81
Birinci hissəsi 6 təkrar verilmədən ibarət olan və 60% xatırlanma
səviyyəsinə
səbəb olan televiziya reklamı kampaniyası ən azı üç
aydan çox fasiləsiz davam
etdirilməlidir, əks halda, reklamın xatırlanma səviyyəsi 20%-dən də aşağı düşür.
Reklamın şüurlarda saxlanma müddəti şöhrətləndirmə tədbirlərinin uğurundan,
daha dəqiq, onun auditoriyanın maraq dairəsinə girməsindən, tələbata cavab verməyə
çalışmasından, hədəfə aldığı kütlənin maraqlarını qarşılamasından və yaradılarkən
məzmun yeniliyi və fərqliliyindən asılıdır. Tanıtma kampaniyalarının uğursuzluğu və
tez unudulması vəziyyəti isə müasir dövrün aktual problemi kimi nəzərə çarpır və
gündəlik mətbuatda da tez-tez nəzərə çarpır.
İstehlakçı biganəliyinin və ya qavrama müdafiəsinin aradan qaldırılmasının
aşkar yolu mövcud deyildir. Lakin bu yol tapılmadıqda nə istehlakçının məqsədi, nə
də davranışı ciddi dəyişikliklərə məruz qalmır. Potensial alıcı
reklamda verilən
informasiyanı qavrayana, başa düşənə və yadda saxlayana kimi, sadəcə olaraq, həmin
reklam onun üçün mövcud olmur. Reklamın yadda saxlanması üçün yalnız
informasiyanın verilməsi kifayət deyildir, həm də alıcı ilə, sözün həqiqi mənasında,
kommunikasiya yaradılmalıdır.
Lakin ölkəmizdə reklamvericiləri bu amili nəzərə almır
və buna görə də
reklamın alıcıya və bunun vasitəsilə satışın həcminə təsiri lazımi effekti vermir. Bu
neqativ halı aradan qaldırmaq məqsədilə reklamların
verilmə müddətini uzutmaq,
onun verilmə tezliyini isə azaltmaq məqsədəuyğundur.
Hal-hazırda dünyada istifadə olunan ən çox
reklamlardan biri də sosial
şəbəkələrdir. Facebook,instagram,youtube və s.