Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə18/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

xüsusən 1970-ci ildən zəifləməyə başladı. Lakin onların yerini maliyyə 
və texniki xarakterli nəzarətin yeni formaları tutdu. 
Gözqoyma  bir  tərəfdən  maliyyə  nəzarəti  formasında,  digər 
tərəfdən  isə  vəsait  ayırma  formasında  həyata  keçirilirdi.  Vəsaitin 
ayrılması 
isə 
idarəetmə 
bölmələrinə 
hər 
hansı 
layihənin 
maliyyələşdirilməsi üçün kreditlər verilməsi yolu ilə həyata keçirilirdi. 
Fransada  gözqoyma  prinsipi  Konstitusiyanın  72-ci  maddəsində 
nəzərdə  tutulmuşdur,  onlar  departamentlərə  və  xarici  ərazilərə  nəzarə- 
tetmə münasibətlərindən yaranmışdır. 
2 mart, 1982-ci il qanunu ərazi kollektivlərinin fəaliyyəti üzərində 
nəzarət  sistemində  iki  cəhətdən-həmin  fəaliyyətə  qəyyumluğun 
zəiflədilməsi  və  məhkəmə  qaydasında  şikayət  verilməsi  imkanlarının 
artırılması  baxımından  onun  istiqamətini  dərindən  dəyişdirdi.  Bu, 
qanunla  verilmiş  şikayət  əsasında  müəyyən  tələblərlə  (yəni  inzibati 
nəzarətin ləğv edilməsi və maliyyə nəzarətinin yumşaldılması və s.) çıxış 
etmək imkanı verdi. 
Qanun, həmçinin. Yerli kollektivlərin aktlan üzərində Prefek- tin 
həyata keçirdiyi nəzarət qaydasında inzibati tribunallara protest vermək 
hüququnu  reallaşdırdı.  Beləliklə,  həmin  aktları  ləğv  etmək  və  yaxud 
icranı  təxirə  salmaq  barədə  qərarın  verilməsi,  məhkəmə  orqanlarının 
ixtiyarına verildi. 
Texniki  nəzarət  ümumi  normalarla  müəyyən  edildi.  2  mart, 
1982-ci il tarixli qanuna əsasən normalar yalnız qanunla və yaxud qanun 
əsasında yaradıla bilər. Bu normalar iki il müddətində texniki göstərişlər 
və  prosedurlar  məsələsinə  daxil  edilməli  olan  texniki  tədbirlərin 
sadələşdirilməsi  məsələlərinə  komitənin  işləyib  hazırladığı  forma  üzrə 
nəzarəti müəyyənləşdirdi. Beləliklə, desentralirasiya eyni vaxtda bir çox 
sahələrə,  o  cümlədən  seçkilər  proseduruna,  səlahiyyətlərin  və  maliyyə 
vəsaitlərinin bölüşdürülməsinə nəzarətin həyata keçirildiyi sahələrə şamil 
edilir. 
Prinsiplərin məcmusu onu göstərir ki, demokratikləşdirmə, yerli 
muxtariyyət meyli nəzarətə götürmə və mərkəzləşdirməyə meyil arasında 
mürəkkəb tarazlığın əldə edilməsinə gətirib çıxarır. 
Tarixən  bu  iki  meyil  dövrlərdən  və  şəraitdən  asılı  olmayaraq 
üstünlük  təşkil  etmişdir.  Fransada  yerli  inzibati  vahidlərin  bütün  tarixi 
mərkəzləşdirmə və desentralirasiya dövrlərinin bir-birini əvəz etməsidir. 
Azərbaycan  Respublikasında  yuxarıda  qeyd  olunan  bütün  bu 
tədbirləri  Azərbaycan  Respublikasının  ərazisində  icra  hakimiyyəti 
orqanları və qeyri-dövlət orqanları həyata keçirirlər. 
54 


§ 2. Ümumi hüquq rejiminə tabe olan ərazi kollektivlərinin 
kateqoriyaları anlayışı, prinsipləri və maliyyə vəsaitləri 
Fransa  Konstitusiyasının  72-ci  maddəsində  ümumi  hüquq 
rejiminə  tabe  olan  ərazi  kollektivlərinin  üç  kateqoriyası  mövcuddur: 
kommunalar, departamentlər və ərazilər. 
Digər yerli kollektivlər isə qanun əsasında yaradıla bilər. 
Kommuna  -  köhnə  kənd  kommunalarının  özünəməxsusluğunu 
saxlayan, kənd yerlərində sosioloji, tarixi və psixoloji gerçəkliyi bərqərar 
etmiş  inzibati  vahiddir.  Kommuna  mahiyyətcə  vətəndaşlara  ən  yaxın 
qurumdur  və  bu  da  onun  daha  sabit  olmasına  imkan  verir.  Qəribə 
orasındadır  ki,  kommunalar  ən  qədim  ərazi  kollektivləri  olmalarına 
baxmayaraq,  1982-ci  ildə  aparılan  islahatlar  zamanı  ən  az  onlara 
toxunulmuşdur,  çünki  onlar  seçkili  orqanlardır,  geniş  səlahiyyətlərə 
malikdirlər, desentralizasiyaya artıq dərəcədə uğramışdılar. 
Kommunalar 5 aprel, 1984-cü il tarixli qanunla təsdiq edilmişdir
hüquq  normaları  əsasında  fəaliyyət  göstərir,  ümumi  statusa  tabe 
edilmişdir. 
Fransada  iri  və  xırda  kommunalar  mövcuddur.  İri  kommuna- 
larda əhalinin sayı 1 milyona çatır, lakin bununla yanaşı əhalinin sayı 100 
nəfər  olan  xırda  kommunalar  da  vardır.  Belə  kommunalar  adətən  kənd 
yerlərində  olur  və  onların  hüquqi  statusları  da  bir-birinə  uyğun  gəlmir. 
Məsələn, 100 nəfərdən çox əhalisi olan şəhərlərdə polis dövlətə tabedir. 
Seçkilərin təşkili sahəsində vəziyyət belədir: əhalisi 2500 nəfər və daha 
çox  olan  kommunalarda  səsvermə  proporsional  sistemlə  aparır.  Əhalisi 
2500  nəfərdən  az  olan  kommunalarm  bələdiyyə  şurasının  üzvləri  isə 
majoritar  sistem  əsasında  seçilirlər.  Onların  həm  maliyyə,  həm  də  ştat 
cədvəlləri  arasında  da  fərqlər  mövcuddur.  Bəzi  iri  şəhərlərin 
kommunalarının xüsusi statusu vardır. 31 dekabr, 1982-ci il tarixli qanuna 
müvafiq olaraq bu status Parisə, Marselə və Liona aiddir. 
Fransada  kommuna  çoxdur.  1968-ci  ildə  onların  sayı  37708  idi. 
Bir  çox  kommunalarm  bir-birinə  birləşmələri  nəticəsində  1974-cü  ildə 
bunların sayı 36442-yə enmişdir. 
Kommunanı səciyyələndirən elementlərdən biri onun ərazisi adı 
və merliyinin yerləşdiyi yerdir. 
Fransa  Konstitusiyasının  34-cü  maddəsinə  uyğun  olaraq  bu 
məsələlər,  kommunalarm  bir-birinə  qovuşması  hallarından  başqa,  icra 
hakimiyyəti səviyyəsində, yəni tənzimləmə yolu ilə həll edilir və hazırda 
kommunalarm  adlarının  müəyyənləşdirilməsi,  baş  şəhərin  ərazi 
hüdudlarının seçilməsi proseduru həyata keçirilir. 
55 


Bütün  bu  məsələlər  22  yanvar,  1955-ci  il  tarixli  dekretlə 
tənzimlənir. 
Baş  kommunanm  şəhərinin  seçilməsi,  yaxud  ərazinin 
dəyişdirilməsi proseduru aşağıdakı kimidir: - əvvəlcədən əhali arasında 
sorğu aparılır və bir sıra məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur. 
Konkret hallarda kommunanm verdiyi qərar Prefektin müvafiq qərarı və 
Dövlət  Şurasının  dekretləri  ilə  rəsmiləşdirilir.  Bu  iş  özü-özlüyündə 
kommunanm müstəqilliyinə maneçilik törədir. Bu da onu sübut edir ki, 
kommunalar  öz  ərazilərində  belə  müstəqil  deyillər,  onların  fəaliyyəti 
dövlət orqanlarının fəaliyyətindən asılı olur. 
Hüquqi şəxs olmaqla yanaşı, kommuna ilə bağlı olan bir sıra digər 
hüquqi  şəxslər,  o  cümlədən  təsisatlar,  qarışıq  cəmiyyətlər  və  ictimai 
təşkilatlarla əhatə olunur. 
Kommunanm  ictimai  təsisatları  çoxsaylıdır.  Bunlara  kommuna 
hüquqları  daxilində  yardım  göstərilməsinə  dair  sosial  yardım  büroları, 
xəstəxanalar, ictimai təsisat statusuna malik olan xəstəxanalar, bələdiyyə 
idarələri, yerli kommunanm sənaye və ticarət xidmətləri aiddir. 
Kommuna statusunun əsas prinsipləri olan kommunanm adından 
və  ərazisindən  başqa  statusu  da  mövcuddur.  Bu  statusla  onun  üstün 
hüquqları, təşkilati prinsipləri və maliyyə vasitələri müəyyən edilir. 
Yerli səlahiyyət çərçivəsində ya qanunlarla, ya kommunanm idarə 
edilməsinə  dair  məcəllə  ilə  və  ya  digər  aktlarla  onların  fəaliyyətləri 
müəyyənləşdirilir.  Bu  aktlarda  kommunanm  üstün  hüquqları  özünü 
göstərir,  onun  bu  üstün  hüquqları  olduqca  genişdir,  o  cümlədən  su 
təchizatı,  suların  təmizlənməsi  işləri,  örtülü  və  açıq  bazarlar, 
yarmarkalar,  sallaqxanalar,  bələdiyyə  kitabxanaları  və  muzeylər,  dəfn 
büroları  və  qəbiristanlıqlar,  müəyyən  dərəcədə  təhsil  müəssisələri 
kommunalarm  sərəncamında  olurlar.  Bunları  həyata  keçirmək  üçün 
kommunalarda  müxtəlif  xidmətlər  mövcuddur,  bu  xidmətlər  könüllü 
olaraq fəaliyyət göstərirlər. 
Kommunalar bəzi şərtlərə əməl etməklə, yeni xidmət sahələri də 
yarada bilərlər, lakin bu xidmətlər ictimai kollektiv xidmətləri olmalıdır, 
onlar  dövlət  xidmətlərini  əvəz  etməməli  və  təkraretmə  xarakterini 
daşımamalıdır. 
Məsələn:  onlar  qanunvericilik  və  yaxud  məhkəmə  hakimiyyəti 
fəaliyyətinə  müdaxilə  edə  bilməzlər.  Kommuna  xidmətlərinin  idarə 
edilməsinə  dair  Məcəllənin  121-26-cı  maddələrinə  əsasən,  bələdiyyə 
şuralarına siyasi təkliflər vermək və bir neçə kommuna ilə siyasi mo 
56 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə