Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 
 
 
58 
madan formalaşmış atma ilə 2 hissəyə ayrılmışdır. Biz həmin atmanı kəsməyi məqsə-
dəuyğun  hesab  etmirik.  Kisə  daxili  kiset  tikişləri  ilə  boyun  səviyyəsində  tikilərək 
bağlandı.  Kisənin  sərbəst  hissəsi  atmaya  və  qapının  divarlarına  fiksə  edildi.  Yırtıq 
qapısı ətrafı dərialtı toxuma 5-6 sm hüdudlarında aponevrozdan ayrıldı. Əməliyyatın 
bu hissəsi aponevrozun sağlam, liflənməmiş hissəsinə qədər davam etdirildi. Polipro-
pilen tor (10X15 sm ölçülü “Galmesh”) sağlam hüdudlarda fasiləsiz tikişlərlə (atrav-
matik iynəli vikril 3/0) aponevroza tikildi. Konsentrik olaraq 2-ci sıra dairəvi fasilə-
siz tikiş yırtıq qapısının divarlarına, 3-cü sıra fasiləsiz tikiş isə diametral istiqamətdə 
qapının atmasına tikildi. Diqqətli hemostaz. Yara qat-qat tikildi. Dərialtı sahəyə kiçik 
mənfəzli PVX drenaşı qoyuldu və onun hər 2 ucu yaranın başlanğıc və son hissələ-
rindən xaricə çıxarıldı. Aseptik sarğı qoyuldu. 
Əməliyyatdan sonrakı dövr sakit keçmiş, 07.02.2009-cu il tarixdə xəstə evə ya-
zılmış,  müalicə ambulator şəraitdə poliklinika cərrahının nəzarəti altında davam et-
dirilmiş, yara birincili sağalmışdır.  
3, 6 ay və 1,5 ildən sonra baxılmışdır.  Residiv və şikayətlər yoxdur. Əmək fəa-
liyyətini davam etdirir.  
Residiv yırtıqlar zamanı açıq atenzion plastika üsullarının üstünlüklərini nəzərə 
alaraq onların icrasını vacib hesab etmişik. Lakin açıq əməliyyatların travmatikliyi və 
uzun müddətlərdə icrası ümumi stasionar müalicənin artmasına səbəb olur. Aşağıda-
kı nümunədə bu öz təsdiqini tapmışdır. 
Praktikadan nümunə 
Xəstə K.K., 26 yaş, 12128 saylı x/t, 12.10.2009-cu il tarixdə qarının ön divarın-
da, köhnə əməliyyat çapığı boyunca nahiyəsində şişkinlik, fiziki iş, öskürək və hərə-
kət zamanı şişkinliyin ağrılı olması və böyüməsi və əmək qabiliyyətinin aşağı düşmə-
si şikayətləri ilə KTM-ə müraciət etmişdir. 
Özünü 3 ildir ki, xəstə hesab edir. Xəstəliyi ağır fiziki işlə əlaqələndirir. 1 il əv-
vəl Cəlilabad RMX-nın cərrahiyyə şöbəsində ağ xətt yırtığına görə cərrahi əməliyyat 
olunmuş, 1 ay sonra həmin nahiyədə yenidən yırtıq əmələ gəlmişdir. 
 


 
 
 
59 
Həyat anamnezi xüsusiyyətsizdir.
 
Ümumi  vəziyyəti  kafidir.  Huşu  aydındır.  Dəri  və  selikli  qişalar  adi  rəngdədir. 
Dərialtı  piy  qatı  kafi  qalınlıqdadır.  Periferik  limfa  düyünləri  böyüməmişdir.  Dayaq-
hərəkət sistemi dəyişikliksizdir.
 
Tənəffüs  sərbəstdir,  tənəffüs  hərəkətlərinin  tezliyi  dəqiqədə  18-dir.  Ağciyərlər 
üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları bir qədər karlaşmışdır. Nəbz ritmik, 
kafı dolğunluqlu, dəqiqədə 80-dir. Arterial təzyiq 130/80 mm.c.st.
 
Dil nəmdir. Qarın simmetrikdir, yumşaqdır və ağrısızdır. Qaraciyər və dalaq əl-
lənmir. Bağırsaq peristaltikası küyləri aydın eşidilir.
 
Diurez sərbəstdir, ağrısızdır. Pasternatski simptomu hər iki tərəfdə mənfıdir.
 
Defekasiya müntəzəmdir, qazlar sərbəst xaric olur.
 
St.  localis.  Horizontal  vəziyyətdə  ağ  xəttin  göbəkdən  yuxarı  hissəsində  köhnə 
əməliyyat çapığı nahiyəsində ölçüləri 5,0X6,0 sm olan ovalşəkilli şişkinlik görünür. 
Şişkinlik üzərində dərinin rəngi adidir. Öskürək təkanı simptomu müsbətdir. Palpator 
olaraq şişkinlik qarın boşluğuna sərbəst düzəlir. Yırtıq qapısı 4 barmağı sərbəst bura-
xır.
 
Klinik diaqnoz:  Sərbəst residiv ağ xətt yırtığı. 
 
Əməliyyatönü hazırlıq aparılmış, 13.10.2009-cu il tarixdə ETİ olunmaqla ümu-
mi  anesteziya  altında  boylama  istiqamətdə  haşiyəvi  kəsiklə  köhnə  çapıq  toxuması 
kəsilərək xaric edildi. Dəri, dərialtı qat kəsildi, yırtıq kisəsi ayırd olundu, aponevroz 
boylama  istiqamətdə  genişləndirildi,  kisə  tam  səfərbər  edildi,  açıldı,  yırtığın  çoxka-
meralı olması müəyyən olundu. Bitişmələr ayrıldı, kəsildi, yırtıq möhtəviyyatı (böyük 
piylik hissəsi) qarın boşluğuna salındı. Düz əzələlərin arxa yatağı boylama istiqamət-
də kəsildi. 7X15 sm ölçülü polipropilen tor (“Surgipro”) atravmatik iynəli 0/0 prolen 
sapla düz əzələlərin yatağının sərbəst kənarlarına və perimetr boyunca yırtıq qapısına  
fasiləsiz  tikildi.  Diqqətli  hemostaz  edildi,  düz  əzələlərin  arxasına  silikon  drenaj  qo-
yuldu. Yara qat-qat tikildi. Aseptik sarğı qoyuldu.. 
 
Əməliyyatdan sonrakı dövr sakit gedişli oldu. Yara birincili sağaldı. 22.10.2009-
cu il tarixdə xəstə ambulator müşahiudə üçün evə buraxıldı. 3 ay və 1 ildən sonra ba-


 
 
 
60 
xılmışdır. Residiv və şikayətlər yoxdur. Əmək qabiliyyəti tamamilə bərpa olunmuş-
dur.
 
I  qrupda  birincili  yırtıqlar  17  xəstədə  rast  gəlmişdir.  Onların  10-u  qasıq,  3-ü 
göbək,  3-ü  bud,  1-i  isə  ağ  xətt  yırtığı  olmuşdur.  1  xəstədə  bud  yırtığı  ikitərəfli  ol-
muşdur. Bu xəstələrdə 18 açıq atenzion hernioplastika əməliyyatı yerinə yetirilmişdir 
(cədvəl 3.2).  
Cədvəl 3.2 
Birincili yırtıqların anatomik xüsusiyyətlərinə görə bölünməsi  
 
 
 
Polipropilen torla 
hernioplastika 
(n=17) 
Qasıq yırtıqları: 
Sağtərəfli  
 

Soltərəfli  

Bud yırtıqları: 
Sağtərəfli  
 

Soltərəfli 

İkitərəfli 
1 xəstədə 2 əməliyyat 
Göbək yırtığı 

Ağ xətt yırtığı 

 
Cədvəldən göründüyü kimi birincili qasıq yırtıqları daha çox – 10 xəstədə rast 
gəlmişdir. Bu xəstələrdə Lichtenstein üsulu ilə gərilməsiz plastika əməliyyatları yeri-
nə  yetirilmişdir.  Digər  lokalizasiyalı  (bud,  göbək,  ağ  xətt)  birincili  yırtıqlara  görə  8 
atenzion plastika əməliyyatı icra edilmişdir.  
Əməliyyatdan sonrrakı yırtıqların cərrahi müalicəsi Stoppa və Mejo üsulları ilə 
həyata  kecirilmişdir.  Bu  üsullların  əlverişli  və  dayanıqlı  nəticələri  onların  tətbiqinin 
məqsədəuyğunluluğunu  diqtə  edir.  Bizim  xəstələrdə  açıq  gərginliksiz  əməliyyatlar-
dan sonra residiv hadisələri olmamışdır. Lakin əməliyyatdan sonrakı dövrun və tibbi-
sosial reabilitasiyanın uzun müddət davam etməsi açıq plastikanın qüsurlarındandir. 
Nümunə təqdim edirik. 
Praktikadan nümunə
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə