Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 
 
 
35 
[7, 11,  56, 68, 97, 128, 154]. Son illərdə cərrahi herniologiyada plazma seli, arqon 
koaqulyasiyası,  ultrasəs  skalpeli  (CUSA),  LigaSure  ilə  toxumaların  ayrılması  və 
hemostaz  metodlarına  üstünlük  verilir.  Bu  üsullar  toxumaların  minimal  travmatiza-
siyasına,  yanığın  azalmasına,  etibarlı  və  dayanıqlı  hemostaza,  əməliyyatdan  sonra 
toxumaların erkən reparasiyası və regenerasiyasına səbəb olurlar [128].  
Alloplastika, həmçinin tikiş materallarının bioloji uyğunluğu, indifferrentliyi, in-
feksiyaya qarşı rezistentliyi və allergik komponentlərə malik olmaması çox mühüm 
amillərdir  [71,  88,  145,  182].  Kobud,  qalın,  ketqut  tərkibli  tikiş  saplarından  imtina 
liqatur (tor) fistulları və yaranın irinləməsi kimi ağırlaşmaların inkişaf tezliyini aşağı 
salır [136]. Toxumaların təbəqələr üzrə yox, birgə (“ad massum”) tikilməsi tikiş xətti 
boyunca  yerləşmiş  toxumaların  həcmini,  toxumaarası  və  laylararası  sahədə  boşluq-
ların, “kor sahələr”in qalmasını, toxumaların infiltrasiyasını və kobud çapıqlaşmasını 
artırır [23, 38, 54, 112, 183, 190, 217]. Təbəqəli presizion tikilmə boşluqların, “kor 
sahələr”in qalmasını, bununla bağlı inkişaf edən ağırlaşmaların payını aşağı salır. Er-
kən  dövrdə  əməliyyat  yarasının  möhtəviyyatının  drenajlar  və  ya  mikroirriqatorlar 
vasitəsi ilə elektro- və ya vakuum sorucuları ilə aktiv aspirasiyası əksər müəlliflər tə-
rəfindən müvəffəqiyyətlə tətbiq olunur. Belə vasitələrin istifadəsi hesabına yaraların 
irinləməsi  2,4  dəfə  azalır  [24,  94,  106,  116,  211].  Lakin  plastika  əməliyyatlarından 
sonra yaranın drenajı və daimi aspirasiyasını məqbul hesab etməyən tədqiqat işlərinə 
də rast gəlinir. Bu işlərin müəllifləri drenajları yaraların irinləməsi faktorlarından biri 
hesab edirlər [208].  
Qarının  ön  divarının  yırtıqlarına  görə  rekonstruktiv-bərpaedici  cərrahi  əməliy-
yatlardan  əvvəl  və  sonra  yerli  və  ümumi  immunitetin  artırılmasının  tərəfdarları  ol-
duqca  çoxdur.  Bu  müalicə  prinsipinə  üstünlük  verən  tədqiqatçılara  görə  qanda 
immunoqlobulinlərin  və  limfositlərin  miqdarı  aşağı  olduğu  hallarda  irinli-iltihabi 
ağırlaşmaların  rastgəlmə  tezliyi  yüksəlir  [122].  Yara  nahiyəsinin  elektrostimulyasi-
yası  [174],  fiziki  müalicə  üsulları  [190,  215],  immunomodulyatorların  tətbiqi  [27, 
117, 167, 192, 210] orqanizmin yerli və ümumi immunitetini gücləndirməklə irinli-
infeksion ağırlaşmaların meydana çıxmasının qarşısını xeyli alır. 


 
 
 
36 
Uzaq dövrün ağırlaşmalarının, xüsusilə residivlərin, təkrar residivlərin əsasında 
əməliyyat  kəsiyinin,  əməliyyat  üsulunun  münasib  seçilməməsi,  plastikanın  gərilmə 
ilə  icrası,  əməliyyatdan  sonrakı  dövrün  gedişinin  ümumi  qəbul  edilmiş  prinsiplərlə 
aparılmaması (qarındaxili təzyiqin artması), adekvat plastika və tikiş materiallarının 
istifadə olunmaması, qarın divarının konstitusional-anatomik xüsusiyyətlərinin nəzə-
rə alınmaması, əməliyyatdan sonrakı erkən müddətlərdə fiziki işlə məşğul olmaq, qa-
rındaxili  təzyiqin  artmasına  səbəb  olan  yanaşı  xəstəliklərin  və  patoloji  simptomo-
komplekslərin  (qəbizlik,  diareya  və  b.)  müalicə  edilməməsi,  erkən  hamiləlik  kimi 
amillər böyük xüsusi çəkiyə malikdir [36, 45, 80, 83, 91, 169, 190, 203]. Residivlə-
rin və təkrar residivlərin genezində həmçinin yarada reperasiya-regenerasiya proses-
lərinin ləng gedişi və pozğunluqları böyük əhəmiyyət kəsb edir. Hətta birincili sağal-
mış  yaralarda  belə  alt  qatlarda  ləngimiş  (pozulmuş)  reparasiya  hesabına  tikiş  tutar-
sızlığı baş verə bilər. “Mürgüləmiş infeksiya”nın oyanması da tikiş tutarsızlığına sə-
bəb ola bilər. Genezindən asılı olmayaraq tikiş tutarsızlığı residivlərin əmələ gəlmə-
sinin əsas səbəblərindəndir [2, 34, 39, 55]. Bütün bu amillər yaşlı xəstələr kontingen-
tində  residivlərin  və  digər  ağırlaşmaların  rastgəlmə  tezliyinin  daha  yüksək  hədlərdə 
dəyişməsi ilə nəticələnir [30, 104]. 
Residivlərin inkişafında piylənmənin də rolu böyükdür. Belə ki, yırtıq nahiyə-
sində  toxumaların  (əzələlər, aponevroz) piy  distrofiyası onların  funksional statusuna 
təsir  edir,  fiksasiya  (saxlama)  qabiliyyəti  azalır,  yırtıq  qapısı  artan  surətlə  zəifləyir, 
qarındaxili təzyiq artır, ilk tikişlərarası sahələrdə piy toxumasının interpozisiyası, de-
formasiyası baş verir, onların infeksiyaya qarşı rezistentliyi azalır. Ona görə yırtıqla-
rın residivləri baş vermiş xəstələrin təxminən ⅔-i piylənmədən əziyyət çəkən xəstə-
lərdir [3, 12, 64, 93, 107, 116]. Belə xəstələr içərisində qadınlar kişilərlə münasibətdə 
2 dəfə çox olur [28, 29, 107, 115, 137]. 
Səmərəsiz cərrahi əməliyyat üsulunun tətbiqindən və ya uyğun cərrahi plastika 
üsulunun  texniki  çətinliklərlə,  keyfiyyətsiz  icrasından  sonra  ifrat  gərilmə,  tikiş  tu-
tarsızlığı və digər səbəblərdən residivlərin inkişafı sonrakı əməliyyatların da gedişini 
çətinləşdirir, nəticələrini isə təbii olaraq ağırlaşdırır   [49]. 


 
 
 
37 
Rasioanal  cərrahi hernioplastikadan sonra xəstələrin məsuliyyətsiz həyat tərzi, 
zərərli  vərdişləri  və  ağır  fiziki  işləri  davam  etdirməsi,  qeyri-müntəzəm  qida  rejimi, 
həddən artıq qida qəbulu, kökəlmənin və piylənmənin artması residivlərin formalaş-
masında mühüm rol oynayır [107].  
Qeyd edilən ağırlaşmaların erkən diaqnostikası əksər xəstələrdə onların aradan 
qaldırılmasına səbəb olur. Belə ki, hematomaların və seromaların erkən boşaldılması, 
limfanın  erkən  və  adekvat  axınının  təmini,  “mürgüləmiş  infeksiya”  ocağı  formalaş-
mağa başlayan ətraf həcmi prosesin (infiltrat, abses) aradan qaldırılması üçün zəruri 
tədbirlərin  (yerli  antibiotik  infiltrasiyası  və  ya  elektroeliminasiyası,  fiziki  müalicə 
üsulları və s.) aparılması onların və onlarla bağlı ağırlaşmaların aradan qaldırılmasına 
səbəb ola bilər  [28, 50]. Qasımov E.M. (2006) əməliyyat sahəsinin yerli lazer şüalan-
dırılmasına, Nəcəfquliyeva P. (2009) bu üsulla yanaşı dəyişən maqnit sahəsi ilə müa-
licəyə böyük əhəmiyyət verirlər [4, 52]. 
Yara  sahəsinin  infraqırmızı  lazer  şüalandırılması,  maqnit  terapiyası,  lazero-
maqnitoterapiya  kimi  üsulların  geniş  istifadəsi  infeksion-irinli  ağırlaşmaların  profi-
laktikasında, reparasiya-regenerasiya proseslərinin stimulyasiyasında üstün nəticələri 
ilə seçilir [14, 44, 56, 57, 147, 155, 163, 167, 211]. 
Beləliklə, qarının ventral yırtıqlarının cərrahlığının 100 ildən artıq böyük tarixə 
ma-lik olmasına baxmayaraq cərrahiyyənin bu bölməsinin bir sıra məsələləri bu günə 
qədər  həllini  tapmamışdır.  Residivlər  və  ağırlaşmaların  rastgəlmə  tezliyinin  aşağı 
düşməməsi və ya az dəyişməsi problemin bu gün də aktuallığını saxlamasını təsdiq 
edir. Bu səbəbdən yeni, daha səmərəli və iqtisadi əlverişli plastika üsullarının axtarışı 
prosesi sürətlə davam etməkdədir. 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə