Аzərbаycаn respublikаsi məDƏNİYYƏt və turizm nаziRLİYİ



Yüklə 394,9 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix19.07.2018
ölçüsü394,9 Kb.
#56619
1   2   3   4   5   6   7   8   9   ...   14

 

12 


sarayı bir sıra binalardan ibarət kompleksdir. Buraya saray 

binasından başqa,  şərti olaraq divanxana adlanan bina, 

Şirvanşahların türbəsi, Şah məscidi, ovdan, hamam, Seyid Yəhya 

Bakuvinin türbəsi hesab edilən tikinti və  Şərq darvazasını  təşkil 

edən portal daxildir. Bu saray kompleksinə daxil olanda elə bil bir 

sirli aləmə daxil olursan, özünü tarixin qoynunda hiss edirsən. 

Xalqımızın belə bir əzəmətli, möhtəşəm abidəsinin olması ilə fəxr 

edir, qürur hissi keçirirsən. 

 XVIII 

əsrdə tikilən xan sarayları içərisində  ən qiymətlisi 



Şəki xanlarının sarayıdır. Sarayın 1796-cı ildə və yaxud bir qədər 

əvvəl tikildiyi fərz edilir. Şəki xan sarayının  əhəmiyyətli cəhəti 

odur ki, bu binada müxtəlif sənət nümunələri toplanmışdır. Suvaq 

üzərindəki rəngli naxışlar,  şəbəkələrdən ibarət ağac oyma 

nümunələri, salon və otaqlardakı divar təsvirləri qiymətli sənət 

əsərləridir. 

 XVIII 

əsrin axırlarında, xüsusilə XIX əsrin  əvvəllərində 



Azərbaycanda daha çox yaşayış binalarının tikilməsinə xüsusi 

diqqət verilmişdir. Bu dövrdə istər təbii şərait, istərsə də yerli adət 

və ənənələr, təsərrüfat xüsusiyyətləri nəzərə alınaraq inşa olunmuş 

və bu günə kimi gəlib çatmış yüzlərlə qiymətli abidələrimiz 

vardır. 

 Bu 


yazıda qısaca bəhs etdiyimiz dəyərli tarix və 

mədəniyyət abidələri xalqımızın zəngin keçmişinin, onun 

yaradıcılıq qabiliyyətinin bariz nümunələridir. 

 Tarixi-mədəniyyət abidələrinə  nəzər saldıqda tarixin ağlı-

qaralı  səhifələrini görür, bərkə-boşa düşmüş xalqımızın həyat 

salnaməsini oxuyuruq. Abidələr keçmişin qaranlıqlarına işıq saçır, 

onun nurlu şüaları altında bütöv bəşəriyyəti görürük, keçmiş 

mədəniyyətlə müasir mədəniyyət arasındakı xüsusiyyətləri 

öyrənir, onları əlaqələndiririk. 

 Ona 


görə də tarixi-mədəniyyət abidələrinin qorunub bərpa 

edilməsi hər bir vətəndaşın ümdə  vəzifəsi olmalıdır. Necə ki, bu 

məsələ dövlətimizin, dövlət xadimlərimizin həmişə diqqət 

mərkəzində olmuşdur. 




 

13 


  

 

          



 

 

 

Kitabxanalarda tarix və mədəniyyət abidələrinin 

təbliği ilə bağlı keçiriləcək tədbirlər 

 

 Tarixi-mədəniyyət abidələri zaman deməkdir. Babaların, 

nənələrin ötən  əsrlərdən zəmanəmizə çatan sözünü-söhbətini, 

izini, yurdunu, ocağını bu qədim tikililərdə, onların sevgi və 

məhəbbətini bu abidələrə vurduqları naxış və bəzəklərdə, qürur və 

əzəmətlərini, döyüş nərələrini ucaltdıqları qala və bürclərdə, inam 

və etiqadlarını yadigar qoyduqları  məscid və türbələrdə görürük. 

Bu abidələrdə ülvi duyğular, hisslər, bəşər tarixini zənginləşdirən 

bütün amillər əbədiləşib, nağıllaşıb. 

 

Bəzən yanından biganə keçdiyimiz uçuq-sökük abidə bir 



tarixdir, bir həyatdır, Qorqud Dədənin telli qopuzunun səsidir

azadlıq uğrunda döyüşən qəhrəmanların torpağa hopmuş qan 

yaddaşıdır, işğalçı niyyətlə  vətənimizə ayaq basmış düşmənin 

arxasınca atılmış nifrət daşıdır. Çünki abidələr tarixin şahididir. 

 

Öz tarixini, keçmişini öyrənməyən, qədim abidələrin hər 



bir xalqın vizit kartı olduğunu bilməyən insanlar, əsasən də 

gənclər onların qədrini də bilməz. Keçmişdən yadigar qalan 

abidələri qoruyub saxlamaq, öyrənmək və  təbliğ etmək, xüsusən 

də  gənclərdə milli sərvətimizə hörmət və ehtiram hissini tərbiyə 

etmək hər bir azərbaycanlının borcu və  vəzifəsidir. Xain 

düşmənlərimiz ermənilərin canfəşanlıqla dağıdıb talan etdikləri, 

bir çoxunu öz adlarına çıxararaq mənimsəmək istədikləri 

tariximizə, keçmişimizə  və bu günümüzə  məhz yetişməkdə olan 

gənc nəsil sahib çıxmalıdır. 

 Bu 


işdə  əsas fəallıq  şəhər və rayon icra strukturlarının, 

Mədəniyyət və Turizm şöbələrinin, MKS-lərin, Tarix-

diyarşünaslıq muzeylərinin və  tədris müəssisələrinin üzərinə 



 

14 


düşür. Hazırda bu çox vacib bir problemdir. Çünki demək olar ki

uzun illər ərzində bu məsələyə yetərincə fikir verilməmiş, əksinə 

tarixi-mədəniyyət abidələrinə laqeyd münasibət nəticəsində 

keçmişimizin bir çox yadigarları qiymətli sənət  əsərləri uçub-

dağılmışdır. 

 Ulu 


öndərimiz, ümummilli liderimiz Heydər  Əliyevin 

hakimiyyətə gəlişi  ilə tarixi və mədəniyyət abidələrinə münasibət 

tamamilə dəyişdi. Bu böyük şəxsiyyət tarixi abidələrimizə laqeyd 

münasibətin qarşısını almaq məqsədilə 10 aprel 1998-ci ildə 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun və 

həmin qanunun tədbiq edilməsi barədə  Fərman (13 iyun 1998) 

imzaladı. 8 fəsildən ibarət olan bu Qanunda tarix və  mədəniyyət 

abidələrinin təsnifatı, qorunub mühafizə edilməsi və beynəlxalq 

hüquqi aktlar öz əksini tapmışdır. 

İndi hər il ölkəmizdə 18 Aprel “Abidələrin Beynəlxalq 

Mühafizə Günü” kimi dövlət tərəfindən qeyd edilir ki, bu da tarixi 

abidələrə diqqətin bariz nümunəsidir.  

Bu günün qeyd olunması  hər bir rayon mədəni-maarif 

müəssisələri, tarix-diyarşünaslıq muzeyləri, xüsusən də 

kitabxanaların qarşısında mühüm vəzifələr qoyur. Hər bir xalqın 

bu gününə  və sabahına münasibəti onun öz tarixinə, keçmişinə 

münasibəti ilə ölçülür. Gənclərdə, orta və aşağı sinif şagirdlərində, 

tələbələrdə bu hissi tərbiyə etmək, onlarda vətənpərvərlik 

duyğularını oyatmaq işində kitabxanalar çox işlər görə bilərlər.  

 

Çünki kitabxanalar oxucularla, bilavasitə gənc nəsillə daim 



əlaqədədir və onlara öz xalqının tarixini, keçmişini, mədəni 

irsimizin qədim yadigarları olan abidələrimizi öyrənməkdə 

köməklik etmək əsas vəzifələrdən biridir.  

 Bu 


işdə onlar mədəni-kütləvi tədbirlərin müxtəlif 

növlərindən istifadə edərək oxucu konfransları, mühazirə, kitab 

təqdimatları, sual-cavab və  ədəbi-bədii gecələr keçirə bilərlər. 

Foto-stendlərin, kitab sərgilərinin təşkili də çox yerinə düşər. Bu 

tədbirlərin hər biri abidələrin təbliği sahəsində  əhəmiyyətli və 

vacib vəzifəni yerinə yetirir. 




Yüklə 394,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə