Аzərbаycаn respublikаsi məDƏNİYYƏt və turizm nаziRLİYİ



Yüklə 394,9 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix19.07.2018
ölçüsü394,9 Kb.
#56619
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Araz çayı üzərindəki Xudafərin körpüləri (XII əsr), Qazax 



rayonundakı  Sınıq körpü (XII əsr),  Şəki xan sarayı (XVIII əsr), 

Şuşa  şəhərinin abidələri (XVIII əsr) və daha yüzlərcə adını 

çəkmədiyimiz tarix və mədəniyyət abidələri Azərbaycan xalqının 

şöhrətidir. 

 Mürəkkəb relyefli yer quruluşu,  ərazisində çayların sıx 

şəbəkəsi Azərbaycanda çoxlu körpülər tikilməsinin ilk amilləridir. 

Ölkəmizin  ərazisindən keçən ticarət yollarında da gediş-gəlişi 

təmin etmək üçün körpülərin salınması  zəruri idi. Azərbaycanın 

istər Güney, istərsə də Qüzey bölgələrində qalan bir sıra körpülər 

nadir tarix və mədəniyyət abidələrindəndir.    

 XI-XII 

yüzilliklərin abidəsi olan Gəncə körpüləri, XII 

əsrin yadigarı  Qırmızı körpü, XIII əsrə aid Mərənd-Culfa yolu 

üstündə Cuğa körpüsü, XI-XIII əsrlərin dəyərli abidəsi  Ərdəbil 

körpüləri, XII əsrin  ən məşhur tikilisi Qatlanlı  qız körpüsü bu 

qəbildəndirlər. 

 

Qazax rayonunun Xram çayı üzərindəki məşhur “Sınıq 



körpü” də XII əsrdə tikilmişdir. Aşırımlarından birinin eninin 20 

metrə çatması, o zaman üçün belə bir körpünün yaradılması 

cəsarətli bir usta təşəbbüsü hesab edilməlidir. 

 Azərbaycanın bütün hökmdarları, istər Səlcuq sultanları, 

istərsə  də Atabəylər hər  şeydən  əvvəl sərkərdə  və  hərbçi 

olduqlarından onlar başa düşürdülər ki, ölkədə dincliyi, əmin-

amanlığı saxlamaq, karvan yollarının təhlükəsizliyini təmin etmək 

üçün qalaların olması vacibdir. 

 

Tarixi qaynaqlarda tez-tez yada salınan  Şamaxının 



Gülüstan qalasıdır. El arasında onu Qız qalası da adlandırırlar. 

Gülüstan qalası XII əsrdə köklü şəkildə yenidən qurulmuş  və 

möhkəmləndirilmişdir. 

 Dağ qalaları içərisində  Gədəbəyin  Qız qalası memarlıq 

nöqteyi-nəzərdən monumentallığı ilə diqqəti cəlb edir. 

Araşdırıcılar onu XII yüzilliyin – Eldəgizlər dövrünün əsəri 

sayırlar. 



 

10 


 Yazılı qaynaqlarda X əsrdən başlayaraq rast gəldiyimiz 

Əlincə qalası müxtəlif hakim sülalələrinə qulluq göstərsə  də, 

tarixdə daha çox Eldəgizlərin iqamətgahı  və  xəzinə yeri kimi 

tanınmışdır. 

 Qala 

tikililəri arasında Abşeron qalaları xüsusi yer tutur. 



XII yüzillikdə Abşeronun iri tarixi kəndlərinin çoxunda bu  qala 

tikililərinin ya özləri, ya da uçuq izləri qalmışdır. Mərdəkan, 

Nardaran, Ramana, Şağan kimi qədim kəndlərdə indi də uca 

qəsrlərin izləri vardır. Bu qalalar içərisində bu günümüzə kimi 

gəlib çatmış  Mərdəkandakı dairəvi qalanı göstərmək olar. XIII 

əsrdə tikilmiş bu qala təkcə müdafiə tikintisi deyil, eyni zamanda 

qiymətli bir sənət abidəsidir.  

 Bakının, eləcə  də Abşeronun  ən möhtəşəm, həm də sirli 

abidəsi Bakı  Qız qalasıdır. Gözəlliyi,  əzəməti, memarlıq 

baxımından ona tay abidə yoxdur. Tarixinin, yəni yaşının 

Şumerlər dövründən başlandığını iddia edənlər də var, XII əsrdə 

tikildiyini sübut etməyə çalışanlar da. 

 Bu 

saydıqlarımız Azərbaycanın  ərazisində olan qalaların 



cüzi hissəsidir. XI-XIII əsrlərdə Azərbaycanda ucaldılan qalalar 

həm sayına, həm də möhtəşəm görünüşlərinə görə çox 

diqqətəlayiqdirlər. 

 Azərbaycanın tarixi-mədəniyyət abidələri arasında məscid 

və türbələrin rolu çox böyükdür. Tikilmə tarixi müxtəlif dövrləri 

əhatə edən bu abidələrin günümüzə qədər gəlib çatmış nümunələri 

indi də göz oxşayır. 

 

İslam ölkələrində  məscidlər təkcə ibadət üçün deyil, həm 



də insanların ünsiyyət məqsədilə  yığışdıqları yer idi. Adı X 

yüzillikdən çəkilən Ərdəbil Came məscidi, Sınıq qala Məhəmməd 

məscidi (1723), Urmiya Came məscidi (Atabəylər dövrünə 

təsadüf edir), Kirnə məscidi (XII əsr), İçərişəhərdə Qız qalası ilə 

Sınıq qala abidələri arasında yerləşən Aşur məscidi (1169), Pirsaat 

xanəgahı (1074) tarix və  mədəniyyət abidələrinin  ən gözəl 

nümunələrindəndir.    



 

11 


 Azərbaycan  ərazisində indiyəcən qalan türbələrin tarixcə 

ən qədimi XI yüzilliyin II yarısına aiddir. Bu monumental  

tikililərin  ən gözəl nümunəsi isə XII əsrin II və XIV əsrin I 

yarısında ucaldılmışdır. Xərrəqan türbələri (1063-1072), Qırmızı 

Günbəd türbəsi (1148), Gilan türbəsi (XII əsr),  İmamzadə  Vəli 

türbəsi (XII əsr), Yusif Küseyir oğlu türbəsi (1162), Dairəvi 

Günbəd türbəsi (1167), Üç Bənd türbəsi (1330), Şıxbabalı türbəsi 

(1272), Bərdə türbəsi (1322), Naxçıvanın Qarabağlar kəndində bu 

günə kimi qalan Qarabağlar türbəsi (XII-XIII əsr), bürc tipli 

Mirəli türbəsi (XIV əsr), Xocalı türbəsi (XIV əsr) Azərbaycan 

xalqının bu sahədə  əldə etdiyi uğurların, yaratdığı  əsərlərin  ən 

yaddaqalan örnəklərindəndir. 

 Türbələrdən söhbət açdıqda Naxçıvanda yerləşən və bu 

günümüzə  qədər qalan Möminə Xatun türbəsindən danışmamaq 

olmaz. 1186-cı ildə usta Əcəmi  Əbubəkr tərəfindən tikilən bu 

türbə  sənət inciləri arasında  şah  əsərdir. XIX əsrin  əvvəllərində 

Naxçıvana gələn Fransa səyyahı Dübnagə Monner bu abidəni 

görəndə öz heyrətini gizlədə bilməmişdir. Professor M.V.Alpatov 

Möminə Xatun türbəsini “İnsanpərvərlik nəfəsi” adlandırmışdır. 

Bu, abidəyə verilən  ən dolğun, düzgün qiymətdir.  Əcəminin 

daşlara, kərpiclərə hopmuş hisslərini yalnız “insanpərvərlik 

nəfəsi” adlandırmaq olar.  

 Abidələrdən danışdıqda, Bakının qala divarları ilə  əhatə 

olunan qədim hissəsi – İçərişəhəri  xüsusi qeyd etmək lazımdır. 

Şəhərimizə  gəzməyə  gələn minlərlə insanı heyran qoyan 

İçərişəhər sözün əsl mənasında bir nağıldır. Hər daşı, kərpici tarix 

olan  İçərişəhər qədim binaları, hamamları, məscidləri, 

karvansaraları  və saymaqla bitməyən tikililəri ilə keçmişin bizə 

qoruyub saxladığı bir yadigardır.   

 1977-ci 

ildə Azərbaycan tarixi memarlıq qoruğu elan 

edilən İçərişəhər hal-hazırda YUNESKO-nun himayəsi altındadır. 

 

İçərişəhərin möcüzəsi isə 



Şirvanşahlar Sarayı 

kompleksidir. Şirvanşahlar sarayı XV əsrin və ümumiyyətlə, Orta 

əsr Azərbaycan memarlığının ən görkəmli abidəsidir. Şirvanşahlar 



Yüklə 394,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə