Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə24/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

V
 FƏSIL
 
DÖVLƏT TƏSİSATLARI 
§1. Dövlət təsisatlarının anlayışı və idarəetmə bölmələri 
Dövlət təsisatları müxtəlif adlar altında çıxış edirlər, məhz buna 
görə  də  onların  həqiqi  təyinatı  haqqında  dərhal  hüquqi  qiymətin 
verilməsi mümkün olmur. Onlar müxtəlif formada fəaliyyət göstərirlər, o 
cümlədən kassalar, xidmətlər, idarələr, bürolar və s. adlarla çıxış edirlər. 
Onların yerinə yetirdikləri fəaliyyət sahəsi, görüləcək işlərin dərəcəsi və 
həcmi müxtəlif olur. 
Məsələn,  orta  səviyyəli  kommunanın  sosial  yardım  bürosunun 
depozit kassası və yaxud Parisə yardım üzrə dövlət fondunun istehsal və 
nəqliyyat bölməsi, dövlət müəssisələrinin müəyyən qismi ümumi hüquqi 
təşkilatlar formasında fəaliyyət göstərirlər. 
Fransada  hətta  bəzi  dövlət  müəssisələrinin  çoxunun  hüquqi 
statusu yoxdur. Bu, Fransa hüququnun mürəkkəbliyindən irəli gəlir. 
1982-ci  il  qanunu  ilə  milliləşdirilmiş  sənaye  birlikləri  və  «Er- 
Frans» kimi müəssisələr ümumi hüquqi təsisatlar deyillər. 
Maliyyə  bölmələri,  depozit  kassalar  öz  vəsaitlərinin  ölkənin 
iqtisadi-maliyyə  həyatında  oynadığı  rolun  miqdarına  görə  Fransada 
dövlət təsisatları içərisində ən nəhəngləri hesab olunurlar. 
Milliləşdirilməsinə  baxmayaraq,  Fransada  banklar  və  sığorta 
şirkətləri ümumi hüquqi təsisatlar deyillər. 
Ticarət  palataları  tərəfindən  ictimai  mənafelərin  təmsilçiliyinin 
həyata  keçirilməsinə  baxmayaraq,  onlar  da  ümumi  hüquqi  təsisatlar 
deyillər.  Kənd  təsərrüfatında  çalışanlar  və  peşə  işçiləri  -  memarlar, 
vəkillər,  həkimləri  təmsil  edən  qurumlar  da  ümumi  hüquqi  təsisatlar 
deyillər. 
Buna  baxmayaraq,  bir  sıra  iqtisadi  orqanlar  ümumi  hüquqi 
təsisatlar formasını əldə etmişlər. Buraya Fransada taxıl bazarının təşkili 
və qaydaya salınması üçün yaradılmış taxıl üzrə milli peşələrarası xidmət 
və kənd təsərrüfatı bazarının təşkili və qaydaya salınması üzrə fondları 
aid etmək olar. Sosial sahədə, iri milli sosial təminat kassaları, xəstəlik 
üzrə milli sığorta kassası, xüsusi təşkilatlar olan yerli kassalardan, ilkin 
kassalar fərqli olaraq ümumi hüquqi təsisatlardır. Universitet və məktəb 
fəaliyyəti  üzrə  milli  və  regional  mərkəzlər  də  ümumi  hüquqi təsisatlar 
hesab olunurlar. 
72 


Mədəniyyət sahəsində olduqca çoxsaylı ümumi hüquqi təsisatlar 
vardır.  Liseylər,  universitetlər,  çox  böyük  ali  təhsil  ocaqları  ümumi 
hüquqi  təsisatlara  aiddir.  Fransa  radio  verilişləri  və  televiziya  təşkilatı, 
milli elmi-tədqiqatlar mərkəzi və Fransa akademiyası da ümumi hüquqi 
təsisatlardır. 
İnzibati  və  idarəetmə  sahələrində  də  son  illər  ərzində  dövlət 
periferiya təsisatları kateqoriyası xeyli genişlənmişdir. İxtisaslaşdırılmış, 
eləcə  də  çoxsaylı  və  çoxməqsədli  kommuna  sindikatları,  qarışıq 
sindikatlar,  departamentlərarası  birliklər,  şəhər  nahiyələri  və  ya  şəhər 
cəmiyyətləri,  habelə  yeni  şəhərləri  və  regionları  planlaşdırma  və 
abadlaşdırma  idarələri  bu  kateqoriyaya  daxildir.  Müdafiə  obyektlərinin 
tikintisi bir qayda olaraq, müdafiə tədbirlərini təmin edən dövlət idarəsinə 
həvalə edilir. 
Dövlət  idarəsi  (təsisatı)  tez  inkişaf  edən  çoxillik  bitkilərə 
bənzəyir, hər il və hər ay onun yeni-yeni növləri meydana gəlir. 22 may, 
1971-ci  il  tarixli  qanunla  dövlət  təsisatlarının  üç  kateqoriyası  -  meşə 
təsərrüfatını  idarəetmə  üzrə  kommunalararası  birliklər,  meşə 
təsərrüfatının idarəetməsi üzrə qarışıq birliklər və meşə təsərrüfatı peşə 
birliyi yaradılmışdır. Son zamanlar yaradılan agentlik, enerjidən istifadə, 
əmək şəraitinin yaxşılaşdırılması məsələləri üzrə agentliklər və s. dövlət 
təsisatları hesab edilir. 
Dövlət  təsisatları  həm  ümumi  hüquq  rejiminə  tabe  olan  digər 
hüquqi şəxslərlə, həm də xüsusi təsisatlarla münasibətlərdə olurlar. 
Dövlət  təsisatları  hər  şeydən  əvvəl  idarəetmə  bölmələrini  əhatə 
edən,  yəni  dövlətə  və  yerli  hakimiyyət  orqanlarına  münasibəti,  onlann 
ixtisaslaşması  və  fəaliyyətləri  üzərində  nəzarətin  həyata  keçirilməsini 
təmin edən hüquqi qurumlardır. Dövlət təsisatları bununla səciyyələnirlər 
ki, onlar ümumi (ictimai) xidmətçilərdir. Bu təsisatların yaranmasına dair 
verilən  hüquqi  aktlarda  onları  bəzi  hallarda  «mülki  şəxs  və  maliyyə 
muxtariyyəti»  əlamətlərinə  malik  təsisatlar  adlandırırlar.  Belə 
şəxsləndirilmə, adətən bir-birilə uzlaşan iki başlıca ilkin şərtlərə əsaslanır: 
-  birinci  ilkin  şərt  «iştirak»  sözü  ilə  qeyd  edilir.  Dövlət  təsisatı 
şəxsi vətəndaşlar və ya ictimaiyyəti idarəetmə fəaliyyətinə cəlb etməyin 
hüquqi formasıdır. Dövlət təsisatının həmişə olduğu kimi, inzibati şurası 
olur.  Müxtəlif  adlar  daşıya  bilən  həmin  şuranın  tərkibinə  müxtəlif 
idarələrin nümayəndələri daxil edilir. 
Məsələn,  universitetlərin  müstəqilliyinin  təmin  edilməsi  üçün 
1968-ci  il  hadisələrindən  sonra  həmin  dövlət  təsisatının  tərkibinə 
professor-müəllim heyəti və tələbələr sırasından seçkili nümayəndələr da 
73 


xil edildi ki, bu da müstəqilliyin hüquqi təminatçısına çevrildi. 
Bu öz-özlüyündə yeni forma deyildir, çünki məclislərin və yaxud 
şuraların  köməyi  ilə  kommersantlarm  və  yaxud  sənayeçilərin 
mənafelərinin təmsilçiliyini təmin edən ticarət palataları artıq XIX əsrin 
əvvəllərində  həmin  peşələrin  nümayəndələrini  öz  tərkibinə  daxil 
etmişdir. 
26  iyul,  1983-cü  il  tarixli  qanunla  nəzərdə  tutulmuş  «ümumi 
bölmənin 
demokratikləşdirilməsi» 
prosesi 
muzdlu 
əmək 
nümayəndələrinin inzibati şuralara müstəqil qaydada seçilməsi yolu ilə 
təmin olunurdu. 
2.  Dövlət  təsisatları  yaradılmasının  ikinci  şərti  idarəetmənin 
çevikliyidir. Yeni təsisat çox zaman dövlətdə və yaxud yerli kollektivlər 
səviyyəsində mövcud olan xidmətlərə nisbətən çevik idarəetmənin təmin 
edilməsi üçün yaradılır. 
Bu  forma  bəzi  tələblərdən  kənara  çıxmaqla,  idarəetmə  təsirinin 
daha 
3
diksək səmərəliliyini təmin etməyə imkan verir. 4 fevral, 1959- cu 
ildə  Fransa  radio  verilişləri  və  televiziya  təşkilatı  ordononsla  məhz  bu 
məqsədlə  yaradılmışdır.  Həmin  təşkilat  nəinki  təkcə  müvafiq  sahənin 
idarə olunmasında çevikliyi artırır, həm də onun siyasi müstəqilliyi təmin 
etmək məqsədini daşıyırdı. 
Dövlət ixtisaslaşma əlamətləri olan təsisatlar dəqiq ifadə olunmuş 
hüquqi  şəxsdir.  O,  geniş  səlahiyyətlərə  və  praktiki  olaraq  universal 
funksiyalara  malikdir.  Dövlət  təşkilatları  isə  sərbəst  ifadə  olunan 
ixtisaslaşma  ilə  səciyyələnirlər.  Məsələn,  xeyriyyəçilik  məsələləri  üzrə 
büro  öz  fəaliyyətindən  istifadə  etmək  üçün  kinoteatrlar  şəbəkəsindən 
istifadə edə bilməz. Dövlət məktəblərində yaradılmış kassalar şagirdlərə 
yardım  göstərə  bilməz.  Fransada  televiziya  ilə  reklam  verilişlərinin 
tez-tez təkrar olunması əhalinin narazılığına səbəb olmuşdur. Buna görə 
çoxlu  diskussiyalar  başlandı,  elə  buna  görə  də  bir  çox  inzibati  hüquq 
sahəsində olan alim və professorlara təklif olunmuşdur ki, milli məclisin 
səlahiyyətli  komissiyasında  bu  məsələyə  dair  öz  mülahizələrini 
bildirsinlər. Onların əksəriyyəti ixtisaslaşma meyarlarına istinad edərək 
bildirdilər ki, Fransa radio verilişləri və televiziya təşkilatı reklam üçün 
deyil, informasiya verilişləri, əyləncəli proqramlar, verilişlər və tamaşalar 
göstərmək  üçün  yaradılmışdır,  reklamla  məşğul  olmaqla  o  özünün 
ixtisaslaşma istiqamətlərini zəiflədir. Bunun cavabında etiraz etdilər ki, 
öz əsas vəzifələrini yerinə yetirməklə yanaşı, söhbət maliyyə vəsaitinin 
əldə olunmasından  getdiyinə  görə  reklam  göstərilməsi  həmin  təşkilatın 
ixtisaslaşması ilə  ziddiyyət  təşkil  etmir,  nəticədə  isə bu  etiraz  həlledici 
oldu. 
74 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə