Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
 
 
111 
rasiya, yaranin dərin hematoması, seroma və erkən residiv) inkişaf etmişdir. Yalnız 1 
xəstədə yırtığın erkən müddətdə (1-ci həftənin sonunda) residivinin baş verməsi sel-
lüloza tərkibli sintetik torun fiksasiyasının aparılmaması hesabına meydana çıxmışdır. 
Nəticədə torun miqrasiyası baş vermişdir. Bu ağırlaşmanın baş verməməsi üçün torun 
ölçülərinin  yırtıq  qapısının  ölçülərinə  uyğun  olmasını  və  onun  adekvat  fiksasiyasını 
vacib hesab edirik.  
Əməliyyatın  azinvazivliyi  hesabına  bu  xəstələrdə  əməliyyatdan  sonrakı  ağrılar 
və  diskomfort  hissi  qısa  müddətdən  sonra  (orta  hesabla  3,4±0,9  gün  –  TAP  və 
3,2±0,6  gün  -  TEP)  aradan  qalxır  və  narkotik  analgetiklərin  istifadəsinə  ehtiyac  ol-
mur.  Stasionarda  orta  müalicə  müddəti  (3,1±0,6  gün  və  3,0±0,7  gün),  və  təbii  ki, 
stasionar müalicə xərcləri xeyli azalır.  
Açıq atenzion plastika əməliyyatı keçirmiş xəstələrlə müqayisədə qapalı əməliy-
yatlardan sonra xəstələrin tibbi və sosial reabilitasiya müddətləri (2,3 dəfə və 2,5 də-
fə) qısalır və xəstələr kiçik fasilədən sonra (2,8±0,7 həftədən sonra və 2,7±0,4 həftə-
dən sonra) əmək fəaliyyətinə davam etməyə başlayırlar.  
Yırtıqların istər açıq, istərsə də qapalı üsullarla plastikası zamanı sellüloza tər-
kibli  tor  istifadəsini  məqsədəuyğun  hesab  edirik.  Bu,  həmin  torun  üstünlükləri  ilə 
əlaqədardır. Torun sellüloza ilə örtülməsi toxumalar tərəfdən qıcıqlanmanı, müvafiq 
surətdə yerli eksudasiyanı aradan qaldırır, və təbii olaraq seromaların inkişafı demək 
olar ki, baş vermir. Yırtıq qapısı ətrafına protezin əllə tikilməsi xeyli səmərəlidir. Bu, 
həm əməliyyat xərclərini azaldır, həm də keyfiyyətli vizualizasiya şəraitində mühüm 
anatomik strukturların zədələnməsi təhlükəsini aradan qaldırır. 
TEP-dan  sonra  yalnız  1  xəstədə  laparoskop  üçün  istifadə  edilmiş  troakar  yara-
sının irinləməsi (5,9%), 1 xəstədə  (5,9%) dərin toxumaların infiltrasiyası inkişaf et-
mişdir. Digər müəlliflərə görə TEP-dən sonra irinli ağırlaşmalar 1-7,9% hallarda rast 
gəlir [51, 73, 80, 117, 145, 170, 183, 187, 207, 234, 277]
.
  
0,5-3 illik müşahidə müddətlərində residiv hadisəsi olmamışdır. H. Hoffman və 
Traverso 204 endoskopik TEP əməliyyatından sonra 1 xəstədə 42 ay müddətində re-
sidiv meydana çıxmasını müşahidə etmişdir.  


 
 
 
112 
Videoendo(laparo)skopik  atenzion  plastika  əməliyyatlarından  sonrakı  dövrün 
aparılması açıq əməliyyatlardan sonrakı gedişdən xeyli fərqlənir.  Əməliyyat günü 1-
2  dəfə  qeyri-narkotik  ağrıkəsici  təyin  edilir.  Gənc  və  cavan  yaşlı  xəstələr  əməliyyat 
günü ayağa qaldırılır, əksər xəstələr (61,1% və 76,5%) elə həmin gün evə buraxılır və 
onların müalicəsi poliklinika cərrahının və ya müalicə həkiminin nəzarəti altında am-
bulator şəraitdə davam etdirilir. Kök, yaşlı xəstələrə, yanaşı somatik xəstəlikləri olan 
xəstələrə ilk gün qeyri-narkotik ağrıkəsicilər təyin edilir, qidalanma tövsiyə olunmur, 
yalnız maye qəbuluna icazə verilir. Həmin xəstələr 1 gün sonra ayağa qaldırılır və 1-5 
gün müddətlərində ambulator müalicəyə göndərilirlər.  
Tədqiqat  prosesində  qarının  ön  divarının  yırtıqlarına  görə  cərrahi  əməliyyata 
məruz qalmış 55 xəstənin 1-3 il müddətlərində uzaq nəticələri öyrənilmiş, təklif etdi-
yimiz anket sorğusunun cavabları əsasında bal qiymətləndirilməsi aparılmış və alın-
mış nəticələrin açıq atenzion plastika üsullarından üstün olması müəyyən edilmişdir. 
Həmin nəticələr son illərin ədəbiyyat  məlumatlarına xeyli yaxın olmuşdur [3, 4,  12, 
18, 22, 38, 49, 52, 61, 69-72, 77, 98, 102,  104, 105, 108, 121,  123, 128,  131, 132, 
149, 153, 159, 163, 168, 176, 184, 197, 210, 216, 241, 245, 258, 284].     
 
 
 
 
 
 
 
 
 


 
 
 
113 
NƏTİCƏLƏR 
1.
 
Qarının ön divarının yırtıqlarına görə açıq cərrahi əməliyyatlardan sonra residiv-
vermə  və  cərrahi  ağırlaşmalar  bilavasitə  cərrahi  aqressiya,  yetərsiz  hemostaz, 
toxumaların  ifrat  gərilməsi,  əməliyyat  üsulunun  yalnış  seçilməsi,  sintetik  torun 
ölçülərinin yırtıq qapısna uyğunsuzluğu, torun qeyri-adekvat fiksasiyası, büzüşmə-
si və digər səbəblərlə əlaqədardır. 
2.
 
Qarın  boşluğunun  yanaşı  cərrahi  xəstəlikləri  zamanı  simultan  cərrahi  əməliyyat-
ların yerinə yetirilməsi imkanlarının olması qarının ön divarının  yırtıqlarının lapa-
roskopik transabdominal plastikası üsulunun birmənalı üstünlüklərindəndir.  
3.
 
Qarının  ön  divarının  birincili,  residiv  və  əməliyyatdan  sonrakı  yırtıqlarının  sel-
lüloza  tərkibli  sintetik  torla  laparoskopik  transabdominal  plastikasının  yerli  və 
ümumi  postoperasion  ağırlaşmalarının  tezliyi  açıq  atenzion  plastika  üsullarının 
nəticələrindən müvafiq surətdə 21,3% və 25,1% aşağı olmuşdur. 
4.
 
Qarının ön divarının birincili, residiv və əməliyyatdan sonrakı yırtıqlarının sellülo-
za tərkibli sintetik torla videoendoskopik total ekstraperitoneal plastikasının yerli 
və ümumi postoperasion ağırlaşmalarının tezliyi açıq plastika üsullarının nəticələ-
rindən müvafiq surətdə 24,7% və 26,3% aşağı olmuşdur. 
5.
 
Qarının ön divarının birincili, residiv və əməliyyatdan sonrakı yırtıqlarının sellülo-
za  tərkibli  sintetik  torla  laparoskopik  transabdominal  və  videoendoskopik  total 
ekstraperitoneal  plastikasından  sonra  stasionar  müalicə  müddəti  müvafiq  surətdə 
2,3±0,7 və 2,1±0,9 gün təşkil etmişdir, və bu göstəricilər açıq plastika üsullarının 
nəticələrindən (7,5±1,2) xeyli üstündür.  
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə