Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

 
 
 
93 
siz  olduqda  videoassistentləşmə  əməliyyatına  (yarımaçıq)  keçidi  məqsədəuyğun  he-
sab etmişik. Yəni bilavasitə yırtıq kisəsi üzərində dəridə minikəsik aparılmış, dərialtı 
toxuma  və  aponevroz  kəsilmiş,  əzələlər  kisəyə  qədər  küt  üsulla  ayrılmışdır.  Kisə 
möhtəviyyatı  sərbəstləşdirilmiş, qarın boşluğuna  salınmış, yırtıq  qapısının ölçülərin-
dən  asılı  olaraq  kisənin  boyunu  tikilməklə  və  ya  tikilmədən  bağlanaraq  kəsilmişdir. 
Yırtıq qapısının plastikası açıq üsulda olduğu kimi davam etdirilmişdir. Əməliyyat bu 
prinsiplə 2 xəstədə (residiv qasıq yırtığı – 1, əməliyyatdan sonrakı ağ xətt yırtığı -1) 
sona çatdırılmışdır. 
Digər 17 endovideocərrahi əməliyyat zamanı (15 xəstədə) yırtıq kisəsinin tam 
sərbəstləşdirilməsi  təmin  olunmuş,  o,  işçi  alətlə  tutulmuş,  kəndirşəkilli  burulmuş  və 
qarın boşluğuna salınmışdır. 
Sonuncu mərhələdə peritonönü sahə yırtıq qapısından 3-4 sm məsafədə yanlara 
(hər tərəfə) doğru sərbəstləşdirilmiş, laparoskopun nəzarəti altında öncədən burulmuş 
endoprotez işçi alətlə yırtıq defektinə doğru gətirilmiş, defektin üzərində açılmış, ni-
zamlanmış  və  qapıdan  2-3  sm  yan  tərəfdə  endostepplerlə  perimetr  boyunca  əzələ-
aponevrotik  toxumalara  tikilmişdir.  Situasiyadan  asılı  olaraq  protezönü  sahəyə  işçi 
troakarlardan  keçməklə  1-2  ədəd  drenaj  və  ya  mikroirriqator  qoyulmuşdur.  Troakar 
yaraları estetik tikişlə tikilmişdir. 
Eyni prinsiplə endoprotez qasıq kanalının arxa divarı üzərində nizamlanmış və 
endostepplerlə  sərbəstləşdirilmiş  anatomik  strukturlara  (lateral  tərəfdən  Cooper  ba-
ğından başlayaraq daxili dəliyin aşağı kənarına qədər qasıq bağına, medial tərəfdən 
qasıq qabarıqlığından başlayaraq əvvəlki səviyyəyə qədər daxili çəp əzələnin sərbəst 
kənarlarına)  tikilmişdir.  Toxum  ciyəsi  protezin  kranial  hissəsində  ləçəklər  arasında 
yerləşdirilmiş və laparoskopik TAP üsulunda olduğu kimi ciyədən üst tərəfdə lateral 
və medial ləçəklər bir-birinə tikilmişdir. Əməliyyat sahəsinə drenaj və ya mikroirriqa-
tor (aşağı işçi troakardan çıxarılmışdır) qoyulduqdan sonra dəri minikəsikləri estetik 
tikişlərlə tikilmişdir. 
Əməliyyatdan sonrakı və ağ xətt yırtıqları zamanı yırtıq qapısı perimetr boyun-
ca azı 4-5 sm sərbəstləşdirilmişdir (Ramirez üsulu ilə). Bu geniş sahəli etibarlı protez-


 
 
 
94 
ləşdirməyə  səbəb olmuşdur. Bu  məsafənin kiçik  (1-3  sm)  olması  erkən  müddətlərdə 
protezin qopması və yırtığın residivi ilə nəticələnir. 
İkitərəfli  qasıq  yırtıqları,  çoxkamerali  və  çoxsaylı  yırtıqların  TEP  üsulu  ilə 
plastika olunması daha məqsədəuyğundur. Tədqiqat işimizdə 2 xəstə üzərində bilate-
ral TEP hernioplastika  yerinə yetirilmişdir. Praktikadan nümunə təqdim edirik. 
 Praktikadan nümunə
 
Xəstə M.M., 33 yaş, 5554 saylı x/t, 14.05.2009-cu il tarixdə hər iki sağ qasıq na-
hiyəsində ağrılı şişkinlik, qəbizlik,  həyat keyfiyyətinin və əmək qabiliyyətinin aşağı 
düşməsi şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Özünü 10 ildir ki, xəstə hesab 
edir. Xəstəliyin səbəbini heç nə ilə əlaqələndirmir.
 
Dəri  və  selikli  qişalar  adi  rəngdədir.  Periferik  limfa  düyünləri  böyüməmişdir. 
Dayaq-hərəkət sistemi dəyişikliksizdir.
 
Tənəffüs  sərbəstdir,  ritmikdir.  Ağciyərlər  üzərində  vezikulyar  tənəffüs  eşidilir. 
Ürək tonları aydındır, təmizdir. Nəbz ritmik, kafı dolğunluqlu, dəqiqədə 74-dür. Arte-
rial təzyiq 120/70 mm.c.st.
 
Dil  qurudur,  təmizdir.  Qarın  simmetrikdir,  yumşaqdır,  intaktdır  və  ağrısızdır. 
Qaraciyər və dalaq böyüməmişdir. Diurez sərbəstdir. Döyəcləmə simptomu hər iki tə-
rəfdə mənfıdir.
 
Defekasiya və diurez sərbəstdir. Qazlar xaric olur.
 
St.  localis.  Sağ  qasıq  nahiyəsində  0,5X4,0  sm  ölçülərdə  şişkinlik  görünür.  Şiş-
klinlik üzərində dərinin rəngi dəyişikliksizdir. Palpasiya zamanı şişkinlik qarın boşlu-
ğuna düzəlir. 
Sol qasıq nahiyəsində 1,5X3,0 sm ölçülərdə şişkinlik görünür. Şişkinlik üzərində 
dərinin rəngi dəyişikliksizdir. Palpasiya zamanı şişkinlik qarın boşluğuna düzəlir. Sol 
xayalıq  nahiyəsi  şişkindir,  palpator  ağrılıdır.  Ultrasonoqrafik  olaraq  xayalıqda  duru 
maye aşkar edilmişdir. 
 Diaqnoz: İkitərəfli sərbəst, düz qasıq yırtığı. Soltərəfli varikosele. 


 
 
 
95 
Əməliyyatönü hazırlıq ambulator şəraitdə aparıldığından rutin laborator və inst-
rumental  müayinələr  təkrar  edilmiş  və  16.05.2009-cu  il  tarixdə  ACSV  şəraitində 
ümumi  anesteziya  altında  cərrahi  əməliyyat  –  videoendoskopik  TEP  yerinə  yetiril-
mişdir (1 işçi troakar sağ qalça, sonra 1 işçi troakar sol qalça, və 1 işçi troakar ağ xətt 
xətt üzərində) və göbəkdən 2 sm aşağıda laparoskop üçün 12 mm-lik troakar). Prepe-
ritoneal  sahəyə  qaz  inssufflyasiyası  edilməklə  və  maye  şırnağı  vurmaqla,  həmçinin 
küt üsulla yırtığa doğru tunel əmələ gətirilmiş, yırtıq kisəsi əldə edilmiş, açılmadan 
qarın boşluğuna düzəldilmiş, Cooper və Pupart  bağları əldə edilmiş, qasıq kanalının 
arxa divarına sellüloza tərkibli sintetik tor qoyulmuş, sonuncu nizamlanmış və peri-
metr boyunca bağlara və xarici çəp əzələnin aponevrozuna tikilmişdir. Eyni prinsip-
lə əks tərəfin qasıq kanalının arxa divarı plastika edilmişdir. Sonra sol qasıq nahiyə-
sindən  port  çıxarılmış,  dəri  kəsiyi  azacıq  genişləndirilmiş,  sağ  şəhadət  barmağı  küt 
olaraq xayalığa doğru,  ağlı qişaya  qədər irəliləmiş,  ağlı qişa mümkün  qədər  həmin 
barmaqla sərbəstləşdirilmişdir. Barmaq cıxarılmış, əmələ gəlmiş tunel tupferlə quru-
dulmuş və tunelə  port istifadə edilmədən laparoskop salınmışdır. Ağlı qişa vizuali-
zasiya  olunmuş,  laparoskopun  yanından  sıxıcı  salınmış,  ağlı  qişa  tutulmuş,  yaraya 
doğru dartılmış və punksiya edilmişdir. Şəffaf maye xaric olduqca ağlı qişanın yara-
ya gətirilməsi asanlaşmışdır. Qişanın sərbəst, yaraya gətirilmiş hissəsi qayçı ilə kəsil-
miş, maye tam aspirasiya olunduqdan sonra qişanın sərbəst hissəsi maksimal kəsil-
mişdir. Qalmış hissə xayalığa qayıtmışdır. Tunel tupferlə qurudulmuş, tunel boyunca 
spiralşəkilli tikiş qoyulmuşdur. Troakar yaraları dəriiçi tikişlərlə tikilmişdir.     
Cərrahi əməliyyat günü axşam saatlarında xəstə aktivləşdirilmiş, ayağa qaldırıl-
mış və maye qəbuluna icazə verilmişdir. 5 gün sonra (21.05.2009) xəstə kafi vəziy-
yətdə evə buraxılmışdır. Müalicə prosesi ev şəraitində müalicə həkiminin tövsiyələri 
əsasında davam etmiş, 10 gündən sonra xəstə əmək fəaliyyətinə başlamışdır. 3 ay,  1 
il və 2 ildən sonra xəstəyə baxılmışdır. Şikayətləri yoxdur.  
Klinik  praktikada postoperasion  yırtıqların  alloplastikasında  3  variant istifadə 
edilir: protezin  aponevrozüstü  yerləşdirilməsi ilə  (“onlay”)  kombinə  olunmuş  plasti-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə