Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


partamentin  hüquqi  statusunun  elementləri,  baş  sahələrinin



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə21/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

Departamentin  hüquqi  statusunun  elementləri,  baş  sahələrinin 
seçilməsi  və  ərazi  hüdudlarının  müəyyənləşdirilməsinə  dair  nə  varsa 
hamısı,  əvvəlki  kimi  yenə  də  2  noyabr,  1945-ci  il  tarixli  ordonansla 
tənzimlənir. Həmin elementlərin mahiyyəti departamentin baş şurasının 
və  yaxud  digər  əlaqəli  orqanların  rəyləri  əsasında  Dövlət  Şurası  ilə 
razılaşdırmaqla qəbul edilmiş dekretlə müəyyənləşdirilir, lazım gəldikdə 
isə dəyişdirilə bilər. 
Departamentlərin  elə  adları  var  idi  ki,  həmin  ad  onlar  üçün 
təhqiredici sayılırdı:  məsələn.  Aşağı  Sena,  Aşağı  Luara,  Aşağı  Saranta, 
Aşağı Pipeniya və Aşağı Alp. 
Dekret əsasında onlar həmin adların dəyişdirilməsinə nail oldular. 
İndi onlar dənizkənan Sena, Atlantik Lyara, dənizkənarı Saranta, Atlantik 
Pireneya və nəhayət, yuxarı Provans Aln adlanırlar. 
Baş  şəhərin  adlarının  dəyişdirilməsi  isə  çox  nadir  hallarda  baş 
verir.  1964-cü  ildə  Paris  regionunun  iki  departamenti  xüsusi  qanunla 
yeddi departamentə bölünmüşdür. Korsika departamenti də 1976-cı ildə 
iki  müstəqil  departamentə  ayrılmışdır.  Bu  müstəsna  hallar  nəzərə 
alınmaqla,  inqilab  dövründə  təsis  edilmiş  departamentlər  xəritəsi 
dəyişməz qalmaqdadır. 
Departament təsisatları, idarəetmə sahəsində departamentlə bağlı 
olan hüquqi şəxslər departamentin ictimai təşkilatları adlanır. 
Həmin təsisatların rolu kommunalar səviyyəsindəki kimi mühüm 
olmasa  da,  onların  bəziləri  mənzil  kirayə  miqdarı  orta  səviyyəli  olan 
mənzil fondunu idarə edən departament xidmətləri kimi mühüm vəzifələri 
yerinə  yetirirlər.  Kirayə  miqdarı  orta səviyyəli  olan mənzillər haqqında 
qanunvericilik  çərçivəsində  ictimai  istifadə  üçün  mənzillər  tikintisi  də 
onlara həvalə edilmişdir. 
Departamentlər,  kommunalar  kimi  də  birlikdə  fəaliyyət  göstərə 
bilirlər. Departamentin elə iştirakçıları var ki, onlar iki formada olurlar: 
departamentlər  səviyyəsində  yaradılan  departamentlərarası  orqanlar  və 
departamentlər  tərəfindən  yaradılan  müştərək  qarşılıqlı  orqanlar  olan 
digər növ təşkilatlar və kollektiv birliklər. 
a)  Departamentlərarası  orqanlann  təşkili  haqqında  müddəalar  9 
yanvar,  1930-cu  il  tarixli  qanunla  müəyyən  edilmişdir.  Departa- 
mentlərarası  icra  orqanları  müəyyən  problemləri  həll  etmək  üçün 
departamentlərin konfransını təşkil edirlər. Bu yeni kollektiv deyildir, bu 
müştərək  problemləri  müzakirə  etmək  üçün  keçirilən  epizodik 
konfranslardır. 
Digər tərəfdən isə daha inkişaf etmiş yeni hüquqi şəxs yaradan, bir 
neçə departamentin birgə səlahiyyətlərini özündə birləşdirən de- 
63 


partamentlərarası  assosiasiyalar  birgə  məsələlərin  həllində  mühüm  rol 
oynayırlar.  Departamentlərarası  birliklər  kommunalara  nisbətən  çox  az 
inkişaf  etmişdir.  Məsələn,  Lanqendan  sahilində  olan  rayonlarda 
ağcaqanada qarşı aparılan birgə mübarizə tədbirlərini qeyd etmək olar. 
Bu,  departamentlərarası  əməkdaşlığa  yaxşı  misal  olub,  regionlar 
sərhədini  aşmaq  və  ərazi  sərhədlərini  tamamlayan  həşəratlara  qarşı 
aparılan və qalib gələn birgə mübarizənin nəticəsidir. 
b) Qarşılıqlı orqanlar da forma kimi təşəkkül tapmaqla müəyyən 
müvəffəqiyyətlər əldə etmişdir. Onlar departamentlərin digər ictimai və 
yaxud  xüsusi  kollektivləri  ilə  birgə  fəaliyyətdə  iştirak  edirlər.  Onlar 
qarşılıqlı  sindikatlar  və  qarşılıqlı  iqtisadiyyat  cəmiyyətləridir.  Qarışıq 
sindikat departamentləri, kommunaları, ticarət palatalarım və s. birləşdirə 
bilər. 
Məsələn,  Departamentin  xidmət  etdiyi  sahənin  bir  hissəsini 
abadlaşdırmaq üçün qarışıq sindikatlar yaradıla bilər. 
Departamentlər  yerli  kollektiv  olmaq  etibarilə  onların 
səlahiyyətlərinin  əsasını  yol  şəbəkəsi  və  sosial  yardım  təşkil  edir. 
Departamentlərin 
büdcələrinin 
2/3 
hissəsindən 
çoxunu 
kommunikasiyaların  saxlanmasına  və  yardıma  ehtiyacı  olanlara  sosial 
yardımın göstərilməsinə çəkilən xərclər təşkil edir. 
7  yanvar  və  22  iyul,  1983-cü  il  tarixli  qanunlara  görə  daxili 
nəqliyyatın istiqamətlərinin inkişaf vəziyyəti kökündən dəyişdirildi. De- 
partamentlərə mənzil tikintisi, nəqliyyat, səhiyyə, təhsil sahəsində xeyli 
səlahiyyətlər  verildi.  Departamentin  orqanları  kommuna  və  bələdiyyə 
orqanları  kimi  baş  şura  oldular.  Lakin  departament,  həmçinin 
kommunada  olmayan  idarəetmə  orqanlarına  malikdir.  Baş  şuranı  6  il 
müddətinə seçilən məşvərət yığıncağı təşkil edir. Baş şura hər 3 ildən bir 
öz  tərkibinin  yarısını  təzələyir  və  hər  kontondan  proporsional 
nümayəndəlik  olmaqla,  uninominal  mojaritar  sistem  üzrə  iki  turda 
seçilirlər.  Beləliklə,  səsvermə  üçün  ümumi  siyahıya  kontonların  hər 
birindən iki namizəd daxil edilir. 
Kontonlar, sərhədləri nəzərə almaqla, bu seçki sistemi nəticəsində 
Baş Şurada kənd sakinləri şəhər sakinlərini üstələyirdilər. 
1964-cü  ildə  Paris  regionunda  aparılmış  islahat  nəticəsində,  ilk 
dəfə olaraq əksəriyyəti kommunistlər təşkil edən baş şuralar yaradıldı. 
Baş Şura üzvlərinin mandatlanna iki halda vaxtından əvvəl xitam 
verilə  bilər:  ya  üzrsüz  səbəbdən  şuranın  bir  neçə  iclaslarında  iştirak 
etməmiş olsun və bu barədə müşavirlərə fərdi qaydada intizam tədbirləri 
tətbiq edilsin və yaxud baş müşavirlər kollektiv şəkildə istefaya getsinlər. 
Sonuncu hal çox ciddi hallarda tətbiq edilən prosedurdur. 
64 


Baş Şuranın səlahiyyətlərinə departamentin həyatına dair görülən 
işlər, bağlanan müqavilələr və qəbul edilmiş hüquqi qərarlar aiddir. Baş 
Şura  həmçinin  dövlət  təsisatlarından  istifadə  edərək,  pul  vəsaitinin 
departament sahəsində bölüşdürülməsi ilə əlaqədar olaraq qərarlar qəbul 
edə bilər. 
1951-ci  ildə  dövlət  xüsusi  məktəblərinin  şagirdləri  üçün  təhsil 
fondları yaradılmasını nəzərdə tutan Barrapye qanunu qəbul edildi. 
Nəhayət,  Baş  Şura  çoxsaylı  kommunalara  dair  məsələlərin  həll 
edilməsi  üçün  rəy  verir  və  öz  fikrini  bildirir.  Beləliklə,  Baş  Şura 
kommunalarm fəaliyyətinə kollegial surətdə himayədarlıq edir və onların 
fəaliyyətinə göz qoyur. 
Departamentlərin  fəaliyyətinə  Baş  Şura  özü  rəhbərlik  edir.  O,  2 
mart,  1982-ci  il  qanunundan  sonra  icra  hakimiyyətini  təmsil  etməyə 
başladı. 
İcra  hakimiyyəti
  - 
prefekt.
  1982-ci  ildən  mövcud  olan  sistemdə 
prefektlər  təsisatı  idarəetmənin  əsasını  təşkil  edirdi.  İcra  hakimiyyəti 
seçilmir, o, hökumətin sərəncamı ilə təyin olunan məmurlardan ibarət idi. 
Prefekt Baş Şuranın Sessiyalarını hazırlayır, qərarlar qəbul edir və 
verilmiş  qərarların  yerinə  yetirilməsini  təmin  edir.  Prefektin  ştat 
departament xidmətinə rəhbərlik edən dövlət məmurlarından ibarət idi. 
2  mart,  1982-ci  il  tarixli  qanuna  əsasən.  Baş  Şuranın  sədri 
Prefektin vəzifələrini icra etmək hüququna malik olduğuna görə departa- 
mentin icra hakimiyyətinin başçısı kimi onu əvəz etməyə başladı. Dövlət 
Periferiya  xidmətləri  də  departamentin  sərəncamına  verildi,  çünki  bu 
qanuna əsasən qulluqçuların ştatına uyğun nəzərdə tutulmamışdı. 
Region.
  Yerli  idarəetmə  sistemindəki  yeniliklərin  sonuncusu  olan 
region  2  mart,  1982-ci  il  tarixli  qanunun  əsasında  yaradılmışdır,  lakin 
onların  regional  şuraları  birinci  seçkilərdən  sonra  fəaliyyət  göstərməyə 
başladılar. 
Beləliklə,  regionlar  20  il  ərzində  3  inkişaf  mərhələsi  keçmişdir. 
1960-cı il dekretinə uyğun olaraq yaradılmış regionlar sadə dövlət inzibati 
layihələrindən 1972-ci ildə ümumi hüquqi təsisatlara verilmişdir. 1969-cu 
ildə isə onlar yerli özünüidarə kollektivlərinə çevrilmişlər. Uğursuzluqlara 
düçar olduqlarına görə onlar 1982-ci il tarixli qanunla idarəetmə vəsilələri 
qismində hüquqi statusa malik oldular. 1989-cu ildə verilmiş qanunlarla 
əlaqədar  olaraq  onlara  mühüm  səlahiyyətlər  verildi.  Regionlar 
planlaşdırma,  ərazinin  abadlaşdıriması,  peşə  hazırlığı,  nəqliyyat, 
elmi-tədqiqat kimi sahələrdə fəaliyyət göstərmək, qə 
65 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə