Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 
 
 
105 
Qarın  boşluğunda  mürəkkəb,  rekonstruktiv-bərpaedici  cərrahi  əməliyyatların, 
orqan  köçürülməsinin  sayının  və  həmin  əməliyyatların  həcminin  artması  postope-
rasion yırtıqların əmələ gəlməsi problemini xeyli kəskinləşdirmişdir. Bu etibarlı yırtıq 
əməliyyatları üsullarının işlənilməsini və praktik cərrahlığa daxil olmasını zəruri edir. 
Qarının ön divarının yırtıqlarının residivləri polietioloji faktorlarla (əməliyyat 
yarasının irinləməsi, tikiş tutmazlığı, tikişlərin yanlış qoyulması, əməliyyat üsulunun 
yanlış seçimi, sintetik torun yırtıq defekti ilə uyğunsuzluğu, torun etibarlı fiksasiyası-
nın aparılmaması, qarındaxili təzyiqin artmasına səbəb olan amillərin aradan qaldırıl-
maması və s.) əlaqədar əmələ gəlir və onların rastgəlmə tezliyinin aşağı hədlərə salın-
ması müasir herniologiyanın ən mühüm problemlərindəndir.  
Qarın  yırtıqlarının  cərrahlığında  qazanılmış  misilsiz  nailiyyətlər  fonunda  bir 
çox digər məsələlər bu günə qədər həllini tapmamışdır. Xəstələrin cərrahi əməliyyata 
hazırlanmasının,  əməliyyatdan  sonrakı  gedişin  aparılmasının  ümumiləşdirilmiş  me-
todikasının olmaması, erkən əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikasının sə-
mərəli üsullarının hazırlanmaması, tikiş tutmazlığına səbəb olan amillərin aradan qal-
dırıla bilməməsi kimi məsələlər hələ də açıq qalmışdır. 
 Qarındaxili təzyiqin normallaşması üçün əməliyyatönü dövrdə yalnız təmizlə-
yici imalələrin, MBT-nın yuyulması adətən kifayət etmir. Bu dövrdə həzm prosesnin 
normallaşdırılması, köpün səbəblərinin aradan qaldırılması, həzm diskomfortuna sə-
bəb  olan  patoloji  vəziyyətlərin  diaqnostikası  və  aradan  qaldırılması  üçün  adekvat 
müalicənin aparılmaması, üzv və sistemlərin, ilk növbədə tənəffüs, ürək-damar, qara-
ciyər-böyrək, sidik-cinsiyyət və b. sistemlərin fəaliyyətinin kifayət qədər öyrənilmə-
məsi, bu sistemlər tərəfindən baş verə biləcək ağırlaşmaların konservartiv profilakti-
kasının aparılmaması erkən əməliyyatdan sonrakı və uzaq mənfi nəticələrlə ifadə olu-
nur,  xüsusilə  postoperasion,  residiv  və  iri  yırtıqların  əlverişli  nəticələrinin  tezliyi 
xəstələri və həkimləri qane etmir.   
Cərrahi əməliyyatların uzun müddətli və travmatik olması əməliyyat yarasının 
bütün  təbəqələrində  irinli-infeksion  ağırlaşmaların  meydana  çıxmasına,  “mürgülə-
yən” infeksiyanın aqressiyasına səbəb olur. Yaranın infeksion-travmatik infiltrasiyası, 


 
 
 
106 
irinləməsi,  absesləşməsi  tikiş  tutmazlığının  əsas  səbəblərindən  biri  kimi  residivver-
mənin öncül amillərindəndir. Odur ki, mini invaziv, aztravmatik yırtıq plastikası əmə-
liyyatlarının  tətbiq  dairəsinin  genişlənməsi,  böyük  kəsiklərdən  minikəsiklərə  keçid, 
əməliyyatın həcminin və müddətinin əsassız artırılmasının qarşısını alan yeni metodi-
kaların istifadəsi, infeksion təhlükəsizliyin təmini (antiseptik məhlullarının dövri rota-
siyası,  antibiotikoqrafiya  əsasında  antibiotiklərin  rasional  təyini,  cərrahi,  alətlərin, 
avadanliqların,  əməliyyat  blokunun  müasir  tələblər  səviyəsində  sterilizasiyası  və  s.) 
ümumi  cərrahlığın,  o  cümlədən  hernioloji  cərrahlığın  müvəffəqiyyətlərinin  təməl 
prinsipləridir və artıq hamılıqla qəbul olunmaqdadır. Bu baxımdan əməliyyat sahəsi-
nin, yaranın qorunması, infeksiyalaşmanın və irinli ağırlaşmaların biofiziki üsullarla 
və farmakoloji profilaktikası, əməliyyat bölgəsində toxumaların reperasiya və regene-
rasiya proseslərinin stimulyasiyası residivlərin qarşısının alınması üçün çox mühüm-
dür. 
Fərqli ədəbiyyat məlumatlarına görə yırtıq cərrahlığında defektlərin qapadılma-
sının (imlantla örtülməsinin) 300-dən 600-ə qədər əməliyyat  üsulları mövcuddur və 
hər  il  onlarla  yeni  əməliyyat  üsulları,  mövcud  üsulların  modifikasiyaları  hazırlanır. 
Bütün üsulların əsasında yırtıq defektinin yerli toxumalar, autodəri, metallik və sinte-
tik torlarla qapadılması durur. Təbii ki, bü üsulların böyük əksəriyyəti klinik prakti-
kada  dayanıqlı  yer  tutmamışdır  və  hər  bir  cərrahlıq  şöbəsi  öz  məktəbinin  illərlə  sı-
naqdan çıxmış, qazanılmış təcrübəsi əsasında fəaliyyət göstərir.  
Yırtıq qapısının sintetik  torlarla  plastikasından sonra xəstələrin  bir hissəsində 
torun büzüşməsi, dislokasiyası, yığılması kimi hallar baş verir. Bu yırtığın residivi ilə 
nəticələnir.  Metallik  torların  əyilgən  olmaması,  sınması,  fraqmentlərə  parçalanması, 
qopması onların istifadəsinə mane olur.  
Beləliklə, istər birincili, istər residiv, istərsə də postoperasion yırtıqların cərrahi 
müalicəsi  müasir  herniologiyanın  həllini  tapmayan  mürəkkəb  problemlərinə  aiddir. 
Xüsusilə cərrahi taktikanın, cərrahi rekonstruksiya üsulunun seçilməsi nöqteyi-nəzə-
rindən birmənalı konsepsiyalar işlənilməmişdir. Bütün bunlar praktik cərrahları yırtıq 
cərrahlığının bir sıra çətin məsələləri ilə üz-üzə qoyur.  


 
 
 
107 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq qarının ön divarının birincili, residiv və 
cərrahi əməliyyatdan sonrakı yırtıqları zamanı qapalı (laparoskopik)  əməliyyat üsul-
larının seçiminin optimallaşdırılması yolu ilə cərrahi müalicənin nəticələrinin yaxşı-
laşdırılmasını qarşıya məqsəd qoyduq.  
2008-2011-ci  illər  ərzində  də  Bakı  ş.  BSİ-nin  Klinik  Tibbi  Mərkəzində  qarının 
ön divarının birincili, residiv və əməliyyatdan sonrakı yırtıqları ilə 70 xəstənin klinik 
müayinəsi  və  operativ  müalicəsi  tərəfimizdən  həyata  keçirilmiş  və  alınmış  nəticələr 
müqayisəli  surətdə  öyrənilmişdir.  36  xəstədə  birincili,  23-də  residiv,  sonuncu  11-də 
isə  əməliyyatdan  sonrakı  yırtıqlar  olmuşdur.
 
Tədqiqatın  xarakterinə  uyğun  olaraq  I 
qrupun xəstələri (35 xəstə) üzərində açıq, II qrupda (18) laparoskopik transabdominal 
preperitoneal  hernioplastika,  III  qrupda  isə  (17)  videoendoskopik  total  ekstraperito-
neal hernioplastika əməliyyatları yerinə yetirilmişdir. Xəstələrin yaş hədləri (I qrupda 
orta yaş 34,6±1,2, II qrupda 33,1±1,5, III qrupda 32,9±1,7), yırtıq gəzdirmə müddət-
ləri  (ortalama  5,4+0,7)  və  yanaşı  somatik,  o  cümlədən  cərrahi  xəstəliklər  bir-birinə 
yaxın olmuşdur. 
Əməliyyat üsulunun yanlış seçilməsi, əməliyyat yaralarının irinli-infeksion ağır-
laşmaları, sintetik torun ölçüləri ilə yırtıq qapısının ölçülərinin uyğunsuzluğu, yanlış 
olaraq gərginlikli plastika üsulunun seçilməsi və onun keyfiyyətsiz icrası residivver-
mənin əsas səbəbləri olmuşdur. İlk dəfə baş vermiş residiv yırtıqlar təxminən 1,5 dəfə 
çox rast gəlmişdir.  
Uzaq nəticələrin öyrənilməsi üçün cərrahi müalicədən sonra 6 ay - 3 il müddət- 
lərində xəstələrin müşahidəsi və onlara təkrar baxış, həmçinin telekommunikasiya va-
sitələri istifadə edilməklə anket sorğusu həyata keçirilmişdir. Bu müddətdə xəstələrə 
bir neçə dəfə baxılmış, zəruri məsləhətlər verilmişdir. 
Rutin  klinik-instrumental  və  laborator  müayinələrlə  yanaşı  laparoskopik  və  ya 
videoendoskopik  hernioplastika  əməliyyatının  icrasının  mümkünlüyünü  (mümkün-
süzlüyünü)  müəyyən  etmək  məqsədi  ilə  KT  və  (və  ya)  MRT  müayinələrinin  aparıl-
masını olduqca zəruri hesab edirik. Çünki, sonuncu müayinələr yırtıq möhtəviyyatı-
nın xarakteri,  həcmi,  yırtıq  qapısının ölçüləri,  bitişmələrin  mövcudluğu  (olmaması), 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə