Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə16/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

IV
 FƏSIL
 
DİGƏR HÜQUQİ ŞƏXSLƏR 
§ 1. ümumi hüquqa tabe olan digar hüquqi şəxslərin anlayışı, 
təşkili və fəaliyyəti prinsipləri və hüquqi statusu 
Dövlətdən başqa ümumi hüquq rejiminə tabe olan hüquqi şəxslər 
iki  kateqoriyaya  bölünürlər.  Ərazi  kollektivləri  əsasən  yerli  miqyasda 
fəaliyyət göstərən hüquqi şəxslərdir, lakin onların fəaliyyətinin xarakteri 
bəzən siyasi xarakter daşıyır. 
Yerli  idarəetmə  sahəsində  hüquqi  şəxslərin  və  texniki  təyinatlı 
hüquqi şəxslərin səlahiyyətləri biri digərindən fərqlənir. 
Yerli  səlahiyyətli  hüquqi  şəxs  sabitləşmiş  ənənələrə  əsaslanır. 
Dövlət təsisatları olan xəstəxanalar mahiyyətcə hüquqi şəxslərdir. Lakin 
bunlar  texniki  profildir.  Bəzi  hallarda  onlar  da  yerli  səviyyəli 
səlahiyyətlərə malik olurlar, çünki onlar milli dövlət təsisatlarıdır. Depar- 
tamentlərin və kommunalarm təsisatları mövcuddur. 
Məsələn, universitet texniki vəzifələri yerinə yetirir, həm də öz 
ərazi bazasına malikdir. 
Son  zamanlar  dövlət  təsisatı  formasından  ərazi  kollektivlərinin 
idarəetmə  problemlərinin  həllində,  o  cümlədən  struktur  dəyişiklikləri 
zamanı  onlardan  istifadə  edilir.  Kommuna  səviyyəsində  fəaliyyət 
göstərən  kommunalarm  və  nahiyələrin  həmkarlar  ittifaqları  dövlət 
təsisatları kimi fəaliyyət göstərirlər. 
Dörd və yaxud beş kommunalar dövlət təsisatlı hüquqi şəxslərlə 
birləşərək birgə fəaliyyət növlərini həyata keçirirlər. Yerli kollektivlərin 
yaradılması mexanizmi də dövlət, hüquqi təşkilat formasından biridir. 
10 iyun, 1970-ci il tarixli 7.610 saylı qanuna uyğun olaraq yeni 
yaradılan  dövlət-hüquqi  birliyinə  şəhərin  tikintisi  ilə  məşğul  olmaq 
vəzifəsi  həvalə  edilir,  tikinti  başa  çatandan  sonra  o,  idarəetmə 
səlahiyyətlərini  kommunaya,  yəni  ərazi  kollektivinə  verir.  Müəyyən 
dövrlərdə dövlət təsisatı forması regional səviyyədə də istifadə edilirdi. 
1972-  ci  il  tarixdə  qəbul  edilmiş  qanunda  regional  əhəmiyyətli  dövlət 
təsisatları yaradılması qeyd edilirdi, lakin bu qanuna əməl edilmədi. 
Fransa 
Konstitusiyasının 
34-cü 
maddəsinə 
əsasən, 
konstitusiyanın  bu  maddəsində  işlədilən  «yerli  kollektivlər» 
Konstitusiyanın  72-ci  maddəsinə  əsasən  «ərazi  kollektivləri»nə 
çevrilmişdir. Hazırda bu ad 
48 


lar  daha  çox  işlədilir,  milli  səviyyəli-dövlət  və  yerli  səviyyəli  departa- 
ment, kommunalar və s. Bu kollektivlər idarəetmənin ümumi prinsiplərinə 
tabedirlər.  Bunların  arasında  ümumi  hüquq  normalarının  təsir  dairəsinə 
düşən kollektivlərin - kommunalarm, departamentlərin, regionların xüsusi 
statusu biri digərindən fərqlənir. 
Ümumi  təşkilat  prinsipləri  eyni  zamanda  ərazi  kollektivlərinin 
tərifinə və onların hüquqi vəziyyətinə də aid edilir. 
Kollektiv tərifi inqilab dövründən etibarən ənənəvi olaraq qalmış, 
bütün  rejimlərin,  istər  monarxiya,  imperiya  və  yaxud  respublika 
rejimlərində və istərsə də liberal rejimlərdə mövcud olaraq qalmaqdadır. 
O  özündə  hüquqi  şəxs  statusunu,  ərazi  aidiyyətini  və  ümumi 
məqsədli  təyinatları  birləşdirir.  Kollektiv  təsisatların  hüquqi  şəxs 
statusunu  konstitusiya  müəyyən  etmişdir,  «ərazi  kollektivi»  termini 
hüquqi şəxs kimi nəzərdə tutulur. 
Hüquqi  şəxslərin  öz  ştatı  vardır,  onun  əməkdaşları  qulluqçular 
sayılır, onlar müqavilələr bağlayır, məhkəmədə çıxış edirlər. 
Ərazi  kollektivləri  adından  məlumdur  ki,  ərazinin  yalnız  bir 
hissəsində  fəaliyyət  göstərir,  müəyyən  səlahiyyətlərə  malikdirlər. 
Əhalinin  sayma,  iqtisadi  əhəmiyyətinə  və  siyasi  roluna  görə  onlar 
müxtəlif  olurlar.  Səlahiyyətləri  ölkənin  bütün  ərazilərinə  şamil  edilən 
hüquqi şəxslər, dövlətdən fərqli olaraq, müəyyən edilmiş ərazi hədlərində 
mövcud olurlar. 
Ümumi  məqsədli  təyinat  olan  ərazi  kollektivlərinin  vəziyyətləri 
dövlətdən deyil, onun təsisatlarının göstərdikləri münasibətlərdən asılıdır. 
Ərazi daxilində ümumi məqsədli təyinatın meyarlarını qanun özündə əks 
etdirir.  Məsələn,  kommuna  səviyyəsində  bələdiyyə  şurası  müvafiq 
qərarlar çıxarmaqla kommunanm işlərini idarə edir. Departament isə öz 
səviyyəsində,  onun  üçün  maraq  kəsb  edən.  Baş  Şurada  icra  olunmayıb 
qalan  bütün  həmin  məsələlərin  icrasını  təmin  etmək  məqsədilə  qərarlar 
qəbul edir. Deməli, yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar 
ki,  söhbət  kommunanm  işlərinin  təşkilindən  gedir,  digər  hallar  isə 
departament üçün maraq kəsb edən məsələlərdən kənarda qalmır. Bu hər 
iki  halda  departamentə  yerlərdə  öz  mənafelərinə  uyğun  olaraq 
fəaliyyətlərinin həyata keçirilməsinə təminat verir. 
2  mart,  1982-ci  il  tarixli  qanunun  23-cü  və  59-cu  maddələrində 
deyilir ki. Baş Şura departamentin işlərinə köməklik göstərmək məqsədilə 
qərarlar qəbul edir, regionlarda qarşıya qoyulan məsələlərin həll edilməsi 
üçün onların səlahiyyətlərinin həcmini müə}^ən edir. 
49 


Bu  səlahiyyətlərin  kommunalar,  departamentlər  və  regionlar 
tərəfindən  həyata  keçirilməsi qanunlarla  möhkəmlənir  və  ya  bu  barədə 
xüsusatlar qəbul edilir. 
Yerli  kollektivlərin  ərazi  səlahiyyətləri  çox  tutumlu  və 
müxtəlifdir.  O,  iqtisadi  problemlərin  həlli  yollarını  müəyyənləşdirir, 
onların  həll  edilməsi  üçün  yollar  axtarır.  Məsələn,  yol  xəttini,  sənaye 
zonaları  üzərində  nəzarəti,  ictimai  nəqliyyat  vasitələrinin  vəziyyətini, 
planlaş- dırmanı həyata keçirir. O, sosial sahəni, kirayəsi ödənilməli olan 
mənzillərin vəziyyətini, kirayə pulunun ödənilməsi vəziyyətini, yaşayış 
evlərinin  tikilməsi  və  əhali  arasında  bölüşdürülməsi,  uşaq  bağçaların 
vəziyyətini,  onun  təmirini,  yaşlı  adamlar  üçün  evlərin  tikilməsini, 
xəstəxanalar üzərində nəzarət etməklə yanaşı, ona yardım göstərilməsini 
təmin  edir.  O,  həmçinin  mədəni-maarif  sahələrini,  o  cümlədən 
mədəniyyət evlərini, muzeyləri, kitabxanaları, teatrları, idman sahələrinin 
tikilməsi  və  abadlaşdırılmasmı  öz  səlahiyyətləri  çərçivəsində  yerinə 
yetirir. 
Bununla  yanaşı,  yerli  kollektivlər  öz  səlahiyyətləri  çərçivəsində 
inzibati və siyasi sahəyə də, o cümlədən komniuna səviyyəsində, ya da 
departament miqyasında polisin fəaliyyətinə də rəhbərlik edir. 
Bununla  belə,  Fransada  yerli  hakimiyyətlərin  obyektiv 
səlahiyyətləri başqa ölkələrlə müqayisədə məhdudlaşdırılmışdır. Həmin 
səlahiyyətlər ona qonşu olan ölkələrdə, o cümlədən Böyük Britaniyada və 
ya Almaniyada əksinə olaraq, yerli orqanların hüquqları və səlahiyyətləri 
ilə müqayisədə üstünlük təşkil edir. 
Fransa  Konstitusiyasına  uyğun  olaraq  onun  bütün  ərazi 
kollektivləri  üçün  prinsiplər  müəyyən  edilmiş  və  hüquqi  statuslar 
müəyyənləşdirilmişdir. Bu prinsiplər aşağıdakı kimidir: 

 
ərazi kollektivlərinin  hüquqi statusunun qanunvericiliklə təmi 
natı; 

 
rəhbər orqanların seçkili olması; 

 
muxtariyyət; 

 
nəzarət sistemi. 
Hüquqi  statusun  qanunvericilik  təminatı  o  deməkdir  ki,  ərazi 
kollektivinin  statusu  icra  hakimiyyəti  orqanları  tərəfindən  qəbul  edilən 
qərarlarla deyil, qanunla müəyyənləşdirilir. Bu qayda uzun müddətdir ki
Fransada qəbul edilmişdir və bu günə kimi qeyd etdiyimiz prinsip yeni 
kollektivlər üçün əsas prinsiplərdən biri sayılır. XIX əsrin bütün böyük 
aktları bəzi istisnalar da öz əvvəlki səviyyəsində qalır, bir qayda olaraq 
1958-ci il Konstitusiyasında öz əksini tapmışdır. 
Konstitusiyanın 34-cü maddəsində deyilir ki, yerli inzibati va 
50 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə