın   

           təəssüratı dərc olunur. “Nüşabə” dramı M.Əzizbəyov adına Azərbaycan    

           Dövlət  Dram Teatrında tamaşaya qoyulur. 

1947 –Nizaminin 800 illik yubileyində komissiya üzvü və tərcüməçi kimi iştirak   edir.  

           Yubiley münasibətilə Gənc Tamaşaçılar teatrında “Fitnə” oynanılır. Jelezno-  

           vodska müalicəyə gedir. 

1948 – S.Sani dostluğunun 4 illiyi münasibətilə “Qaraca  qızı” səhnələşdirir. Moskva- 

           da SSRİ Ali Sovetinin sessiyasında olur. Jeleznovodska gedir.”Seçilmiş  

           əsərləri” və “Qoçpolad” çapdan çıxır. 

1949-1950- Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətində baş referent işləyir.”Təbriz”,  

           “Sülh və azadlıq düşmənlərinə”, “Timsah ovu” əsərlərini yazır.  

1951-1952- Anadan olmasının 70 illiyi qeyd olunur. “Qoşqar” poeması və yenidən  

             “Araz” romanı üzərində işləyir.  

1953 – “Köhnə dünya” xatirələrini yazır. Gənc Tamaşaçılar Teatrının 25 illik  

             yubileyində iştirak edir. 

1954 – “Xatirələr” “Azərbaycan” jurnalında hissə buraxılır. SSRİ xalq artisti  

             M.Əliyevin ölümü münasibətilə “Həqiqi sənətkar ölməzdir” xatirəsini yazır.  

1955-   Ümumdünya Sülh Şurasının müraciətinə cavab olaraq “Mən sülhə səs  

             verirəm”, “Kommunist” qəzetinin 10000-ci nömrəsi münasibət ilə “10000”  

             məqaləsini yazır. “Vəzifə” adlı pyes üzərində işləyir. 

1956 –  SSRİ Ali Sovetinin deputatı seçilir. Anadan olmasının 75 illiyi ilə əlaqədar  

             olaraq Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilir.”Qabaqcıl maarif xadimi”  

             adı verilir. S.Vurğunun 50 illik yubileyi və vəfatı münasibətilə xatirələr yazır. 

1957 – Moskva SSRİ Ali Sovetinin sessiyasında iştirak edir. Üç cilddən ibarət  

            “Seçilmiş əsərləri”nin I cildi çapdan çıxır. Nəsrlə silsilə təmsillər üzərində  

             işləyir. 

1958 – Köhnə müəllim dostu, sonralar Litva Elmlər Akademiyasının prezidenti və  

            Litva SSR Ali Soveti Rəyasət heyətinin sədri V. Miskeviçus haqqında  

            xatirələrini yazır. “Bir saat xəlifəlik” komediyası tamaşaya qoyulur. 

1959, 24 iyul- Abdulla Şaiq vəfat edir. 

1960 – Üçcildliyin II, III cildləri çapdan çıxır. 

1966 – 1978 – A.Şaiqin beş cilddən ibarət külliyyatı nəşr olunur. 

1981 – Şaiqin anadan olmasının 100 illik yubileyi keçirilir. 

2011-  A.Şaiqin anadan olmasının 130 illik yubileyi keçirilir. 

 

 




 

Abdulla 

Şaiq-135 

 

~ 11 ~ 


 

 

 



 

 

III 



Görkəmli adamlar Abdulla Şaiq haqqında: 

 

-



 

Abdulla Şaiq lirik nəsrimizin təməl daşını qoymuşdur. 

                                                                                        Mehdi Hüseyn Xalq yazıçısı 

 

-



 

Abdulla  Şaiqin  müxtəlif  yaşlı  uşaqlar  üçün  yazdığı  bir  çox  əsərlər  bizim  milli 

ədəbiyyatımızda misli və bərabəri olmayan ən gözəl nümunələrdir. 

-

 



Abdulla  Şaiq  həqiqəti  hər  şeydən  uca  tutan,  daima  həqiqət  axtaran,  tərəqqi  və 

yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur.                                                 

                                                                                    Mirzə İbrahimov Xalq yazıçısı  

 

-

 



Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın 

işığında  uşaqların  da,  böyüklərin  də  qəlbində  yalnız  xeyirxah  duyğular,  xehirxah 

arzular baş qaldırmışdır. 

                                                                                     İlyas Əfəndiyev Xalq yazıçısı 

  

-

 



Xalqını  nəcib  bir  oğul  qəlbi  ilə  sevən  sənətkar  öz  xalqının  ürəyində  əbədi 

yaşayacaqdır.  

                                                                                      Süleyman Rüstəm Xalq şairi  

 

-

 



Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi xalqımızın 

qəlbində yaşayır, yaşayacaq da!  

                                                                              Əfrasiyab Bədəlbəyli Xalq artisti 

 

-

 



Məhəmməd  Hadi  özünün  gurultulu,  təmtəraqlı,  Sabir  həzv  və  məzhəkəvi  şeirləri 

ilə  əski  ədəbiyyatı  əsasından  yıxıb,  onun  yerində  yeni  binanı  tikdilər.  Yeni 

ədəbiyyatın təməl daşını qoyanlardan birisi Abdulla Şaiqdir. 

                                                                                                   Seyid Hüseyn yazıçı 



 

-

 



Azərbaycan  xalqının  yarım  əsrlik  mədəni  inkişaf  tarixində  elə  bir  böyük  və  ya 

kiçik hadisə yoxdur ki, A.Şaiqin orada iştirakı olmasın. 

                                                              Abbas Zamanov tənqidçi, ədəbiyyatşünas 

 

-

 



Azərbaycan yazıçıları, alimləri, pedaqoqları arasında az adam tapılar ki, Abdulla 

Şaiqin tələbəsi olmasın. 

                                                                               

Mirmehdi Seyidzadə şair 

 

-

 



Abdulla Şaiqin estetik və ədəbi irsi bir çox cəhətdən bu gün də öz əhəmiyyətini 

saxlamaqdadır. 

                                                          

                                  



Midhət Ağamirov 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə