Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə15/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

2  iyun,  1980-ci  il  tarixli  dekretə  əsasən  Fransada  21  müstəqil 
region yaradıldı. Əvvəllər regionların birinin tərkibində olan Korsika da 
bu dekretə əsasən müstəqil regiona çevrildi. 
1982-ci  ildə  regionların  idarəetmə  sahəsində  bir  sıra  xüsusi 
qanunlar və dekretlər qəbul edildi. İdarəetmə prinsipləri dəyişməsə də, bu 
qanunlar  və  dekretlər  idarəetməni  departamentlər  səviyyəsinə  çatdıran 
normalarla müəyyənləşdirildi. 
Regionda  Respublika  komissarları  eyni  zamanda  şəhərin  baş 
komissarı kimi tanınırdı. 
1982-ci  ilin  aktlarına  uyğun  olaraq  Respublika  komissarlarının 
vəzifələri,  regionun  tərkibinə  daxil  olan  departamentlərin.  Respublika 
komissarlarının  fəaliyyətləri  stimullaşdırıldı  və  əlaqələndirildi.  O, 
əvvəlki  kimi  yenə  region  administrasiya  konfransına  sədrlik  edirdi. 
Konfranslarda  əlaqələrin  təkmilləşdirilməsi  məsələlərini  müzakirə 
edirdilər.  Bu  konfransda  region  səviyyəsində  dövlət  xidmətləri 
departamentlərin  Respublika  komissarı,  regionun  baş  xəzinədarı  və 
səlahiyyətlərinə  aid  məsələlər  üzrə  dövlət  Periferiya  xidmətlərinin 
rəhbərləri  iştirak  edirdilər.  Konfransda  dövlət  kapital  qoyuluşunun 
regionlar arasında bölüşdürülməsi sahəsində xeyli işlər görülmüşdür. 
Dövlət  Periferiya  xidmətləri  heç  də  region  səviyyəsində 
yaradılmır. Bəzi nazirliklər mərkəzi idarəetmə aparatı ilə onların yeganə 
əlaqə vasitələri olan departament səviyyəsində öz bölmələrini saxladılar. 
2  iyun,  1980-ci  il  tarixli  dekretin  başlıca  məqsədi  regional 
nahiyələrin fəaliyyətlərinə təkan verməkdən ibarət olmuşdur. Çünki bir 
çox  nahiyələr  müxtəlif  departamentlərlə  qarşılıqlı  əlaqə  saxlayır.  Bəzi 
departamentlər  beş,  altı  və  ya  on  müxtəlif  regionlarla  əlaqədə  olurlar. 
Onlar  regional  inkişaf  proqramlarının  hazırlanmasına  və  həmin 
proqramların  icrasına  nəzarət  etməklə  yanaşı,  departamentin  Periferiya 
xidmətlərinin  və  mərkəzi  idarəetmə  aparatının  bir-biri  ilə  qarşılıqlı 
münasibətdə öz funksiyalarını yerinə yetirirlər. 
Azərbaycan  Respublikasında  icra  hakimiyyətinin  mərkəzi 
orqanlarının aşağıdakı kimi təşkilati-hüquqi formaları mövcuddur: 

 
Azərbaycan  Respublikasının  nazirlikləri; 

 
Azərbaycan  Respublikasının  dövlət komitələri; 

 
Komitələr, xidmətlər; 

 
Azərbaycan  Respublikasının  Nazirlər Kabineti yanında xüsusi 
idarələr,  təşkilatlar,  icra  hakimiyyəti  orqanları  dövlət  idarəetməsinin 
aşağıdakı sahələri üzrə fəaliyyət göstərirlər: 

 
iqtisadi sahədə fəaliyyət göstərən nazirliklər - bura İqtisadi İn 
45 


kişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və s. aiddir; 

 
sosial-mədəni  sahədə  fəaliyyət  göstərən  nazirliklər,  komitələr,  - 
Təhsil  Nazirliyi,  Mədəniyyət  Nazirliyi,  Dövlət  Gömrük  Komitəsi,  Ki- 
nomatoqrafıya Komitəsi, Vergilər Nazirliyi və s. 

 
inzibati-siyasi  sahədə  fəaliyyət  göstərən  nazirliklər,  xidmətlər  - 
Müdafiə,  Ədliyyə,  Daxili  İşlər,  Xarici  İşlər  və  s.  Nazirlikləri,  Dövlət 
Sərhəd Xidməti və s. 
Bütün  mərkəzi  hakimiyyət  orqanları  xüsusi  səlahiyyətlərə 
malikdirlər. 
Mərkəzi icra hakimiyyəti orqanlan onlara həvalə edilmiş sahələrə 
rəhbərlik  edir,  sahəvi  və  sahələrarası  funksional  xarakterli  olurlar. 
Mərkəzi  icra  hakimiyyəti  orqanları  bilavasitə  Nazirlər  Kabinetinə 
tabedirlər  və  onlar  Prezidentin  və  Nazirlər  Kabinetinin  aktlan  əsasında 
fəaliyyət göstərirlər. 
Hər  bir  mərkəzi  icra  hakimiyyəti  orqanı  haqqında  əsasnamə 
Azərbaycan Respublikasının Prezidenti və ya onun göstərişi ilə Nazirlər 
Kabineti  tərəfindən  təsdiq  edilir.  Onların  fəaliyyətinin  hüquqi  əsasını 
xüsusi əsasnamələr təşkil edir. 
Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinə 
uyğun  olaraq,  yerlərdə  icra  hakimiyyətini  yerli  icra  hakimiyyətlərinin 
başçılan  həyata  keçirirlər.  Yerli  icra  hakimiyyətlərinin  səlahiyyətləri 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Yerli 
icra hakimiyyəti haqqında Əsasnamə» ilə müəyyən edilmişdir. 
Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı prinsiplərə 
əsasən həyata keçirilir: 

 
vətəndaşların  hüquq  və  azadlıqlarının,  qanuni  mənafelərinin 
müdafiəsi; 

 
müvafiq  ərazinin  əhalisinin  rifahının  yaxşılaşdırılması  naminə 
iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi; 

 
qanunçuluq; 

 
dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması; 

 
aşkarlıq və ictimai rəyin nəzərə alınması. 
Yerli  icra  hakimiyyəti  başçılarının  səlahiyyətləri  aşağıdakı 
sahələr üzrə müəyyən edilmişdir: 
• planlaşdırma, büdcə, maliyyə və uçot sahəsində

 
sərəncamına verilmiş əmlak və ərazisində yerləşən müəssisə, idarə 
və təşkilatlarla münasibətdə səlahiyyətləri

 
memarlıq  fəaliyyəti,  tarix  və  memarlıq  abidələrinin  qorunması 
sahəsində səlahiyyətləri; 
46 



 
qaçqınlar və məcburi köçkünlərlə münasibətdə səlahiyyətləri; 
»  yaşayış  məntəqələrində,  küçə  və  meydanlara  ad  verilməsi  sahəsində 
səlahiyyətləri; 

 
tikinti, nəqliyyat və rabitə sahələrində səlahiyyətlər

 
mənzil-kommunal  təsərrüfatı,  xidmət  və  əhali  üçün  digər 
xidmətlərin təşkil edilməsi sahəsində səlahiyyətləri; 

 
əhaliyə  sosial-mədəni  xidmətlərin  göstərilməsi  sahəsində 
səlahiyyətləri; 

 
əhalinin sosial müdafiəsi sahəsində səlahiyyətləri; 

 
qanunçuluğun  təmin  edilməsi,  vətəndaşların  hüquq  və 
azadlıqlarının qorunması sahələrindəki səlahiyyətləri və s. 
İcra  hakimiyyəti  başçısı  öz  yanında  rayonun,  şəhərin  və  şəhər 
rayonunun  iqtisadi,  sosial-mədəni  və  digər  yerli  məsələlər  baxılması 
(müzakirəsi)  və  onların  həllinə  dair  təkliflərin  hazırlanması  məqsədilə 
daimi  məşvərətçi  orqan  olan  şura  yaradır.  Şuranın  tərkibi  15  nəfərdən 
ibarət ola bilər. Şuranın tərkibinə aşağıdakılar daxil edilir: 
icra hakimiyyətinin başçısı, onun müavini, aparatın şöbə, idarə və 
digər xidmətlərin rəhbərləri, təşkilatların rəhbərləri. 
47 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə