Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
 
 
55 
Xəstə B.Z., 67 yaş, 54826 saylı x/t, 12.05.2009-cu il tarixdə hər 2 qasıq nahiyə-
sində şişkinlik, fiziki iş, öskürək və hərəkət zamanı şişkinliyin böyüməsi, həyat key-
fıyyətinin pisləşməsi və əmək qabiliyyətinin aşağı düşməsi şikayətləri ilə KTM-ə mü-
raciət etmişdir. Özünü bir neçə ildir ki, xəstə hesab edir. Xəstəliyi ağır fiziki işlə əla-
qələndirir. Hər 2 tərəfdə əvvəllər hernioplastika əməliyyatı aparılmışdır. Həmin əmə-
liyyatdan  1  il  sonra  əvvəl  sağ,  bir  neçə  ay  sonra  isə  sol  tərəfdə  yırtığın  residivi  baş 
vermişdir.
 
Həyat anamnezi xüsusiyyətsizdir. 
Huşu aydındır. Suallara cavab verir. Dəri və selikli qişalar adi rəngdədir. 
Dərialtı piy qatı kafi qalınlıqdadır. Periferik limfa düyünləri böyüməmişdir. Dayaq-
hərəkət sistemi dəyişikliksizdir. 
Tənəffüs  sərbəstdir,  ritmikdir,  tənəffüs  hərəkətlərinin  tezliyi  dəqiqədə  18-dir. 
Ağciyərlər üzərində sərt tənəffüs eşidilir. Ürək tonları karlaşmışdır. Nəbz ritmik, kafı 
dolğunluqlu, dəqiqədə 80-dir. Arterial təzyiq 130/80 mm.c.st. 
Dil nəmdir, təmizdir. Qarın simmetrikdir, yumşaqdır, intaktdır və ağrısızdır. Qa-
raciyər və dalaq əllənmir. Bağırsaq peristaltikası küyləri aydın eşidilir. 
Diurez sərbəstdir. Pasternatski simptomu hər iki tərəfdə mənfıdir. 
Defekasiya müntəzəmdir, qazlar sərbəst xaric olur. 
St. localis. Sağ qasıq nahiyəsində ölçüləri 5,0X6,0X4,0 sm olan şişkinlik görü-
nür. Şişkinlik üzərində dərinin rəngi adidir. Qasıq bağına paralel 7-8 sm uzunluqda 
əməliyyat çapığı görünür. Horizontal vəziyyətdə şişkinliyin ölçüləri bir qədər kiçilir. 
Palpator olaraq şişkinlik qarın boşluğuna düzəlmir.  
Sol qasıq nahiyəsində ölçüləri 4,0X5,0X4,0 sm olan ovalşəkilli şişkinlik, şişkin-
lik  üzərində  7-8  sm  uzunluqda  köhnə  əməliyyat  çapığı  görünür.  Şişkinlik  üzərində 
dərinin rəngi adidir. Horizontal vəziyyətdə şişkinliyin ölçüləri xeyli kiçilir. Öskürək 
təkanı  simptomu  müsbətdir.  Yüngün  palpasiya  nəticəsində  şişkinlik  sərbəst  surətdə 
qarın boşluğuna düzəlir.  
Klinik diaqnoz: Sağtərəfli çəp geriyə qayıtmayan residiv qasıq yırtığı. Soltərəfli 
sərbəst, düz residiv qasıq yırtığı.  


 
 
 
56 
Əməliyyatönü hazırlıq ambulator şəraitdə təklif etdiyimiz metodika üzrə aparıl-
mış, 13.05.2009-cu il tarixdə yerli infiltrsion anesteziya altında sağ qasıq bağına pa-
ralel köhnə çapıq toxuması kəsilərək xaric edilməklə dəri, dərialtı qat kəsilmiş, yırtıq 
kisəsi  ayırd  olunmuş,  aponevroz  boylama  istiqamətdə  genişləndirilmiş,  kisə  hər  tə-
rəfdən  səfərbər  edilmiş,  açılmış,  qapı  genişləndirildikdən  sonra  möhtəviyyat  (nazik 
bağırsaq  ilgəyi)  qarın  boşluğuna  düzəldilmişdir.  Toxum  ciyəsi  daxili  dəliyə  qədər 
mobilizə olunduqdan sonra qasıq kanalının arxa divarına 11X7 sm ölçülü polipropi-
len (“Surgipro”) qoyulmuş və Lichtenstein üsulu ilə alloplastika əməliyyatı icra edil-
mişdir.  
Əməliyyatdan sonrakı dövr sakit keçmiş, bu dövrün son günlərində növbəti cər-
rahi əməliyyata hazırlıq aparılmış və o, 19.05.2009-cu il tarixdə icra edilmişdir: yerli 
infiltrsion  anesteziya  altında  sol  qasıq  nahiyəsində  köhnə  çapıq  toxuması  kəsilərək 
xaric  edilməklə  yırtıq  kisəsi  ayırd  olunmuş,  səfərbər  edilmiş,  yırtıq  kisəsi  açılmış, 
möh-təviyyat  (böyük  piylik  hissəsi)  qarın  boşluğuna  düzəldilmişdir.  Toxum  ciyəsi 
daxili dəliyə qədər səfərbər olunmuş, qasıq kanalının arxa divarına 11X8 sm ölçülü 
polipropilen (“Surgipro”) qoyulmuş və Lichtenstein üsulu ilə alloplastika yerinə yeti-
rilmişdir. Əməliyyatdan sonrakı dövr sakit keçmiş, 22.05.2009-cu il tarixdə xəstə evə 
yazılmış,  müalicə ambulator şəraitdə tamamlanmış, yara birincili sağalmışdır.  
Bu xəstənin stasionar müalicəsi 11 gün davam etmişdir. Bu hal xəstənin ümumi 
və  spinal anesteziyadan imtina etməsi ilə əlaqədar olmuşdur. Nəticədə xəstənin yaşı 
və  yanaşı  somatik  xəstəlikləri  (ÜXIX)  nəzərə  alan  müalicə  cərrahı  eynimomentli 
əməliyyatın yerinə yetirilməsini məqbul hesab etməmişdir. 6 ay və 2 ildən sonra ba-
xılmışdır.  Residiv və şikayətlər yoxdur. Xəstə təqaüdçü olsa da ev şəraitində zəruri 
fiziki işləri yerinə yetirir. 
Digər lokalizasiyalı (bud, göbək, ağ xətt) birincili yırtıqlara görə uğurla nəticə-
lənmiş 5 atenzion plastika əməliyyatları icra edilmişdir. Bu xəstələrdə həmin yırtıqlar 
Bassini, Stoppa və Majo  üsulları  ilə  yerinə  yetirilmişdir. Stoppa üsulunun gedişi  və 
əməliyyatın nəticəsinə dair klinik hadisəni təqdim edirik.   


 
 
 
57 
Praktikadan nümunə
 
Xəstə S.T., 55 yaş, 10220 saylı x/t, 31.08.2009-cu il tarixdə qarının ön divarında 
ağrılı şişkinlik, təngənəfəslik, tez-tez boğulma halları, ümumi zəiflik və əmək qabi- 
liyyətinin aşağı düşməsi şikayətləri ilə KTM-ə müraciət etmişdir. Özünü bir neçə ildir 
ki, xəstə hesab edir. Xəstəliyi ağır fiziki işlə əlaqələndirir. Şişkinlik əvvəl kiçik ölçü-
lərdə olmuş, son illər tədricən böyümüşdür. 
 
Həyat anamnezi xüsusiyyətsizdir. 
Huşu aydındır. Suallara cavab verir. Dəri və selikli qişalar adi rəngdədir. Dərial-
tı piy qatı kafi qalınlıqdadır. Periferik limfa düyünləri böyüməmişdir. Dayaq-hərəkət 
sistemi dəyişikliksizdir. 
Tənəffüs  sərbəstdir,  ritmikdir,  Ağciyərlər  üzərində  sərt  tənəffüs  fonunda  kiçik 
kalibrli seyrək xışıltılar eşidilir. Ürək tonları karlaşmışdır. Nəbz ritmik, kafı dolğun-
luqlu, dəqiqədə 80-dir. Arterial təzyiq 130/85 mm.c.st. 
Dil  qurudur,  yaşıl  ərplə  örtülmüşdür.  Qarın  palpator  köpdür,  epiqastral  nahiyə 
ağrılıdır. Qaraciyər və dalaq əllənmir. Bağırsaq peristaltikası küyləri aydın eşidilir. 
Diurez sərbəstdir. Pasternatski simptomu hər iki tərəfdə mənfıdir. 
Defekasiya  3-4  gündən  bir,  işlədici  dərman  vasitələri  qəbulundan  sonra  baş 
verir. Qazlar arabir, kiçik porsiyalarla sərbəst xaric olur. 
St. localis. Göbək nahiyəsində ölçüləri 6,0X12,0 sm olan şişkinlik görünür. Şiş-
kinlik üzərində dərinin rəngi dəyişikliksizdir. Palpator olaraq şişkinliyin konsistensi-
yası bir qədər bərkləşmişdir, qarın boşluğuna çətin düzəlir.  
Klinik diaqnoz: Sərbəst göbək yırtığı. III dərəcəli piylənmə. 
Əməliyyatönü hazırlıq aparılmış, 02.09.2009-cu il tarixdə ETİ fonunda ümumi 
anesteziya altında yırtığın dərisi üzərində ağ xətt boyunca 6-8 sm uzunluqda boylama 
kəsik  aparılmış,  liflənmiş  aponevroz  boylama  istiqamətdə  genişləndirilmiş,  yırtıq 
kisəsi boyuna qədər dairəvi səfərbər edilmiş, açılmış, qapı genişləndirildikdən sonra 
iki kameralı olması aşkar edilmişdir. Yırtığın möhtəviyyatı (böyük piylik kisəsi nazik 
bağırsaq  ilgəyi)  qarın  boşluğuna  düzəldilmişdir.  Yırtıq  qapısı  sərt  birləşdirici  toxu-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə