Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
 
 
108 
yırtıqətrafı toxumaların vəziyyəti haqqında dolğun informasiyalar əldə etməyə imkan 
verir. 
Səmərəli,  qısamüddətli,  təhlükəsiz  və  asan  idarə  olunan  əməliyyatönü  hazırlıq 
proqramlarının hazırlanması, onun həm stasionar, həm ambulator, hətta ev şəraitində 
aparıla  bilməsi  müasir  cərrahiyyənin  bu  günə  qədər  həllini  tapmayan  məsələlərin-
dəndir. Əməliyyönü dövrdə yerli ağırlaşmaların profilaktikası məqsədi ilə əməliyyat 
bölgəsinin  və  mədə-bağırsaq  traktının  əməliyyata  hazırlanması  vacib  şərtlərdəndir 
[12,  50,  52,  65,  67,  71,  109,  157,  287].  Gənc  və  orta  yaşlı  şəxslərdə,  yanaşı  ağır 
xəstəlik-ləri  olmayan  xəstələrdə  mədə-bağırsaq  traktının,  digər  üzv  və  sistemlərin 
cərrahi əməliyyata ambulator, digər hallarda isə stasionar şəraitdə hazırlanması daha 
məqsə-dəmüvafiqdir.  Bu  zaman  açıq  cərrahiyyəyə  uyğunlaşdırılmış  əməliyyatönü 
hazırlıq proqramlarının istifadəsini məqbul saymırıq.  
Bu nöqteyi-nəzərdən tərəfimizdən təklif edilmiş və klinik praktikada tətbiq olun-
muş  metodikanı  tövsiyə  edirik.  Yırtığın  plastikası  əməliyyatından  sonra  qarındaxili 
təzyiqin  artmasının  qarşısını  almaq,  qarın  üzvlərinin  yeni  yaranacaq  şəraitə  uyğun-
laşdırılması üçün əməliyyatdan 1 həftə əvvəl xəstələrə sıx bandaj geyilməsi və onun 
boşaldıqca sıxılmasını, enli şal və ya mələfə ilə qarının sıx bağlanmasını, yenə də bo-
şaldıqca dərhal bərkidilməsini tövsiyə edirik. Qarının bandajla, şal və ya  mələfə ilə 
bağlanması ilə yanaşı olaraq xəstələrə gündə azı 3 dəfə (hər dəfə 10-15 dəq) qarında-
xili təzyiqi artıran müalicə gimnastikası hərəkətləri  etməyi məsləhət görürük. 
Əməliyyatdan 1 həftə əvvəl xəstələrin əsirgəyici, tullantısız qidalarla qidalanma-
sı, əməliyyatdan 2 gün əvvəl işlədici preparatlar istifadəsi (1 l suda həll edilmiş 1 və 
ya 2 paket fortrans və ya 2-3 saatlıq fasilələrlə  60-90 ml gənəgərçək yağı (hər dəfə 
20-30  ml)),  axşam  və  səhər  saatlarında  təmizləyici  imalə  (hər  dəfə  2  imalə,  cəmi  4 
imalə) məsləhət görülür. Əməliyyatdan 1 gün əvvəl qida qəbulu tamamilə dayandırı-
lır, yalnız kiçik porsiyalarla maye qəbulu tövsiyə edilir. Əməliyyatdan 1 gün əvvəl və 
ya əməliyyat günü “Hidrokolon” aparatı ilə yoğun bağırsağın təmiz su alınana qədər 
yuyulmasını məqbul hesab edirik.  


 
 
 
109 
Videolaparoskopik  hernioplastika  əməliyyatı  zamanı  karboksiperitoneum  yara-
dılması (12-15 atm təzyiq altında) zərurəti meydana çıxır. Karboksiperitoneum şərai-
tində qarındaxili təzyiq kəskin artır, diafraqma döş boşluğuna doğru sıxılır. Bu  əmə-
liyyat vaxtı və sonra bu və ya digər səviyyəli kəskin tənəffüs çatmazlığı, ağciyər öde-
mi  kimi  təhlükəli  ağırlaşmalarla  tamamlana  bilər.  Bu  ağırlaşmaların  profilaktikası 
məqsədi ilə əməliyyatönü hazırlıq dövründə tənəffüs sisteminin vəziyyəti öyrənilməli 
(döş boşluğunun icmal R-skopiyası, spiroqrafiya,  qan qazlarının kəmiyyət göstəri-ci-
ləri və s.), terapevtin təyinatı ilə farmakoloji korreksiya (anabolik hormonlar, β-adre-
noblokatorlar, bronxgenişləndirici və bəlğəmgətirici preparatlar və s.) aparılmalıdır.  
İmmunoloji  statusun  dəyişiklikləri  zamanı  immunmodulyatorlar  (perftoran,  po-
lioksidonium, immunal), ümumi müqavimətartırıcı müalicə (vitaminlər, jenşen və ya 
biyan  kökü  preparatları,  exineseya  preparatı,  anabolik  hormon),  nevroloji-psixoloji 
statusun dəyişiklikləri zamanı  müvafiq ixtisaslı mütəxəssislər tərəfindən sedativ pre-
paratlar (sonopaks, valerian ekstraktı, passiflora, stresam və b.), trankvilizatorlar  və 
antipsixotik preparatlar (amitriptilin, neuleptil) istifadəsi məqsədəuyğundur. 
Hernioloji  cərrahiyyədə  lokalizasiyasindan,  icra  ediləcək  əməliyyat  üsulu  və 
onun  həcmindən  asılı  olaraq  adekvat  anesteziya  üsulunun  seçimi  böyük  əhəmiyyət 
kəsb  edir.  Anesteziya  üsulu  əməliyyatın  nəzərdə  tutulmuş  müddətlərdə  və  həcmdə, 
əlverişli miorelaksasiya şəraitində yerinə yetirilməsinə şərait yaratmalıdır.  
Videoendoskopik  (laparoskopik)  plastika  əməliyyatlarının  müştərək  (spinal  və 
ümumi venadaxili) və  endotraxeal intubasiya şəraitində ümumi anesteziya altında ic-
rası çox vacibdir.  Bu əməliyyatların hətta kiçikölçülü yırtıqlar zamanı yerli anestezi-
ya altında yerinə yetirilməsi yolverilməzdir. Yerli anesteziya üsulu ancaq birincili ki-
çik yırtıqların açıq cərrahi plastikasında tətbiq oluna bilər. 
Laparoskopik  hernioplastika  əməliyyatları  yalnız  endotraxeal  intubasiya  şərai-
tində  çoxkomponentli  ümumi  anesteziya  altında  yerinə  yetirilməlidir.  Çünki  keyfiy-
yətli  transabdominal  hernioplastikanın  həyata  keçirilməsi  üçün  qarın  divarının  key-
fiyyətli görünüşü və qarın daxili manipulyasiyaların asan icrası olduqca vacibdir. Bu 
ancaq  qənaətbəxş  karboksiperitoneum  şəraitində  mümkündür.  Karboksiperitoneum 


 
 
 
110 
şəraitində  tənəffüsün  və  ürək  damar  sisteminin  daimi  idarə  olunması,  bu  sistemlərə 
nəzarət üçün əməliyyatın icra edilməsinin yeganə rasional yolu endotraxeal intubasi-
ya şəraitində ağciyərlərin süni ventilyasiyasıdır. Bu xəstələrdə mərkəzi venalardan bi-
ri və bir dirsək venasının kateterizasiyası ümumi anesteziya zamanı zəruri preparatla-
rın yeridilməsini və anesteziya prosesinin idarə olunmasını asanlaşdırır. 
Birincili yırtıqlara görə polipropilen torla açıq plastika əməliyyatlarından sonra 
erkən dövrdə xəstələrdə aşağıdakı ağırlaşmalar rast gəlmişdir: seroma  – 4, dərin he-
matoma və onun irinləməsi – 2, yaranın irinləməsi -2, liqatur (tor) fistulu – 1. Ağır-
laşmaların rastgəlmə tezliyinin arzuedilən səviyyədə olmaması polipropilen torun qı-
cıqlandırıcı  xassələri  və  toxumalara  uyuşmazlığı  ilə  əlaqədardır.  Ümumi  ağırlaşma-
ların 17,1% hallarda (6 xəstədə) rast gəlməsi əməliyyatönü hazırlığın keyfiyyətsizliyi, 
plastika üsulunun travmatikliyi və müalicə prosesinə uyğun mütəxəssislərin cəlb edil-
məməsi ilə bağlı olmuşdur. Açıq əməliyyat keçirmiş xəstələrdə yara nahiyəsində ağ-
rılar, diskomfort hissi uzunmüddətli (8,2±1,5 gün) olur. Bu xəstələrin stasionarda orta 
müalicə müddəti (6,5±1,3 gün), həmçinin  tibbi-sosial reabilitasiya müddəti (4,9±0,8 
həftə) də böyük olur.  
Residiv  və  əməliyyatdan  sonrakı  yırtıqların  açıq  gərginliksiz  plastikasının  nəti-
cələri  də  arzuolunan  səviyyədə  deyildir.  Nəticələrin  əlverişsizliyi,  yerli  və  ümumi 
ağırlaşmaların, residiv inkişafının yüksək tezliyi həmin əməliyytların bu günə qədər 
yüksək  səviyyədə  icra  edilməməsi,  əməliyyatönü  hazırlıq  prosesinin  natamamlığı 
(keyfiyyətsizliyi), əməliyyat üsulunun yanlış seçimi və b. amillərlə əlaqədardır [137, 
186, 243]. 
Qarının ön divarının birincili, residiv və əməliyyatdan sonrakı yırtıqları olan 18 
xəstənin  (II  qrup)  laparoskopik  (TAP),  17  xəstənin  isə  (III  qrup)  videoendoskopik 
(TEP)  atenzion  cərrahi  rekonstruksiyası  həyata  keçirilmiş  və  alınmış  nəticələr  təhlil 
edilmişdir. Bütün xəstələrdə protezləşdirici vasitə kimi sellüloza tərkibli tor  istifadə 
olunmuşdur. 
Qapalı (laparoskopik) cərrahi hernioplastikadan sonra cəmi 4 xəstədə konserva-
tiv  müalicəyə  asan  tabe  olmuş  yerli  ağırlaşmalar  (əməliyyat  yarası  boyunca  infilt-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə