Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 
 
 
48 
birinin  köməyi  ilə  asan  yerinə  yetirilir,  tamamilə  təhlükəsizdir,  ənənəvi  üsullardan 
fərqli olaraq uzun müddət (1-2 həftə) tələb etmir, əzabverici deyildir, prosesin böyük 
hissəsi  ev  şəraitində  (poliklinika  və  ya  xəstəxana  şəraitində  yalnız  1  hidroyuyulma 
seansı) həyata keçirilir.       
Hipertoniya xəstəliyi, ÜXİX müəyyən edilmiş yaşlı xəstələrdə və şəkərli diabet 
xəstələrində əməliyyatönü hazırlıq dövrü müvafiq ixtisaslı həkimlərin (kardioloq, en-
dokrinoloq və ya diabetoloq) təyinatı ilə ev şəraitində aparılmış, xəstələrin laborator-
instrumental  monitorinqi  (dinamik  EKQ,  zəruri  hallarda  ExoKQ,  qanda  və  sidikdə 
qlükozanın dinamik təyini) həyata keçirilmiş, yalnız tam medikamentoz və dietoloji 
korreksiya (kompensasiya) əldə edildikdən sonra cərrahi əməliyyat yerinə yetirilmiş-
dir. 
Videolaparoskopik  hernioplastika  əməliyyatı  zamanı  karboksiperitoneum  yara-
dılması (12-15 atm təzyiq altında) zərurəti meydana çıxır. Karboksiperitoneum şərai-
tində qarındaxili təzyiq kəskin artır, diafraqma döş boşluğuna doğru sıxılır. Bu vəziy-
yət, əməliyyat vaxtı və sonra bu və ya digər səviyyəli kəskin tənəffüs çatmazlığı, ağ-
ciyər  ödemi  kimi  təhlükəli  ağırlaşmalarla  tamamlana  bilər.  Bu  ağırlaşmaların  profi-
laktikası  məqsədi  ilə  əməliyyatönü  hazırlıq  dövründə  tənəffüs  sisteminin  vəziyyəti 
öyrənilməli (döş boşluğunun icmal R-skopiyası, ağciyərlərin həyat tutumu, qan qaz-
larının  kəmiyyət  göstəriciləri  və  s.),  terapevtin  təyinatı  ilə  farmakoloji  korreksiya 
(anabolik hormonlar, β-adrenoblokatorlar, bronxgenişləndirici və bəlğəmgətirici pre-
paratlar və s.) aparılmalıdır.  
Sidik cinsiyyət sisteminin dəyişiklikləri müəyyən olunduğu hadisələrdə əməliy-
yatönü dövrün gedişi uroloqun nəzarəti və təyinatı əsasında davam etdirilmişdir. 
İmmunoloji  statusun  dəyişiklikləri  zamanı  immunmodulyatorlar  (perftoran,  po-
lioksidonium, immunal), ümumi müqavimətartırıcı müalicə (vitaminlər, jenşen və ya 
biyan  kökü  preparatları,  exineseya  preparatı,  anabolik  hormon),  nevroloji-psixoloji 
statusun dəyişiklikləri zamanı  müvafiq ixtisaslı mütəxəssislər tərəfindən sedativ pre-
paratlar  (sonopaks,  valerian  ekstraktı,  passiflora,  stresam  və  b.),  trankvlizatorlar    və 
antipsixotik preparatlar (amitriptilin, neuleptil) təyin edilmişdir. 


 
 
 
49 
2.4. Anesteziya üsulunun seçilməsi 
Hernioloji cərrahiyyədə yırtığın lokalizasiyasindan, icra ediləcək əməliyyat üsu-
lu və onun həcmindən asılı olaraq adekvat anesteziya üsulunun seçimi böyük əhəmiy-
yət kəsb edir. Anesteziya üsulu əməliyyatın nəzərdə tutulmuş müddətlərdə və həcm-
də,  əlverişli  miorelaksasiya  şəraitində  yerinə  yetirilməsinə  şərait  yaratmalıdır.  Əmə-
liyyatın  gedişi  boyunca  anesteziya  üsulunun  dəyişdirilməsini  məqbul  hesab  etmirik. 
Ona görə də seçim prosesi 3 iştirakçı – xəstə, anestezioloq və cərrah tərəfindən həya-
ta  keçirilməli,  ən  nəhayət,  konkret  xəstə  üçün  optimal  əlverişli  anesteziya  üsulunun 
tətbiqi qərara alınmalıdır. Yəni seçim prosesində anestezioloqun rəyi, xəstənin istəyi 
(marağı) və əməliyyatın həcmi (cərrahın rəyi) əsas götürülmüşdür.  
Əksər xəstələrdə müştərək (spinal və ümumi venadaxili) anesteziyaya üstünlük  
verilmişdir.  Ümumi  intravenoz  çoxkomponentli  anesteziyaya  spinal  anesteziyanın 
mütləq əlavə edilməsi qarının aşağı mərtəbəsinin (qasıq və bud yırtıqlarında) ön diva-
rı əzələlərinin maksimal relaksasiyasını təmin etdiyinə görə rekonstruktiv-bərpaedici 
cərrahi əməliyyatın gedişini və idarə olunmasını xeyli asanlaşdırmışdır. Laparoskopik 
hernioplastika əməliyyatları yalnız endotraxeal intubasiya şəraitində çoxkomponentli 
ümumi anesteziya altında yerinə yetirilmişdir. Çünki keyfiyyətli transabdominal her-
nioplastikanın həyata keçirilməsi üçün qarın divarının keyfiyyətli görünüşü və qarın 
daxili manipulyasiyaların asan icra edilməsi olduqca vacibdir. Bu ancaq qənaətbəxş 
karboksiperitoneum  şəraitində  mümkündür.  Karboksiperitoneum  şəraitində  tənəffü-
sün və ürək damar sisteminin daimi idarə olunması, bu sistemlərə nəzarət üçün əmə-
liyyatın icra edilməsinin yeganə rasional yolu endotraxeal intubasiya şəraitində ağci-
yərlərin  süni  ventilyasiyasıdır.  Bu  xəstələrdə  mərkəzi  venalardan  biri  və  bir  dirsək 
venası  kateterizasiya  olunmalıdır.  Bu  ümumi  anesteziya  zamanı  zəruri  preparatların 
yeridilməsini və anesteziya prosesinin idarə olunmasını asanlaşdırır. 
Ümumi anesteziya üsulu açıq və videoendoskopik hernioplastika əməliyyatı za-
manı  41  xəstədə  müvəffəqiyyətlə  tətbiq  edilmişdir.  Digər  xəstələrdə  müştərək 
(venadaxili  və  epidural),  həmçinin  yerli  infiltrasiyaedici  (nəzarət  qrupunun  bəzi 
xəstələri) anesteziya üsulları istifadə olunmuşdur. 


 
 
 
50 
FƏSİL III 
QARIN DİVARININ YIRTIQLARININ 
AÇIQ CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ 
 
Qarının ön divarının birincili, residiv və əməliyyatdan sonrakı yırtıqları olan 35 
xəstənin (I qrup) açıq atenzion cərrahi müalicəsinin nəticələri təhlil edilmişdir. Bütün 
xəstələrdə  yırtıq  qapısının  açıq  üsullarla  gərilməsiz  plastikası  aparılmışdır.  Protez-
ləşdirici  vasitə  kimi  polipropilen  tor  istifadə  edilmişdir.  Yırtıqların  anatomik 
xarakteristikası 3.1 saylı cədvəldə təqdim edilmişdir.  
Cədvəl 3.1 
Yırtıqların anatomik xüsusiyyətlərinə görə xəstələrin bölgüsü  
 
Yırtıqlar 
Açıq gərginliksiz 
hernioplastika 
(n=35) 
Sağtərəfli qasıq 

Soltərəfli qasıq 

Bud 

Bilateral bud 

Birincili göbək  

Residiv göbək 

Birincili ağ xətt 

Residiv ağ xətt 

İlk dəfə əmələ gəlmiş 
residivlər (qasıq yırtığı) 
 

İkincili əmələ gəlmiş 
residivlər (qasıq yırtığı) 
 

3 dəfə əmələ gəlmiş 
residivlər (qasıq yırtığı) 
 

Əməliyyatdan sonrakı 
yırtıqlar: 
 
                7 
 
Xəstələr  ənənəvi  əməliyyatönü  hazırlıqdan  (əməliyyatdan  sonra  bağırsağın  if-
licinin profilaktikası (bağırsağın boşaldılması), traxeobronxial ağacın sanasiyası, irin-
li-infeksion ağırlaşmaların profilaktikası, qarındaxili təzyiqin nizamlanması tədbirləri 
və s.) sonra planlı qaydada cərrahi əməliyyat olunmuşdur.    


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə