Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə27/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

rakterli  səlahiyyətlərə  malikdirlər.  Səlahiyyətli  dövlət  orqanlarının  və 
vəzifəli şəxslərin inzibati hakimiyyəti onlara aid edilir. 
Dövlət  müəssisələrindən  fərli  olaraq,  dövlətin  qeyri-dövlət 
müəssisələrinə  təsiri  məhduddur.  Dövlət  onlann  təsis  edilməsi,  onların 
fəaliyyət  istiqamətlərini  və  onların  idarə  edilməsi  kimi  məsələləri 
müəyyən edir. 
Qeyri-dövlət müəssisələrinin fəaliyyətinə qanunvericiliklə heç bir 
məhdudiyyət qoyulmur, lakin cəmiyyətin və vətəndaşların təhlükəsizliyi 
naminə onlann fəaliyyətinin məhdudlaşdınimasım qanunvericilik istisna 
etmir. 
Azərbaycan  Respublikasında  ictimai  birliklərin  və  fondların 
yaradılması  və  fəaliyyət  göstərməsi  ilə  bağlı  münasibətləri 
«Qeyri-hökumət  təşkilatlan  (ictimai  birliklər  və  fondlar)»  haqqında  13 
iyun, 2000-ci il tarixli, 894-İQ saylı Azərbaycan Respublikasının qanunu 
tənzimləyir. 
81 


VI
 FƏSIL
 
UMUMI
 PRINSIPLƏR
 
§ 1. inzibati hüququn əsas prinsipləri anlayışı 
və həyata keçirilmə qaydası 
İnzibati  hüququ  xüsusi  hüquq  kimi  səciyyələndirmək  üçün  çox 
zaman  «ictimai  hakimiyyət»  ifadəsi  işlədilir:  inzibati  hüquq  özündə 
ictimai  hakimiyyət  anlayışının  ən  dolğun  ifadəsini  əks  etdirmişdir. 
Fransada  tez-tez  «tələ»  sözünü  işlədirlər,  «tələ»  -  sözünün  işlədilmə- 
sində ehtiyatlı olmaq lazımdır. «İctimai hakimiyyət» ifadəsi öz mahiyyəti 
ilə,  bu  ifadədən  doğan  ideyalarda  çaşqınlıq  təhlükəsi  yarada  bilər.  Bu 
ifadənin kökləri çox qədim dövrə, Roma hüququna, Roma imperiyasına 
gedib  çıxan  mifologiyaya  bağlıdır.  Həmin  mifologiyaya  görə,  inzibati 
hüquq  hakimiyyət  hüququ,  hökmranlıq  hüququdur.  O,  fərdi  iradələrin 
açıq şəkildə ifadə edilməsinə və razılaşdırılmasma əsaslanan bərabərlik 
hüququndan,  mülki  hüquqdan  və  xüsusi  hüquqdan  prinsipial  şəkildə 
fərqlənir. 
Kökləri  Roma  dövrünə  gedib  çıxan  ictimailik  ideyasını 
hüquqşünaslar  hələ  monarxiya  dövründə  aşkara  çıxarmışdılar.  Həmin 
ideyaya  görə,  dövlət  vətəndaşlar  üzərində  hakim  qüvvədir  və  onun  bu 
hökmranlığı inzibati hüququn dövlətlə digər ictimai-hüquqi kollektivlər 
və vətəndaşlar arasında hüquqi münasibətləri tənzimlədiyini sübut edir: 
vətəndaşlar  bərabər  hüquqa  malik  olduqlarından  mülki  hüquqi 
münasibətlərin  xarakterini  ifadə  edən  xüsusi  hüquq  da  bərabərlik 
hüququnu tamamlayır. 
Bu heç zaman real gerçəkliyə tam uyğun gəlməmişdir və hazırda 
da bir sıra praktiki və hüquqi səbəblərə görə aydın olmuşdur ki, bu dəqiq 
deyildir. 
İndi  dövlətlə  və  ictimai-hüquq  kollektivləri  ilə  yanaşı,  daha 
mühüm xüsusi təşkilatlar meydana çıxmışdır. Bu qurumlar iri transmilli 
müəssisə  olmaqla,  yüz  əlli  sakini  olan  kiçik  kommunadan  daha  güclü, 
daha  böyükdür.  Bunun  nəticəsi  olaraq  indi  dövlət  administrasiyasının 
hakim  rolu  və  onun  ideyası  artıq  özü-özlüyündə  mübahisəyə  çevrilir. 
Dövlət  idarəetmə  sistemi  sosial  qüvvələrin  təşkilində  amil  kimi  deyil, 
daha artıq dərəcədə həmin qüvvələrin həqiqi nisbəti nəticəsində təşəkkül 
tapır. Hətta administrasiyanın bəzi hallarda gücsüzlüyünü göstərir. 
82 


Hələ o zamanlar nüfuzlu və hökmran inzibati hüquq spesifik və 
tam  dəqiq  olmayan  anlayış  idi,  çünki  vətəndaşlar  arasında  həqiqi 
bərabərlik  mövcud  deyildi.  Bu  artıq  XV  yüzillikdə  öz  təsir  qüvvəsini 
itirdi  və  zəiflər,  bankirlər  və  dilənçilər  arasında  bərabərliyin  olmaması 
qabarıq  surətdə  üzə çıxdı. Bu  prinsip  aşağıdakılar  arasında  olan hüquq 
münasibətlərində  özünü  büruzə  verirdi,  məsələn,  sahibkarların  yanında 
muzdlu  işləyən  şəxslər  arasında,  ev  sahibi  ilə  kirayənişinlər  arasında, 
sığortaçı  ilə  sığorta  olunan  şəxs  arasında  və  yaxud  minik  sahibi  ilə 
sərnişin arasında münasibətlər qeyri-bərabərliyi təşkil edirdi. Doğrudan 
da, hüquqi münasibətlərin bütün bu növlərində bir şəxs digəri qarşısında 
asılı vəziyyətdə qalır. Mülki hüquqi münasibətlər hüquqi baxımdan yaxşı 
məlum olan əmək müqaviləsinə imza atmaqla tərəflər arasında yaranır. 
Sığorta  haqqında  müqavilə  bağlamaq  istədikdə,  tərəflər  öz 
aralarında  onu  müzakirə  etmək  hüququna  malikdirlər  (və  bəzi  hallarda 
onu  həqiqətən  müzakirə  edirlər),  lakin  əksər  hallarda  adamlar  artıq 
hazırlanmış  olan  müqaviləyə  qoşulmaqla,  yəni  onu  imzalamaqla 
kifayətlənirlər.  Sığorta  şirkəti  həmin  müqaviləni  müzakirəyə  qoymur, 
lakin şərtlərinə də qoşulmağı təklif edir. Eynilə də nəqliyyata bilet alanda, 
şərait  və  rahatlıq  haqqında  ümumiyyətlə  müzakirə  getmir.  Tərəflərdən 
biri faktiki olaraq elə vəziyyətdə olur ki, öz iradəsini digər tərəfə qəbul 
etdirməyə nail olur. 
Əlbəttə,  hazırda  belə  vəziyyət  qanunlarla,  habelə  həmkarlar 
ittifaqlarının sahibkarlarla və fəhlələr arasında münasibətlər sahəsindəki 
fəaliyyətilə xeyli dərəcədə qaydaya salınmışdır. Qeyri-bərabərlik hüququ 
XIX  əsrdən  başlayaraq  tədricən  aradan  qaldırılmağa  başlansa  da, 
tərəflərin hüquq bərabərsizliyi inzibati hüquqda hələ qalırdı. Ona görə də 
bu münasibətlər xüsusi hüquq normaları ilə tənzimlənirdi. 
Tətbiq  edilən  xüsusi  hüquq  normaları  nəticəsində  ayrı-ayrı 
sahələrdə  administrasiya  daha  az  imtiyazlara  və  hakimiyyətə  malik 
olurdu. 
Xüsusi  hüquq  normaları  sayəsində  sahibkarın  öz  tabeçiliyində 
olan  muzdlu  işçiləri  işdən  azad  etmək  proseduru  çətinləşmişdi.  Lakin 
buna baxmayaraq onların işi administrasiyaya nisbətən daha asan idi. Bu 
isə  hüquqi  səbəblərdən  irəli  gəlirdi,  çünki  qulluqçu  üçün  müdafiə 
mexanizmi muzdlu əməklə məşğul olanlara nisbətən daha geniş idi. Bu 
isə, sosial səbəblər və bəzi ənənələrlə əlaqədar ortaya çıxırdı. 
Belə ki, ictimai hakimiyyətin imtiyaz formaları və yaxud ictimai 
hakimiyyətin  üstün  hüquqları  real  gerçəkliyi  tam  əks  etdirmirdi. 
Professor Riveronun göstərdiyi kimi, inzibati hüquq yalnız səlahiyyətlər 
83 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə