Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə23/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

rini verə, körpələr evləri, hamamlar, idman qurğuları ilə əlaqədar qərarlar 
qəbul  edə,  səlahiyyətlərin  həvalə  edilməsi  qaydasında  bələdiyyə  şurası 
adından  təchizat  və  yaxud  xidmət  məsələləri  üzrə  səlahiyyətləri  həyata 
keçirə, kirayə haqqı güzəştli olan mənzillərin verilməsindən istifadə edə 
bilərlər. 
Şəhər  nahiyələrinin  merləri  həmçinin  vətəndaşlıq  vəziyyəti 
aktlarının qeydiyyatı, milli xidmət, icbari məktəb təlimi məsələləri üzrə 
öz vəzifələrini dövlət adından yerinə yetirirlər. 
Öz  tərkiblərinə  daxil  olan  kommunalardan  maliyyə  dotasiyası 
alan  şəhər  nahiyələri  vəsaitlərin  xərclənməsində  nisbi  müstəqilliyə 
malikdirlər,  lakin  onlar  hüquqi  şəxs  olmadıqlarından,  deməli,  müstəqil 
idarəetmə bölmələri deyillər. 
Azərbaycan Respublikasının inzibati hüququnda icra hakimiyyəti 
orqanlarına ayrıca fəsil həsr edilmişdir. Orqan hər şeydən əvvəl təşkilat, 
kollektiv və ya idarə olunan insanlar qrupudur, onda müəyyən yaranma 
və fəaliyyət məqsədi, daxili struktur və funksional təbəqələşmə, həmçinin 
də mühüm sosial qarşılıqlı əlaqələr sistemi mövcuddur. 
İcra  hakimiyyəti  müxtəlif  sahələrdə  (iqtisadi,  sosial-mədəni,  in- 
zibati-siyasi)  tədbirlər  həyata  keçirirlər.  Bu  da  öz  növbəsində  müxtəlif 
icra  hakimiyyəti  orqanlarının  olmasını  tələb  edir.  Buna  görə  də  icra 
hakimiyyəti orqanlarını, onları xarakterizə edən əlamətlərə görə aşağıdakı 
kimi təsnifləşdirmək məqsədə uyğundur; 

Fəaliyyət əzarisinə eörə: 

 ümumi dövlət fəaliyyəti (Azərbaycan Respublikasının Prezidentinin icra 
aparatı, Azərbaycan Respublikasının Nazirlər Kabineti, səhiyyə, müdafiə, 
daxili işlər və s. nazirliklər); 

 
ərazi fəaliyyəti (şəhər, rayon, icra hakimiyyəti başçısı); 

 
ərazilərarası  (fövqəladə  və  hərbi  vəziyyət  elan  edilən  ərazilərdə 
Azərbaycan Respublikası Prezidentinin nümayəndələri). 
II Səlahiyyətlərinin həcminə zörə: 

 
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə 
müəyyən  edilən  Azərbaycan  Respublikasının  ali  dövlət  orqanları  - 
Azərbaycan  Respublikası  Prezidentinin  icra  aparatı,  Azərbaycan 
Respublikası  Prezidentinin  səlahiyyətlərinin  həyata  keçirilməsini 
bilavasitə  təmin  edən  digər  orqanlar,  Azərbaycan  Respublikası 
Konstitusiya  Məhkəməsinin  aparatı  və  Azərbaycan  Respublikası  Ali 
Məhkəməsinin Aparatı (1-ci kateqoriya dövlət orqanları). 

 
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə 
müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respub- 
69 


likasınm  ali  dövlət  orqanı  -  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  Aparatı  və  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
Aparatı (2-ci kateqoriya dövlət orqanları). 

 
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və 
ya  Azərbaycan  Respublikasının  Konstitusiya  qanunları  ilə  müəyyən 
edilən  dövlət  orqanları  -  Azərbaycan  Respublikasının  insan  hüquqları 
üzrə  müvəkkilinin  (ombudsmanm)  Aparatı,  Azərbaycan  Respublikası 
Apellyasiya  Məhkəməsinin  aparatları,  Naxçıvan  Muxtar  Respublikası 
Nazirlər  Kabinetinin  Aparatı,  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məhkəməsinin Aparatı (3-cü kateqoriya dövlət orqanları); 

 
əsas  səlahiyyətləri  Azərbaycan  Respublikasının  Konstitusiyasına 
əsasən,  qanunla  müəyyən  edilən  dövlət  orqanları  -  Azərbaycan 
Respublikası  Mərkəzi  Seçki  Komitəsinin  Aparatı;  Azərbaycan 
Respublikası  Hesablama  Palatasının  Aparatı,  Naxçıvan  Muxtar 
Respublikasının  İqtisad  Məhkəməsinin  Aparatı,  Ağır  Cinayətlərə  Dair 
İşlər  üzrə  Azərbaycan  Respublikası  Məhkəməsinin  Aparatı,  Ağır 
Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikası  Hərbi 
Məhkəməsinin  Aparatı;  Beynəlxalq  müqavilələrdən  irəli  gələn 
mübahisələrə  dair  Azərbaycan  Respublikası  İqtisad  Məhkəməsinin 
Aparatı (4-cü kateqoriya dövlət orqanları); 

 
əsas  səlahiyyətləri  Azərbaycan  Respublikası  Konstitusiyasının 
113-cü  və  124-cü  maddələrində  nəzərdə  tutulmuş  qaydada  müəyyən 
edilən  dövlət  orqanları  -  yerli  icra  hakimiyyəti  orqanlarının  aparatları, 
mərkəzi icra hakimiyyəti orqanlannin ikili tabelikdə olan yerli bölmələri
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən 
qanunla  müəyyən  edilən  yerli  dövlət  orqanları  -  rayon  (şəhər) 
məhkəmələrinin,  hərbi  məhkəmələrini  və  yerli  iqtisad  məhkəmələrinin 
aparatları (5-ci kateqoriya dövlət orqanları). 
III.
 
Səlahiyyətlərin xarakterinə zörə: 

 
ümumi  səlahiyyətli  (Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti); 

 
sahəvi səlahiyyətli (Din, səhiyyə və s.); 

 
xüsusi səlahiyyətli (Vergilər Nazirliyi). 
IV.
 
Aidiyyətində olan məsələlərin həlli və üsuluna sörə: 

 
kollegial (Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti); 
70 



 
təkbaşına  (şəhər,  rayon  icra  hakimiyyətləri)  maliyyələşmə 
mənbələrinə görə: 

 
dövlət  büdcəli  (Azərbaycan  Respublikasının  Dövlət  Statistika 
Komitəsi); 
• təsərrüfat hesablı (Azərbaycan Respublikasının «Azərenerji» Səhmdar 
Cəmiyyəti və s.)- 
Yuxarıda  qeyd  edilən  icra  hakimiyyəti  orqanları  Respublikanın 
ərazisində  müxtəlif  sahələrdə  öz  səlahiyyətləri  çərçivəsində 
fəaliyyətlərini həyata keçirirlər. 
71 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə