Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə10/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Prefekt  həmişə  dövlət  qulluğundadır,  hüquqi  şəXsdir,  o,  digər 
hüquqi  şəxsin  ümumi  hüquq  rejiminə  tabe  olan  departamentində 
qulluqçudur,  bəzi  hallarda  isə  o,  kommunanm  adından  da  çıxış  edir. 
Ancaq 2 mart, 1982-ci il tarixli qanundan sonra prefektlərin səlahiyyətləri 
zəifləməyə başladı. Həmin vaxtdan etibarən kommunanm vəzifəli şəxsi 
qismində  çalışan  mer  çox  zaman  hər  hansı  bir  qərarı  qəbul  edərkən 
dövlətin  adından  çıxış  edirdi.  Həmin  qanuna  əsasən  respublika 
komissarları  olmuş  prefektlər  departamentdə  tam  icra  hakimiyyətindən 
məhrum edildi. 
Bəzi  hallarda elə  olur  ki, kollektiv  öz  ştatında olan işçilərin  bir 
hissəsini digər kollektivdə ümumi hüquq rejiminə tabe olan hüquqi şəxsin 
sərəncamına verir. Bu zaman onun işçiləri dövlət qulluqçuları sayılırlar. 
Beləliklə,  dövlət  qulluqçularının  bu  kateqoriyaları  digər  kateqoriyalı 
ictimai kollektivə, yəni kommunanm sərəncamına verilir. 
Yanğınlara qarşı mübarizə xidmətlərində belə vəziyyətlər tez- tez 
baş verir. Əgər kiçik bir kommunanm xidmət etdiyi ərazidə güclü yanğın 
hadisələri baş verərsə və onun qarşısını almaq imkanı olmazsa, onda daha 
iri  kommunaya  məxsus  olan  yanğınsöndürmə  idarəsinə  və  yaxud 
departamentin  baş  şəhərinin  yanğınsöndürmə  idarəsinə  müraciət  edilir. 
Bu zaman kommunanm ştatında olan işçilərin bir qismi müvəqqəti olaraq 
digər kommunanm sərəncamına verilir. 
Yol xidməti sahəsində dövlət hakimiyyəti orqanları adından çıxış 
edən  şose  yollarının  idarəetmə  orqanları  departamentlərin  və  yaxud 
kommunalarm tabeliyində olan yolların tikintisinin qorunub saxlanması 
üçün lazımi tədbirləri həyata keçirirlər. 
1982-ci  il  desentralizasiya  qanununa  əsasən,  yerli  xidmətlər 
tamamilə  və  qismən,  birdəfəlik  və  ya  müvəqqəti  olaraq  hər  hansı 
departamentin  və  ya  regionun  sərəncamına  verilir  və  yaxud  ayrı-ayrı 
kom- munalara maddi yardım göstərən dövlət xidmət növlərini özlərində 
saxlayırlar.  Kollektivlər  arasında  əməkdaşlıq,  həmçinin  ümumi  hüquq 
rejiminə və yaxud xüsusi hüquq rejiminə tabe olmaqla birliklər yaradılır, 
yaxud onlar birgə fəaliyyətdə iştirak edirlər. Məsələn, qarışıq həmkarlar 
ittifaqları, qarışıq təsərrüfat cəmiyyətləri və s. 
Bu zaman birgə idarəetmədə birgə maliyyələşdirmə formaları da 
mövcud olur. Məsələn, şose yolun çəkilməsi, stadion layihəsi və s. dövlət, 
region, departament və yaxud kommuna tərəfindən maliyyələşdirilir. 
Bəzi  hallarda  isə  digər  təsisatlar,  o  cümlədən ticarət palatası  və 
yaxud müstəqil liman da bu tədbirlərə qoşulurlar. 
Yuxarıda qeyd etdiyimiz tədbirlər zamanı bəzən böyük dolaşıq 
30 


lara  və  çətinliklərə  rast  olunur.  Məsələn,  polis  agentinin  qanunsuz 
hərəkətlərindən dövlətə qarşı deyil, kommunaya qarşı iddia irəli sürülür. 
Məsələ  ondadır  ki,  hüquqi  məsuliyyət  qulluqçunun  hüquqi  statusundan 
deyil, fəaliyyət növünün özündən irəli gəlir. 
Bəzi  orqanların  səlahiyyətli  şəxsləri  hüquqi  şəxslərin 
çərçivəsindən  və  yaxud  hüquqi  şəxsin  adından  digərlərinin  fəaliyyəti 
üzərində nəzarəti həyata keçirirlər. 
Məsələn,  nazir  öz  mərkəzi  idarəetmə  aparatı  ilə  özünün 
regionlarda olan xidmətləri üzərində nəzarəti həyata keçirir. Yuxarı orqan 
aşağı orqanın qərannı ləğv etmək, dəyişdirmək, ona yenidən baxmaq və 
hərəkətlərində qanunsuz faktları müəyyən etdikdə, vəzifəli şəxslərə qarşı 
intizam tədbirlərini tətbiq etmək hüququna malikdir. 
Dövlət  qulluğunda  olan  şəxslərin  fəaliyyəti  üzərində  nəzarəti 
həyata  keçirmək  üçün  onların  hərəkətlərinə  gözqoyma  yolu  ilə  onları 
izləyirlər,  yəni  həmin  qulluqçunun  hərəkəti  gündəlik  olaraq  izlənilir  və 
bütün  materiallar  olan  işə  əlavə  edilir.  Bu,  adətən,  dövlət  tərəfindən 
ümumi rejimin təsiri altına düşən şəxslərə qarşı aparılır. 
Dövlət  ərazi  idarəetmə  kollektivlərinin,  ümumi  xidmət 
vəzifələrini  həyata  keçirən  dövlət  idarəetmə  orqanlarının  və  xüsusi 
təşkilatların fəaliyyətinə göz qoyulur. 
Hüquqi şəxslər, adətən, birgə fəaliyyət göstərirlər. Bəzi hallarda 
qarşılıqlı  sazişlər  də  bağlayırlar.  Bu  da  onların  arasında  münaqişəli 
vəziyyətlərin yaranmasına gətirib çıxarır, bu münaqişələr gözqoyma yolu 
ilə  müəyyən  edilir.  Buna  görə  də  Dövlət  Şurası  aşağı  yerli  idarəetmə 
kollektivlərinin gözqoymanı həyata keçirən orqanın qərarlarından inzibati 
işlər üzrə hakimin qarşısında protest verməsi hüququnu müəyyən etdi. Bu 
barədə 1902-ci ildə heris-le-ben  kommunası- nm işi üzrə qəbul edilmiş 
ciddi qərar olmuşdur. 
Hadisə belə olmuşdur: kurort şəhərinin meri kommuna ərazisində 
qumar  oyunlarını  qadağan  etmək  haqqında  qərar  vermişdir.  Bu  qərar 
Prefekt tərəfindən ləğv edildidkən sonra mer Prefektin qərarından şikayət 
verdi. Dövlət Şurası prefekt dövlət təmsilçisi olduğu üçün kommunanm 
şikayətini əsaslı hesab etmədi. 
Fəaliyyətinə göz qoyulan idarəetmə kollektivi hər hansı idarəetmə 
qərarından protest vermək və onun ləğv edilməsinə nail olmaq hüququna 
malikdir. Bu bütün ümumi (ictimai) təsisatlara da aiddir. Deməli, Dövlət 
Şurası  və  inzibati  işlər  üzrə  hakim  vətəndaşların  inzibati 
özbaşınalıqlarının müdafiəçisi kimi çıxış etmirlər, onlar ancaq idarəetmə 
aparatının öz aşağı idarəetmə  kollektivlərinin mənafelərini müdafiə edir 
və onların arasında yaranan mübahisələri həll edirlər. 
31 


Bir  sözlə,  2  mart,  1982-ci  il  tarixli  qanunla  desentralizasiya 
idarəetmə  sistemində  özünə  müvafiq  yer  tutdu,  dövlət  təmsilçisi  ərazi 
idarəetmə  kollektivləri  üzərində  inzibati  ədliyyə  sisteminin  vasitəsilə 
onların qərarlarından şikayət vermək hüququ qazandı. 
Bəzi  hallarda  Fransada  idarəetmə  sistemində  yaranan 
mübahisələr hüquqdan kənar və qeyri-prosedur vasitələrilə - siyasi yolla 
parlament çıxışlarında və küçə nümayişləri ilə həll edilirdi. 
Azərbaycan Respublikası inzibati hüququnda dövlət qulluqçuları 
dövlətin idarə olunmasında mühüm yer tuturlar. Dövlət qulluğu dedikdə
Azərbaycan  Respublikası  Konstitusiyasına  və  digər  qanunvericilik 
aktlarına  uyğun  olaraq  məqsədlərinin  və  funksiyalannın  həyata 
keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə və səlahiyyətlərini 
yerinə  yetirməsi  başa  düşülür.  Dövlət  qulluqçuları  dövlətin  bütün 
sahələrində fəaliyyət göstərirlər, o cümlədən: 

 
qanunvericilik orqanı aparatlarında dövlət qulluğu

 
məhkəmə hakimiyyəti orqanı aparatında dövlət qulluğu; 

 
icra hakimiyyəti orqanlarında dövlət qulluğu. 
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 
dövlət qulluğuna aid müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, 
daxili  işlər,  gömrük,  vergi,  xarici  işlər  orqanları,  Azərbaycan 
Respublikasının Milli Bankında dövlət qulluğuna keçən şəxslərə də şamil 
edilir.  Bu  qanun  hərbi  qulluqçulara  və  müvafiq  icra  hakimiyyəti 
orqanlarının  tabeliyində  olan  müəssisələrin  işçilərinə  şamil  edilmir.  Bu 
işçilərin qulluğu ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək 
Məcəlləsi ilə tənzimlənir. Dövlət qulluğunda çalışanlar barədə müddəalar 
sahibkarların, kommersiya təşkilatlarının işçilərinə də şamil edilmir. Bu 
işçilərin  qulluğu  ilə  bağlı  məsələlər  də  Azərbaycan  Respublikasının 
Əmək Məcəlləsi ilə tənzimlənir. 
Sahibkarlıqla  məşğul  olan  hüquqi  və  fiziki  şəxslər  Ədliyyə 
Nazirliyində  qeydiyyatdan keçirlər.  Onlara  bu  işlə  məşğul  olmaq  üçün 
lisenziya  (razılıq)  verilir.  Bütün  dövlət,  qeyri-dövlət  təşkilatları, 
assosiasiyalar, firmalar, müəssisələr və s. arasında yaranan mübahisələr 
məhkəmə yolu ilə həll edilir. 
32 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə