Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə20/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

Beləliklə,  dövlət  qulluqçularının  əsas  kateqoriyalarına  daxil 
edilmiş  kommunalann  şəxsi  heyəti  dövlət  xidmətini  yerinə 
yetirdiklərindən dövlət qulluqçularına aid edilən ümumi prinsiplər onlara 
şamil edildi. 
-
 
Kommunalann  nəinki  təkcə  öz  ştatları,  eləcə  də  özünəməxsus 
əmlakı  vardır.  Kommunalann  tərkibində  ümumi  (ictimai)  mülkiyyətdə 
olan yol, rabitə sistemi xidmətləri də mövcuddur. Kommunalann xüsusi 
mülkiyyət formalarına çox iri müəssisələr və ya sərvətlər də daxil edilir. 
Xidmət  etdiyi  sahədə  əhalinin  az  olmasına  baxmayaraq,  kənd 
kommunaları varlı olurlar. Buna baxmayaraq, çox kasıb kommuna- lara 
da rast gəlmək olur. 
-
 
Nəhayət, kommunalann öz mülkiyyətlərindən gələn gəlirlərdən 
başqa,  vergilər  hesabına  daxil  olan  maliyyə  vəsaitləri  də  olur.  Buna 
baxmayaraq, vergiqoyma sistemi yerli şəraitə pis uyğunlaşdırıldığından 
ciddi problemlər yaranırdı. Elə buna görə də, bəziləri elə qərara gəlirdilər 
ki, Fransada kommunalar çoxdur və onları birləşdirmək lazımdır. 
Bu həm də ona görə vacib hesab edilirdi ki, maliyyə vəsaitlərinin 
yığılması problemi asanlıqla həll edilsin. Bəziləri belə güman edirdilər ki, 
dilənçiləri birləşdirməklə dilənçiliyə son qoymaq olmaz. Hər halda indi 
müşahidə  edilən  -  kommunalann  təmərküzləşdirilməsi  meylinin 
səbəblərindən biri də vəsait çatışmazlığından ibarətdir. 
-
 
Kommunalann təmərküzləşdirilməsi problemi son iyirmi ildə iki 
qrup tələbat arasında meydana çıxmışdır. Birinci tələbat kommu- naların 
ilkin şəraitdə yuxarıda göstərilən sosiologiya və tarixi reallıqla əlaqədar 
təşəkkül  tapmış  sərhədləri  daxilində  indiki  vəziyyətdə  saxlanılmasının 
məqsədəuyğun olmasından ibarətdir. 
-
 
Buna  görə  də  Fransada  kommunalann  strukturunda 
yenidənqurma tədbirləri həyata keçirilməyə başlandı: 

 
üçüncü  respublika  dövründə  meydana  çıxmış  struktur 
birləşməsinin  klassik  növü  -  kommunalar  sindikatı  mövcuddur  ki, 
bunların da təşkili 11 mart, 1890-cı il tarixli qanunla nəzərdə tutulmuşdur. 
Kommunalar sindikatı  ixtisaslaşma prinsipinə əsaslanan ümumi hüquqi 
təsisatlardır.  Məsələn,  kənd  rayonlarının  elektrikləşdirilməsi,  içməli 
suyun çəkilməsi, yaxud uşaqların kantonun baş şəhərindəki kollecə və ya 
qonşu şəhərdəki liseyə göndərməklə məktəbdə təhsil alması məqsədidə 
bir neçə kommuna öz arasında razılığa gələrək birləşdilər

 
çoxməqsədli  təyinatlı  kommunalararası  sindikat  bundan  əvvəlki 
növ üzrə təsis edilmiş təşkilatlardır. Söhbət marağı olan kommuna- 
60 


lar  tərəfindən  yaradılmış  könüllü  təşkilatdan  gedir.  Müəyyən  vəzifələri 
yerinə  yetirmək  üçün  ixtisaslaşan  kommuna  işçiləri  bütün  məsələlərin 
həllini həyata keçirirlər. 
Minlərlə  belə  təşkilatlar  yaranmış,  onlar  ordonanslar  tərəfindən 
təsis edilmişdir. 

 
Sindikat  kimi  şəhər  nahiyəsi  də  bir  neçə  kommunanı  birləşdirir. 
Sindikat  kimi  şəhər  nahiyəsi  də  ona  daxil  olan  bütün  kommunaların 
mənafelərini  təmsil  edən  şura  tərəfindən  idarə  olunan  dövlət  təsisatı 
hüquqları ilə çıxış edir. Lakin şura öz üzərinə daha çox vəzifələr götürə 
bilər, belə olduqda isə kommunalar səlahiyyətlərini itirə bilər. Hazırda 20 
minədək  şəhər  nahiyəsi  fəaliyyət  göstərir  ki,  bunlar  da  bir  neçə  yüz 
kommunanı birləşdirir və müxtəlif səlahiyyətlərə malikdirlər; 

 
struktur  birləşmələri  arasında  respublikanın  əvvəlində  meydana 
gəlmiş  şəhər  cəmiyyəti  təşkilatları  yeni  təşkilat  olmaqla,  şəhər 
nahiyəsində mühüm əhəmiyyətlidir. Ayrı-ayrı kommunaların, demək olar 
ki,  bütün  səlahiyyətləri  onlara  verilmişdir.  31  dekabr,  1966-cı  il  tarixli 
qanuna əsasən, rəsmi olaraq dörd şəhər cəmiyyəti - Bordo, Bili, Lion və 
Strasburq cəmiyyətləri yaradılmışdır. O, dövrdən başlayaraq yeni- yeni 
şəhər cəmiyyətləri əmələ gəlmiş, indi onların sayı 12-yə çatmışdır. 
Həmin  şəhər  cəmiyyətləri  Paris  regionunda  yaradıldı.  Paris 
şəhərində və onun regionunda abadlıq və şəhərsalma məsələləri üzrə bu 
cəmiyyət geniş səlahiyyətlərə malik idi. 
Sonralar  onun  əvəzinə  ümumi  hüquq  rejiminə  tabe  olan, 
genişlənmiş struktur birləşməsi nəticəsində il-de-Frans region cəmiyyəti 
yaradıldı.  Bütün  bu  struktur  bölmələri  yerli  idarəetmə  orqanları  kimi 
deyil, dövlət təsisatları rolunda çıxış edirdilər, çünki bu struktur vahidinin 
şurası ümumi səsvermə əsasında seçilmək imkanına malikdir. Beləliklə, 
yeni  strukturlar  bir-birinin  üstünə  qalanır  və  onlara  daxil  olan 
kommunaları 
sıxışdırırdılar. 
Deməli, 
kommuna 
orqanlannın 
səlahiyyətləri də qeyri-müstəqil səsvermə ilə seçilən cəmiyyət şurasının, 
maliyyə şurasının və yaxud sindikat komitəsinin səlahiyyətləri içərisində 
əriməyə başlayırdı. 
Kommunaların  birləşməsi,  həm  də  yeni  şəhər  cəmiyyətinin 
yaradılması, onların təchizatı və idarə olunması üçün keçid forması kimi 
istifadə  edilmişdir.  13  iyul,  1983-cü  il  tarixli  qanuna  əsasən,  şəhər 
aqlomerasiyaları  «cəmiyyətlər»inin  və  sindikatlarının,  ərazi  idarəetmə 
vasitələrinin yeni kateqoriyaları yaradıldı. 
Struktur  dəyişikliyi  yenidənqurma  ilə  yanaşı,  kommunaların 
birləşməsini,  bir-birinə  qovuşma  nəticəsində  maliyyə  baxımından 
stimullaşdırdı. Kommunaların qovuşması və birləşməsi qaydaları haq 
61 


qında  10  iyul,  1971-ci  il  tarixli  qanun  verildi.  Bu  qanuna  əsasən  kom- 
munalar  səviyyəsində  idarəetmə  rejimdndə  çox  mühüm  dəyişikliklər 
edildi. 
Qanun kommunaların iki variantda birləşməsinə imkan verdi; öz 
hüquqi  şəxs  əlamətlərini  itirməklə,  bir-birinə  qovuşmaqla  və  daha 
tutumlu  təşkilati  birlik  yaratmaq  məqsədilə  özünüburaxma.  Sonuncu 
halda kommunalar öz hüquqi statusunu saxlayır, lakin ya şəhər cəmiyyəti, 
ya da nahiyə, ya kommunalar sindikatı şəklində birləşirlər. Üstünlük hər 
halda bir-birinə qovuşmağa verilir, çünki belə halda kommuna hüquqi və 
maliyyə  xarakterli  səlahiyyətləri  özündə  saxlayır.  O,  yerli  idarəetmə 
normalarına, yeni kateqoriyalı kommunaya daxil edilir. 
Stimullaşdırmanm ikinci növündə əsas diqqət maliyyə cəhətlərinə 
yönəldilir.  Çünki  digər  kommunalara  qovuşmaq  arzusunda  olduqlarını 
bildirən  kommunalar  üçün  5  il  ərzində  abadlığa  ayrılan  təx-  sisatların 
50% artırılması nəzərdə tutulur. 
Bundan  başqa,  qanun  yeni  prosedur  da  nəzərdə  tutur.  Departa- 
ment  səviyyəsində  seçilən  şəxslərdən  ibarət  komissiya  tərəfindən  birgə 
səyləri  və  hər  bir  kommunanın  payını  nəzərdə  tutan  plan  hazırlanır. 
Tövsiyə  mahiyyətli  olan  plan  əsasında  komissiya  prefektin  marağını 
təmin  etmək  üçün  kollektivlərdə  məsləhətləşmələr  keçirir  və  bunların 
nəticələrindən  asılı  olaraq qovuşma  və  yaxud  birləşmə  üzrə  layihələrin 
hazırlanması barədə müvafiq göstərişlər verir. 
Ümumi hüquq rejiminə tabe olan ərazi kollektivlərindən biri də 
departamentlərdir.  Departamentlərdə  dövlət  xidmətlərinin  fəaliyyəti 
cəmləşdirilmişdir. Onların strukturu və təşkilati əlaqələri yerli idarəetmə 
vasitələrinin fəaliyyətinə çox mühüm təsir göstərir. 
Əvvəllər  departamentlər  iki  əsas  səbəbə  görə  çox  zəif  struktura 
malik  idilər:  birincisi,  onun  səlahiyyətləri  və  funksiyaları  müvafiq 
kommunaların  səlahiyyətləri  və  vəzifələrinə  nisbətən  çox  məhdud,  az 
əhəmiyyətli  idi.  İkincisi,  kommunadan  fərqli  olaraq  həmin  səviyyədə 
seçkili  icra  hakimiyyəti  mövcud  deyildi.  Departamentdə  hakimiyyət 
dövlət məmuruna - prefektə məxsus idi. 
1982-1983-cü  ildə  Fransada  aparılan  islahatlar  nəticəsində  xeyli 
dəyişikliklər baş verdi. Hər şeydən əvvəl dövlət səlahiyyətinin ən mühüm 
hissələri  departamentlərə  verildi.  İkinci  tərəfdən  isə  onun  icra  orqanı 
seçkili şəxs olmaqla baş şuranın sədri vəzifəsini icra edirdi. 
Departamentin statusuna gəldikdə, kommuna kimi departa- ment 
hüquqi şəxsdir, onun dövlət tərəfindən müəyyən edilmiş xidmətləri və 
təsisatları  vardır.  O,  həmçinin  müxtəlif  birliklərin  fəaliyyətində  iştirak 
etmək hüququna malikdir. 
62 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə