Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 
 
 
102 
xəstələrə  ilk  1-2  gün  qeyri-narkotik  ağrıkəsicilər  təyin  edilmiş,  qidalanma  tövsiyə 
olunmamış, ancaq maye qəbuluna icazə verilmişdir. Həmin xəstələr 1 gün sonra aya-
ğa  qaldırılmış,  1-4  gün  müddətlərində  evə  yazılmışdır.  Xəstələrin  ümumi  stasionar 
müalicəsi 0,5 gündən 4 günə qədər davam etmişdir. Orta çarpayı günləri 3,4±0,9 gün 
təşkil etmişdir. 
Qarının ön divarının yırtıqlarının cərrahi müaicəsinin uzaq nəticələrin 
müqayisəli qiymətləndirilməsi 
Tədqiqat  prosesində  qarının  ön  divarının  yırtıqlarına  görə  cərrahi  əməliyyata 
məruz qalmış 31 xəstədə 1-3 il müddətlərində bilavasitə baxış zamanı uzaq nəticələr 
öyrənilmişdir. 24 xəstə tərəfimizdən hazırlanmış anket sorğusuna telefon və ya inter-
net  vasitəsi  ilə  cavab  vermiş  və  cavabların  bal  qiymətləndirilməsi  yolu  ilə  uzaq  nə-
ticələr  öyrənilmişdir.  11  xəstə  ilə  əlaqə  yaratmaq  mümkün  olmamışdır.  Son  4  xəstə 
isə yaxın aylarda cərrahi əməliyat olunmuşdur. Beləliklə, uzaq nəticələr 55 xəstə üzə-
rində  öyrənilmişdir.  Bu  xəstələrdən  26-ı  I,  13-ü  II,  16-ı  isə  III  qrupa  aid  olmuşdur. 
Həmin xəstələrdən 31-i özləri və ya bizim dəvətimiz əsasında mütəmadi olaraq xəs-
təxanaya gəlmiş və tərəfimizdən müayinə edilmişlər. 
Yırtığın residivinin olmaması, kobud çapıq və ya fistul əmələ gəlməməsi, MBT 
tərəfdən  şikayətlərin  olmaması,  yırtıq  əmələ  gələnə  qədərki  həyat  tərzinin    və  əmək 
qabiliyyətinin tam bərpa olunması, cinsi həyatın normallaşması “yaxşı” qiymətləndi-
rilmişdir. 
Yırtığın  residivinin  olmaması,  həzm  diskomfortu  və  yara  nahiyəsində  kobud 
çapıqlaşma, digər hissiyyatların olması, fistul əmələ gəlməsi, yırtıq əmələ gələnə qə-
dərki həyat tərzinin və əmək qabiliyyətinin hissəvi bərpa olunması, cinsi həyatın qis-
mən normallaşması “kafi” qiymətləndirilmişdir. 
Residiv  hadisəsi,  həyat  tərzinin  və  əmək  qabiliyyətinin  bərpa  olunmaması 
(əmək qabiliyyətli yaşlarda) “qeyri-kafi” qiymətləndirilmişdir. 
Yaxşı nəticə 43 xəstədə (I qrup – 19, II qrup – 11, III qrup – 13) qeyd edilmiş-
dir. Bu xəstələr köp və qəbizliyin, digər həzm diskomfortu hallarının aradan qalxma-
sını,  əmək  qabiliyyətinin  bərpa  olunmasının  (yüksəlməsini),  əvvəllər  cinsi  problem 


 
 
 
103 
yaşayan xəstələr cinsi həyatın normallaşmasını qeyd etmişlər. II və III qrupun xəstə-
ləri incə əməliyyat çapığının estetikliyinə görə razılığını bildirmişlər. I qrupun 3 xəs-
təsi əməliyyat çapığının kobudluğuna görə estetik əməliyyat yerinə yetirilməsini xa-
hiş etmişdir.  
9 xəstədə (I qrup – 4, II qrup – 2, III qrup – 3) qarının ön divarının yırtıqlarına 
görə  cərrahi  bərpa  əməliyyatlarının  nəticələri  kafi  qiymətləndirilmişdir.  Həmin  xəs-
tələr xroniki qəbizlik, qarında köp və yara nahiyəsində kobud capıq toxumasının for-
malaşması və 2 xəstə (I qrup) yara  nahiyəsində dərialtı qalınlaşmadan (kəndirşə-killi 
törəmə  olması)  şikayət  etmişlər.  2  xəstədə  (I  qrup  -  1,  II  qrup  -  1)  liqatura  fistulu 
əmələ  gəlmiş,  yara  genişləndirilmiş,  yaranın  dibində  protez  hissəsi  əldə  edilmiş  və 
sağlam  toxuma  hədlərində  kəsilmişdir.  Yerli  müalicədən  sonra  7-10  gün  müddətlə-
rində yara sağalmışdır. 
I  qrupun  3  xəstəsində  cərrahi  müalicənin  nəticələri  qeyri-kafi  qiymətləndiril-
mişdir. Bu xəstələrdə yırtığın residivi baş vermişdir. Həmin xəstələr təkrar açıq cərra-
hi əməliyyat olunmuş, onlardan 1-də əməliyyat üsulunun yanlış seçilməsi (qasıq ka-
nalının ön divarının “on lay” plastikası), digərində polipropilen torla yırtıq qapısının 
ölçülərinin uyğunsuzluğu (torun ölçülərinin kiçik olması), sonuncuda isə (təsbit edil-
məmiş  sintetik  torun  miqrasiyası)  müəyyən  edilmişdir.  Təkrar  açıq  əməliyyatlardan 
sonra uğurlu nəticələr əldə edilmiş və əməliyyatın nəticələri hər 3 xəstə tərəfindən qə-
naətbəxş qiymətləndirilmişdir.  
Ümumilikdə, II və III qrupun sorğuda iştirak edən və təkrar baxışa gələn bütün 
xəstələri, I qrupun isə 20 xəstəsi cərrahi müalicənin nəticələrindən razı qalmışdır. 
 
 
 
 
 
 
 


 
 
 
104 
Y E K U N 
Dünya əhalisinin əmək qabiliyyətli hissəsi arasında qarının ön divarının yırtıq-
larının cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması, residivlərin və digər ağır-
laşmaların  rastgəlmə  tezliyinin  aşağı  düşməsi  müasir  cərrahi  herniologiyanın  əsas 
vəzifəsi hesab edilməkdədir. Yırtıq cərrahiyyəsinin 100 ildən artıq böyük inkişaf yolu 
keçməsi,  xüsusilə  klinik  praktikaya  son  20  ildə  gərginliksiz  plastika  üsulunun  geniş 
nüfuz  etməsi  cərrahlığın  bu  bölməsində  böyük  nailiyyətlərin  qazanılması  ilə  nəticə-
lənmişdir [37, 56, 150, 192].  
XXI əsrin ilk illərindən başlayaraq ictimai insan qarşısında duran vəzifələr art-
maqda  davam  edir.  Əmək  qabiliyyətinin  erkən  yaşlarda  itməsi  (aşağı  düsməsi), 
uzunmüddətli stasionar müalicə səbəbindən iş yerinin itirilməsi təhlükəsi müasir insa-
nın qısa müddətlərdə, daha yaxşı olar ki, ambulator və ya gündüz stasionarı şəraitində 
əksər xəstəliklərin, xüsusilə qarın divarı yırtıqlarının aztravmatik cərrahi müalicəsinin 
təmin  edilməsi  problemini  kəskinliklə  gündəmə  gətirmişdir.  Xəstənin  azinvaziv 
müalicə hesabına tibbi-sosial reabilitasiyasının erkən müddətlərdə, “ayaqüstü” olaraq 
tamalanması bu günün tələbidir və son illərdə bu problemin həlli istiqamətində mü-
hüm addımlar atılmış, uğurlu nəzəri-fundamental, elmi-praktik tədqiqatlar aparılmış-
dır və praktik cərrahlığın bu bölməsində elmi tədqiqatlar intensiv surətdə davam edir.  
Qarının ön divarının istər birincili, istərsə də residiv yırtıqlarının cərrahiyyəsin-
də əldə edilmiş nailiyyətlər ilk növbədə yırtıq defektinin gərginliksiz rekonstruksiya 
üsulunun, protezləşdirici plastik vasitələrin meydana çıxması və yeni videoendosko-
pik kompüter texnologiyalarının klinik cərrahlığa daxil olması ilə əlaqədardır. Hər 3 
aparıcı  amilin  günbəgün  təkmilləşdirilməsi,  daha  mükəmməl  plastika  üsullarının 
meydana çıxması, biodeqradasiya edən və örtüklü protezlərin, tikiş materiallarının və 
təsbitedici, yapışdırıcı vasitələrin, miniportların, troakarların və minialətlərin  istehsa-
lı bu gün yırtıq cərrahlığında inqilabi dönüş yaratmışdır. Artıq inkişaf etmiş ölkələr-
də,  hətta  qonşu  Rusiya  Federasiyasında  rayon  şəraitində  “bir  gün”  xəstəxanalarında 
və poliklinikalarda ağırlaşmamış, birincili yırtıqlar videolaparoskopik texnologiyalar 
istifadə etməklə cərrahi əməliyyat olunur və xəstələr həmin gün evə buraxılırlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə