Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
 
 
45 
təhlükəli infeksiyalara (virus hepatitləri, sifilis, QİÇS) görə laborator müayinələr apa-
rılmışdır. 
Rentgenoloji  müayinələr  qarının  ön  divarının  birincili,  residiv  və  əməliyyatdan 
sonrakı yırtıqlarına görə planlı surətdə qəbul olunmuş bütün xəstələrdə yerinə yetiril-
mişdir.  Döş  qəfəsinin  və  qarın  boşluğunun  icmal  R-skopiyası  tənəffüs,  ürək-damar 
sistemlərinin yaşla əlaqəli dəyişikliklərini, həzm traktının R-qrafiyası yanaşı xəstəlik-
ləri  (qastritlər,  mədə  və  OBB-ın  xora  xəstəliyi,  diafraqma  yırtığı  və  s.)  müəyyən 
(inkar) etməyə imkan vermişdir.  
Qarın boşluğunun yanaşı cərrahi və həcmi xəstəliklərinin diaqnostikası (inkarı) 
məqsədi ilə bütün xəstələrdə USM aparılmışdır. Bir sıra hadisələrdə bu müayinə yır-
tıq möhtəviyyatının xarakteri və həcmi haqqında mühüm məlumatlar əldə etməyə şə-
rait yaratmışdır.  
Endoskopik  müayinələr (FQDS, RRS və FKS)  müvafiq boşluqlu üzvlərin (mə-
də, OBB, anal kanal, düz bağırsaq, S-əbənzər bağırsaq, çəmbər bağırsağın digər şö-
bələri) yerli üzvi dəyişikliklərini və patoloji vəziyyətləri vizual olaraq müəyyən etmə-
yə və sənədləşdirməyə (videofilm çəkilişi və sonradan fotolaşdırma) şərait yaratmış-
dır. 
Laparoskopik  və  ya  videoendoskopik  hernioplastika  əməliyyatının  icrasının 
mümkünlüyünü müəyyən etmək məqsədi ilə KT və (və ya) MRT müayinələri olduq-
ca  zəruridir. Bu  müayinələr  yırtıq  möhtəviyyatının  xarakteri, həcmi,  yırtıq  qapısının 
ölçüləri, bitişmələrin mövcudluğu (olmaması), yırtıqətrafı toxumaların vəziyyəti haq-
qında dolğun informasiyalar əldə etməyə imkan vermişdir. 
Yırtığın ölçüləri  
Əksər xəstələrdə yırtıq möhtəviyyatının həcmi yırtıq qapısının ölçüləri ilə mü-
tənasib olmuşdur. Lakin kiçik yırtıq qapısına müvafiq olmayan orta, böyük, hətta nə-
həng  yırtıqlara  da  rast  gəlinmişdir.  Sonuncu  yırtıqlar  adətən  düzəlməyən  olmuşdur. 
Bud  və  qasıq  yırtıqlarının  qapısı  xəstələrin  böyük  hissəsində  kiçikölçülü  olmuşdur. 
Yırtıq qapısının ölçülərinə görə xəstələrin bölünməsi  2.6 saylı cədvəldə verilmişdir. 


 
 
 
46 
Cədvəl 2.6 
Yırtıq qapılarının ölçülərinə görə xəstələrin bölgüsü 
(intraoperasion məlumatlar) 
Yrtıq 
qapısının 
ölçüləri 
(sm) 
 
I qrup (35 xəstədə 
36 yırtıq defekti) 
 
II qrup (n=18) 
 
III qrup (17 xəstədə  
19 yırtıq defekti) 
< 5 
17 (3,7±0,2)* 

(3,2±0,15)** 
9 (2,6±0,25)* 
5-10 
9  (7,5±0,3)* 
5 (8,0±0,3)** 
6 (7,1±0,4)* 
11-15 
5 (13,2±0,9)** 
4  
(12,3±0,25)* 
3 (12,6±0,1)** 
> 15 
5  (19,1±1,0)* 
1 (18,5) 
1 (16,0) 
                 Qeyd: * - p < 0,01; ** p < 0,5 
 
Tədqiqatın  işində  alınmış  riyazi  göstəricilər  müasir  metodikalara  əsaslanmaqla 
və “Statistica” proqramı vasitəsi ilə statistik təhlil olunmuşdur. Hər bir qrupun göstə-
riciləri variasion sıraya düzülmüş, hər variasion sıra üçün orta hesab göstəricisi (M), 
bu göstəricinin standart xətası (m), minimal (min) və maksimal (max) qiymətləri he-
sablanmışdır.  Qrupların  kəmiyyət  göstəriciləri  arasında  fərqlər  qeyri-parametrik 
üsulla – Wilkokson (Mann-Wythni) meyarı (W) ilə hesablanmışdır. Keyfiyyət analizi 
aparmaq  üçün  Pirso-nun  uyğunluq  meyarı  (
2
-meyarı)  istifadə  olunmaqla  tetraxorik 
və polixorik əlaqə göstəriciləri istifadə edilmişdir. 
2.3. Əməliyyatönü hazırlıq dövrünün xüsusiyyətləri 
 Səmərəli,  qısamüddətli,  təhlükəsiz  və  asan  idarə  olunan  əməliyyatönü  hazırlıq 
proqramlarının hazırlanması, onun həm stasionar, həm ambulator, hətta ev şəraitində 
aparıla bilməsi müasir cərrahiyyənin bu günə qədər həllini tapmayan məsələlərindən-
dir. Əməliyyönü dövrdə yerli ağırlaşmaların profilaktikası məqsədi ilə əməliyyat böl-
gəsinin və mədə-bağırsaq traktının əməliyyata hazırlanması vacib şərtlərdəndir. Açıq 
cərrahiyyənin tələblərinə cavab verən əməliyyatönü hazırlıq proqramları laparoskopik 
(endoskopik)  cərrahlıq  üçün  məqbul  deyildir.  Çünki  bu  proqramlar  ənənəvi,  açıq 
yırtıq cərrahiyyəsi üçün nəzərdə tutulduğundan laparoskopik (endoskopik) cərrahlığın 
tələbləri və xüsusiyyətləri nəzərə alınmamışdır. 


 
 
 
47 
Əməliyyatönü dövrdə zəruri klinik-laborator və instrumental müayinələrlə yana-
şı mədə-bağırsaq traktının, digər üzv və sistemlərin cərrahi əməliyyata hazırlanması 
gənc  və  orta  yaşlı  şəxslərdə,  yanaşı  ağır  xəstəlikləri  olmayan  xəstələrdə  ambulator 
(47 xəstə), yanaşı xəstəlikləri olan, yaşlı, piylənmədən əziyyət çəkən və ya kök xəs-
tələrdə (23) isə stasionar şəraitdə aparılmışdır. Ambulator hazırlıq prosesi keçirildik-
dən  sonra  xəstələr  cərrahi  əməliyyat  günü  xəstəxanaya  qəbul  olunmuş,  diaqnostik 
müayinələrin nəticələri və əməliyyatönü hazırlıq prosesinin keyfiyyəti öyrənilmiş, də-
yərləndirilmiş,  qüsurlar  müəyyən  olunduqda  (bu  və  ya  digər  diaqnostik  müayinənin 
keyfiyyətsizliyi,  azinformativliyi)  həmin  müayinə  və  vacib  digər  müayinələr  təkrar 
edilmiş, əməliyyatönü hazırlıq tamamlanmışdır. Situasiyadan asılı olaraq həmin gün 
və ya növbəti gün cərrahi əməliyyat yerinə yetirilmişdir.  
Yırtığın plastikası əməliyyatından sonra qarındaxili təzyiqin artmasının qarşısını 
almaq, qarın üzvlərinin yeni yaranacaq şəraitə uyğunlaşdırılması üçün əməliyyatdan 
1 həftə əvvəl xəstələrə sıx bandaj geyilməsi və onun boşaldıqca sıxılmasını, enli şal 
və  ya  mələfə  ilə  qarının  sıx  bağlanmasını,  yenə  də  boşaldıqca  dərhal  bərkidilməsini 
tövsiyə  etmişik.  Qarının  bandajla,  şal  və  ya  mələfə  ilə  bağlanması  ilə  yanaşı  olaraq 
xəstələrə  gündə  azı  3  dəfə  (hər  dəfə  10-15  dəq.)  qarındaxili  təzyiqi  artıran  müalicə 
gimnastikası hərəkətlərini icra etməyi məsləhət görmüşük. 
Poliklinika həkimlərinin tövsiyəsi ilə ənənəvi qaydada (24 xəstədə) və tərəfimiz-
dən təklif olunmuş metodika ilə (46 xəstədə)  mədə-bağırsaq traktı cərrahi əməliyyata 
hazırlanmışdır.  Əməliyyatdan  1  həftə  əvvəl  xəstələr  bizim  tövsiyələrimiz  əsasında 
əsirgəyici, tullantısız qidalarla qidalanmış,  əməliyyatdan 2 gün  əvvəl işlədici prepa-
ratlar (1 l suda həll edilmiş 1 və ya 2 paket fortrans və ya 2-3 saatlıq fasilələrlə  60-90 
ml gənəgərçək yağı (hər dəfə 20-30 ml) qəbul etmiş, axşam və səhər saatlarında tə-
mizləyici imalə (hər dəfə 2 imalə, cəmi 4 imalə) olunmuşlar. Əməliyyatdan 1 gün əv-
vəl qida qəbulu tamamilə dayandırılmış, xəstələrə yalnız kiçik porsiyalarla maye qə-
bulu məsləhət görülmüşdür. Əməliyyatdan 1 gün əvvəl və ya əməliyyat günü “Hidro-
kolon”  aparatı  ilə  yoğun  bağırsaq  təmiz  su  alınana  qədər  yuyulmuşdur.  Təklif  et-
diyimiz bu metodika sadədir, bilavasitə xəstənin özü tərəfindən və ya ailə üzvlərindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə