Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə19/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

tivlərə görə həmrəylik nümayiş etdirmək qadağan edilir. 
Kommunanm  təşəbbüsünə  qarşı  ikinci  qrup  məhdudiyyətlər 
xüsusi  təşəbbüslər  üçün  ayrılmış  konununalann  sənaye  və  kommersiya 
fəaliyyəti problemi ilə əlaqədar olmasıdır. 
2 mart, 1982-ci il tarixli qanunla kommunalara iqtisadi və sosial 
sahədə  fəaliyyətlərini  həyata  keçirərkən  şərait  yaradılması  nəzərdə 
tutulmuşdur. 
Məsələn:  kommunalar  iqtisadi  inkişafa  təkan  vermək  məqsədilə 
digər  kommunalara  dolayı  yollarla  köməklik  və  yaxud  kənd  yerlərində 
əhalinin ehtiyaclarını ödəyə bilmək qabiliyyətində olmaq üçün çətinliyə 
düçar  olmuş  müəssisələrə  yardım  göstərə  bilərlər.  Həqiqətən, 
kommunalar,  xüsusən  böhran  şəraitində  əhalinin  işə  cəlb  olunmasında, 
ərazilərin abadlaşdırılmasmda fəaliyyət göstərir və köməklik edirlər. 
Kommunaların  təşkilində  iki  başlıca  qurum  təşkilati  tədbirlərin 
həyata keçirilməsində nəzərə çarpır: bir tərəfdən bələdiyyə şurası, digər 
tərəfdən isə mer və onun müavinləri. 
Fransa  Konstitusiyasına  uyğun  olaraq  bələdiyyə  şuraları  seçkili 
orqandır. Əhalinin sayından asılı olmayaraq, bələdiyyə şurasının üzvləri 
seçki yolu ilə seçilirlər. 
Seçkilər,  kommuna  ərazisində  daimi  yaşayan  əhali  arasında 
aparılan ümumi seçki hüququna əsasən əhalinin az və çoxluğundan asılı 
olmayaraq müəyyən fərqlərlə aparılır və ikinci turda majoritar səsvermə 
sistemi tətbiq edilir. 27 iyun, 1964-cü il tarixli qanununa uyğun olaraq, 
əhalisi 30 mindən artıq olan şəhərlərdə təcridetmə hüququ ilə siyahı üzrə 
səsvermə sistemi yaradılır. Bu sistem üzrə seçkilərdə səsvermənin birinci 
və ikinci turlan arasındakı dövrdə dövlət si- yahılarındakı adlar və tərkib 
dəyişdirilə bilməz və nə də ora əlavə, dəyişiklik edilməsinə yol verilmir. 
Seçkilər  aşkar  siyasi  xarakter  daşıyır  və  ümummilli  siyasi  təşkilatların 
iştirakı  ilə  keçirilir.  Bu  seçkilər  qanunvericilik  orqanları  və  Prezident 
seçkiləri ilə eyni vaxtda aparıla bilməz, onların seçkiləri başqa günlərdə 
həyata keçirilir. Bütün bələdiyyə şuraları da eyni qaydada formalaşdırılır, 
lakin  onların  buraxılması  bir  neçə  üsulla  həyata  keçirilir.  Onların 
fəaliyyətinə  6  il  səlahiyyət  müddəti  başa  çatdıqda,  bəzi  hallarda  isə 
səlahiyyət  müddəti  başa  çatmadıqda  xitam  verilə  bilər.  Belə  hallar  çox 
təsadüfi hallarda baş verir. 
Seçki  nəticələrinin  ləğv  edilməsi  bələdiyyə  şurasının  vaxtından 
qabaq  buraxılmasına  əsas  verir.  Bələdiyyə  şurasına  seçkilər  inzibati 
hakimin nəzarəti altında keçirilir. Maraqlı burasındadır ki, hər bir 6 
57 


ildə keçirilən seçkilər zamanı seçkilərin gedişində sui-istifadə halları ilə 
əlaqədar, şikayət verənlərin sayı eyni olur. 
Şikayətlərin  əsasında  seçkilərin  nəticələrinə  yenidən  baxılması 
məsələsi  qoyulur.  Bəzi  verilən  şikayət  hallarında  bələdiyyə  üzvlərinin 
istefa  verməsi  ilə  əlaqədar  olaraq,  bu  məsələlərə  bələdiyyə  şurasında 
baxılır. 
Bələdiyyə 
şuraları 
bəzi 
hallarda 
Nazirlər 
Şurasının 
əsaslandırılmış  dekretinə  uyğun  olaraq  buraxıla  bilər.  Bələdiyyələrin 
buraxılması  barədə  verilmiş  şikayətlərə  məhkəmə  nəzarəti  ilə  baxıla 
bilər. Dövlət Şurası tərəfindən bələdiyyə şurası yalnız o halda buraxıla 
bilər ki, həqiqətən, o, öz fəaliyyətini yerinə yetirməyə qadir deyil. Bütün 
bunlarla yanaşı, bələdiyyə şurasının buraxılması haqqında qərarlar siyasi 
motivlərlə  bağlı  olduqda,  onda  dövlət  siyasi  qərarları  ləğv  etmək 
hüququna malikdir. 
Bələdiyyə şurasının işinə müasir dövrdə sayı artmış komissiyalar 
kömək edirlər. 
Bələdiyyə şurasının tərkibinə daxil olmayan bu komissiyalar yerli 
idarəetmədə  əhalinin  bu  sahəyə  yönəldilməsinə  köməklik  göstərir. 
Fransada  bu  cür  komissiyalar  hüquqi  funksiyaları  yerinə  yetirmirlər, 
bunlar faktiki olaraq könüllü surətdə yaradılmışdır. 
Bələdiyyə şurası və mer arasında səlahiyyətlər bölüşdürülür, bu 
bölüşdürmə  milli  səviyyədə  parlament  və  hökumət  arasında  səlahiyyət 
bölgüsü  prinsipi  üzrə  həyata  keçirilir.  Kollegial  orqan  olan  bələdiyyə 
şurası ən mühüm problemləri müzakirə edir, qərarlar qəbul edir və merin 
fəaliyyətinə nəzarəti həyata keçirir. Mer bələdiyyə şurasının çıxardıqları 
qərarların  icrasını  təmin  edir.  İri  miqyaslı  məsələlərin  əksəriyyətini 
bələdiyyə  şuraları  icra  edirlər,  o,  kommunanm  illik  büdcələrini  təsdiq 
edir,  borcların  qaytarılması  barədə  qərarlar  qəbul  edir,  qulluqçuların 
ştatını müəyyən edir. Bundan da başqa o, bir sıra məsələlərə dair öz rəyini 
verir.  Bələdiyyə  sıralarının  çıxardıqları  qərarların  icrası  məcburidir.  2 
mart,  1982-ci  il  tarixli  qanuna  əsasən,  bələdiyyə  şurasının  çıxartdıqları 
qərarlardan  yalnız  inzibati  tribunal  dövlət  nəzarəti  orqanı  kimi  protest 
verə bilər. Mer və onun müavinləri icra orqanıdır. Mer bələdiyyə şurası 
tərəfindən, şura üzvləri arasından seçilir. Bələdiyyə şurasının qərarlarının 
icrası  zamanı,  mer  həmçinin  özünə  məxsus  səlahiyyətlərə,  o  cümlədən 
asayişin qorunmasına dair məsələlərdə mühüm səlahiyyətlərə malikdir. 
Mer, eyni zamanda, dövlət məmurudur, bu baxımdan onun səlahiyyətləri 
qoşalaşır. Gah bu, gah da digər qismdə çıxış edən mer ya dövləti, ya da 
yerli  hakimiyyəti  təmsil  edir.  Məhkəmədə  polis  zabiti  qismində  çıxış 
edərkən mer həm 
58 


də ədliyyə orqanları tərəfindən həyata keçirilən tədbirlərə cəlb edilə bilər. 
Kommunanm  ştat  vahidi  merdən  və  onun  müavinlərindən 
ibarətdir. 
Lakin  bələdiyyə  şuralarının  olmasına  baxmayaraq,  onlar  hətta 
xırda  kommunalarda  belə  idarəetmə  üzrə  vəzifələri  yerinə  yetirə 
bilmirdilər,  çünki  onun  göstərişləri  bəzi  hallarda  yerinə  yetirilmirdi. 
Bununla  əlaqədar  əlavə  ştatlar  ayrılır  və  onların  say  tərkibləri  hədsiz 
müxtəlif olurdu. 
Məsələn:  əhalinin  sayı  150-dən  çox  olan  kiçik  kənd  kommuna- 
larında  yarımçıq  iş  günü  ilə  işləyən  bələdiyyə  katibi  bu  vəzifənin  icra 
edilməsi  üçün  müəllim  tuturdu,  başqa  kiçik  kommunalarda  da  bir  sıra 
ştatlar mövcud idi ki, onların fəaliyyəti diqqəti cəlb etmirdi. Bunlara kilsə 
zəngçalanı,  qüllə  saatlarının  təmiri  üzrə  usta  və  teleqram  daşıyan 
xidmətçi  vəzifələri  daxil  idi.  Onların  əmək  haqları  akkord  qaydada 
ödənilirdi. 
İri  şəhərlərdə  isə  vəziyyət  başqa  cür  idi.  Ştat  cədvəli  üzrə  baş 
bələdiyyə idarəsində baş katib ştatı olmaqla yanaşı, çoxsaylı ixtisaslı və 
texniki xidmət işçiləri mövcud idi. 
İri  kommunalarm  iş  günü  və  xidmətləri,  onların  hüquq  və 
vəzifələri 
dövlət 
qulluqçularının 
hüquqi 
statusuna 
uyğun 
müəyyənləşdirilmişdi. Problemlərdən biri kommunanm muxtariyyətinin 
reallaşdırılması ilə bağlı idi. Bu ondan irəli gəlirdi ki, merlər çox zaman 
ştat  cədvəllərinə  görə  işçilərin  qəbulunun  apanimasının  onların 
sərəncamına verilməsini tələb edirdilər. Buna görə də mer və bələdiyyə 
şurası arasında daimi münaqişələr baş verirdi. Digər problem isə ondan 
ibarət idi ki, 6 illik müddət başa çatdıqdan sonra onlar tutduqları vəzifəni 
tərk edir və onları səriştəsi olmayan şəxslər əvəz edirdilər. 
Buna  görə  də,  kommunalar  tərəfindən  bağlanan  müqavilələr 
kommuna  qulluqçularının  milli  statusunun,  yerli  muxtariyyətdə 
qulluqçular  tərəfindən  intizama  nəzarət  edilməsi  sahəsində  onların 
fəaliyyətinin  məhdudlaşdırılmasına  gətirib  çıxartdı.  13  iyul,  1972-ci  il 
tarixli  qanuna  əsasən,  bu  sahədə  bir  kommunanm  digərinə  keçməsi 
məsələsi  kommunarası  icraetmə  səbəbindən  bu  xidmətdə  xeyli 
dəyişikliklər  yaratdı.  Digər  tərəfdən  isə,  qanunla  müəyyən  edilmiş 
qaydada  dövlətin  kommunalannm  xidmətlərini  idarə  edən  «kommuna 
işçiləri hazırlayan mərkəz» yaradıldı. 
Bu yeni qanuna əsasən, dövlət qulluqçularının statusu üç hissədən 
ibarətdir; ümumi müddəalar, dövlət qulluqçularına aid edilən müddəalar 
və ərazi xidmətlərinə aid edilən müddəalar. 
59 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə