Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə11/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

III
 
FƏSIL
 
DÖVLƏT VƏ HÜQUQİ ŞƏXS 
§1. Hüquqi şəxs kimi, dövlətin suverenliyi
hüquqları və ali idarəetmə orqanları 
Dövlət  digər  hüquqi  şəxslərə  bənzəməyən  hüquqi  şəxsdir.  O, 
xüsusi  təbiətli  şəxsdir.  Dövlət  real  surətdə  inzibati  və  məhkəmə 
təcrübəsində qanunla qəbul edilmiş hüquqi şəxsdir, həmçinin demək olar 
ki, hüquqi şəxs keyfiyyəti onun digər keyfiyyətləri qarşısında üstünlüyə 
malik deyil. Dövlət Konstitusiyası hüquqi baxımdan elə siyasi və sosial 
reallıqdır  ki,  o,  müxtəlif  növ,  yəni  sinfi  məzmununa  və  hakim 
sosial-iqtisadi  sistemdə  roluna  görə  təriflənməyə  layiqdir.  Bu  baxımdan 
məzmun  səciyyəsindən  asılı  olmayaraq,  dövlət  hüquqi  münasibətlərdə, 
inzibati hüquq sahəsində həmişə hüquqi şəxs formasını özündə birləşdirir. 
Dövlətin  məzmunu  dəyişə  bilər,  lakin  onun  forması  bütün  dövlətlərdə 
olduğu kimi, Fransada da eyni olaraq qalır. Bu, konstitusiya hüququnda öz 
əksini  tapmış  xalqların  təcəssümüdür,  çünki  millət  öz  təcəssümünü 
dövlətdə tapır. 
Dövlət hüquqi şəxsin bütün atributlarına malikdir, dövlət maddi 
sərvətdir. Dövlət mülkiyyət formasına malikdir. 
Fransada  dövlət  mülkiyyəti  ilə  yanaşı,  xüsusi  mülkiyyət  də 
mövcuddur. 
Dövlət qulluqçuları dövlətin normativ qanunlarla müəyyən etdiyi 
ştatlarda çalışırlar. O, müqavilələr bağlayır, öz üzərinə öhdəliklər götürür, 
məhkəmədə tərəf qismində çıxış edir, dövlətə münasibətdə ona vurulmuş 
zərərin məhkəmə yolu ilə ödənilməsini təmin edir. Bəzi hallarda Dövlət 
Şurası belə işlərə baxır və qərarlar qəbul edir, qəbul edilmiş qərarlara görə 
dövlət  cavabdeh  qismində  çıxış  edir.  Bəzi  hallarda  ayrı-ayrı 
hüquqşünaslar tərəfindən belə hallara düzgün qiymət verilmir. Ona görə 
ki, Fransada verilən şikayətlərdə belə ifadələrə rast gəlmək olur: «Daxili 
işlər nazirliyi əməkdaşlarının hərəkətlərindən şikayət etmirəm», «Şikayəti 
dövlətə qarşı verirəm» tələbi ilə çıxış edirlər. Əslində, Fransada bu ona 
görə  irəli  sürülür  ki,  dövlət  hüquqi  şəxsin  bütün  əlamətlərini  özündə 
birləşdirir. 
Dövlət  hüquqi  şəxslərdən  biri  deyil,  vahid  hüquqi  şəxsi  təmsil 
edir.  Məsələn,  maliyyə  nöqteyi-nəzərdən  dövlətin  hüquq  subyektinə 
malik olması, onun dövlət büdcəsinin vahidliyi prinsipi ilə ifadə edil 
33 


mişdir.  Çünki  xəzinənin  xüsusi  hesabları  olmaqla  əlavə  büdcələr  də 
mövcuddur. Lakin bunlar dövlətin hüquqi şəxs keyfiyyətini inkar etməyə 
əsas  vermir,  dövlətin  mədaxil  və  məxariclərinə  aid  edilən  məsələlərlə 
xəzinədarlar məşğul olurlar. 
Hüquqi  şəxs  etibarilə  dövlət  inzibati-hüquqi  münasibətlərdə 
özünəməxsus  şəkildə  təzahür  edir.  Məsələn,  iri  mağaza  hüquqi  şəxsə, 
şirkətə  məxsus  olan  bir  təşkilatı  təmsil  edir;  onun  çoxlu  bölmələri  və 
şöbələri  olur.  Lakin  bu  iri  mağazanın  bölmə  və  şöbələri  hüquqi  şəxs 
əlamətlərinə malik deyi. Əgər şöbə müdiri hər hansı hüquqpozmaya yol 
verirsə,  buna  görə  də  məsuliyyət  daşıyır.  Bu  zaman  o,  iri  mağazanın 
sahibi  olan  şirkətin  adından  çıxış  edir.  Dövlətin  vahidliyi  prinsipi 
Fransada  mülki  hüququ  münasibətlərin  həllində  də  qüvvədədir.  Bu 
onunla  sübut  edilir  ki,  dövlət  heç  vaxt  özü-özünə  qarşı  iddia  qaldıra 
bilməz. Dövlətə qarşı kommunalar tərəfindən məhkəməyə şikayət verilə 
bilər, lakin dövlət özü bunu edə bilməz. Bəzi hallarda iki nazir məsuliyyət 
məsələlərinin həllində ümumi razılığa gələ bilmirlər, buna baxmayaraq, 
onlar bir-birinə qarşı iddia qaldırmaq hüququna malik deyillər. 
Vətəndaşlar arasında yaranan mübahisələr, narazılıqlar məhkəmə 
tərəfindən  məhkəməyə  verilmiş  iddia  ərizəsindən  sonra,  hətta  onlar 
razılığa  gələrlərsə  belə,  hakim  işə  baxarkən  hakim  qarşısında  ümumi 
mövqelərini müdafiə etməlidirlər, çünki bunlar dövlətin marağından irəli 
gəlir. 
Mülki  hüquqi  münasibətlərdə  dövlətin  vahidliyi  prinsipi 
hakimiyyət  səlahiyyətini  aşmağa  görə  şikayətlərlə  əlaqədar  bir  sıra 
istisnalar da təzahür edir. Belə ki, şikayət fiziki və yaxud hüquqi şəxsə 
qarşı konkret hərəkətə görə obyektiv olmalıdır. Dövlət Şurası müəyyən 
etmişdir  ki,  bir  dövlət  orqanı  digər  dövlət  orqanından  narazı  qaldıqda 
qərarla  əlaqədar  məhkəmə  qarşısında  iddia  qaldıra  bilər,  çünki  belə 
hallarda  dövlət  öz-özünə  qarşı  iddia  qaldırmır.  Konkret  qərarlardan 
narazı qaldıqları hallarda dövlət orqanları onlardan protest verə bilərlər. 
Müasir  dövrdə  Fransada  bir  dövlət  orqanının  digər  dövlət 
orqanına  qarşı  şikayət  verməsi  sahəsində  vətəndaşların  idarəetmə 
fəaliyyəti genişləndirilmiş, onların iştirakını təmin etmək məqsədilə ayrı- 
ayrı maraqları olmayan vətəndaşlardan ibarət nümayəndələr komissiyası 
yaradılmış və onlara mübahisələrini həll etmək hüququ verilmişdir, Bu 
komissiyalar  dövlətin  adından  fəaliyyət  göstərirlər,  Dövlətin  həmin 
komissiyalarında bir nəfər də belə, dövlət qulluqçusu iştirak etməməsinə 
baxmayaraq, dövlət burada tərəf qismində çıxış edir. 
34 


Komissiya  tərəfindən  qərar  qəbul  edildikdə,  Dövlət  Şurasının 
tmüəyyən etdiyi kimi, heç bir nazirin və ya digər dövlət orqanının onu 
ləğv etmək hüququ yoxdur. Əgər nazirlər tərəfindən və ya digər dövlət 
orqanları  tərəfindən  komissiyaların  çıxartdıqları  qərarlar  ləğv  edilmiş 
olsaydı, onda əhalinin idarəetmədə iştirakları məhdudlaşdırılardı. 
Lakin  bəzi  qərarlar  dövlətin  mənafeyinə  zidd  olduqda,  onda 
nazirlərin həmin qərardan məhkəməyə şikayət vermək hüquqları vardır. 
Nazirlər  də,  komissiyalar  da  dövlətin  adından  fəaliyyət  göstərmələrinə 
baxmayaraq,  göstərilən  halda  nazirlərə  səlahiyyət  verilir  ki,  belə 
qərarlardan  inzibati  hakimlərə  şikayət  versinlər.  Belə  xüsusiyyətlər 
dövlətin vahidlik prinsipinə zərər gətirmir. 
Dövlətin  xüsusiyyətləri  onun  bütün  hüquq  sistemində  hakim 
mövqeyini əks etdirir. Bunlar dövlətin suverenliyi və dövlət mənafeyinin 
ideyalarıdır. 
Dövlətin  suverenliyi  baxımından  ümumi  və  xüsusi  hüquq 
normaları  ilə  tənzimlənən  hüquqi  şəxslər  sırasında  dövlət  böyük 
səlahiyyətlərə malik olan yeganə hüquqi şəxsdir. Bu o deməkdir ki, dövlət 
öz  səlahiyyətlərinin  həcmini  yalnız  özü  müəyyənləşdirir.  Dövlətin 
daxilində  olan  bütün  digər  hüquqi  şəxslər  dövlət  tərəfindən  müəyyən 
edilir, onlara hüquq və səlahiyyətlər verir. Dövlət nazirliklərin, kommu- 
nalarm və digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdıra bilər. 
Dövlət  bütün  digər  hüquqi  şəxslərin  üzərində  nəzarəti  həyata 
keçirir. Onların mövcudluğunu dövlət özü müəyyən edir: onları yaradır və 
ləğv edir. Hüquqi şəxslərin yaradılması və ləğv edilməsi dövlətin və onun 
orqanlarının sərəncamvericilik fəaliyyətinin nəticəsidir. Dövlət tərəfindən 
hüquqi şəxslərin hüquq və vəzifələrini, funksiyalarını həyata keçirməsinə 
nəzarət edilir. Dövlət bunu göz - qoyma yolu ilə həyata keçirir. Dövlətin 
ərazi  universallığı,  dövlətin  fəaliyyətində  ölkənin  bütün  ərazisinə  şamil 
edilir.  İdarəetmə  kollektivləri  öz  fəaliyyətini  yalnız  ölkə  ərazisinin  bir 
hissəsində, həm də dövlətin müəyyən etdiyi sahələrdə həyata keçirirlər. 
Bu universallıq həm də funksional universallıqdır və bu əlamətlərə görə 
dövlət  digər  ictimai  təsisatlardan  fərqlənir.  Hər  bir  hüquqi  şəxs  öz 
fəaliyyətini  dəqiq  müəyyənləşdirir  və  həyata  keçirir.  Dövlətin  isə 
fəaliyyət sahəsi olduqca genişdir. Dövlətin funksiyaları universaldır. O, 
iqtisadi, sosial, mədəni, siyasi və digər fəaliyyətlərlə məşğuldur. Dövlət 
Şurası bu ideyanı belə bir qısa formada ifadə etmişdir: «Ümumi hüquq 
dairəsində  təsis  aktları  ilə  müəyyənləşdirilmiş  hüquqi  şəxslərə  aid 
ixtisaslaşma prinsipi» dövlətə tətbiq edilmir. 
35 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə