Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə12/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

Dövlət  həm  də  qanunverici  və  hakimdir.  Bu,  Fransa 
konstitusiyalarından və məhkəmə sisteminin təşkilindən irəli gəlir. 
Suverenlik və universallıq bütün dövlətlər üçün səciyyəvidir. 
Fransada,  həqiqətən  də,  dövlət  ümumi  hüquq  normaları  ilə 
tənzimlənən  digər  hüquqi  şəxslərlə  müqayisədə  çox  böyük  təsirə 
malikdir. Dövlət, dövlət qulluqçularının ştat vahidini müəyyən etməklə 
onlann fəaliyyətinə istiqamət verir. 
İnzibati quruluşa əsasən, inzibati təsisatların tədqiqi sahəsinə 
aiddir: 

 
ali  idarəetmə  orqanlarına,  mərkəzi  dövlət  idarəetmə  aparatlarına 
aid edilən hüquqi xarakterli normalar

 
yerli dövlət orqanlarına aid edilən hüquqi xarakterli normalar. 
Fransada  idarəetmə  aparatının  vahid  ali  başçısı  yoxdur.  İnzibati 
aparatın  idarə  edilməsini  bir  tərəfdən  fərdi  səviyyədə  respublikanın 
prezidenti,  baş  nazir  və  nazirlər,  digər  tərəfdən  isə  kollegial  orqanlar 
həyata keçirirlər. Dövlət idarəetmə aparatında departamentə baş şuranın 
sədri, kommunaya mer, ictimai təsisatlara sədr rəhbərlik edir. 
Fransa  Konstitusiyasının  20-ci  maddəsinə  əsasən,  respublika 
idarəetmə sistemində iki rəhbər vardır: - respublikanın prezidenti və baş 
nazir.  Onlar  həm  siyasi  xadimlər,  həm  də  idarəetmə  qərarlarını  qəbul 
edən  icraedici  -  sərəncamverici  orqanların  rəhbərləri  hesab  olunurlar. 
Dekretlər kim tərəfindən imzalanmasından asılı olmayaraq, ali idarəetmə 
aktları gücünə malikdirlər. 
Fransa  Konstitusiyasının  20-ci  və  21-ci  maddələrinə  əsasən, 
respublika prezidenti baş naziri və nazirləri təyin edir. Hüquqi baxımdan 
bunlar  müstəqil  orqanlardır, lakin  onların  səlahiyyətləri  və  funksiyaları 
arasında olan fərq Konstitusiyada müəyyən edilməmişdir. 
Nazirlər  xidmət  etdikləri  sahələrdə  ali  hakimiyyətə  malikdirlər. 
Nazir tərəfindən verilmiş qərar barədə şikayət əsasən hakimə verilir. Bəzi 
hallarda isə şikayətə Dövlət Şurası və inzibati tribunal tərəfindən baxıla 
bilər.  Şikayət  əsaslı  olduqda  göstərilən  orqanlar  tərəfindən  nazirin 
qərarının ləğv edilməsi barədə qərar qəbul edilir. 
1965-ci  ildə  Dövlət  Şurası  hətta  belə  fikir  irəli  sürdü  ki,  nə  baş 
nazir, nə də respublika prezidenti nazirlər üzərində ierarxik hakimiyyətə 
malik deyillər. Lakin buna baxmayaraq, bəzi nazirlər tərəfindən verilən 
qərarlar, hökumətin ümumi siyasətinə zərər gətirərsə, onda bu zaman baş 
nazir  özünün  son  qərarını  qəbul  edir.  Baş  nazir  idarəetmə  sahəsində 
başlıca rol oynayır, əslində isə o, tabeçilikdə olan bütün dövlət xidmətləri 
üzərində ierarxik hakimiyyətə malikdir. 
Baş nazirə ikili siyasi və inzibati vəzifələrin yerinə yetirilməsin 
36 


də onun şəxsi qərargahı olan kabinet üzvləri köməklik göstərirlər. 
28 iyul, 1948-ci il tarixli dekretlə Nazirlər Kabinetində 10 üzvdən 
ibarət  olan  kabinetlər  yaranmışdı.  Bu  kabinetlərin  tərkibinə  rəsmi 
üzvlərlə  yanaşı,  inzibati  jarqonda  «yanmrəsmi»  və  «qeyri-leqal»  hesab 
olunan  bir  sıra  şəxslər  də  daxil  edildi.  Onlar  idarəetmə  orqanlarının 
fəaliyyətinin bütün növlərinə müdaxilə edirdilər. 
Baş  nazir  öz  kabinetinin  köməyi  ilə  nazirliklərin  mərkəzi 
aparatının fəaliyyətinə nəzarəti və rəhbərliyi həyata keçirir. 
Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsinə 
əsasən, Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yaşı 35- dən aşağı 
olmayan,  10  ildən  çox  daimi  olaraq  Azərbaycan  Respublikasının 
ərazisində  yaşayan,  seçkilərdə  iştirak  etmək  hüququna  malik  olan,  o 
cümlədən  ağır  cinayətlərə  görə  məhkum  olunmayan,  başqa  dövlətlər 
qarşısında öhdəliyi olmayan, ali təhsili olan və ikili vətəndaşlığı olmayan 
Azərbaycan  Respublikasının  vətəndaşı  seçilə  bilər.  Azərbaycan 
Respublikasının  Prezidentinin  statusu  Azərbaycan  Respublikasının 
Konstitusiyası  ilə  müəyyən  edilmişdir.  O,  dövlətin  daxili  və  xarici 
siyasətini müəyyən edir, danışıqlar aparır və Azərbaycan Respublikasının 
adından  Milli  Məclisdə  ratifikasiya  ediləndən  sonra  qüvvəyə  minən 
beynəlxalq' müqavilələr hazırlayır. Onun Azərbaycan Respublikasındakı 
xarici  dövlətlərin  diplomatik  nümayəndələrinin  etimadnamələrini  və 
övdətnamələrini qəbul etmək səlahiyyəti vardır. 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
Azərbaycan 
Respublikasının  validliyini,  suverenliyini  və  bütövlüyünü  təcəssüm 
etdirir və o, vətəndaş sülhü, milli əməkdaşlığı, demokratik rejimi təmin 
etməyə  borcludur,  vətəndaşların  hüquq  və  azadlıqlarının  təminatçısı 
hesab olunur. 
Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetini, yerli 
icra hakimiyyəti orqanlarını, Naxçıvan Muxtar Respublikasının Nazirlər 
Kabinetini və onun icra hakimiyyəti orqanlarının hamısını birlikdə təşkil 
edir.  Bütün  idarəçilik  ierarxiyasının  və  icra  hakimiyyəti  sisteminin 
başçısı  kimi  Prezident  böyük  səlahiyyətlərə  malikdir.  O,  Nazirlər 
Kabinetinin fəaliyyətinə rəhbərlik edir və hökumətin öz səlahiyyətlərini 
səmərəli həyata keçirməsi üçün tədbir görür. 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
Azərbaycan 
Respublikasının Milli Məclisinin razılığı ilə hökumət başçısını, hökumət 
başçısının  təqdimatı  ilə  nazirliklərin,  komitələrin  və  Azərbaycan 
Respublikasının Milli Bankının, digər mərkəzi idarəetmə strukturlarının 
rəhbərlərini təyin etmək və vəzifədən azad etmək səlahiyyətinə malikdir. 
O, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına başçılıq 
37 


edir,  qanunla  müəyyən  edilmiş  qaydada  fövqəladə  vəziyyət  elan  edir, 
fərman və sərəncamlar verir. Təşkilati cəhətdən Prezident heç kəsə tabe 
deyil,  o  digər  dövlət  orqanlarına  nisbətən  yüksək  dərəcəli  müstəqilliyə 
malikdir.  Azərbaycan  Respublikasının  Konstitusiyasının  113-  cü 
maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  Prezidenti  ümumi 
qaydalar  müəyyən  edildikdə,  fərmanlar,  digər  məsələlər  barəsində  isə 
sərəncamlar qəbul edir. 
Azərbaycan  Respublikasının  Prezidenti  Konstitusiyanın  114-cü 
maddəsinə  əsasən,  icra  səlahiyyətlərinin  həyata  keçirilməsinin  təşkili 
məqsədilə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetini  yaradır. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası 
Prezidentinin  yuxarı  icra  orqanıdır,  onun  iş  fəaliyyəti  Azərbaycan 
Respublikasının  Prezidenti  tərəfindən  müəyyən  edilir.  Nazirlər 
Kabinetinin  tərkibinə  Azərbaycan  Respublikasının  baş  naziri,  onun 
müavinləri,  nazirlər  və  digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 
rəhbərləri daxildir. Azərbaycan Respublikasının Nazirlər Kabineti - icra 
hakimiyyətinin yüksək orqanıdır. O, dövlət idarəçilik orqanları sisteminə 
rəhbərlik edir, onların razılaşdırılmış və qarşılıqlı fəaliyyətini təmin edir, 
konstitusiya  və  qanunlarla  Azərbaycan  Respublikasına  aid  olan  dövlət 
idarəçiliyi məsələlərini həll etmək hüququna malikdir. 
Ümumi  səlahiyyətli  idarəçilik  orqanı  kimi  Nazirlər  kabineti 
ölkənin  bütün  həyat  sahələrində  geniş  səlahiyyətlərə  malikdir. 
İqtisadiyyat  sahəsində  hökumət  əsas  iqtisadi  inkişaf  proqramlarının 
layihələrini  hazırlayır,  iqtisadi  proseslərlə  məşğul  olur,  pul  və  kredit 
sisteminin  möhkəmləndirilməsini  təmin  edir,  vahid  qiymət  sistemi 
yaradır. 
Prezident  və  Milli  Məclis tərəfindən qəbul  edilən  aktlar, dövlət 
büdcəsi  və  digər  büdcədənkənar  fondlardan  maliyyələşdirilməsi  tələb 
olunan  qərarlar,  Nazirlər  Kabinetinin  qəbul  etdiyi  qərar  əsasında 
hazırlanır. Hökumət sosial inkişaf proqramını hazırlayır, səhiyyəni, xalq 
təhsilini  təşkil  edir,  mədənİ
3
^ətin  inkişafına  zəmin  yaradır.  Onun 
fəaliyyətinin əsas istiqamətlərindən biri sosial təminata rəhbərlik etmək, 
vətəndaşların  bu  qrupu  üzərində  inzibati  qəyyumluq  sistemini 
təkmilləşdirmək  və  s.-dir  Hökumət  öz  səlahiyyətləri  çərçivəsində 
sərəncam və qərarlar verir. 
38 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə