Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə29/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

hakimiyyət səlahiyyətlərindən birtərəfli qaydada istifadə etmək hüququna 
malik olmasıdır, yəni öz təşəbbüsü ilə hər hansı şəxsin razılığı olmadan 
qərar qəbul edə və onu icra edə bilməsidir. 
Bu  mühüm  hüququn reqlamentar  səviyyədə  həll edilməsi  bütün 
vətəndaşlara aid olmasa da, vətəndaşların bir qrupuna qarşı tətbiq edilən 
qərarlar qəbul etmək üçün administrasiyaya imkan yaratmaqla (bu halda 
vətəndaşlardan  rəy  tələb  olunmur  və  yaxud  onların  müvafiq  məsələ  ilə 
razı  olub-olmadığı  soruşulmur)  və  fərdi  səviyyədə,  yenə  də 
administrasiyanın  müəyyən  xüsusi  şəxslər  kateqoriyasına  tətbiq  edilən 
qərarlar  qəbul  etmək  hüququna  malik  olduğunu  nəzərə  almaqla  həyata 
keçirilir. 
Bu birtərəfli hakimiyyət səlahiyyətləri hətta müqavilə sahəsində 
də  mövcuddur.  Xüsusi  hüquqda  olduğu  kimi,  inzibati  müqavilə 
bağlanması  üçün  də  iki  tərəfin  olması  tələb  olunur:  lakin  müqavilə 
bağlandıqdan sonra onun icrası zamanı administrasiya müqavilənin digər 
iştirakçısına qarşı birtərəfli qaydada öz tələblərini irəli sürmək hüququna 
malikdir.  Xüsusi  müqavilələr  dairəsi  üçün  belə  ekvivalent  mövcud 
deyildir. 
Lakin  bu  iki  hüquqi  rejim  arasında  olan  məsələləri  şişirtmək 
olmaz.  Doğrudur,  xüsusi  hüquqda  bir  tərəfin  digərini  özünə  qoşması 
haqqında müqavilələr mövcuddur və onların öz iradəsini digər tərəfə hətta 
müqavilə  çərçivəsində  zorla  qəbul  etdirməsi  də  mümkündür.  Xüsusi 
hüquqda, misal üçün, sənaye müəssisələrində sex nizamnaməsi birtərəfli 
hərəkətlər sayılır. Lakin bunlar bəzi hallarda mühüm narazılıqlara səbəb 
olduğundan ümumi normalardan istifadə edilir. Halbuki, inzibati hüquqda 
birtərəfli  hakimiyyət  səlahiyyətləri  prinsipi  mövcuddur  və  Fransada  bu 
prinsip daha çox inkişaf etmşdir. 
Bu üstün hüquq imperativ (qəti) xarakter kəsb edir, çünki qanunda 
xüsusi  icazə  nəzərdə  tutulmursa,  administrasiya  qabaqcadan  birtərəfli 
müdaxilədən və müqavilə hüququ çərçivəsində hərəkət etməkdən imtina 
etmək  hüququna  malik  deyildir.  Dövlət  Şurası  bu  barədə,  o  cümlədən 
dövlət  qulluğunda  olmaq  və  qiymətlərin  tənzimlənməsi  məsələləri  ilə 
əlaqədar  dəfələrlə  bunu  xatırlatmalı  olmuşdur.  Bu  cəhətdən  müqavilə 
siyasəti  deyilən  siyasət  son  dərəcə  ikibaşlıdır,  çünki  dövlət  öz 
fəaliyyətinin  əsas  sahələrinin  əksəriyyətində  öz  əl-qolunu  müqavilə  ilə 
bağlaya  bilməz.  Odur  ki,  burada  söhbət  bəzi  hallarda  yalançı 
müqavilələrdən də gedə bilər. 
Qabaqcadan sanksiya verilməsi üçün hakimə müraciət etməmək 
imtiyazı da rəsmi hərəkət etmək və məcburi qaydada icra edilməli olan 
qərarları öz təşəbbüsü ilə qəbul etmək imtiyazı adlandırılır. 
87 


Bu,  administrasiyanın  istifadə  etdiyi  bütün  imtiyazlar  məcmusunu 
tamamlayır.  Xüsusi  hüquqda  belə  bir  prinsip  mövcuddur  ki,  «heç  kəs 
öz-özünə  qarşı  məhkəmə  iddiası  qaldıra  bilməz».  Bu,  istər  cinayət 
hüququ  baxımından,  istərsə  də  mülki  hüquq  baxımından  doğrudur. 
Xüsusi şəxs başqa şəxsi cəzaya məhkum etmək və bu baxımdan qərarın 
icrası funksiyasını öz üzərinə götürmək hüququna malik deyildir. Əgər 
hər  hansı  şəxs  kiminsə  ona  borcunu  ödəməsi  iddiasındadırsa,  ona 
səlahiyyət  verilmir  ki,  iddianı  özbaşına  həll  etməyə  çalışsın,  günahkar 
şəxsin  vurduğu  ziyan  üçün  ona  haqq  ödənilməsini  tələb  etsin:  bu 
məqsədlə  o,  hakimə  müraciət  etməli,  ondan  icra  vərəqəsi  almalıdır. 
Əlində icra vərəqəsi olan şəxs zəruri halda icranın təmin olunması üçün 
dövlət hakimiyyət orqanından yardım tələb edə bilər. Bu, kirayənişinin 
ona borclu olduğu faktının qəbul edilməsinə çalışan ev sahibinə də aiddir. 
Lakin  burada  ayrı-ayrı  incəliklərin  mövcudluğunu  da  nəzərə 
almaq lazımdır. Bir çox hallarda xüsusi şəxs qərarın icrası üçün vasitələr 
tapır  və  əslində  icra  hüququnu  mənimsəməyə  çalışır.  Əgər  sahibkar 
muzdlu işçini işdən çıxarmaq istəyirsə, onda sadəcə olaraq onu qovur və 
ona əmək haqqı verməyi dayandırır. İşdən çıxarılan şəxs narazı qaldıqda 
qərardan məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Lakin 
buna  baxmayaraq,  müdiriyyət  tərəfindən  qəbul  edilmiş  qərar  dərhal 
yerinə yetirilir. Eynilə də xüsusi assosiasiyalar öz işçilərindən birini işdən 
xaric edərkən ondan üzvlük biletini də geri alır, bununla ona üzvlük haqqı 
ödəməkdən imtina edilir. Çıxarılmış qərarlar dərhal icra edilir. 
Beləliklə,  məhkəməyə  yalnız  o  halda  müraciət  edilməlidir  ki, 
dövlət  məcburetmə  tədbirlərdən  istifadə  edilməsində  zərurət  yaranmış 
olsun. 
İnzibati  hüquqda  bunun  üçün  xüsusi  qərarlar  olmadıqda 
administrasiya  hakimə  müraciət  etmədən  icra  funksiyasını  öz  üzərinə 
götürmək  hüququna  malikdir.  «Qabaqcadan  sanksiya  verilməsi  üçün 
hakimə müraciət etməmək» imtiyazının mənası da bundan ibarətdir. 
Əgər  müdiriyyət  belə  hesab  edirsə  ki,  xüsusi  şəxs  öz 
fəaliyyətlərini həyata keçirən zaman bədbəxt hadisə törətməklə ona zərər 
vurmuşdur, onda administrasiya bu zaman o şəxsə qarşı qərar çıxararaq 
zərərin  ödənilməsini  ona  təklif  edir:  əgər  xüsusi  şəxs  özü  ya 
müdiriyyətdən,  ya  da  digər  xüsusi  şəxsdən  ona  pul  ödənilməsini  tələb 
edərsə  və  onun  tələbi  müdiriyyət  tərəfindən  rədd  edilərsə,  onda  həmin 
şəxs mübahisənin həll olunması üçün hakimə müraciət etmək hüququna 
malikdir. 
88 


Başqa bir misal. Vergilərin tutulmasında belə hallara rast gəlmək 
olur ki, administrasiya hər hansı vergi verənin müəyyən il üçün və yaxud 
müəyyən  hadisə  ilə  əlaqədar  ona  müəyyən  məbləğ  borclu  olduğunu 
müəyyən etdikdə onda özü-özünə icra vərəqəsi yazır. 
Bu  vəziyyəti  kirayənişinin  mənzildən  çıxarılması  və  xarici 
vətəndaşın  ölkə  ərazisindən  qovulması  ilə  müqayisə  etmək  olar. 
Kirayənişini  mənzildən  çıxartmaq  istəyən  ev  sahibi  bu  barədə  hakimə 
müraciət  etməlidir:  xarici  vətəndaşı  ölkədən  çıxarmaq  istəyən 
administrasiya isə bu barədə özü qərar qəbul edir və bununla da özünə 
icra  hüququ  verir.  Bu  isə  hakimin,  adətən,  inzibati  hakimin,  bəzən  isə 
ümumi-mülki ədliyyə orqanının nəzarəti altında edilir. Bu zaman xüsusi 
hüquqda olduğu kimi, icra vərəqəsini hakim verir, inzibati hüquqda isə o, 
verilmiş icra vərəqəsinin qanuniliyinə nəzarət edir. 
Belə  vəziyyət  administrasiyaya  ikiqat  üstünlük  verir:  birinci 
üstünlük  ondan  ibarətdir  ki,  Fransa  şəraitində  şikayət  təxirəsalınmaz 
xarakter daşımır, yəni xüsusi şəxsin administrasiyanın qərarından hakimə 
müraciət  etməsi  administrasiya  tərəfindən  çıxarılmış  qərarın  icrasına 
mane olmur. Administrasiya məhkəməyə verilmiş şikayətə baxmayaraq 
icra vərəqəsi almaqla qərarın icrasını təmin edir. 
Administrasiyaya  olduqca  əlverişli  vəziyyət  yaradan  ikinci 
üstünlük  ondan  ibarətdir  ki,  bir  prinsipdən  irəli  gələn,  şikayət  verən  - 
iddiaçı  məhkəmədə  özünün  haqlı  olduğunu  sübuta  yetirməlidir.  Başqa 
sözlə,  əgər  ev  sahibi  kirayənişini  mənzildən  çıxarmaq  istəyirsə,  onun 
mənzil kirayəsini ödəmədiyinə görə mənzildən çıxarmalı olduğunu əsas 
götürür.  Əksinə,  əgər  administrasiya  öz  qərarı  ilə  xüsusi  şəxsi  nəyisə 
etməyə  məcbur  edirsə,  həmin  qərardan  şikayət  verilməsi  cavabdehin 
boynuna  düşür  və  yaxud  da  o,  məhkəmədə  həmin  qərarın  qanunsuz 
olduğunu  sübuta  yetirməlidir.  Buna  baxmayaraq,  bəzi  hallarda  inzibati 
prosesdə mübahisə edənlərin vəziyyətləri eyni olmur. 
Lakin  xatırlatmaq  lazımdır  ki,  bu  səlahiyyət  -  qabaqcadan 
sanksiya  üçün  hakimə  müraciət  etməmək  imtiyazı  müvafiq  tələblərə 
uyğun  olaraq  müşayiət  edilir.  Bu  zaman  administrasiya  öz  müstəqil 
idarəetmə  fəaliyyətindən  imtina  edə  bilməz.  İdarəetmə  səlahiyyətləri 
administrasiyaya özünəməxsus mənafelərini və yaxud idarəetmə aparatı 
qulluqçularının  mənafelərini  müdafiə  etmək  üçün  yox,  ancaq  ictimai 
mənafeləri müdafiə etmək üçün lazımdır. 
Administrasiya  görə  biləcəyi  işi  özü  görməlidir,  bu  zaman 
hakimin  həmin  işi  görməsini  tələb  etmənin  yolverilməzliyi  prinsipi 
inzibati 
89 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə