Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə25/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

Fəaliyyət üzərində nəzarət dövlət təsisatı haqqında tərifin üçüncü 
elementi  kimi  çıxış  edir.  Dövlət  təsisatları  digər  ümumi  hüquq 
kollektivlərinin  fəaliyyətindən  ayrılmışdır  və  onların  arasında  qarşılıqlı 
əlaqə yoxdur. Bu qarşılıqlı əlaqə nəzarət fəaliyyətinin köməyi ilə təmin 
olunur. 
Dövlət təsisatları, adətən tabeçilik səviyyəsinə görə bir-birindən 
fərqlənirlər.  Onlar  milli  təsisatlar,  departament  və  yaxud  kommuna 
təsisatları olurlar. Dövlət.Şurası belə bir qənaətə gəldi ki, bəzi təsisatlar, 
0
 
cümlədən  ticarət  palatası  bu  vəsilələrin  heç  birinə  məxsus  deyildir.  Bu 
faktın  özünün  əhəmiyyəti  ondan  ibarətdir  ki,  hər  hansı  dövlət  təsisatı 
yerlərdə nəzarəti həyata keçirən idarəetmə bölməsi ilə bağlıdır. 
Həmin nəzarət dövlət tərəfindən də həyata keçirilə bilər, lakin bu 
halda  o,  təkrar  olunur:  dövlət  təsisatı,  adətən  ümumi  nəzarəti  həyata 
keçirən  Nazirliyə  -  maliyyə  nəzarətini  həyata  keçirən  iqtisadiyyat  və 
maliyyə nazirlərinə də tabedirlər. 
Nəzarət  həmçinin  yerli  idarəetmə  bölməsi  tərəfindən  də  həyata 
keçirilə bilər, o özü də dövlət nəzarəti altında olur. 
Dövlət  təsisatları  və  xüsusi  təşkilatlar  arasındakı  sərhədi 
müəyyənləşdirmək  problemi  çoxdan  meydana  çıxmışdır.  Ümumi 
(ictimai) xidmətlərə rəhbərlik edən və ümumi hüquq rejiminə tabe olan 
hüquqi  şəxslər  dövlət  kateqoriyası  ilə  yanaşı,  xüsusi  təşkilatlar  da 
mövcuddur  ki,  onlar  ümumi  (ictimai)  xidmətlərə  rəhbərlik  edirlər. 
Bunların birini digərindən ayırmaq olduqca çətindir. 
Dövlət  təsisatı  anlayışı  ilk  dəfə  XIX  əsrdə,  ictimai  faydalı 
təsisatların  digər  kateqoriyalarla  müqayisəsi  nəticəsində  meydana 
çıxmışdır. 
Bu  fərq  1856-cı  ildə  sığorta  kassalarının  statusu  haqqında 
məsələyə 
dair 
konstitusiya 
məhkəməsinin 
qərarı 
ilə 
müəyyənləşdirilmişdir.  Bu  cür  təsisatlar  (qırmızı  xaç)  xüsusi  hüquq 
rejiminə tabe olan hüquqi şəxslərdir. 
Sahibkarların  1865-ci  ildə  təsis  edilmiş  həmkarlar  ittifaqları 
assosiasiyalarının  məsələləri  elə  XIX  əsrdə  dəfələrlə  ortaya  çıxmışdı. 
Dövlət sahibkarlar tərəfindən ictimai faydalı işlərin aparılmasını nəzərdə 
tuturdu. 
Məsələn,  bataqlığın  qurudulmasını  təmin  etmək  üçün 
assosiasiyalardan  istifadə  edilirdi.  Bu  məqsədlə  1899-cu  ildə  bu  cür 
assosiasiyalar - dövlət təsisatları yaradıldı. Adından bəllidir ki, onlar şəxsi 
mənafelərini yox, dövlətin mənafelərini təmin edəcəklər. 
Assosiasiyaların  bu  cür  kateqoriyası  müharibədən  sonrakı 
həmkarlar ittifaqları birliklərinin və yaxud kənd rayonları sərhədləri 
75 


nin dəyişdirilməsi üzrə ərazi həmkarlar ittifaqları birliklərin timsalında, 
əwəl olduğu kimi, yenə də eyni şəkildə yaradıldı. 
Fransa  inzibati  hüququndakı  dövlət  təsisatlarını  bizim  inzibati 
hüquqla  müqayisə  etdikdə  məlum  olur  ki,  burada  söhbət  müəssisə  və 
təşkilatlardan  gedir.  Azərbaycan  Respublikasının  inzibati  hüququnda 
müəyyən edilmiş qaydada kollektiv subyektlər dövlət və qeyri-hökumət 
təşkilatlarında fəaliyyət göstərirlər. Onlar aşağıdakılar kimidir: 
• 
müəssisə və təşkilatlar

 
müəssisə və təşkilatların struktur  bölmələri

 
müəssisə və təşkilatların,  onların  struktur bölmələrinin əmək və 
digər kollektivləri; 

 
mürəkkəb təşkilatlar; 

 
qeyri - hökumət təşkilatları (ictimai birliklər və fondlar); 

 
dini qurumlar. 
Müəssisə dedikdə,  mülkiyyət formasından asılı olmayaraq, qa- 
nunvericilkdə  müəyyən  edilmiş  qaydada  yaradılan  və  ictimai  tələbatın 
ödənilməsi, mənfəət almaq məqsədilə məhsul istehsal edən və satan, işlər 
görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyekti 
başa düşülür. 
Müəssisələrin növləri: 

 
dövlət müəssisəsi; 

 
kollektiv müəssisə; 

 
xüsusi müəssisə; 

 
qarışıq mülkiyyətli  müəssisə. 
Təşkilat sosial-mədəni və ya inzibati-siyasi funksiyaları yerinə 
yetirir və əsasən qeyri-istehsal xarakterli sosial dəyərlər yaradır. 
Təşkilatın növləri: səhiyyə, təhsil, mədəniyyət, və idman. 
İctimai  birlik
  -  təsis  sənədlərində  müəyyən  olunmuş  məqsədlərə 
çatmaq  üçün  ümumi  maraqlar  əsasında  birləşmiş  bir  neçə  fiziki  və  ya 
hüquqi  şəxsin  təşəbbüsü  ilə  yaradılmış  könüllü,  özünü  idarə  edən,  öz 
fəaliyyətinin  əsas  məqsədi kimi  gəlir əldə  etməyi  nəzərdə  tutmayan  və 
əldə  edilən  gəliri  öz  üzvləri  arasında  bölməyən  qeyri-hökumət 
təşkilatıdır. 
İctimai  birlikilərin  növləri:
  İşgüzar  Qadın  Assosiasiyası,  Azərbaycan 
Sənayeçilər  İttifaqı,  Azərbaycan  Respublikasının  Uşaqlar  Birliyi, 
Azərbaycan  Müsəlman  Gənclər  Birliyi  İdarə  Heyəti,  Azərbaycan 
Mühəndislər Cəmiyyəti və s. 
Fondlar növü:
 Gəncə Ekologiya Fondu, Teatrın İnkişafına Yardım 
Fondu  və  Azərbaycan  Respublikasının  təhsil  işçilərinin  və  tələbələrin 
xeyriyyə fondları. 
76 


Dini  qurumlar:
  dini  birliklər,  dini  icmalar,  dini  müəssisələr,  dini 
mərkəz və idarələr, dini tədris müəssisələri və dini qardaşlıqlar. 
§2. Dövht təsisatlarının yaradılma qaydası 
və onların statusu 
Dövlət təsisatları daim artır və inkişaf edirdi. Bu da israfçılığa və 
idarəetmə aparatının bürokratikləşməsinə səbəb ola bilərdi. 
Fransa  Konstitusiyasının  34-cü  maddəsində  deyilir  ki,  «Dövlət 
təsisatları  kateqoriyalarının  müəyyənləşdirilməsi»  müəyyən  edilən 
qaydalar qanunla nəzərdə tutulmalıdır. Həmin maddənin tələbinin təmin 
edilməsi Dövlət Şurasına həvalə edilmişdir. 
Ona  görə  də  yeni  yaradılan  dövlət  təsisatlarının  qanuna  uyğun 
olub-olmaması  Dövlət  Şurası  tərəfindən  müəyyənləşdirilir.  Fəaliyyətləri 
bir-birinə  uyğun  gələn  Sənaye  və  Ticarət  idarəetməsinə  istər  dövlət, 
istərsə də departament və yaxud kommunalar tərəfindən nəzarət edilir. 
Yuxarıda  qeyd  olunanlardan  belə  bir  nəticəyə  gəlmək  olur  ki, 
bütün  təsisatlar  müstəqil  qrup  kateqoriyalanna  malik  olduqlarından 
onlarla bərabər tutula bilən digər təsisatlar mövcud ola bilməz. 
Məsələn, Paris Muxtar Nəqliyyat İdarəsi və Fransa Milli Dəmiryol 
Cəmiyyəti qrup kateqoriyalarını əmələ gətirdiyinə görə yaradılmışdı. Bəzi 
hallarda  isə  əksinə  olur,  yəni  kateqoriya  öz  dolğunluğu  etibarilə  son 
dərəcə tutumlu olur, yüzlərlə, hətta minlərlə təsisatı əhatə edir. Məsələn, 
liseylər və xəstəxanalar buna aiddir. 
Beləliklə,  bir  kateqoriyanın  yeni  növ  əlamətləri  qanunla 
müəyyənləşdirilir.  Sonra  həmin  kateqoriyanın  təsisatları  ya  idarəetmə 
orqanının, yəni hökumətin qərarı ilə (dövlət təsisatlarına münasibətdə), ya 
da  baş  şuranın  və  yaxud  bələdiyyə  şurasının  qərarı  ilə  (yerli  inzibati 
təsisatlara münasibətdə) yaradılır. 
Kommuna və departamentlərdən fərqli olaraq dövlət təsisatlarının 
ümumi statusu yoxdur, əksinə, onlar üçün qaydaların bir tərəfdən çoxsaylı 
müxtəlif  aktlarda  səpələnmiş  olması,  digər  tərəfdən  həmin  qaydaların 
özünün  müxtəlifliyi  ilə  səciyyəvidir.  İlk  növbədə  maliyyə  nəzarəti  və 
mühasibat  uçotu  haqqunda  normativ  aktlarda  bir  neçə  əsas  qayda 
müəyyənləşdirilmişdir: məhkəmə praktikası əsasında bu barədə bir neçə 
ixtisaslaşma prinsipləri irəli sürülmüşdür. 
20  iyul,  1983-cü  il  tarixli  qanunla  inzibati  şuraların  tərkibi 
haqqında  bir  sıra  qaydalar  müəyyənləşdirilmişdir.  Beləliklə,  qanunun 
tətbiq dairəsi dövlət təsisatlarına münasibətdə eyni zamanda həm geniş 
77 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə