Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

 
 
 
77 
qoyulmuş, troakarlar xaric edilmiş, troakar girişləri nahiyələrinə dəriiçi estetik tikişlər 
qoyulmuşdur.  
Növbəti gün səhər saatlarında xəstə aktivləşdirilmişdir. Onun ayağa qalxmasına 
və  maye  qəbuluna  icazə  verilmişdir.  Əməliyyatdan  sonrakı  dövr  sakit  keçmiş, 
02.02.2010-cu il tarixdə xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Müalicə prosesi am-
bulator  qaydada  ev  şəraitində  davam  etdirilmiş,  2  həftədən  sonra  xəstə  əmək  fəa-
liyyətinə başlamışdır. 6 ay və 1 ildən sonra xəstəyə baxılmışdır. Şikayətləri yoxdur.  
Qapalı cərrahi plastikadan sonra cəmi 4 xəstədə yerli ağırlaşmalar inkişaf etmiş-
dir  (cədvəl  4.4).  Həmin  ağırlaşmalar  konservativ  müalicə  hesabına  aradan  qalxmış-
dır.  Yırtığın  erkən  müddətdə  (1-ci  həftənin  sonunda)  baş  vermiş  residivi  sellüloza 
tərkibli  sintetik  torun  fiksasiyasının  aparılmaması  hesabına  meydana  çıxmışdır.  Bu 
xəstədə torun  miqrasiyası baş  vermişdir. Təkrar əməliyyat  açıq üsulla  yerinə  yetiril-
miş,  atenzion  plastika  icra    edilmişdir.  Bu  əməliyyatdan  sonrakı  dövr  sakit  keçmiş, 
müalicə ambulator şəraitdə davam etdirilmiş, yara birincili sağalmışdır.  
Digər lokalizasiyalı birincili və residiv yırtıqların (əməliyyatdan sonrakı, göbək, 
ağ xətt və bud) TAP aşağıdakı metodika ilə aparılmışdır. 
Perimetr boyunca yırtıq xəttlənmiş, Veres iynəsi vasitəsi ilə karbon qazı inssuff-
lyasiyası aparılmışdır (şək. 4.7). Yırtıq nahiyəsi (şək. 4.8), troakar keçiriləcək yerlər 
işarələnmiş (şək. 4.9), qarın  boşluğuna 3 ədəd 5, 10 mm-lik troakarlar (şək. 4.10) və 
alətlər (şək. 4.11) yeridilmişdir. 


 
 
 
78 
 
Şək. 4.7. Dəri üzərində yırtığın xətlənməsi və Veres iynəsinin yeridilməsi 
 
Şək. 4.8. İlk troakar yerinin işarələnməsi 
 


 
 
 
79 
 
Şək. 4.9. Növbəti troakar yerlərinin işarələnməsi 
 
Şək. 4.10. Troakarların yeridilməsi 
 


 
 
 
80 
 
Şək. 4.11. Laparoskopun və alətlərin yeridilməsi 
Sonra qarın boşluğunun laparoskopik təftişi aparılmış, yırtıq qapısı səviyyəsinin 
anatomik  vəziyyəti  dəyərləndirilmişdir  (şək.  4.12).  Bitişmələr  sıxıcılarla  tutulmaqla 
(şək.  4.13)  monopolyar  kouter  və  ya  elektroqyçı  ilə  kəsilməklə  qapı 
sərbəstləşdirilmişdir (şək. 4.14). 
 


 
 
 
81 
 
 
Şək. 4.12. Yırtıq qapısı səviyyəsində kobud peritondaxili bitişmələr 
Yırtıq  qapısı  tam  sərbəstləşdirildikdən  sonra  qapı  üzərində  periton  qişası 
elektroqayçı ilə kəsilmiş (şək. 4.15) və perimeter boyunca qapı sərbəstləşdirilmişdir.  
Əməliyyatın bu hissəsi açıq cərrahi əməliyyatda olduğu kimi Ramirez üsulu ilə yerinə 
yetirilmişdir.  Əməliyyatdan  sonrakı  və  ağ  xətt  yırtıqlarında  perimeter  boyunca 
sərbəstləşdirmə 
aparılmış,  qapının  kənarlarından  azı  4-5  sm  məsafədə 
tamamlanmışdır  (şək.  4.16).  Bud  yırtığı  zamanı  qapı  sərt  toxumalara  qədər  (qasıq 
qabarıqlığı, Cooper bağı) sərbəstləşdirilmişdir. 


 
 
 
82 
 
Şək. 4. 13. Bitişmənin sıxıcı ilə tutulması 
 
Şək. 4. 14. Bitişmənin kəsilməsi 


 
 
 
83 
 
Şək. 
4.15.  Parietal peritonun kəsilməsi, yırtıq qapısının sərbəstləşdirilməsi 
 
 
Şək. 4.16. Yırtıq qapısının sərbəstləşdirilməsinin tamamlanması 
 
 


 
 
 
84 
Sonrakı  mərhələdə  sintetik  tor  protezləşdirmə  məqsədi  ilə  yırtıq  qapısının 
sərbəstləşdirilmiş  ölçülərinə  uyğun  surətdə  kəsilmiş  (şək.  4.17,  4.18)  və  yuxarıda 
qeyd  etdiyimiz  üsulla  qarın  boşluğuna  salınmışdır.  Tor  yırtıq  qapısı  üzərində 
oturdulmuş,  perimeter  boyunca    endostepplerlə  (şək.  4.19)  və  ya  fasiləli  düyünlü 
tikişlərlə (şək. 4.20) ətraf toxumalara tikilmişdir. Düyün dərialtı toxuma səviyyəsində 
bağlanmışdır  (şək.  4.21).  Sellüloza  tərkibli  tor  quyulduğu  hallarda  peritonizasiya 
aparılmamışdır. 
 
 
Şək. 4. 17. Sintetik torun kəsilməsi 


 
 
 
85 
 
Şək. 4.18. Sintetik torun hazırlanması 
 
 
Şək. 4.19. Sintetik torun yırtıq qapısı üzərində yerləşdirilməsi  və endostepplerlə fiksasiyası  


 
 
 
86 
 
Şək. 4.20. Sintetik torun fasiləli düyünlü endotikişlərlə fiksasiyası 
 
 
Şək. 4.21. Dərialtı sahədə endotikişin bağlanması 
 


 
 
 
87 
Bu  qrupun  xəstələrində  əməliyyatdan  sonrakı  ağrılar  və  diskomfort  hissi  orta 
hesabla 3,4±0,9 gün davam etmiş, narkotik analgetik istifadəsinə ehtiyac olmamışdır. 
TAP əməliyyatından sonra 4 xəstədə yerli (cədvəl 4.4), 3-də isə ümumi ağırlaş-
malar inkişaf etmişdir (cədvəl 4.5.). Yaranın infiltrasiyası və dərin hematoma ambu-
lator  konservativ  müalicə  hesabına  12-14  gün  müddətlərində  sorulmuşdur.  Seroma 
punksion üsulla ləğv edilmişdir. Erkən residiv baş vermiş xəstədə təkrar olaraq 3 ay 
sonra açıq cərrahi əməliyyat yerinə yetirilmişdir.  
Cədvəl 4.4 
Laparoskopik transabdominal hernioplastika əməliyyatlarından  
sonra inkişaf etmiş yerli ağırlaşmalar  
 
Ağırlaşmalar 
Laparoskopik 
transabdominal plastika 
(n=18) 
Müt. 

Əməliyyat yarası boyunca 
infiltrasiya 
 

 
5,5 
Yaranın dərin hematoması 

5,5 
Seroma 

5,5 
Erkən residiv 

5,5 
Cəmi 

22,2 
 
Ümumi ağırlaşmalara görə xəstələr konservativ müalicə  olunmuşdur.  Aşağı ət-
rafların səthi venalarının varikoz mənşəli tromboflebiti ilə xəstə 3 aydan sonra damar 
cərrahlığı şöbəsində cərrahi əməliyyat olunmuşdur. Xəstəyə 6 ay və 1 il sonra baxıl-
mışdır. Şikayətləri yoxdur.  
                                                                                                        Cədvəl 4.5 
Transabdominal hernioplastika əməliyyatlarından  
sonra inkişaf etmiş ümumi ağırlaşmalar 
 
Ümumi ağırlaşmalar 
Laparoskopik 
transabdominal plastika  
(n=18) 
Müt. 

Kəskin pnevmoniya 

11,1 
Aşağı ətrafın səthi venalarının 
tromboflebiti 
 

 
5,5 
Cəmi 

16,6 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə