Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

 
 
 
96 
ka; protezin əzələaltı və ya peritonönü yerləşdirilməsi və sintetik materialla qarın di-
varının defektinin qapadılması ilə (“sublay”, “inlay”)  kombinə olunmuş plastika [35, 
109, 173, 209]. Yırtıq qapısının kənarlarının bir-birinə yaxınlaşdırılmaqla tikilməsi və 
tikiş xəttinin protezlə bərkidilməsi əməliyyatı xeyli geniş yayılmışdır. Lakin böyük və 
giqant ölçülü yırtıqlarda bu metodika atenzion plastika prinsiplərinə ziddir, qarında-
xili  təzyiqin  əhəmiyyətli  yüksəlişinə  və  tikiş  tutmazlğına  görə  residivlə  yekunlaşır 
[4]. Protezləşdirici materialın açıq üsulla aponevrozüstü yerləşdirilməsi zamanı dəri-
nin  və  dərialtı  toxumanın  geniş  mobilizasiyası  tələb  olunur.  Nəticədə  qan  təchizatı, 
venoz qanın və limfanın axını pozulur, uzun müddətli davamlı eksudasiya baş verir, 
seroma formalaşır, dərialtı toxuma nekrozlaşır, irinli-iltihabi aşırlaşmalar inkişaf edir 
[5, 123, 132]. Ona görə də əməliiyatdan sonrakı yırtıqların endoskopik TEP zamanı 
tə-rəfimizdən  protezin  preperitoneal  sahədə,  bilavasitə  yırtıq  defektinin  üzərində 
yerləş-dirilməsi variantı daha məqsədəuyğun hesab olunmuşdur. 
Tərəfimizdən OLP cəmi 4 xəstədə (birincili qasıq yırtığı – 2, residiv qasıq yır-
tığı - 1 və postoperasion yırtıq – 1) yerinə yetirilmişdir. Bu xəstələrdə yırtığın həcmi 
və yırtıq qapısı kiçik ölçülərdə olmuş, dərialtı toxumanın geniş separasiyasına ehtiyac 
yaranmamışdır. Bu hallarda protezin yırtıq qapısından 1,-1,5 sm kənarda perimetr bo-
yunca  tikilməsi  bizim  fikrimizcə  kifayətdir.  TEP-nın  bu  texnikası  əməliyyatın  qısa 
müddətlərdə və aztravmatik həyata keçirilməsini tamamailə təmin edir.  
Bu  əməliyyatlar  zamanı  da  yerli  qıcıqlandırıcı  təsirin  azaldılması  məqsədilə 
sellüloza  tərkibli  sintetik  torlar  istifadə  edilmişdir.  Aşağıda  birincili  qasıq  yırtığına 
görə endoskopik TEP əməliyyatı keçirmiş xəstənin xəstəlik tarixindən çıxarış təqdim 
edilir. 
Praktikadan nümunə
 
Xəstə M.M., 60 yaş, 559 saylı x/t, 08.01.2010-cu il tarixdə sağ qasıq nahiyəsində 
ağrılı  şişkinlik, qarında köp, qəbizlik və əmək qabiliyyətinin aşağı düşməsi şikayətlə-
ri ilə Klinik TM-ə müraciət etmişdir. Özünü 10 ildir ki, xəstə hesab edir. Xəstəliyin 
səbəbini heç nə ilə əlaqələndirmir.
 


 
 
 
97 
Dəri  və  selikli  qişalar  adi  rəngdədir.  Periferik  limfa  düyünləri  böyüməmişdir. 
Dayaq-hərəkət sistemi dəyişikliksizdir.
 
Tənəffüs sərbəstdir, ritmikdir, döş tiplidir, tənəffüs hərəkətlərinin tezliyi dəqiqə-
də 22-dir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır, tə-
mizdir.  Nəbz  ritmik,  kafı  dolğunluqlu,  dəqiqədə  84-dür.  Arterial  təzyiq  140/80 
mm.c.st.
 
Dil nəmdir, təmizdir. Qarın simmetrikdir, yumşaqdır, intaktdır və ağrısızdır. Qa-
raciyər və dalaq böyüməmişdir. Diurez sərbəstdir. Döyəcləmə simptomu hər iki tərəf-
də mənfıdir.
 
Defekasiya və diurez sərbəstdir. Qazlar xaric olur.
 
St.  localis.  Sağ  qasıq  nahiyəsində  5,0X6,0X4,0  sm  ölçülərdə  şişkinlik  görünür. 
Şişkinlik  üzərində  dərinin  rəngi  dəyişikliksizdir.  Palpasiya  zamanı  şişkinlik  qarın 
boşluğuna düzəlir.  
Diaqnoz: Sağtərəfli düz qasıq yırtığı 
Əməliyyatönü  hazırlıq  ambulator  şəraitdə  aparıldığından  zəruri  laborator  və 
instrumental müayinələrdən sonra növbəti gün – 09.01.2010-cu il tarixdə ETİ şərai-
tində ümumi anesteziya altında cərrahi əməliyyat – videoendoskopik TEP yerinə ye-
tirilmişdir (2 işçi troakar (sağ qalça və sağ pararektal xətt üzərində) və paraumbilikal 
nahiyədə  laparoskop  üçün  12  mm-lik  troakar).  Cərrahi  əməliyyatdan  bir  neçə  saat 
sonra aktivləşdirilmiş, ayağa qalxmağa və maye qəbuluna icazə verilmişdir. Növbəti 
gün  xəstə  kafi  vəziyyətdə  evə  buraxılmışdır.  Müalicə  prosesi  ev  şəraitində  müalicə 
həkiminin tövsiyələri əsasında davam etdirilmiş, 1 həftədən sonra xəstə əmək fəaliy-
yətinə başlamışdır. 3 ay və 1 ildən sonra xəstəyə baxılmışdır. Şikayətləri yoxdur.  
Ədəbiyyat məlumatlarına görə əksər müəlliflər protezin əzələaltı və ya periton-
önü  yerləşdirilməsi  və  sintetik  materialla  qarın  divarının  defektinin  qapadılması  ilə 
kombinə  olunmuş  plastikanı  daha  çox  istifadə  edirlər.  Yırtıq  qapısı  parietal  periton 
və ya düz əzələlərin arxa yatağı hesabına qapadılır, onun üzərindən implantat qoyu-
lur və qarının ön divarının fassial strukturlarına tikilir. Aponevrozun parçaları prote-


 
 
 
98 
zin üzərindən bir-birinə tikilir. Texnili cəhətdən bu üsul mürəkkəb olsa da seromala-
rın, digər ağırlaşmaların əmələ gəlmə tezliyi azdır. Lakin böyük, çox böyük və giqant 
yırtıqlarda bu üsulun tətbiqi mümkünsüzdür. Bu hallarda protez sadəcə sorulmayan 
saplarla perimetr boyunca yırtıq qapısının kənarların tiklir, qapı daraldılmır. Bu əmə-
liyyatdan  sonra  seromaların  və  başqa  ağırlaşmaların  inkişaf  riski  yüksək  olur.  Ona 
görə də protezüstü sahə aktiv drennləşdirilməlidir [5]. 
Ötən əsrin sonlarından başlayaraq praktik təcrübənin zənginləşməsi hesabına bir 
çox cərrahlar sintetik torların peritonönü yerləşdirilməsi metodlarının istifadəsinə üs-
tünlük verdilər [235, 253, 282].  
Orta və böyük həcmli yırtıqlar zamanı SLP, İLP və ya onların kombinə olunmuş 
variantı  (SLP  və  İLP)  tətbiq  edilmişdir.  Tunel  yaradılarkən  separasiya  aparıldıqda 
parietal peritonun zədələnmə ehtimalı böyük olduqda SLP-ya üstünlük vermişik (12 
xəstədə). 3 xəstədə İLP, 2 xəstədə isə müştərək plastika yerinə yetirilmişdir. 
Praktikadan nümunə
 
Xəstə  B.R.,  37  yaş,  558  saylı  x/t,  08.01.2010-cu  il  tarixdə  epiqastral  nahiyədə 
şişkinlik və ümumi zəiflik şikayətləri ilə KTM-ə müraciət etmişdir. Özünü bir neçə il-
dir ki, xəstə hesab edir. Xəstəliyi heç nə ilə əlaqələndirə bilmir.
 
Dəri  və  selikli  qişalar  adi  rəngdədir.  Periferik  limfa  düyünləri  böyüməmişdir. 
Dayaq-hərəkət sistemi dəyişikliksizdir.
 
Tənəffüs sərbəstdir, təminedicidir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidi-
lir.  Ürək  tonları  aydındır.  Nəbz  ritmik,  orta  dolğunluqlu,  dəqiqədə  88-dir.  Arterial 
təzyiq 110/70 mm.c.st.
 
Dil nəmdir, təmizdir. Qarın simmetrikdir, yumşaqdır, intaktdır və ağrısızdır. Qa-
raciyər və dalaq böyüməmişdir. Diurez sərbəstdir. Döyəcləmə simptomu hər iki tərəf-
də mənfıdir.
 
Defekasiya sərbəstdir. Qazlar çətin xaric olur.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə