Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 
 
 
61 
Xəstə R.S., 36 yaş, 5539 saylı x/t, 13.05.2009-cu il tarixdə qarının ön divarında 
köhnə  cərrahi  əməliyyat  çapığı  nahiyəsində  böyük  ölçülü  şişkinlik,  fiziki  iş  və 
öskürək zamanı şişkinlik nahiyəsində ağrılar və şişkinliyin böyüməsi, ümumi zəiflik 
və əmək qabiliyyətinin aşağı düşməsi şikayətləri ilə KTM-in cərrahlıq şöbəsinə mü-
raciət etmişdir. Özünü 4 ildir ki, xəstə hesab edir. 4 il əvvəl keçirilmiş xolesistektomi-
ya  əməliyyatından  bir  neçə  ay  sonra  əməliyyat  çapığı  nahiyəsində  kiçik  şişkinlik 
əmələ gəlmiş və bu müddətdə o xeyli böyümüşdür. Xəstəliyi ağır fiziki işlə əlaqələn-
dirir. Şişkinlik əvvəl kiçik ölçülərdə olmuş, son illər tədricən böyümüşdür. 
 
Həyat anamnezi xüsusiyyətsizdir. 
Ümumi  vəziyyəti  kafidir.  Huşu  aydındır.  Dəri  və  selikli  qişalar  adi  rəngdədir. 
Dərialtı  piy  qatı  çox  inkişaf  etmişdir.  Periferik  limfa  düyünləri  böyüməmişdir.  Da-
yaq-hərəkət sistemi dəyişikliksizdir. 
Tənəffüs  sərbəstdir,  ritmikdir,  ağciyərlər  üzərində  vezikulyar  tənəffüs  eşidilir. 
Ürək  tonları  karlaşmışdır.  Nəbz  ritmik,  kafı  dolğunluqlu,  dəqiqədə  76-dır.  Arterial 
təzyiq 125/75 mm.c.st.
 
Dil  nəmdir.  Qarın  yumşaqdır  və  ağrılızdır.  Qaraciyər  və  dalaq  əllənmir. 
Bağırsaq peristaltikası küyləri aydın eşidilir.
 
Diurez sərbəstdir. Pasternatski simptomu hər iki tərəfdə mənfıdir.
 
Defekasiya sərbəstdir, qazlar müntəzəm xaric olur.
 
St.  localis.  Mezoqastral  nahiyədə,  ağ  xətt  boyunca  əməliyyat  çapığı    üzərində 
ölçüləri 15,0X20,0X10,0 sm olan şişkinlik görünür. Şişkinlik üzərində dərinin rəngi 
dəyişikliksizdir.  Uzanıqlı  vəziyyətdə  şişkinlik  aradan  qalxır.  Palpator  olaraq  yırtıq 
qapısı 4 barmağı sərbəst buraxır. Öskürək təkanı simptomu müsbətdir. 
 
Klinik diaqnoz: Qarının əməliyyatdan sonrakı ventral yırtığı. 
 
Əməliyyatönü  hazırlıqdan  sonra  14.05.2009-cu  il  tarixdə  ETİ  fonunda  ümumi 
anesteziya altında yırtığın dərisi üzərində ağ xətt boyunca 6-8 sm uzunluqda boylama 
kəsik  aparılmış,  liflənmiş  aponevroz  boylama  istiqamətdə  genişləndirilmiş,  yırtıq 
kisəsi boyuna qədər dairəvi səfərbər edilmiş, açılmış, qapı genişləndirildikdən sonra 
iki kameralı olması aşkar edilmişdir. Yırtığın möhtəviyyatı (böyük piylik kisəsi nazik 


 
 
 
62 
bağırsaq  ilgəyi)  qarın  boşluğuna  düzəldilmişdir.  Yırtıq  qapısı  sərt  birləşdirici  toxu-
madan formalaşmış atma ilə 2 hissəyə ayrılmışdır. Biz həmin atmanı kəsməyi məq-
sədəuyğun  hesab  etmirik.  Kisə  daxili  kiset  tikişləri  ilə  boyun  səviyyəsində  tikilərək 
bağlandı.  Kisənin  sərbəst  hissəsi  atmaya  və  qapının  divarlarına  fiksə  edildi.  Yırtıq 
qapısı ətrafı dərialtı toxuma 5-6 sm hüdudlarında aponevrozdan ayrıldı. Əməliyyatın 
bu hissəsi aponevrozun sağlam, liflənməmiş hissəsinə qədər davam etdirildi. Polipro-
pilen tor (10X15 sm ölçülü “Galmesh”) sağlam hüdudlarda fasiləsiz tikişlərlə (atrav-
matik iynəli vikril 3/0) aponevroza tikildi. Konsentrik olaraq  2-ci sıra dairəvi fasilə-
siz tikiş yırtıq qapısının divarlarına, 3-cü sıra fasiləsiz tikiş isə diametral istiqamətdə 
qapının atmasına tikildi. Diqqətli hemostaz. Yara qat-qat tikildi. Dərialtı sahəyə kiçik 
mənfəzli  PVX drenaşı qoyuldu və onun hər  2 ucu  yaranın  başlanğıc  və  son hissələ-
rindən xaricə çıxarıldı. Aseptik sarğı qoyuldu. 
Birincili  yırtıqlara  görə  əməliyyatdan  sonrakı  erkən  dövrdə  açıq  üsulla  cərrahi 
əməliyyat olunmuş xəstələrdə aşağıdakı ağırlaşmalar rast gəlmişdir: seroma – 4, dərin 
hematoma  və  onun  irinləməsi  –  2,  yaranın  irinləməsi  -2,  liqatur  (tor)  fistulu  –  1. 
Seromalar USM müayinəsi ilə təsdiq olunmuş, bir neçə punksion boşalmadan və sərt 
sarğıdan  sonra  aradan  qalxmışdır.  Irinləmiş  hematoma  sahəsi  təkrar  drennləşmiş, 
boşluğun  mütəma-di  lavajı  aparılmış  və  2  həftə  ərzində  o,  aradan  qalxmışdır.  2 
xəstədə  irinli-infeksion  ağırlaşmaya  görə  yara  ikincili  sağalmışdır.  Həmin  xəstələr 
ambulator  şəraitdə  fiziki  üsullarla  (yerli  lazer-maqnit  terapiyası  kursu)  uğurlu  müa-
licə  olunmuşdur.  Liqatur  (tor)  fistuluna  görə  fistulun  dərinliyində  polipropilen  tor 
hissəsi bir neçə dəfə kəsilsə də həmin fistul yenidən formalaşmışdır (cədvəl 3.3).  
Cədvəl 3.3 
Açıq gərginliksiz plastika əməliyyatlarından 
sonra inkişaf etmiş yerli ağırlaşmalar 
 
 
 
 
 
 
Yerli ağırlaşmalar 
Açıq üsullarla 
plastika (n=35) 
Müt. 

Seroma, hematoma 

17,1 
Əməliyyat yarasının irinləməsi 

5,7 
Liqatur fistulu 

2,85 
İşemik orxit 

2,85 
Kəskin sidik ləngiməsi 

5,7 


 
 
 
63 
İşemik orxit və kəskin sidik ləngiməsi ambulator qaydada konservativ müalicə 
ilə aradan qalxmışdır. 
Bu qrupun xəstələrində yara nahiyəsində ağrılar, diskomfort hissi 8,2±1,5 gün 
davam etmişdir.  
Ümumi ağırlaşmalar 6 xəstədə inkişaf etmişdir (cədvəl 3.4). Kəskin pnevmoniya 
(2 xəstədə), reaktiv plevrit (2) və kəskin böyrək çatmazlığına (1) görə kompleks kon-
servativ  müalicə  aparılmış,  klinik  yaxşılaşmadan  sonra  xəstələr  evə  buraxılmışdır. 
Aşağı ətrafın səthi venalarının tromboflebitinə görə 1 aydan sonra xəstə cərrahi əmə-
liyyat olunmuşdur.  
Cədvəl 3.4 
Açıq üsul  ilə atenzion hernioplastikadan  
sonra inkişaf etmiş ümumi ağırlaşmalar 
 
Ümumi ağırlaşmalar 
Açıq üsullarla gərginliksiz 
plastika (n=35) 
Müt. 

Kəskin pnevmoniya 

5,7 
Reaktiv plevrit 

5,7 
Kəskin böyrək çatmazlığı 

2,85 
Aşağı ətrafların səthi 
venalarının tromboflebiti 
(trombozu) 
 

 
2,85 
Cəmi 

17,1 
 
Birincili  yırtıq  əməlyyatlarından  sonra  3  xəstədə  ümumi  ağırlaşmalar  (kəskin 
pnevmoniya - 1 xəstədə, reaktiv plevrit - 1 və aşağı ətrafın səthi venalarının trombo-
flebiti - 1) rast gəlmiş, müvaifiq ixtisaslı mütəxəssislərin iştirakı ilə onların müalicəsi 
aparılmışdır. 
Birincili yırtıq plastikası əməliyyatlarından sonra 1-3 il ərzində heç bir hadisədə 
residiv baş verməmişdir.  
Stasionarda orta müalicə müddəti 6,5±1,3 (0-20 gün) təşkil etmişdir (p<0,05). 
Açıq atenzion plastika əməliyyatı keçirmiş xəstələrin tibbi və sosial reabilitasiya 
müddəti 4,9±0,8 həftə (2-7 həftə) davam etmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə